Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə14/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   10   11   12   13   14   15   16   17   ...   124

Fəsil 3. Kollizion normalar 
§ 1. Kollizion normaların anlayışı və strukturu 
Münasibətin  tənzimləmə  üsuluna,  mahiyyətinə,  quruluşuna  və 
məzmununa görə beynəlxalq xüsusi hüquq nonnaları iki qrupa; maddi 
və  kollizion  normalara  bölünür.  Maddi  hüquq  normaları  münasibət 
iştirakçılarının  hüquq  və  vəzifələrini  müəyyən  etməklə,  onların 
davranışını  birbaşa  tənzimləyir.  Kollizion  nonna  isə  hüquq 
münasibətini  birbaşa  tənzimləmir,  aidiyyəti  münasibəti  birbaşa 
tənzimləməkdən  ötrü  tətbiq  ediləcək  hüququ  müəyyən  edir. 
Beynəlxalq  xarakter  daşıyan  xarici  elementli  münasibət,  bir  qayda 
olaraq,  bir  neçə  hüquq  sistemi  ilə  əlaqəli  olur.  Həmin  hüquq 
sistemlərinin  hər  biri  söhbət  gedən  hüquq  münasibətinə  potensial 
tətbiq  edilmə  imkanına  malikdir.  Potensial  iınkanlar  isə  hüquq 
sistemlərinin mənafelərini, obrazlı ifadə etsək, "toqquşdurur". Proses 
kollizion hüquq normaları vasitəsilə "sülhlə" yoluna qoyulur. 
Kollizion  hüquq  normasının  əsas  təyinatı  "toqquşan"  hüquq 
sistemlərindən  hansı  birinin  seçilməsi  məsələsini  həll  etməkdir. 
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, xarici elementli xüsusi hüquq 
münasibətlərinin tənzimləmə prosesi bir-biri ilə sıx əlaqədə olan iki 
mərhələdən  keçir.  İlk  mərhələdə  kollizion  problem  həll  edilməlidir. 
Sonrakı mərhələdə isə münasibət mahiyyət etibarilə tənzimlənməlidir. 
Münasibəti mahiyyət etibarilə tənzimləməkdən ötrü kollizion norma 
istiqamətləndirir, bir növ "kompas" rolunu oynayır. Kollizion norma 
vasitəsilə  "səlahiyyətli"  hüquq  sistemi  müəyyən  edilir.  Münasibətin 
ədalətli  nizama  salınması  üçün  "səlahiyyətli"  hüquq  sisteminin 
müəyyən  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Kollizion  nonna 
istinad edir, tətbiq ediləcək hüququ göstərməklə o, göndərici xarakter 
daşıyır. 
"Yad"  hüquq  sisteminə  istinad  edən  kollizion  norma  xarici 
dövlətin qanununun tətbiqini şərtləndirir, məhz onun konkret hüquq 
43 


Fəsil 3. Kollizion normalar 
münasibətini  tənzimləməkdən  ötrü  səlahiyyətli  olduğunu  əsaslan- 
dirir.  Beləliklə,  kollizion  norma  xarici  elementli  xüsusi  hüquq 
münasibətinin statusunu müəyyən edir, 
Kollizion  norma  müəyyən  edilmə  formasına  görə  özünəməxsus 
xüsusiyyətlərə malikdir. Onlar ya xüsusi qanunlarda, ya da ayn-ay- n 
məcəllələrdə  xüsusi  bölmədə 
İfadə  olunub.  Azərbaycan 
Respublikasının  qanunvericiliyində  kollizion  normalar  “Beynəlxalq 
xüsusi hüquq haqqında” Qanunda və bir sıra məcəllələrdə (məsələn, 
Ailə  Məcəlləsinin  Vll  bölməsində)  ayrıca  bölmədə  öz  əksini 
tapmışdır. Yəni qanunvericilik aktlarında kollizion normalar sistemli 
şəkildə verilir. Kollizion normaların sistemi kollizion hüququ yaradır. 
Kollizion hüquq kollizion hüquq normalarının sisteminə deyilir. 
Bu  sistemdə  hər  bir  kollizion  normanın  yeri  onun  tənzimlədiyi 
münasibətə  görə  müəyyən  edilir.  Kollizion  normalar  üçün  ümumi 
olan məsələlər isə (geriyə istinad, ümumİ qayda haqqında qeyd-şərt, 
qanunu  üstələmə  və  s.)  bu  sistemi  tamamlayır.  Kollizion  norma 
strukturuna  görə  digər  hüquq  normalarından  fərqlənir.  Kollizion 
norma  iki  elementdən  ibarətdir:  I)  həcm;  2)  bağlanma.  Bu  sözlər 
həmin hissələrin yerinə yetirdiyi funksiyalara əsasən seçilib. 
Kollizion  normanın  həcmi  hissəsində  həmin  normanın  tətbiq 
ediləcəyi  hüquq  münasibətlərinin  dairəsi  (həcmi)  göstərilir.  Şərti 
olaraq  "bağlanma"  adlandırılan  ikinci  hissədə  isə  normanın  həcmi 
hissəsində  adı  çəkilən  hüquq  münasibətini  tənzimləməkdən  ötrü 
tətbiq ediləcək qanun göstərilir (münasibət hansısa qanuna bağlandın 
hr).  Məsələn,  “Beynəlxalq  xüsusi  hüquq  haqqında"  Azərbaycan 
Respublikasının Qanununun 17-ci maddəsinə görə "əqdlə- rin fonnası 
onların  bağlandığı  yerİn hüququna tabedir".  Bu bir kollizion  hüquq 
normasıdır.  Həmin  normada  "əqdlərin  forması"  normanın  həcmi, 
"onların bağlandığı yerin hüququ" isə bağlanma hissəsidir, Və yaxud 
"ailə üzvlərinin aliment vəzifələri ərazisində birgə yaşadıqları ölkənin 
qanunvericiliyi ilə müəyyənləşdirilir" (Azərbaycan Respublikası Ailə 
Məcəlləsinin 154-cü maddəsinin birinci hissəsi) kollizion normasında 
"ailə üzvlərinin aliment vəzi 
44 


§ 1. Kollizion normaların anlayışı və strukturu 
fələri"  sözləri  həcm,  bağlanma  isə  "ərazisində  birgə  yaşadıqlan 
ölkənin qanunvericiliyi" hesab edilir. 
Kollizion normanın strukturu onun funksional təyinatına - xarici 
elenıentli  mülki  dövriyyədə  baş  verən  münasibəti  tənzimləməyə 
səlahiyyətli olan hüququ seçməyi təmin etmək vəzifəsinə uyğundur. 
İstər  həcm,  istərsə  də  bağlanma  kollizion  nonnamn  vacib 
elementləridir. Onlardan kənar kollizion norma təsəvvür edilə bilməz. 
Normanın  həcmi  beynəlxalq  xüsusi  hüququn  predmeti  ilə  bağlıdır. 
Burada  beynəlxalq  xüsusi  hüququn  predmeti  olan  münasibətin  adı 
hallanır:  xarici  elementli  mülki,  ailə,  əmək  və  s.  münasibətlər. 
Nonnamn  bağlanma  elementi  isə  beynəlxalq  xüsusi  hüququn 
metodoloji funksiyasını həyata keçirir, onun tənzimləmə metodunun 
əsas  vəzifəsi  olan  kollizion  problemini  həll  edir.  Bağlanma  konkret 
hüquq  münasibətini  konkret  hüquq  sistemi  ilə  əlaqələndirməklə, 
münasibətin statusunu müəyyən etməklə onu lokallaşdırır', onun daha 
sıx bağlı olduğu maddi hüququ müəyyən edir. 
Kollizion hüquq normasının strukturu beynəlxalq xüsusi hüququn 
sisteminin qurulması üçün də mühüm əhəmiyyət kəsb edir. Belə ki, 
beynəlxalq  xüsusi  hüququn  sisteminin  əsasında  ya  kollizion 
normalarının  "həcm"inin,  ya  da  "bağlanma"sının  təsnifatı  durur. 
"Həcnf'də qeyd edildiyi kimi beynəlxalq xüsusi hüququn predmetini 
təşkil  edən  konkret  münasibət:  mülkiyyət,  müqavilə  öhdəlikləri, 
müqavilədən  kənar  öhdəliklər,  vərəsəlik,  intellektual  mülkiyyət, 
hesablaşma,  daşıma  və  s.  münasibət  ifadə  olunur.  1-ci  fəsildə  biz 
beynəlxalq xüsusi hüququn sistemini bu prizmadan çıxış edərək izah 
etmişdik.  Yəni  beynəlxalq  xüsusi  hüquq  instİtutlan  sİstem  şəklində 
düzülərkən  on-  lann  tənzimlədiyi  münasibətlərin  növü  nəzərə 
alınmışdır.  Bu  da  kol-  iizion  normaların  həcminə  görə  təsnifatına 
uyğun gəlir. 
Beynəlxalq xüsusi hüququn sistemi kollizion bağlanmaya əsasən 
də  qurula  bilər.  Bu  zaman  konkret  bağlanma  ilə  tənzimlənən 
münasibətlər qruplaşdırılaraq onların təsnifatı aparılır. Məsələn, 
Hccail M. 
Me^myHapojHOt' nacTiıoe ııpaBo. 
M., 1989, c.58
 
45 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə