Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


Fəsi! 2. Beynəlxalq xüsusi hüququn mənbələri



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə9/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   5   6   7   8   9   10   11   12   ...   124

Fəsi! 2. Beynəlxalq xüsusi hüququn mənbələri 
xalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası O^ınununun 
1-ci  maddəsinin  İkinci  bəndində  deyilir  ki,  "xarici  elementli  mülki 
hüquqi münasibətlərə tətbiq olunmaiı hüquq bu qanunla bərabər, həm 
də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının 
qoşıılduğu  beynəlxalq  müqavilələr  və  ümumi  qəbul  olunmuş 
beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir". 
Yaxud  həmin  qanunun  2-ci  maddəsinin  birinci  hissəsində  deyilir: 
"Xarici  hüququn  tətbiqi  zamanı  məhkəmə  bu  hüquq  nonnalannın 
məzmununu  müvafiq  ölkədə  onların  rəsmi  təfsirinə  və  tətbiqi 
praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri 
gönnəyə  borcludur".  Qeyd  edilən  sitatlarda  beynəlxalq  xüsusi 
hüququn  mənbəyi  baxımından  "ümumi  qəbul  olunmuş  beynəlxalq 
adətlər",  "tərətlərin  razılığı",  normanın  "rəsmi  təfsiri  və  tətbiqi 
praktikası" ifadələri maraq kəsb edir. 
Beynəlxalq adətlər beynəlxalq ümumi hüququn mənbəyidir, onun 
dövlətə münasibətdə hüquqi qüvvə kəsb etməsi üçün dövlətin buna ilk 
növbədə  razılığı  lazımdır.  Beynəlxalq  adəti  beynəlxalq  xüsusi 
hüququn mənbəyi kimi xarakterizə edərkən beynəlxalq müqavilələrlə 
əlaqədar  yuxanda  qeyd  edilənlər  beynəlxalq  adətə  də  şamil 
edilməlidir. 
"Tərəflərin  razılığı"nı  beynəlxalq  xüsusi  hüququn  mənbəyi  kimi 
qiymətləndimıək  olmaz.  Məsələ  burasındadır  ki,  mülki  dövriyyədə 
meydana  gələn  münasibətlərin  tənzimlənməsi  üçün  bir  sıra  hallarda 
tərəflərə (münasibət iştirakçılarına) tətbiq ediləcək qanunu seçməklə 
bağlı  imkan  verilir.  Buna  ədəbiyyatda  "iradələrin  muxtariyyəti" 
prinsipi  də deyilir'.  Bu zaman tərəflər özü-özlüyündə heç bir hüquq 
norması  yaratmaq  iqtidarında  deyillər,  onlar  sadəcə,  mövcud  hüquq 
sistemlərinin  birini  seçməkdə  azaddırlar,  “iradələrin  muxtariyyəti" 
kollizion hüquq normasının formullarından biridir, onun barəsində də 
növbəti fəsildə geniş şərh veriləcəkdir. 
Jlyıııı Jl.A, Kypo Mc^ıyııapoaiioro 
ıtpaBit. OfımiW nacTb. M., c. 238 
28 


§ 2. Beynəlxalq xüsusi hüquq üzrə AR-ın dövlətdaxili qanunvericiliyi 
Azorbaycan  Respublikasının  hüquq  sistemi  üçün  digər  roman- 
german  hüquq  sistemli  ölkələrdə  olduğu  kimi  məhkəmə  praktikası 
hüququn  mənbəyi  hesab  edilmir.  Bundan  irəl  İ  gələrək  məhkəmə 
praktikası Azərbaycan beynəlxalq xüsusi hüququn mənbəyi də hesab 
edilə  bilməz.  Lakin  Azərbaycan  məhkəmələri  kollizion  hüquq 
normalarının  istinad  etdiyi  anqlosakson  hüququnun  tətbiqi  zamanı 
orada  formalaşan  və  hüququn  mənbəyi  kimi  tanınan  məhkəmə 
presedentlərinin  tətbiqi  ilə  üzləşə  bilər.  Bununla  əlaqədar  olaraq 
qanunverici tərəfindən xarici hüququn "tətbiqi praktikası" ifadəsinin 
işlədilməsi  "məhkəmə  praktikası"mn  hüququn  mənbəyi  kimi 
tanınmasına  dəlalət  etmir.  Məhkəmə  xarici  hüququ,  obrazlı  desək 
"onun  vətənində  olduğu  kimi"  tətbiqi  ilə  əlaqədar  sadəcə 
vəzifələndirilir. 
Doktrina da beynəl.xalq xüsusi hüququn mənbəyi hesab edilmir. 
Əlbəttə, ayrı-ayrı alimlərin bu və ya digər məsələlərlə bağlı \er- dikləri 
şərh nəinki nəzəri, bir sıra hallarda praktik əhəmiyyət kəsb edə bilər. 
Amma  bu  doktrinam  hüququn  mənbəyi  kimi  qiymətlən-  dinnəsinə 
əsas verə bilməz. 
Beləliklə,  beynəlxalq  xüsusi  hüququn  mənbələrinin  aşağıdakı 
növləri  vardır:  qanunlar  və  qanunqüvvəli  aktlar,  dövlətdaxili  hüquq 
sisteminin tərkib hissəsi kimi beynəlxalq müqavilələr və beynəlxalq 
adətlər, bir sıra dövlətlərdə isə məhkəmə presedentləri. 
§ 2. Beynəlxalq xüsusi hüquq üzrə Azərbaycan 
Respublikasının dövlətdaxili qanunvericiliyi 
Azərbaycan  Respublikasının  dövlətdaxili  qanunvericiliyində 
beynəlxalq  xüsusi  hüquq  norıiıalan  qanunlarda  və  qanunqüvvəli 
aktlarda ifadə olunub. Onların sırasında Azərbaycan Respublikasının 
1995-ci il Konstitusiyası xüsusi yer tutur. Digər hüquq sahələri kimi 
beynəlxalq  xüsusi  hüquq  da  özünün  əsas  başlanğıclarım 
Konstitusiyadan  götürür.  Biz  beynəlxalq  xüsusi  hüquq  üçün 
əhəmiyyət kəsb edən Konstitusiyanın 148 vəl51-ci maddələrini artıq 
şərh et- 
29 


Fosil 2. Beynəlxalq xüsusi hüququn mənbələri 
miljik.  Bu  normalardan  başqa  beynəlxalq  xüsusi  hüquqla  əlaqədar 
olan digər məsələlərə də Konstitusiyada geniş  yer verilmişdir. Bura. 
hər  şeydən  əvvəl,  əsas  İnsan  və  vətəndaş  hüquqları  və  azadlıqları 
aiddir.  Konstitusiyanın  3-cü  fəsli  {24-71-ci  maddələr)  bütövlükdə 
əsas  insan  hüquqlarına  həsr  edilmişdir.  İnsan  hüquqlarının  təbii 
xarakter daşıması (m. 24), bərabərlik hüququ (m. 25), azadlıq hüququ 
(m.  28), mülkiyyət  hüququ  (m. 29), əqli mülkiyyət  hüququ (m. 30), 
nikah  hüququ  (m.  34),  əmək  hüququ  {m.  35)  ,  əcnəbilərin  və 
vətəndaşlığı  olmayan  şəxslərin  hüquqları  (m.69),  sığınacaq  hüququ 
(m.  70)  və  s.  Konstitusiyada  hərtərəfli  təsbit  edilmişdir. 
Konstitusiyanın 12-ci maddəsinə görə üısan və vətəndaş hüquqlarının 
təmin  edilməsi dövlətin ali məqsədi  hesab edilir və həmin hüquqlar 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə 
uyğun  tətbiq  edilir.  Konstitusiyanın  13-cü  maddəsi  isə  mülkiyyəti 
toxunulmaz elan edir və onun dövlət tərəfindən müdafiəsinə təminat 
verir. 
Beynəlxalq  xüsusi  hüququn  əsas  sahəvi  sənədi  “Beynəlxalq 
xüsusi  hüquq  haqqında"  Oanundur.  Qanun  bütövlükdə  Azərbaycan 
Respublikasının  hüquq  sistemi  üçün  yeni  hadisə  kimi 
qiymətləndirilməlidir. Belə bir qanun qəbul edilməklə Azərbaycanın 
qanunvericilik  tarixində  ük  dəfə  olaraq  beynəlxalq  xüsusi  hüquq 
normalarının qismən də olsa məcəllələşdirilməsinə cəhd edilmişdir. 
“Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Qanun  xarici  elementli 
mülki  hüquqi  münasibətlərə  tətbiq  olunmalı  hüquq  nonnalarım 
müəyyən edir. Qanun kollizion hüquq nomıalannı müəyyən etməklə 
bərabər, həmin normaların tətbiqi ilə əlaqədar meydana çıxan bir sıra 
hüquqi  problemlərə  də  (geriyə  İstinad  və  ya  üçüncü  dövlətin 
hüququna  istinad,  xarici  hüququn  tətbiqinə  məhdudiyyət,  imperativ 
normaların tətbiqi, bir neçə hüquq sistemi olan dövlətlərin hüququnun 
tətbiqi, retorsiyalar, qanunu üstələmə və s.) aydınlıq gətirir. Bununla 
əlaqədar  ilk  dəfə  olaraq  Azərbaycan  hüquq  sistemi  üçün  yeni  olan 
anlayışlardan  istifadə  edilir.  Qanunun  layihəsinin  hazırlanması  və 
Milli Məclisdə qəbul olunma prose- 
30 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə