0f11aztitul(1-7)


ATOMUN QURULUŞU HAQQINDA BORUN KVANT POSTULATLARI



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə58/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   73

159 
 
4.4. ATOMUN QURULUŞU HAQQINDA BORUN KVANT POSTULATLARI. 
ATOMUN ENERJİ SƏVİYYƏLƏRİ 
 
Atomun  quruluşunun  ilk  modelini  1903-cü  ildə ingilis  fiziki  Con
Cozef  Tomson (1856–1940) irəli sürür. Bu modelə görə, atom ra-
diusu təxminən 10
m olan kürə formasındadır.  
Müsbət yüklər həmin kürənin bütün həcmində bərabər sıxlıqla paylanır, mənfi yüklü elekt-
ronlar  bu  kürənin  daxilində  “keksdə  kişmiş”  kimi  yerləşir.  Lakin  bu  model  radioaktivliyi,
elektromaqnit hadisələrini və s.-ni izah edə bilmədi. 
1910–1911-ci  illərdə  ingilis  fiziki  Ernest  Rezerford  (1871–1937) 
apardığı  silsilə  təcrübələrlə  atomun  tamamilə  fərqli  quruluşa  malik 
olduğunu  aşkar  etdi.  Rezerford  modelinə  görə,  atom  aşağıdakı 
quruluşa malikdir:      
 Atomun, demək olar ki, bütün kütləsi (≈ 99,96%) onun nüvəsində 
toplanmışdır. Nüvənin ölçüsü atomun ölçüsü ilə müqayisədə çox 
kiçikdir, onun diametri 
≈ 10
-dir. 
 Atom nüvəsinin yükü  
= +  (elementar yükün kimyəvi elemen-
tlərin dövri sistemindəki Z sıra nömrəsi hasilinə bərabərdir). 
 Nüvə  ətrafında Kulon elektrik qüvvələrinin təsiri altında dairəvi 
orbitlər üzrə elektronlar hərəkət edir.  Neytral  atomda  elektronların 
sayı Z olduğundan atomdakı elektronların ümumi yükü 
q = −Ze-yə  
bərabərdir. Bu model Günəş sisteminə bənzədiyindən ona atomun pla-
netar modeli də deyilir.
 

 
Məlum  olduğu  kimi,  elektrik  yükləri-
nin ixtiyari təcilli hərəkəti elektromaq-
nit  dalğalarının  şüalanması  ilə  nəticə-
lənir.  Atomun  quruluşuna  aid  Tom-
sonun “kişmişli keks” modelinə əsasən, 
elektron atomun bütün həcmi boyu rəq-
si hərəkətdədir. Rezerfordun “planetar” 
modelinə  əsasən,  elektronlar  nüvə 
ətrafında dövri hərəkətdədir.
 
 Atomun hansı modelinə uyğun 
təsəvvürlərə görə, o, elektromaqnit 
dalğası şüalandıra bilər?  
 Təcillə hərəkət edən elektronların 
elektromaqnit şüalanması enerji 
daşınması ilə müşayiət olunduğu halda 
atom nə üçün dayanıqlıdır?  

Əgər atom sistemi dayanıqlı olmasaydı,  
enerji itkisi nəticəsində elektronlar necə 
hərəkət edərdi və nə baş verərdi? 
 
 
 
Rezerford  eksperimentə  əsaslanan  atomun  planetar  modeli 
haqqındakı  ideyalarını  1911-ci  ildə  nəşr  etdirməsinə  baxma-
yaraq elm aləmi bu modeli ciddi qəbul etmədi. Səbəb də o idi 
ki, atomun Rezerford modelində elektronların hərəkət qanunu 
elektrodinamika  qanunlarına  ziddir.  Bu  ziddiyyətin  əsas 
səbəbinin sxemi şəkildə təsvir edilmişdir (bax:
 a
). 
Nəticənin müzakirəsi: 
 Təsviri diqqətlə nəzərdən keçirib bu ziddiyyəti müəyyən edin.
 
(a)
ARAŞDIRMA 
 
1
 
Atomun planetar modelinin çatışmayan cəhəti nədir?
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9
10
-10 
m 
10
-15
 
  LAYİHƏ


160 
 
 
 
Borun kvant postulatları. 1913-cü ildə danimarkalı alim Nils Bor (1885–1962) 
Plankın işıq kvantları fərziyyəsinə əsaslanaraq atomun kvant nəzəriyyəsinə aid işlə-
rini nəşr etdirdi. Bu nəzəriyyədə o, üç postulat əsasında atomun planetar modelinin 
çətinliklərini kvant təsəvvürləri əsasında aradan qaldırdı. 
Borun birinci postulatında atomda elə halların mövcud olduğu əsaslandırılır ki, 
həmin hallarda təcillə hərəkət edən elektronlar elektromaqnit dalğaları şüalandırmır. 
 I postulat – atom klassik fizika qanunlarına tabe olan hallarda deyil, xüsusi 
kvant (və ya stasionar) hallarda mövcud ola bilir. Hər bir kvant halı müəyyən 
 
enerjisinə malikdir. Atom stasionar halında elektromaqnit dalğası şüalandırmır 
(b)

Borun ikinci postulatında atomda işığın udulma və 
şüalanma prosesi izah edilir. 
  II postulat – atom bir stasionar haldan digərinə 
keçdikdə enerjisi 


 olan bir işıq kvantı şüalandırır 
və ya udur. Şüalanan və ya udulan kvantın enerjisi 
stasionar halların enerjiləri fərqinə bərabərdir: 


=

.                            (1) 
Buradan alınır ki, şüalanma tezliyi: 

=
(

)

=



.    (2) 
Atom böyük enerjili stasionar haldan kiçik enerjili 
stasionar hala keçdikdə şüalanma baş verir:  
<

Bu zaman elektron bir kvant şüalandıraraq uzaq or-
bitdən nüvəyə yaxın orbitə keçir 
(c)

Atom bir işıq kvantı udduqda isə o, kiçik enerjili sta-
sionar haldan böyük enerjili stasionar hala keçir:  
>

Bu zaman elektron nüvəyə yaxın orbitdən uzaq orbitə 
keçir 
(d)

Atomun enerji səviyyələri. Bor hidrogen atomunun 
stasionar hallarının enerjisi üçün aşağıdakı düsturu 
müəyyən etdi: 
= −
.                            (3) 
Burada 
E = 13,6 eV minimum enerji halında olan hidrogen atomunun ionlaşma 
enerjisi, n – baş kvant ədədidir. Baş kvant ədədinin 
= 1 olan stasionar halı atomun 
İPUCU
 
Çevrə üzrə hərəkət təcilli hərəkət olduğundan atomdakı elektronlar fasiləsiz ola-
raq fırlanma tezliyinə bərabər tezlikdə elektromaqnit dalğaları şüalandırmalıdır. 
Bunun nəticəsində elektronun enerjisi sürətlə azalmalıdır.
 
(b)
(c)
(d)
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə