Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 1. Beynəlxalq xüsusi hüququn anlayışı və preümeıi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə2/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   2   3   4   5   6   7   8   9   ...   124

§ 1. Beynəlxalq xüsusi hüququn anlayışı və preümeıi 
İddia  qaldırır;  Azərbaycan  Respublikasının  vətəndaşı  xarici 
vətəndaşla  nikah  bağlayır;  beynəlxalq  hava  daşımaları  zamanı 
sərnişinlə hava şirkəti arasında mübahisə yaranır; Azərbaycan və ABŞ 
şirkətləri  arasında  bağlanan  kontrakta  görə  yaranan  mübahisəyə 
baxan,  Azərbaycanda  fəaliyyət  göstərən  arbitraj  iş  üzrə  ABŞ 
hüququnu tətbiq edir və s. Belə münasibətlərin hüquqi tənzimlənməsi 
isə analoji dövlətdaxili münasibətlərdən köklü şəkildə fərqlənir. 
Sadalanan münasibətlər üzrə hüquqi məsələlər beynəlxalq xüsusi 
hüquq sferasına aid edilir. Hər şeydən əvvəl, bura aşağıdakı məsələlər 
daxildir:  xarici  hüquqi  və  fiziki  şəxslərin  mülki  hüquq  və  fəaliyyət 
qabiliyyəti;  xarici  iqtisadi  əqdlərdən  İrəli  gələn  münasibətlər 
(zəmanəmizdə  xarici  iqtisadi  əqdlərin  geniş  spektri  mövcuddur); 
xaricilərlə maliyyə, kredit və hesablaşma münasibətləri; xarici yük və 
sərnişin daşımaları üzrə münasibətlər; xaricilərin müəlliflik və onunla 
əlaqəli  hüquqlar  üzrə  münasibətləri;  xaricdə  yerləşən  əmlaka 
münasibətdə  vərəsəlik  münasibətləri  və  digər  oxşar  mahiyyət  kəsb 
edən s. məsələlər. Xarakter etibarı ilə sadalanan münasibətlərin hamısı 
əmlak  və  əmlakla  əlaqəli  olan  şəxsi  qeyri-  əmlak  münasibətləri 
olduğundan mülki hüquq münasibətləri hesab edilir. Belə ki, hər bir 
ölkə daxilində qeyd edilən məsələlər adi halda mülki hüquq normaları 
İlə tənzimlənir. Onda sual oluna bilər: predmet etibarı ilə oxşar olan 
beynəlxalq xüsusi hüquq mülki hüquqdan nə ilə fərqlənir? Beynəlxalq 
xüsusi hüquq sadəcə əmlak münasibətlərini deyil, beynəlxalq sferada 
yaranan  əmlak  münasibətlərini  tənzimləyir.  Məsələn,  Azərbaycanın 
iki fınnası arasında alqı-satqı müqaviləsi mülki hüquqla, xarici firma 
ilə  .Azərbaycan  firması  arasında  oxşar  münasibət  isə  beynəlxalq 
xüsusi hüquqla tənzimlənir. 
Beynəlxalq  xüsusi  hüquqla  tənzimlənən  münasibətlər  onların 
yalnız mülki hüquqi xarakterdə olması ilə məhdudlaşmır və yaxud bu 
zaman işlədilən “mülki hüquq” anlayışını geniş mənada başa düşmək 
lazımdır.  Bura  həm  də  ailə  və  əmslc  nıüna.Ş!bət!əri  sid  edilir. 
Məlumdur ki, respublikamızın hüquq sistemində qeyd edilən məsə- 


Fosil 1. Beynəlxalq xüsusi hüququn anlayışı, predmeti və sistemi 
lolərin  (ailə,  əmok)  hər  biri  ilə  bağlı  müstəqil  hüquq  sahəsi 
mövcuddur. Buna baxmayaraq göstərilməlidir ki, istər ailə, istərsə də 
əmək  münasibətlərinin  əsasında  sÖzün  geniş  mənasında  əmlak  və 
onunla əlaqəli şəxsi qeyri-nnlak münasibətləri durur. Məhz buna görə 
də bir sıra ölkələrin h'iquq sistemlərində ailə və əmək hüququ mülkİ 
hüquq sahəsinin təıxibinə daxil edilmişdir. 
Fikrimizcə,  sada  anan  münasibətlərin  hamısına  şamil  edİlə 
biləcək  "mülki  düvriyjə"  anlayışından  istifadə  edilməsi  daha 
məqsədəmüvafiqdir. 
Beləliklə, yuxarıdakılara əsaslanaraq beynəlxalq xüsusi hüququn 
predmetini  təşkil  edən  ictimai  münasibətləri  xarakterizə  edən  iki 
cəhəti  artıq  ayırmaq  mümkündür:  birincisi,  bu  münasibətlər 
beynəlxalq  xarakterli  münasibətlərdir;  ikincisi,  həmin  münasibətlər 
mülki dövriyyədə baş verən münasibətlərdir. 
Konkret münasibətin beynəlxalq xüsusi hüququn predmetinə aid 
olması  üçün  qeyd  edilən  cəhətlərin  hər  ikisi  eyni  zamanda  mövcud 
olmalıdır. Əks təqdirdə həmin münasibətin beynəlxalq xüsusi hüquq 
normaları ilə tənzimlənməsindən söhbət gedə bilməz. Məsələn, bu və 
ya digər mənada bir dövlətin hüdudlarından kənara çıxmayan mülki, 
ailə  və  əmək  münasibətlərini  əhatə  edən  xüsusi  hüquq  xarakterli 
münasibətlər,  konkret  olaraq,  Azərbaycan  Respublikası  ərazisində 
Azərbaycan  Respublikası  vətəndaşları  arasında  predmeti  burada 
yerləşən  bağışlama  müqaviləsinin  bağlanması  (mülki  hüquqi 
münasibətlər),  və  ya  Azərbaycan  Respublikasının  vətəndaşları 
arasında Azərbaycanda nikah bağlanması (ailə hüquq münasibətləri) 
yaxud da Azərbaycanda fəaliyyət göstərən Azərbaycan hüquqi şəxsi 
ilə  Azərbaycan  vətəndaşı  arasında  əmək  müqaviləsinin  bağlanması 
(əmək  hüquq  münasibətləri)  ilə  yaranan  münasibətlər  nə  qədər  ki, 
beynəlxalq  xarakter  kəsb  etməyib,  müvafiq  hüquq  sahələrində 
mövcud  olan  konkret  nonnalarla  tənzimlənir  və  beynəlxalq  xüsusi 
hüququn  predmetinə  aid  deyildir.  Eyni  zanianda.  bır  dövlətin 
hüdudlarından kənara çıxan, yəni beynəlxalq xarakter daşıyan, lakin 
mülki dövriyyə ilə əlaqədar olmayan (mə 


§ 1. Beynəlxalq xüsusi lüiququn anlayışı vo preclmeti 
sələn,  Bine  hava  limanmda  Azorbaycan  votəndaşı  torəfındon  zor 
tətbiq etməklə hava gəmisini ələ keçirib, onu xarici dövlətə uçmağa 
məcbur  etmə)  münasibətlər  də  beynəlxalq  xüsusi  hüququn  pred- 
metinə şamil edilə bilməz. 
Elmi ədəbiyyatda göstərilir ki, beynəlxalq xüsusi hüququn pred- 
metinə münasibətdə işlədilən "beynəlxalq" temiini beynəlxalq ümumi 
hüquqda işlədilən "beynəlxalq" anlayışı ilə eyni deyildir. Beynəlxalq 
ümumi  hüquqda  "beynəlxalq"  tennini  dövlollərarası,  hökunıot- 
lərarası mənasında işlədilirsə, beynəlxalq xüsusi hüquqda bu anlayış 
daha  geniş  mənada  işlədilir.  Bu  zaman  "beynəlxalq"  dedikdə  bir 
dövlətin  hüdudlarından  kənara  çıxan,  müxtəlif  dövlətlərin  hüquq 
sistemləri ilə əlaqəli olan münasibətlər başa düşülməlidir'. 
Bu məqamda bİr məsələyə aydınlıq gətirilməsinin zərurəti ortaya 
çıxır: hansı halda mülki dövriyyədə baş verən münasibət beynəlxalq 
xarakter  kəsb  edir?  Ümumiyyətlə,  hüquq  münasibəti  mürəkkəb 
kateqoriya 
olub 
müxtəlif  elementlərdən  ibarətdir:  hüquq 
münasibətinin  əsası;  subyekti;  məzmunu  və  obyekti.  Bu  baxımdan 
beynəlxalq  xarakterlilik  özünü  hüquq  münasibətinin  bu  və  ya  digər 
elementində büruzə verir. Belə element dərslik və elmi ədəbiyyatlarda 
"xarici element" adlandırılır. 
Hüquq  münasibətinin  hansı  struktur  elementinə  aid  olmasından 
asılı olaraq "xarici elemenf’in aşağıdakı kateqoriyaları fərqləndirilir. 
Birincisi,  hüquq  münasibətinin  subyektində  ifadə  olunan  xarici 
element. Bu zaman münasibətin iştirakçısı kimi müxtəlif  dövlətlərin 
hüquqi  və  ya  fiziki  şəxsləri,  yaxud  xarici  dövlət  və  ya  beynəlxalq 
təşkilat çıxış edir. Məsələn. Azərbaycan və Türkiyə Hmıalan arasında 
əmtəələrin  topdan  alqı-satqı  müqaviləsinin  bağlanması  və  ya 
Azərbaycan və Gürcüstan vətəndaşları arasında nikah müqaviləsinin 
bağlanması və s. 
1 ricpcTcpcKnü H.C. CııcTCMa Mcaayııapoitnoıo qucTiıoro ııpusa // C
OB
. locyjapcTno n 
ııpaHo. 1946, N‘i8-9. c.22 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə