0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə69/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

186 
 
neytronun  buraxılması  ilə  müşayiət  olunmasıdır.  Bu  neytronların  qarşısına  başqa 
uran nüvələri çıxarsa, onların da bölünmə reaksiyaları baş verər – növbəti “nəsil” 
neytronlar yaranar. Beləliklə, ilkin neytronun təsiri altında uran nüvəsinin zəncirvarı 
bölünmə reaksiyası baş verər 
(d)

 Zəncirvarı nüvə reaksiyası elə reaksiyaya deyilir ki, onu törədən zərrəcik (ney-
tron) həmin reaksiyanın məhsulu kimi yaranır
 
 
Əgər zəncirvarı nüvə reaksiyasının gedişində bölünən uran nüvələrinin və onunla 
yanaşı,  sonrakı  nəsil  neytronların  sel artımı baş verirsə,  reaksiya idarə olunmur – 
partlayış baş verir. Atom bombasının iş prinsipi belə reaksiyaya əsaslanmışdır. 
 
 
40 saat
20 dəq
(b)
 
200  MeV
66 san
2 dəq      2,8 dəq
(c) 
Neytron
8 MeV
 
 
 
 
 – şüalanması
14 MeV
 – şüalanması
5 MeV


 

 




Neytrinolar
 
11 MeV
 
n
n
n
Nüvələrin
kinetik enerjisi
165 MeV
Ayrılan ümumi  
enerji
 
200 MeV
 
Neytronlar
 
5 MeV
 
  LAYİHƏ


187 
 
Əgər zəncirvarı nüvə reaksiyasında bölünən uran nüvələrinin sayı sabit qalırsa, 
reaksiya partlayışla nəticələnmir, stabil davam edir. Belə zəncirvarı reaksiya idarə-
olunan reaksiya adlanır.  
 
 
İdarəolunan zəncirvarı nüvə reaksiyası necə təmin edilir?  
Birincisi,  zəncirvarı  nüvə  reaksiyası  uran 
  nüvəsinin  yavaş  neytronlarla 
bombardman edilməsi nəticəsində baş verir. Reaksiyada yaranan yeni nəsil neytron-
lar böyük kinetik enerjiyə malik olduqlarından onları “neytron yavaşıdıcısı” adlanan 
qurğudan keçirtmək lazımdır. Neytron yavaşıdıcısı kimi ağır sudan – deyteriumdan 
və ya təmiz qrafitdən istifadə olunur. Bu yavaşıdıcılar yüngül nüvəli olduğundan, 
sürətli  neytronla  toqquşduqda  onların  kinetik  enerjilərinin  çox  hissəsini  “udurlar” 
(bax: 
d
). 
İkincisi, verilmiş kütləli uran nüvəsinin zəncirvarı reaksiyasında neytronların art-
ma əmsalı 
= 1 olmalıdır. Neytronların sayını sabit saxlamaq məqsədi ilə “neytron 
uducusu”ndan  istifadə  olunur.  Uducu  kimi,  adətən,  kadmium  və  bor  tərkibli 
çubuqlar tətbiq edilir: bu maddələrin nüvələri neytronları yaxşı udur.  
Üçüncüsü, yeni nəsil yavaş neytronların yeni reaksiyalar zəncirini davam etdir-
məsi üçün onların uranda qalmasına şərait yaradılmalıdır. Bu o deməkdir ki, ney-
tronlar uran maddəsində mümkün qədər böyük yol getməlidir, yəni maddənin ölçüsü 
–  uyğun  olaraq  onun  kütləsi  böhran ölçüsündə  olmalıdır.  Kürəformalı  uran 
 
“yanacağı” üçün böhran kütləsi 48 kq-dır. Lakin uran yanacağını berillium tərkibli 
qaytarıcı örtük daxilində yerləşdirdikdə onun kütləsini xeyli azaltmaq olur. Belə ki, 
örtük üzərinə düşən yeni nəsil neytronları yenidən reaksiyaya qaytarmaqla onların 
uran yanacağındakı yolunu uzadır. 
 
 
(d) 
I
I
I
 
n
ə
sil n
e
ytro
n
lar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Neytron yavaşıdıcısı 
II nəsil 
neytronlar 
  LAYİHƏ


188 
 
 
Nüvə reaksiyasında hansı element və neçə neytron yarandı? 
Məsələ 2. Uran 
 nüvəsinin bölünmə reaksiyasında kütlə ədədləri 96 və 138 olan nüvə 
qəlpələri yarandı. Bu reaksiyada əmələ gələn neytronların sayını təyin edin. 
Nəticənin müzakirəsi: 
 Reaksiya nəticəsində yaranan yeni nəsil neytronların sayını necə müəyyənləşdirdiniz? 
 
Həyatla əlaqələndirin: 
Təbiətdə olan uranın tərkibinin 99,3% hissəsi 
 izotopunun, cəmi 0,7% isə 
 
izotopunun payına düşür. Ona görə  də  təbii uranın tərkibindən nüvə yanacağı olaraq 
kifayət miqdarda təmiz uran 
 izotopu almaq üçün mürəkkəb və çox baha başa gələn 
işlər görülür. Zəncirvarı nüvə yanacağı kimi təbii uran 
 izotopunun nüvəsindən isti-
fadə etmək mümkün olsa idi, daha böyük enerji əldə edilə bilərdi. 
  Hansı  şəraitdə  zəncirvarı  reaksiyada  təbii uran 
 izotopunun nüvəsindən istifadə 
etmək olar
  Bu  zaman  idarəolunan  zəncirvarı  reaksiyanın  getməsi  üçün  nəyin  tətbiqinə  ehtiyac 
qalmazdı?  
 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif
orta 
yaxşı 

Niyə uran nüvəsinin bölünməsi zamanı zəncirvarı reaksiya 
yarana bilər? 
 
 
 

Uran  nüvəsinin  bölünmə  reaksiyasında  nə  qədər  enerji 
ayrılır? Bu enerjini nə müyyənləşdirir? 
 
 
 
3  İdarəolunan zəncirvarı nüvə reaksiyası necə təmin edilir? 
 
 
 
4  Niyə təbii uran 
 izotopundan nüvə yanacağı kimi 
istifadə etmək əlverişli deyildir? 
 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ? 
İş vərəqində uran 
U nüvəsində gedən zəncirvarı reaksiyanın 
mexanizmi haqqında  esse yazın və onu sxematik təsvir edin. 
 
 
 
 
 
 
 
ARAŞDIRMA 
2
 
TƏTBİQETMƏ 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə