Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan
Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində
“Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və nüvə texnologiyalarının sənaye, kənd
təsərrüfatı, təbabət və digər sahələrdə vüsət alması Azərbaycan Respublikasında bu
istiqamətdə tədqiqatların genişləndirilməsini və nüvə energetikasının yaradılmasını tələb
edir. Ölkədə nüvə texnologiyalarının tədqiqi ilə bağlı indiyədək müəyyən işlər görülmüş,
nüvə texnologiyaları ilə məşğul olan alimlər beynəlxalq təşkilatlarla əməkdaşlıq
çərçivəsində müxtəlif layihələrdə iştirak etmiş, müvafiq təcrübə toplamışlar. Bununla
yanaşı, indiyədək aparılan araşdırmalar sırf elmi-nəzəri xarakter daşımışdır. Mövcud
maddi-texniki bazanın zəifliyi və tədqiqat nüvə reaktorunun olmaması Azərbaycanda nüvə
xammal ehtiyatları potensialının qiymətləndirilməsinə dair tədqiqlərin müasir tələblərə
uyğunlaşdırılmasına imkan vermir. Nüvə texnologiyaları və nüvə energetikası sahəsində
kompleks tədbirlərin həyata keçirilməsi respublikanın gələcək dayanıqlı inkişafının təmin
olunmasında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, nüvə texnologiyalarının müasir dövrün tələblərinə və milli mənafelərə
uyğun dinc məqsədlərlə istifadəsi, həmçinin nüvə texnologiyaları sahəsinin maddi-texniki
bazasının yaxşılaşdırılması, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi və
tədqiqatların genişləndirilməsi zərurətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
səhmləri dövlətə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti
yaradılsın.
2. “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətində (bundan sonra –
Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət
orqanlarına həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının
miqdarının müəyyən edilməsi;
2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
2.1.3. Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin
rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
2.1.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan
ə
qdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
2.1.5. bu Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki
Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
2.2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:
2.2.1. Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və
xərclər smetasının təsdiq edilməsi;
2.2.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər
hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.2.3. Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların
səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2.2.4. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və
filiallarının, habelə törəmə müəssisələrin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad
edilməsi;
2.2.5. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
2.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, törəmə
müəssisələrin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
3. Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi,
Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Respublikasının Prezidenti
tərəfindən həyata keçirilir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. iki ay müddətində
4.1.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdıraraq təsdiq etsin;
4.1.2. Cəmiyyətin bina və zəruri maddi-texniki baza ilə təmin edilməsi ilə bağlı tədbirlər
görsün;
4.1.3. Cəmiyyətin müasir tələblərə cavab verən tədqiqat nüvə reaktoru və digər zəruri
avadanlıqlarla təchiz olunması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
4.1.4. Cəmiyyətin fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə
Akademiyanın Radiasiya Problemləri İnstitutunun balansından Cəmiyyətə veriləcək
ə
mlakın siyahısını müəyyən edərək verilməsini təmin etsin;
4.2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması və onun
ilkin mərhələdə
saxlanma xərclərinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin
vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;
4.3. Cəmiyyətin yaradılması ilə əlaqədar:
4.3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı
təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
4.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
4.3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların Cəmiyyətin yaradılması ilə
ə
laqədar uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər
görsün.
7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Cəmiyyətin nüvə və radioloji
fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinə nəzarəti həyata keçirsin.
8. Azərbaycan Milli Elmlər Akademiyası Cəmiyyətdə aparılan fundamental və tətbiqi elmi
tədqiqatların əlaqələndirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 may 2014-cü il.