§ 2. Kollizion nonnaİann növləri
Alternativ kollizion norma elə normaya deyilir ki, bu zaman
tətbiq ediləcək hüququ seçmək üçün bir neçə qaydadan istifadə edilir.
Məsələn, “Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan
Respublikasının
Qanununun
18-cİ
maddəsində
deyilir:
"Etibarnamənin forması və qüvvədə olması müddəti onun verildiyi
ölkənin hüququ ilə müəyyən olunur. Lakin etibarnamənin formasına
riayət edilməməsi nəticəsində o, etibarsız sayıla bilməz, bu şənlə ki,
onun forması Azərbaycan Respublikası hüququnun tələblərinə uyğun
olsun". Qeyd edilən normada etibarnamənin formasının müəyyən
edilməsi iiə bağlı iki alternativ bağlanma: 1) onun verildiyi ölkənin
hüququ; 2) Azərbaycan Respublikasının hüququ nəzərdə tutulub. Eyni
zamanda, qanun bu bağİanmalann tətbiqi ardıcıllığına da münasibətini
ifadə edir. İlkin olaraq etibarnamənin verildiyi ölkənin hüququna
üstünlük verilir. Onun tələblərinə forma baxımından cavab verməyən
etibarnaməyə Azərbaycan hüququ tətbiq edilir. Əgər fonna
baxımından etibarnamə Azərbaycan Respublikası hüququnun
tələblərinə uyğundursa, onda o, etibarlıdır.
Bəzən alternativ bağlanması olan kollizion nonnaya
mürəkkəb
kollizion norma da deyilir. Ümumiyyətlə, bir həcm, bir bağlanmadan
ibarət olan nonnaya sadə kollizion nonna, diferensialı həcmə və bir
neçə bağlanmaya malik olan normaya isə mürəkkəb kollizion nonna
deyilir.
Alternativ kollizion normanın özü də alternativ bağlanmalar
arasında olan əlaqənin xarakterinə görə sadə və mürəkkəb alternativ
nomıalara bölünürlər. Sadə alternativ nonnada kollizion bağlanmalar
bərabər statusa malik olur, onlar bir-birindən öz aralarında "və ya"
bağlayıcısı ilə ayrılır. İstehlakçıya dəyən ziyana görə məsuliyyət
müəyyən edən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan
Respublikasının Qanununun 27-ci maddəsində sadə alternativ
kollizion bağlanmalar nəzərdə tutulub. Orada deyilir; "Malın alınması
və ya xidmətin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın
ödənilməsi haqqında tələbə istehlakçının seçimi əsasında:
istehlakçının yaşadığı və ya adətən
olduğu ölkənin hüququ;
isteh-
49
§ 3. Koüizion bağlanmanın asas ronniılları
1.
Fiziki şəxsin şəxsi qənıınu (lex personalis). Dövlətlərin
"toqquşan" hüquqlarından birini seçmək məqsədilə tez-tez tətbiq
edilən kollİzion bağlanmalardan bİri də fiziki şəxsin şəxsi qanunudur.
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının
Qanununda bu formul "fiziki şəxsin istinad etdiyi qanun" şəklində
verilmişdir. Şəxsi qanunun iki növü mövcuddur: 1) şəxsin vətəndaşı
olduğu ölkənin qanunu (lex patriae); 2) şəxsin daimi yaşadığı yerin
qanunu (lex domicilii).
Şəxsi qanun fonnuluna aşağıdakı məsələlərin hüquqi statusu
müəyyən edilərkən istinad edilir:
1)
şəxsin hüquq qabiliyyətinin yaranması və xitamı məsələləri;
2)
şəxsin fəaliyyət
qabiliyyəti məsələləri;
3)
şəxsi hüquqlarla bağlı məsələlər (ad hüququ; şərəf və ləyaqət
hüququ);
4)
ailə hüququ, xüsusilə nikah və boşanmanın daxİlİ şərtləri ilə
bağlı məsələlər;
5)
daşınar əmlakla bağlı vərəsəlik məsələləri.
Şəxsi qanunun növ müxtəlifliyi ayrı-ayrı hüquq ailələrində
formalaşan ənənə ilə bağlıdır, Roman-german hüquq sistemli
ölkələrdə şəxsin vətəndaşı olduğu ölkənin qanunu (lex patriae),
ümumi hüquq sistemli Ölkələrdə isə şəxsin daimi yaşadığı yerin
qanununa (lex domicilii) üstünlük verilir. Norveç, Danimarka,
İslandiya istisna olmaqla Avropa ölkələrində, bir sıra Latın Amerikası
(Kuba, Kosta-Rika, Panama və s.) və ərəb ölkələrində (Misir, Əlcəzair
və s.) lex patriae. Böyük Britaniya, ABŞ, Kanada, Hindistan, bəzi
Latın Amerikası Ölkələrində (Argentina, Braziliya) və yuxarıda adı
çəkilən üç Avropa ölkəsində lex domicilii tətbiq edilir. Avstriya,
Macarıstan, İsveçrə, Meksika, Venesuela və s. ölkələrdə isə şəxsi
qanunun hər iki variantına (qarışıq sistem) istinad edilir.
Son dövrlər qarışıq sistemdən istifadəyə tez-tez təsadüf olunur.
Beynəlxalq xüsusi hüquq haqqında qəbul edilən qanunlarda bu
sistemə üstünlük verilir. “Beynəlxalq xüsusi hüquq haqqında”
Azərbaycan Respublikasının Qanunu da bu yolla gedərək şəxsi
qanunun
51