Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§  4 .  Kotlizion hüququn özəllikləri və inkişaf tendensiyası



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə21/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   17   18   19   20   21   22   23   24   ...   124

§ 
4
.
 Kotlizion hüququn özəllikləri və inkişaf tendensiyası 
kollizion  hüquqda  "münasibətin  daha  çox  əlaqəli  olduğu  qanun" 
formulundan  istifadə  olunmağa  başlanmışdır.  İkincisi  isə,  kollizion 
nonnanın xarakterinin və strukturunun mürəkkəbləşməsi ilə bağlıdır. 
Axırıncı  da  öz  ifadəsini,  bir  qayda  olaraq  kollizion  normanın 
bağlanma hissəsində tapır və kollizion bağlanmaların say çoxluğ.u ilə 
bağlıdır. Məsələn, "Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan 
Respublikası Qanununun 27-ci maddəsinə görə "malın alınması və ya 
xidmətin  göstərilməsi  ilə  əlaqədar  İstehlakçıya  dəyən  ziyanın 
ödənilməsi  haqqında  tələbə  istehlakçının  seçimi  əsasında:  1) 
istehlakçının  yaşadığı  və  ya  adətən  olduğu  ölkənin  hüququ;  2) 
istehsalçının və ya xidmət göstərən şəxsin yerləşdiyi və ya yaşadığı 
ölkənin  hüququ;  3)  istehlakçının  malı  aldığı  və  ya  ona  xidmət 
göstərildiyi  ölkənin  hüququ  tətbiq  olunur”.  Sitat  gətirilən  normanın 
mətnində göründüyü kimi birdən-birə aidiyyəti subyektə seçim üçün 
üç  kollizion  bağlanma  təklif  edilir.  O,  bunlardan  hər  hansı  birini 
seçməkdə sərbəstdir. 
Kollizion  bağlanmaların  çoxluğu  onların  birləşdirilməsinə,  yəni 
"kumulyasiya"sma  gətirib  çıxarmış,  bu  da  mahiyyət  etibarı  ilə 
problemin  çevik  şəkildə  tənzimlənməsinə  və  münasibət  iştirakçıları 
üçün  tətbiq  ediləcək  hüququn  seçilməsində  geniş  imkanların 
yaradılmasına gətirib çıxanr. 
65 


Fəsil 4. Xarici hüququn tətbiqi ilə 
əlaqədar problemlər 
§ 1. Xarici hüququn məzmununun 
müəyyən edilməsi 
Bu  fəsildə  Azərbaycan  Respublikasının  “Beynəlxalq  xüsusi 
hüquq  haqqında”  Qanununda  "ümumi  müddəalar"  hesab  edilən 
məsələlər təhlil ediləcəkdir. Bəri başdan qeyd edək ki, Qanunun sözü 
gedən  hissəsində  nəzərdə  tutulan  institutların  əksəriyyəti 
respublikamızın hüquq sistemi üçün tamamilə yeni məsələlərdir və ilk 
dəfə  olaraq  məhz  bu  qanunda  özünün  nonnativ  təsbitini  tapmışdır. 
“Beynəlxalq xüsusi hüquq haqqında” Qanun qəbul edilənə qədər isə 
həmin  məsələlər  yalnız  bu  istiqamətdə  aparılan  elmi  tədqiqatın 
predmetİ olmuş və onların İzahı xarici ölkə qanunlarına və məhkəmə 
təcrübəsinə əsaslanırdı. 
Mülki  dövriyyədə  baş  verən  xüsusi  hüquq  münasibətlərini 
tənzimləyən hüquq normalarının xarakterik xüsusiyyətlərindən bİri də 
onların "eksterritoria!" (ərazidən kənar) hüquqi qüvvə kəsb etməsidir. 
Xüsusi hüquq münasibətlərin tənzimlənməsi nəticəsində bir dövlətin 
hüdudları daxilində yaranan hüquqi nəticələr digər dövlətin ərazisində 
də  qalmaqda  davam  edir  və  tanınır.  Məsələn,  xaricdə  Azərbaycan 
Respublikasının  vətəndaşının  və  ya  hər  hansı  bir  fiziki  şəxsin  əşya 
üzərində  yaranan  mülkiyyət  hüququ  Azərbaycan  Respublikası 
ərazisində  də  tanınır,  Azərbaycan  Respublikasında  qüvvədə  olan 
qanunvericiliyə  əsasən  bağlanan  nikahlardan  irəli  gələn  hüquqi 
nəticələr tərəflər xaricə köçərkən orada da davam edəcəkdir və s. 
Xüsusi  hüquq  münasibətlərini  tənzimləyən  hüquq  nonnalannın 
"eksterrilorialhğımn" əsasında beynəlxalq xüsusi hüquq normaları 
63 


§ 1. Xarici hüququn məzmununun müəyyən edilməsi 
durur. Əvvəlki fəsillərdə qeyd etmişdik ki, beynəlxalq xüsusi hüquq 
milli  hüququn  bir  sahəsi  olduğundan  dünyada  beynəlxalq  xüsusi 
hüquq sahələrinin sayı milli hüquqların sayı qədərdir. Digər tərəfdən 
hər bir dövlət öz ərazisində suverenliyə malik  olduğuna  görə həmin 
ərazi üçün özünün milli hüquq sistemini yaratmaqda müstəqildir. Mili 
İ  hüquq  sistemlərinin  bir-birinə  münasibətdə  müstəqilliyi  onlann 
bir-birini "tanımağını'' inkar etmir. Belə "tanınma", bir qayda olaraq, 
beynəlxalq  xüsusi  hüquq  normalan  vasitəsilə  reallaşır.  Başqa  sözlə 
desək  beynəlxalq  xüsusi  hüquq  nomıaları  dövlət  daxilində  xarici 
dövlətin hüququnun tətbiqini şərtləndirir. 
Beynəlxalq  xüsusi  hüquq  münasibətlərinə  hüququn  tətbiqi 
məsələsi  meydana  gəldikdə  ilkin  həll  edilməli  olan  məsələ  hüquq 
sistemləri arasında baş verən kolliziyanı aradan qaldırmaqla bağlıdır. 
Xarici hüququn xeyrinə həli edilən kolliziya onun tətbiqini zəruri edir. 
Bütövlükdə xarici hüququn tətbiqi müəyyən şərtlərə əsaslanır. Əvvəla, 
tanınan  xarici  dövlətin  hüququnun  tətbiqinə  yol  verilir.  Söhbət 
beynəlxalq  hüquqi  tanınmadan  gedir.  Təcrübədə  tanınmayan  xarici 
dövlətin  hüququnun  tətbiqinə  rast  gəlinmir.  İkincisi,  xarici  dövlətin 
hüququnun  tətbiqinin  əsasında  dövlətda-  xili  qanunvericilikdə 
qüvvədə  olan  nonnantn  düzünə  göstərişi  durur.  Bu  funksiyanı  da 
kollizion  normalar  yerinə  yetirir.  Üçüncüsü,  milli  qanunvericilikdə 
xarici  hüququn  məzmununun  müəyyən  edilməsi,  xarici  hüququn 
tətbiqi  hədləri,  onun  tətbiqi  qaydası  ilə  bağlı  ümumi  prinsiplər 
müəyyən edilir. Nəhayət, xarici hüququn tətbiqi beynəlxalq hüququn 
ümumqəbuledilmiş  prinsiplərinə,  xüsusilə  suveren  bərabərlik, 
bir-birinin daxili işlərinə qarışmamaq, öz müqəddəratını təyin etmə və 
s. bu kimİ imperativ normalara uyğun həyata keçirilir. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında"  Azərbaycan  Respublikası 
Qanununun  2-ci  maddəsində  xarici  hüququn  məzmununun  müəyyən 
olunması ilə bağlı qanunvericinin mövqeyi ifadə olunmuşdur. Orada 
deyilir ki, məhkəmə xarici hüququn tətbiqi zamanı həmin 
67 


Fəsil 4. Xarici hüququn tətbiqi ilə əlaqədar problemlər 
hüquq  normalarının  məzmununu  müvafiq  ölkədə  onların  rəsmi 
təfsirinə  və  tətbiqi  praktikasına  uyğun  olaraq  müəyyən  etmək  üçün 
bütün  zəruri  tədbirləri  görməyə  borcludur.  Hər  şeydən  əvvəl  qeyd 
edilməlidir ki, nonnada nəzərdə tutulan "məhkəmə" anlayışını geniş 
mənada başa düşmək lazımdır. Bu normanın məzmunu  baxımından 
məhkəmə  dedikdə  xarici  hüququ  tətbiq  etmək  səlahiyyətinə  malik 
olan  dövlət  orqanı  nəzərdə  tutulur.  “Beynəlxalq  xüsusi  hüquq 
haqqında”  Qanunun  1-ci  maddəsinin  beşinci  hissəsində  bu  barədə 
aydın göstəriş vardır: "Qanunun məhkəmə tərəfindən tətbiq olunmalı 
hüququn müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri 
daşıyan digər orqanlar da tətbiq etməlidirlər". 
İkincisi,  norma  "xarici  hüququn  tətbiqi"  prosesini  nizamlayır. 
Burada  istifadə  edilən  "xarici  hüquq"  ifadəsinə  də  geniş  şəkildə 
yanaşılmalı, o, "xarici hüquq sistemi" kimi təfsir edilməlidir. Çünki 
xarici  hüququn  tətbiqini  şərtləndirən  kol  1  izi  on  normada  xarici 
qanun  konkretləşdirilmir,  bütövlükdə  küll  halında  xarici  hüquqa 
istinad edilir, buna da daha çox "xarici hüquq sistemi" anlayışı uyğun 
gəlir. 
Üçüncüsü,  məhkəmənin  üzərinə  bir  vəzifə  olaraq  qoyulur  ki, 
xarici hüququn tətbiqi zamanı həmin hüquq nonnalann məzmununu 
müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun 
olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görsün. Məhkəmə 
konkret  xüsusi  hüquq  münasibətinə  xarici  hüququ  tətbiq  edərkən, 
bütövlükdə xarici hüquq sistemi baxımından məsələyə yanaşmaqdan 
əlavə, tətbiq etdiyi hüquq normasının həmin ölkədəki rəsmi təfsirini 
və tətbiqi praktikasını öyrənməlidir. Xarici hüquq, obrazlı desək "öz 
vətənindəki" kimi tətbiq edilməlidir. Əlbəttə, bu çətin bir prosesdir. 
Məhkəmə  onun  müvəffəqiyyətli  həlli  üçün  bütün  zəruri  tədbirləri 
görməyə borcludur. "Zəruri tədbirlər" siyahısına müxtəlif hərəkətlər 
daxildir;  səlahiyyətli  dövlət  orqanına  müraciət,  lüiquqi  yardım 
haqqında  ikitərəfli  və  çoxtərəfli  müqavilələrdə  nəzərdə  tutulan 
imkanlardan  istifadə,  diplomatik  nümayəndəlik  vo  konsulluqlardan 
kömək istəmək, elmi-tədqiqat mərkəzlərilə əməkdaşlıq və s. 
68 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə