Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


§ 2. Beynəlxalq xüsnsi hüquq üzrə AR-ın dövlatdaxiii qanunvericiliyi



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə10/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   6   7   8   9   10   11   12   13   ...   124

§ 2. Beynəlxalq xüsnsi hüquq üzrə AR-ın dövlatdaxiii qanunvericiliyi 
sinin bilavasitə iştirakçısı kimi qeyd edə bilərik ki, qanunun istər ad, 
İstərsə  də  məzmun  baxımından  Azərbaycan  Respublikasının  hüquq 
sisteminə  gətirdiyi  yeniliklər  hətta  müzakirələrdə  iştirak  edən 
deputatların  da  maraq  və  təəccübünə  səbəb  olmuşdur.  Bu  səbəbdən 
beynəlxalq  xüsusi  hüquq  üçün  ənənəvi  olan  bir  sıra  anlayış  və 
ifadələrin  deputatlar  tərəfindən  dəyişdirilməsinə  cəhd  edilirdi. 
Gətirilən  arqumentlərə  baxmayaraq,  onlar  bəzi  məsələlər  üzrə 
fikirlərindən  əl  çəkmədilər.  Məsələn,  kollizion  normasının 
formullarından biri olan "şəxsi qanun" (fiziki şəxsin şəxsi qanunu - lex 
personalis)  ifadəsinin  qanunda  işlədilməsinə  qarşı  onlar  qətiyyətlə 
çıxaraq,  həmİn  anlayışın  "fiziki  şəxsin  istinad  etdiyi  qanun" 
formasında verilməsini təkid etdilər və s. 
Qanun  yalnız  xarici  elementi  i  mülki  hüquqi  münasibətlərlə 
əlaqədardır.  Xarici  elementli  əmək,  aİlə,  mülki-prosessual  hüquq 
münasibətlərinin  tənzimlənməsi  ilə  bağlı  nonnalara  qanunda  rast 
gəlinmir.  Bu  da  qanunun  universallığını  şübhə  altına  alır.  Məsələ 
burasındadır  ki,  “Beynəlxalq  xüsusi  hüquq  haqqında"  Qanunun 
layihəsi hazırlanarkən yeni Ailə və Mülki Prosessual Məcəllələr artıq 
qəbul  edilmiş  və  müvafiq  xarici  elementli  münasibətlərin 
tənzimlənməsi  ilə  bağlı  normalar  hər  bir  məcəllədə  ayrıca  nəzərdə 
tutulmuşdu. 
Göstərilən çatışmazlıqlara baxmayaraq “Beynəlxalq xüsusi hüquq 
haqqında”  Qanunun  qəbul  edilməsi  Azərbaycan  beynəlxalq  xüsusi 
hüququnun öz İnkişafında yeni mərhələyə qədəm qoymasından xəbər 
verir. 
28 dekabr 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının 
Ailə  Məcəlləsində  beynəlxalq  xüsusi  hüquq  normaları  Vil  bölmədə 
verilmişdir.  "Ailə  qanunvericiliyinin  əcnəbilərin  və  vətəndaşlığı 
olmayan  şəxslərin  iştirakı  ilə  ailə  münasibətlərinə  tətbiqi"  adlanan 
həmin  bölmədə  xarici  elementli  ailə  münasibətlərinə  (nikahın 
bağlanması,  tanınması  və  pozulması,  ər-arvadın  əmlak  və  şəxsi 
qeyri-əmlak  hüquq  və  vəzifələri,  övladlığa  götürmə  və  s.)  tətbiq 
edilməli olan kollizion hüquq normaları təsbit edilmişdir. 
31 


Fəsil 2. Üeynəlxak] xüsusi hüquqim mənbələri 
Ticarət  gəmiçiliyi  zamanı  yaranan  xarici  elementli  münasibətlər 
tənzimlənərkən əsas götürülən normalar 22 iyun 2001-ci ildə qüvvəyə 
minən  Azərbaycan  Respublikasının  Ticarət  Gəmiçiliyi  Məcəlləsinin 
"Tətbiq edilən hüquq" adlanan XXVI fəslində (324-335-ci maddələr) 
nəzərdə  tutulmuşdur.  Burada  belə  münasibətlər  zamanı  tətbiq  edlən 
hüququn müəyyənləşdirilməsi,  gəmiyə mülkiyyət hüquqları  və digər 
əşya hüquqlarının, gəmi heyəti üzvlərinin hüquqi vəziyyətinin, batmış 
əmlaka hüquqların müəyyən edilməsi zamanı, habelə ticarət gəmiçiliyi 
sahəsində  bağlanmış  müqavilələrdən  yaranan  münasibətlərə, 
gəmilərin  toqquşmasından  yaranan  münasibətlərə,  gəmilərdən  neftlə 
çirkləndirmədən vurulan zərərdən yaranan münasibətlərə və s. tətbiq 
edilməli  olan  hüquq  göstərilir.  Məcəllənin  334-cü  maddəsinə  görə 
"gəmi  sahibinin  məsuliyyətinin  hüdudları  gəmi  bayrağı  dövlətinin 
qanunu ilə müəyyən lənşd iri lir”. 
Beynəlxalq mülki proseslə bağlı nonnalar 28 dekabr 1999-cu ildə 
qəbul edilən Mülki-Prosessual Məcəllənin "Xarici şəxslərin iştirakı ilə 
icraat" adlanan IV bölməsində verilmişdir. 46-50-cİ fəsillərdən ibarət 
olan  həmin  bölmədə  məhkəmələrin  beynəlxalq  səlahiyyətləri, 
Azərbaycan  Respublikasında  xarici  məlıkəmələrin  və  arbİtrajlann 
qətnamələrinin  icrası  və  tanınması,  xarici  dövlətin  məhkəmə 
qətnamələrinin məcburi icrası, xarici dövlətin arbitraj məhkəmələrinin 
qətnamələrinin icrası və tanınması kimi məsələlər tənzimlənir. 
Məcəllələrdən başqa beynəlxalq xüsusi hüquq normalarına çoxlu 
sayda  qanun  və  qanunqüvvəli  aktlarda  da  rast  gəlmək  mümkündür. 
Xaricilərin  ölkədə  statusu  ilə  əlaqədar  13  mart  1996-cı  ildə 
“Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  vəziyyəti 
haqqında”  Qanun  qəbul  edilmişdir.  Azərbaycan  Respublikası  Milli 
Məclisinin  1997-cİ  il  30  dekabr  tarixli  Qanunu  ilə  “Azərbaycan 
Respublikasında  daimi  yaşayan  vətəndaşlığı  olmayan  şəxslərin  və 
əcnəbilərin xüsusi sənədləri haqqında” Əsasnamə təsdiq edilmişdir. 
İnvestisiya  fəaliyyətinin  tənzimlənməsi  ilə  əlaqədar  15  yanvar 
1992-ci ildə “Xarici İnvestisiyaların qonınması haqqında”, 13 yanvar 
1995-ci ildə “İnvestisiya fəaliyyəti haqqında”, 30 noyabr 1999-cu ildə 
32 


§ 3. Xarici dövləılərin qanunvericiliyi 
“İnvestisiya  fondlan  haqqında”  Azərbaycan  Respublikasının 
qanunları  qəbul  edilmişdir.  Bundan  əlavə,  21  oktyabr  1994-cü  İl 
tarixli “Valyuta tənzimlənməsi haqqında”, 20 iyun 1995-ci il tarixli 
“Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikasının  qanunları 
qüvvədədir. 
Beynəlxalq xarakterli xüsusi hüquq münasibətlərindən irəli gələn 
mübahisələrin  dövlət  məhkəmələrindən  kənar  həlli  ilə  əlaqədar 
məsələlər 18 noyabr 1999-cu ildə qəbul edilən “Beynəlxalq arbitraj 
haqqında”  Azərbaycan  Respublikasının  Qanunu  ilə  tənzimlənir. 
Qanunun 1-ci maddəsinin üçüncü hissəsinə görə arbitraj razılaşması 
bağlananda  onun  tərəflərinin  müəssisələri  ayrı-ayrı  dövlətlərdə 
yerləşdikdə,  arbitrajın  yerİ  və  ticarət  münasibətlərindən  irəli  gələn 
öhdəliklərin  əsas  hissəsinin  icra  edilməli  olduğu  hər  hansı  yer  və 
yaxud  mübahisə  predmetinin  sıx  əlaqəli  olduğu  yer  tərəflərin  öz 
müəssisələrinin olduğu dövlətin hüdudlarından kənarda yerləşdikdə, 
arbitraj  sazişinin  predmeti  birdən  çox  dövlət  ilə  əlaqəli  olduqda 
arbitraj beynəlxalq sayılır. 
Beynəlxalq  xüsusi  hüquq  nomıalanna  habelə  bir  sıra  digər 
qanunlarda:  “Patent  haqqında”  Qanunda,  “Müəlliflik  hüququ  və 
əlaqəli  hüquqlar  haqqında”  Qanunda,  “Əmtəə  nişanları  və  coğrafi 
göstəricilər  haqqında”  Qanunda  və  s.  qanunvericilik  aktlannda  rast 
gəlinir. 
Beləliklə,  Azərbaycan  Respublikasının  qanunvericiliyində 
beynəlxalq  xüsusi  hüquq  normaları  tam  məcəllələşdirilməmiş, 
ayrı-ayrı  qanunvericilik  aktlarında  verilmişdir.  “Beynəlxalq  xüsusi 
hüquq  haqqında”  Qanunun  qəbul  edilməsi  bu  istiqamətdə 
məcəllələşdir-  mə  işinin  başlanğıcı  hesab  edilməli  və  onun 
təkmilləşdirilməsi zərurəti qeyd edilməlidir. 
§ 3. Xarici dövlətlərin qanunvericiliyi 
Xarici dövlətlərin beynəlxalq xüsusi hüquq üzrə qanunvericiliyini 
öyrənmək həm nəzəri, həm də praktik əhəmiyyət kəsb edir. Ayn-ayn 
dövlətlərdə  qüvvədə  olan  beynəlxalq  xüsusi  hüquq  nor-  malannın 
müqayisəli təhlili bir tərəfdən gələcəkdə beynəlxalq xü 
33 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə