Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə15/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   11   12   13   14   15   16   17   18   ...   124

Fəsil 3. Kollizion normalar 
ŞƏXSİ  qanunla  və  ya  əqdin  bağlandığı  yerin  qanunu  ilə  hansı 
məsələlərin  tənzimlənməsini  müəyyən  etməklə,  biz  konkret 
bağlanmanın tətbiqi dairəsini konkretləşdiririk. 
§ 2. Kollizion normaların növləri 
Müasir  beynəlxalq  xüsusi  hüquqda  kollizion  normalar  geniş 
spektrə malikdir. Onlar müxtəlif meyarlara əsasən təsnifləşdirilə bilər, 
Kollizion  normaların  ən  çox  təsadüf  olunan  təsnifatı  kollizion 
bağlanmanın  fonnasına  görə  aparılan  təsnifatdır.  Bu  əlamətə  görə 
kollizion normalar birtərəfli və ikitərəfli növlərə bölünür. 
Birtərəfli  kollizion  hüquq  normalarında  nonnamn  bağlanma 
hissəsində hüququ tətbiq ediləcək konkret dövlət göstərilir. Bir qayda 
olaraq,  belə  dövlət  kimi  həmin  normanı  yaradan  dövlət  çıxış  edir. 
Yəni dövlət birtərəfli qaydada yalnız öz hüququnun tətbiqi hədlərini 
müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 146-cı 
maddəsinin  birinci  hissəsinə  görə  Azərbaycan  Respublikasında 
nikahın 
bağlanmasının 
forma 
və 
qaydaları 
Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Gətirilən misalda 
"Azərbaycan  Respublikasında  nikahın  bağlanmasının  forma  və 
qaydaları" 
normanın 
həcmi, 
"Azərbaycan 
Respublikasının 
qanunvericiliyi  İlə  müəyyən  edilir"  sözləri  isə  normanın  bağlanma 
hissəsidir.  Göründüyü  kimi  normanın  bağlanma  hissəsində  hüququ 
tətbiq  ediləcək  dövlət  birbaşa  göstərilir.  Burada  yalnız  bir  dövlətin 
hüququnun  tətbiqindən  söhbət  getdiyinə  görə  kollizion  norma  da 
birtərəfli adlandırılır. 
Tarixən xarici hüququn tətbiqini öz ərazisində məhdudlaşdırmaq 
üçün dövlətlər birtərəfli kollizion nonnalara tez-tez müraciət etmişlər. 
Ayrı-ayrı  dövrlərdə  Fransa,  Sovet  İttifaqı  və  s.  dövlətlərin 
təcrübəsində buna rast gəlmək mümkündür. Əslində belə normaların 
total  şəkildə  nəzərdə  tutulması  beynəlxalq  xüsusi  hüququn  ümumi 
prinsiplərinə zidd hesab edilməlidir. 
46 


§ 2. Kollizion normaların növləri 
Beynəlxalq  xüsusi  hüquq  üçün  daha  çox  ikitərəfli  kollizion 
normalar  xarakterikdir.  Beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulan 
kollizion  normalar  əsasən  ikitərəfli  kollizion  nonnalardır.  İkitərəfli 
kollizion  hüquq  normasının  kollizion  bağlanma  hissəsində  tətbiq 
ediləcək  hüququ  seçmək  üçün  konkret  dövlətin  hüququna  deyil, 
ümumi  prinsipə  istinad  edilir.  Kollizion  bağlanmanın  məzmununu 
ifadə  edən  bu  prinsiplər  tarixən  formalaşdığından,  hazırda  bütün 
dünyada  müəyyən  şablonlar  altında  qəbul  edilir.  Ədəbiyyatda  buna 
çox vaxt kollizion bağlamanın tipləri və ya "təhkimct- mə fonnullan" 
da  deyilir.  “Beynəlxalq  xüsusi  hüquq  haqqında"  Azərbaycan 
Respublikasının Qanununun 17-ci maddəsinə görə "əqdlərin fonnası 
onların bağlandığı yerin hüququna tabedir". Burada "əqdlərin forması" 
nonnanm həcmi, “onların bağlandığı yerin hüququna tabedir" sözləri 
isə  normanın  bağlanma  hissəsidir.  Bağlanma  hissəsində  tətbiq 
ediləcək  hüququ  seçmək  üçün  konkret  dövlətin  hüququna  deyil, 
ümumi  prinsipə-əqdin  bağlandığı  yerin hüququna istinad edilmişdir. 
Əgər  əqd  İtaliyada  bağlanıbsa,  İtaliya,  Azərbaycanda  bağlanıbsa 
Azərbaycan  hüququnun  tətbiqi  nəzərdə  tutulub.  Deməli,  tətbİq 
ediləcək  hüququ  seçmək  üçün  "əqdin  bağlandığı  yerin  hüququ" 
prinsipindən  istifadə  edilmişdir.  Beləliklə,  birtərəfli  kollizion 
normadan fərqli olaraq, ikitərəfli kollizion normanın bağlanma hissəsi 
tətbiq ediləcək hüququ seçmək üçün müəyyən prinsipdən istifadə edir. 
Birtərəfli  kollizion  nonnanm  məzmunundan  irəli  gələrək,  onun 
bağlanma hissəsini uyğun prinsip altında fonnula etsək, onda birtərəfli 
kollizion  normanı  ikitərəfli  kollizion  normaya  çevinniş  olarıq. 
Fikirlərimizi yuxarıda çəkdiyimiz misala əsasən izah edək. Birtərəfli 
kollizion  norma  kimİ  göstərdiyimiz  Azərbaycan  Respublikası  Ailə 
Məcəlləsinin  146-cı  maddəsində  Azərbaycan  Respublikasının 
ərazisində  bağlanan  nikahın  forma  və  qaydaları  Azərbaycan 
Respublikasının  qanunvericiliyinin  tətbiq  edilməsi  ilə  müəyyən 
edilmişdir.  Burada  Azərbaycan  Respublikası  qanunvericiliyinin 
tətbiqi  əsası  kimi  nikahın  Azərbaycan  Respublikasının  ərazisində 
bağlan- 
47 


Fəsil 3. Kollizion normalar 
ması - "nikalıın bağlandığı yer” prinsipi çıxış edir. Bu prinsipdən çıxış 
edib, normanın məzmununa xələl gətirmədən onu birtərəfli nomıadan 
ikitərəfli  kollizion  normaya  çcvimıək  mümkündür:  Nikahın 
bağlanmasının forma və qaydaları onun bağlandığı yerin qanunu ilə 
müəyyən edilir, 
Fransa qanunvericiliyində daha çox birtərəfli kollizion normalara 
üstünlük  verildiyindən,  onların  Fransa  məhkəmə  praktikasında 
ikitərəfli kollizion normaya uyğun interpretasiya olunmasına tez- (ez 
rast gəlinir. 
Qanunvericisinin  iradəsinin  ifadə  formasına  görə  kollizion 
normalar  iınperativ,  dispozitit'  və  alternativ  nonnalara  bölünür.  İnı- 
perativ  kollizion  norma  tərəflərin  öz  arzusu  ilə  dəyişdirə  bilmədiyi, 
tətbiq ediləcək hüquq haqqında qəti göstəriş verən normaya deyilir. 
Məsələn,  “Beynəlxalq  xüsusi  hüquq  haqqında”  Azərbaycan 
Respublikasının  Qanununun  17-ci  maddəsinin  3-cü  hissəsində 
deyilir: "Predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan istifadə 
olan  əqdin  forması  həmin  torpağın  yerləşdiyi  ölkənin  İmpera-  tiv 
hüquq  normaları  ilə  müəyyən  edilir,  bu  şərtlə  ki,  həmin  ölkənin 
hüququna  görə,  əqdin  bağlandığı  yerdən  və  bu  əqdin  tabe  olduğu 
hüquqdan  asılı  olmayaraq  bu  nonnalar  tətbiq  olunmalıdır".  Tərəflər 
predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan istifadə olan əqd 
bağlayarkən bu nonnanın  tələbinə qəti şəkildə riayət  etməyə borclu 
olduğuna görə bu norma imperativ norma adlanır. 
Dispozitiv  kollizion  norma  zamanı  isə  tərəflər  tətbiq  ediləcək 
hüquqla  bağlı  seçmə  imkanına  malik  olur.  Dispozitivlik  daha  çox 
müqavilə münasibətləri sferası üçün xarakterikdir. Təsadüfi deyildir 
ki,  müqavilə  öhdəliklərində  "tərəflərin  muxtariyyəti"  əsas  kollizion 
bağlanma  kimi  çıxış  edir.  “Beynəlxalq  xüsusi  hüquq  haqqında” 
Azərbaycan  Respublikasının  Qanunun  24-cü  maddəsinin  birinci 
hissəsində  deyilir:  "Müqavilə  ilə  bağlı  tərəflərin  hüquq  və 
vəzifələrinin müəyyən edilməsi... tərəflərin razılığı ilə seçilən ölkənin 
hüququ  ilə  tənzimlənir".  Göründüyü  kimi  tərəflər  müqavilə 
öhdəlikləri ilə bağlı istənilən ölkənin hüququnu seçməkdə azaddırlar. 
48 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə