Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə13/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   9   10   11   12   13   14   15   16   ...   124

Fəsil 
2
.
 Beynəlxalq xüsusi hüququn mənbələri 
Bunlardan  əlavə  qeyd  edilməlidir  ki,  konkret  beynəlxalq 
təşkilatla  bağlı  olmayan  çoxtərəfli  beynəlxalq  müqavilələr  də 
mövcuddur. Hələ XIX əsrin axırlarında belə müqavilələr bağlanmağa 
başlanmış  və  onların  bir  qismi  bu  gün  də  qüvvədədir.  1883-cü  il 
“Sənaye mülkiyyətinin mühafizəsi üzrə” Paris Konvensiyası, 1886-cı 
il “Ədəbi və bədii əsərlərin mühafizəsi haqqında" Bern Konvensiyası, 
I891-Cİ  il  “Əmtəə  nişanlarının  qeydiyyatı  haqqında"  Madrid 
Konvensiyası,  1952-ci  il  “Müəlliflik  hüquqları  haqqında”  Ümum- 
dünya  Konvensiyası,  1931-ci  il  “Çeklər  haqqında”  Cenevrə 
Konvensiyası və s, konvensiyalar bu qəbildəndir. 
Beləliklə, özündə beynəlxalq xüsusi hüquq nonnalannı ifadə edən 
beynəlxalq  müqavilələrin  geniş  spektri  mövcuddur.  Beynəlxalq 
hüququn  müstəqil  subyekti  kimi  Azərbaycan  Respublikasının 
dünyaya inteqrasiyasının vacib şərtlərindən biri də zəruri beynəlxalq 
müqavilələrə vaxtında qoşulmaqdan ibarətdir. 
§ 5. Digər mənbələr 
Beynəlxalq  xüsusi  hüquqda  mənbə  kimi  qiymətləndirilən 
adətlərə  beynəlxalq  ticarət,  beynəlxalq  ticarət  gəmiçiliyi  və 
beynəlxalq  hesablaşma sahələrində  geniş  təsadüf edilir. Beynəlxalq 
mülki  dövriyyədə  tərəflərin  tez-tez  belə  adətlərə  istinad  etməsi 
beynəlxalq  qeyri-hökumət  təşkilatlan  səviyyəsində  onların 
qeyri-rəsmi  kodifikasiya  işinə  təkan  vermişdir.  Belə  məcmuələrdən 
biri  də  iqamətgahı  Paris  şəhərində  yerləşən  Beynəlxalq  Ticarət 
Palatası tərəfindən hazırlanan ticarət adətlərinin təfsirinin beynəlxalq 
Qaydaları  (İNKOTERMS)  adlanır.  İnkotermsədə  beynəlxalq  ticarət 
zamanı  təsadüf  edilən  adətlər  sistemləşdirilmiş  və  onların  təfsiri 
verilmişdir. Onun ilk variantı hətə 1936-cı ildə nəşredilmiş, hazırda 
isə  1990-cı  il  variantında  qüvvədədir.  İnkotermsdən  istifadə  etmək 
arzusunda olan tacirlər (iş adamları) bağladıqları  müqavilədə ondan 
istifadəni qabaqcadan şərtləşirlər. Bir sıra dövlətlərdə İnkotermsdən 
istifadə  qanunvericilikdə  nəzərdə  tutulub.  Məsələn,  Ukrayna 
Prezidentinin 4 oktyabr 1994-cü il tarixli fərmanında müəy 
40 


§ 5. Digər mənbələr 
yən  edilib  ki,  Ukraynada  sahibkarlıq  fəaliyyətinin  subyektləri  pred- 
meti əmtəə (iş, xidmət) olan müqavilələr, o cümlədən xarici iqtisadi 
əqdlər bağlayarkən İnkoterms qaydaları tətbiq edilməlidir. 
Beynəlxalq  Ticarət  Palatası  tərəfindən  həm  də  sənədli 
akkreditivlər üçün unifikasiya edilmiş Qayda və Adətlər (1993-cü il 
redaksiyasında), inkasso üzrə unifikasiya edilmiş Qaydalar (1995-ci il 
redaksiyasında),  müqavilə  təminatları  üzrə  unifikasiya  edilmiş 
Qaydalar (1978-cİ il) və s. hazırlanmışdır. 
Mülki  dövriyyədə  adətlərin  tətbiq  edilməsini  nəzərdə  tutan 
normalara  həm  beynəlxalq  müqavilələrdə,  həm  də  dövlətdaxili 
qanunvericilikdə  rast  gəlmək  mümkündür.  1980-ci  il  “Əmtələrin 
beynəlxalq alqı-satqı müqavilələri haqqında” BMT Konvensiyasının 
9-cu  maddəsində  deyilir  ki,  tərəflər  razılaşdıqları  hər  hansı  adətlə 
əlaqəli hesab olunur. Əgər tərəflərin razılığı ilə başqa qayda müəyyən 
edilməyibsə, onda onların bağladıqları müqaviləyə onların bildiyi və 
ya bilməli olduğu beynəlxalq ticarətdə geniş tətbiq edilən adət tətbiq 
edilməlidir'. 
İ961-Cİ  il  “Xarici  ticarət  arbitrajı  haqqında”  Avropa 
Konvensiyasında,  bir  sıra  beynəlxalq  arbitraj  reqlamentlərində 
beynəlxalq  ticarət  adətlərinin  tətbiqi  haqqında  müddəa  nəzərdə 
tutulmuşdur. 
Azərbaycan 
Respublikasının  Mülki  Məcəlləsinin  10-cu 
maddəsinə  görə  mülki  dövriyyədə  işgüzar  adətlər  tətbiq  edilə  bilər. 
Orada deyilir: "Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül 
tapan  və  geniş  tətbiq  edilən,  qanunvericilikdə  nəzərdə  tutulmayan 
davranış  qaydası,  hansısa  aktda  qeyd  edİlib-edilmədiyindən  asılı 
olmayaraq, işgüzar adət sayılır". Mülkİ Məcəllənin 1 1-ci maddəsinin 
birinci hissəsinin tələblərinə görə işgüzar adət hüquqi qüvvəsinə görə 
mülki  qanunvericilikdən,  tərəflərin  razılığı  ilə  seçilən  qaydalardan 
sonrakı yerdə durur. 
1999-cu  i!  “Beynəlxalq  arbitraj  haqqında”  Azərbaycan 
Respublikası  Qanununda  isə  birbaşa  "ticarət  adətləri"  anlayışından 
istifadə 
1 BeHtKa)! KOHBeuuHH o aorciBopax .Me^iiyııapdiditHi Kyrmn-npıuaAtı TouapoB. 
K
OM
-
 
McnTapHİi. M., 19y4, t.33.
 
41 


Fəsil 2. Beynəlxalq xüsusİ hüququn mənbələri 
edilir. Həmin qanunim 28-ci maddəsinin dördüncü hissəsində deyilir: 
"Bütün hallarda arbitraj məhkəməsi müqavilə şərtlərinə uyğun olaraq 
və  bu  əqdlərə  tətbiq  edilən  ticarət  adətlərini  nəzərə  almaqla  qərar 
qəbul edir". 
Beləliklə, adətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə 
də hüququn mənbəyi kimi tanınır. 
Bu  fəslin  birinci  paraqrafında  qeyd  edildiyi  kimi  anqlosakson 
hüquq  sistemli  ölkələrdə  məhkəmə  və  ya  arbitraj  presedentləri 
hüququn  mənbəyi  hesab  edilir.  Məhkəmə  presedenti  dedikdə  hər 
hansı  hüquqi  məsələnin  həlli  ilə  əlaqədar  məhkəmənin  çıxardığı 
qərarın analoji işlərə baxılarkən rəhbər tutulması başa düşülür. Böyük 
Britaniyada hüququn mənbəyinin bu növünə xüsusi əhəmiyyət verilir 
və  məhkəmə  presedenti  hüququn  mənbələri  sırasında  birinci  yerdə 
dunır. 
Azərbaycan  Respublikasında  məhkəmələrin  hüquq  norması 
yaratmaq  səlahiyyəti  olmadığına  görə  onların  çıxardığı  qərarlar  da 
mənbə kimİ qəbul edilmir. 
42 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə