Fəsil 2. Beynəlxalq xüsusi
hüququn mənbələri
susi hüquq normalarının təkmilləşdirilməsi baxımından əhəmiyyət
kəsb edirsə, digər tərəfdən onların xarici elementli xüsusi hüquq
münasibətlərinə düzgün tətbiq edilməsini asanlaşdırır.
Milli hüququn bir sahəsi olaraq beynəlxalq xüsusi hüququn iııki-
şaf səviyyəsi ayrı-ayrı dövlətlərdə müxtəlifdir. Bir qrup dövlətlərdə bu
haqda ayrıca qanunlar qüvvədədir, digərlərində belə qanunların
layihələri hazırlanmış, bəzi dövlətlərdə isə bu sahədə heç bir
kodiflkasiya işi aparılmamış, beynəlxalq xüsusi hüquq normaları
ayrı-ayrı aktların tərkibində nəzərdə tutulmuşdur.
Beynəlxalq xüsusi hüquq haqqında ayrıca qanun qəbul etmək yolu
ilə məcəilələşmə işi Çexoslovakiyada (1963-cü ildə qəbul edilib,
hazırda Çexiyada qüvvədədir), Polşada (1965-ci il), Avstriyada
(1978-ci il), Macarıstanda (1979-cu il), Yuqoslaviyada (1982- ci il),
Türkiyədə (1982-ci ii), İsveçrədə (1987-ci il), İtaliyada (1995-ci il),
Rumıniyada (1992-ci il), AFR-də (1986-cı il), Gürcüstanda (1998-ci
il), Kanadanın Kvebek əyalətində {1994-cü ii), ABŞ-ın Luiziana
ştatında (1991-ci il), Lixtenşteyndə (1997-ci il) və s. dövlətlərdə
aparılmışdır.
İspaniya,
Portuqaliya, Əlcəzair, Misir, Yaponiya, Peru, Vyetnam,
Suriya və s. dövlətlərdə qüvvədə olan Mülki Məcəllələrdə kollizion
normalar ayrıca bölmədə verilmişdir. Məsələn, 1995-ci ildə
Vyetnamda qəbul edilən yeni Mülki Məcəlləyə "Xarici elementli
mülki münasibətlər" adı altında Vll bölmə daxil edilmişdir. Orada çox
geniş məsələlər; beynəlxalq xüsusi hüququn predmeti (m. 826), xarici
hüququn
tətbiqinin hüquqi əsaslan, beynəlxalq
müqavilələrin qüvvəsi
(m. 827), fiziki və hüquqi şəxslərin mülki hüquq və fəaliyyət
qabiliyyəti (m. 829-832), mülkiyyət rhəsələləri üzrə (m. 836-838),
müqavilə və müqavilədən kənar öhdəliklər üzrə (m. 834-835)
kollizion normalar öz əksini tapmışdır.
Hətta kodiflkasiya İşinin ənənə xarakter daşımadığı anqlosakson
hüquq sistemli ölkələrdə son dövrdə qəbul edilən qanunlarda
beynəlxalq xüsusi hüquq nomıalarına rast gəlinir. Məsələn, Böyük
Britaniyada vəsiyyətnamə haqqında qanun (1963-cü il), övladlığa
34
Fəsil 2. Beynəlxalq xİisusİ hüququn mənbolori
noyabr 1992-ci ildo mülk İ, ticarət və cinayət işləri üzrə qarşılıqlı
hüquqi yardı ni göstərilməsi haqqında Türkiyə Respublikası ilə, 22
dekabr 1992-ci ildə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və
hüquqi münasibətlər haqqında Rusiya Federasiyası ilə, 29 iyun
1995-ci İldə mülki işlər üzrə hüquqi yardım haqqında Bolqarıstan
Respublikası ilə, 8 mart 1996-cı
ildə mülki,
ailə və cinayət işləri üzrə
hüquqi yardım və hüquqi münasibətlər haqqında Gürcüstan
Respublikası ilə, 10 iyun 1997-ci ildə mülki işlər üzrə hüquqi yardım
və hüquqi münasibətlər haqqında Qazaxıstan Respublikası ilə, 18
iyun !997-ci ildə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və
hüquqi münasibətlər haqqında Özbəkistan Respublikası ilə, 05 avqust
1997-ci ildə hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi
münasibətlər haqqında Qırğızıstan Respublikası ilə, 21 fevral 1998-ci
ildə hüquqi yardım haqqında İran Tslara Respublikası ilə, 23
oktyabr
200t-ci ildə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında Litva Respublikası ilə belə müqavilələr
bağlamışdır. 3 may 2002-ci ildə mülki və ticarət işləri üzrə hüquqi
əməkdaşlıq haqqında Türkiyə ilə ikinci dəfə müqavilə bağlanmış və
həmin müqavilə 2 noyabr 1992- ci il tarixli müqaviləni əvəz etmişdir;
3)
konsulluq münasibətləri haqqında. AR-in Misir Ərəb
Respublikası, ÇXR, Türkiyə, Türkmənistan, Pakistan, Gürcüstan, RF,
Ukrayna və s. dövlətlərlə bu istiqamətdə ikitərəfli müqavilələr
bağlanmışdır;
4)
kapital qoyuluşunun həvəsləndirilməsi və qarşılıqlı müdafiəsi
haqqında. Bu sahədə AR-in Böyük Britaniya, Fransa, İran İslam
Respublikası, Gürcüstan Pakistan İslam Respublikası, Qazaxstan,
Qırğızstan, Livan, İtaliya, Polşa, Türkiyə, Ukrayna və s. dövlətlərlə
ikitərəfli beynəlxalq
müqavilələri mövcuddur
5)
qarşılıqlı maliyyə və əmlak pretenziyalarınm tənzimlənməsi
haqqmda;
6)
beynəlxalq avtomobil, dəmir yolu, hava, ticarət gəmiçiliyi
əlaqələri haqqında;
7)
müəlliflik və onunla əlaqəli hüquqların qarşılıqlı mühafizəsi
haqqında;
36