Zavər Qafarov, Ataxan Əbilov Beynəlxalq xüsusi hüquq Yenidən işlənmiş ikinci nəşr Bakı ~ Qanun 2007


S 4. Bcynolxalq xüsusi hüququn inkifarıncla beynəlxalq müqavilələrin rolu



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə12/124
tarix31.08.2018
ölçüsü2,45 Mb.
#65554
1   ...   8   9   10   11   12   13   14   15   ...   124

S 4. Bcynolxalq xüsusi hüququn inkifarıncla beynəlxalq müqavilələrin rolu 
8)
 
mülki proses məsələləri üzrə və s. 
Regional  beynəlxalq  müqavilələr,  bir  qayda  olaraq,  regional 
beynəlxalq təşkilatların çərçivəsində hazırlanır. Regional beynəlxalq 
müqavilə  kimi  Bustamant  Məcəlləsi  haqqında  əvvəlki  fəsildə 
məlumat  vermişdik.  Müasir  dövrdə  isə  beynəlxalq  xarakterli  xüsusi 
hüquq 
münasibətlərinin 
beynəlxalq 
müqavilələr 
vasitəsilə 
tənzimlənməsi  prosesi  Avropa  İttifaqı  çərçivəsində  geniş  miqyasda 
müşahidə edilir. Bu qəbildən olan beynəlxalq müqavilələrdən 1968-ci 
il “Şirkətlərin qarşılıqlı tanınması haqqında" Brüssel Konvensiyasını, 
1968-ci  j[  “Məhkəmə  qərarlarının  icrası  və  məhkəmə  aidiyyəti 
haqqında”  Brüssel  Konvensiyasım  (1978-ci  i!  redaksiyasında), 
1980-ci il “Müqavilə öhdəliklərinə hüququn tətbiqi haqqında" Roma 
Konvensiyasını misal çəkmək olar
MDB  çərçivəsində  də  qəbul  edilən  1993-cü  il  “Mülki,  ailə, 
cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 
Konvensiya, 1993-cii il “İnvestisiya fəaliyyəti sahəsində əməkdaşlıq 
haqqında”  Razılaşma,  1995-ci  il  Avroasiya  Patent  Konvensiyası, 
1997-ci  il  “İnvestoriann  hüquqlarının  müdafiəsi  haqqında” 
Konvensiya  və  s.  regional  beynəlxalq  müqavilə  kimi  xarakterizə 
edilir. 
1975-ci ildən etibarən Amerika qitəsinin ölkələri hər üç ildən bir 
beynəlxalq  xüsusi  hüquq  üzrə  konfranslar  keçirir.  Qitənin  ayn-  ayn 
şəhərlərində  (Panamada  1975-ci  İldə,  Montevideoda  1979-cıı  ildə, 
La-Pasda  1984-cü  ildə  və  s.)  keçirilən  bu  konfranslarda  beynəlxalq 
xüsusi  hüququn  ayrı-ayrı  məsələləri  üzrə  otuza  qədər  konvensiya 
qəbul edilmişdir. 
Universal  beynəlxalq  müqavilələr  vasitəsilə  beynəlxalq  xüsusi 
hüquq  normalarının  unifikasiyası  bir  sıra  beynəlxalq  təşkilatların 
fəaliyyəti  ilə  əlaqədardır.  Beynəlxalq  Xüsusi  Hüquq  üzrə  Haaqa 
Konfransı,  Xüsusi  Hüququn  Unifikasiyası  üzrə  Beynəlxalq  İnstitut 
(UNİDRUA), BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası 
(YUNSİTRAL) və s. belə təşkilatlardandır. 
Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının yaradılması 
prosesi hələ XIX əsrin 60-cı illərindən başlamışdır. İlk əvvəl  İtaliya 
hökumətinin təşəbbüsü nəticəsiz qalsa da, 1893-cü ildə Hol 
37 


Fəsil 2. Beynəlxalq xüsusi hüququn mənbələri 
land  hökuməti  onun  çağırılmasına  nail  olmuşdur.  Konfrans  sessiya 
qaydasında  fəaliyyət  göstərir.  Onun  sessiyaları  müəyyən  tarixi 
dövrlərdə  yaranmış  fasilələr  nəzərə  alınmasa,  hər  dörd  ildən  bir 
çağırılır.  1951  -ci  ildə  Beynəlxalq  Xüsusi  Hüquq  üzrə  Haaqa 
Konfransının daimi statutu qəbul edilir (1955-ci ildə qüvvəyə minib). 
Statutun  1-ci  maddəsinə  görə  konfransın  vəzifəsi  beynəlxalq  xüsusi 
hüququn  mütərəqqi  unifıkasiyasına  nail  olmaqdır.  Konfrans 
hökumətlər  səviyyəsində  çağırılır,  onun  Daimi  Bürosu  fəaliyyət 
göstərir. 
Haaqa Konfransı çərçivəsində ailə hüququ, mülki hüquq, mülki - 
prosessual hüquqla bağlı mühüm konvensiyalar hazırlanmışdır. Ailə 
hüququ  ilə  əlaqədar  1956-cı  il  “Uşaqlara  münasibətdə  aliment 
öhdəliklərinə tətbiq  edilən hüquq haqqında” Konvensiya, 1970-ci il 
“Ər-  arvadın  boşanması  və  məhkəmə  aynimasının  tanınması 
haqqında”  Konvensiya,  1978-ci  il  “Nikahın  bağlanması  və  onun 
etibarsızlığının  tanınması  haqqında”  Konvensiya,  1978-ci  il 
“Ər-arvadın əmlakına tətbiq edilən hüquq haqqında” Konvensiya və 
s. göstərmək olar. 
Haaqa  Konfransı  çərçivəsində  qəbul  edilən  1955-cİ  il  “Daşınar 
maddi  əşyaların  beynəlxalq  alqı-satqısına  tətbiq  edilən  hüquq 
haqqında”  Konvensiya,  1956-cı  il  “Xarici  cəmiyyət,  assosiasiya  və 
təsisatların hüquqi şəxs kimi tanınması haqqında” Konvensiya, 1961- 
ci  il  “Vəsiyyətnamənin  forması  ilə  əlaqədar  qanunların  kolliziyası 
haqqında”  Konvensiya,  1986-cı  il  “Beynəlxalq  alqı-satqıya  tətbiq 
edilən hüquq haqqında” Konvensiya (1955-ci ildə qəbul edilən eyni 
adlı Konvensiyanı əvəz etmişdir) və s. mülki hüquq münasibətləri ilə 
əlaqədardır;  !954-cü il “Mülki  proses məsələləri  üzrə” Konvensiya, 
1958-ci il “Uşaqlara münasibətdə aliment öhdəlikləri haqqında İşlər 
üzrə qərarların tanınması və icrası haqqında” Konvensiya, 1970-ci il 
“Mülki və ticarət işləri üzrə sübutların xaricdə toplanması haqqında” 
Konvensiya  və  digər  sənədlər  beynəlxalq  mülki  proseslə  bağlı 
məsələləri tənzimləyir. 
Xüsusi  Hüququn  Unitlkasiyası  üzrə  Beynəlxalq  İnstitutun  əsası 
1926-cı ildə qoyulmuşdur. İlk əvvəl Millətlər Cəmiyyətinin köməkçi 
orqanı  kimi  yaradılan  institut  1940-cı  ildən  etibarən  beynəlxalq 
hökumətlərarası təşkilat kimi fəaliyyət göstərir. İnstitutun 
38 


jj 4. Beynəlxalq xüsusi hüququn inkişafında beynəlxalq müqavilələrin rolu 
əsas məqsədi ayrı-ayrı dövlətlərin xüsusi hüquqlarını uyğunlaşdırmaq 
yolu  ilə  xarici  elementli  münasibətləri  eyni  qaydada  tənzimləyən 
normaların hazırlanmasına nail olmaqdır. 
Haaqa Konfransından fərqli olaraq institut daha çox maddi hüquq 
normalarının  unifıkasiyasına  üstünlük  verir.  İnstitut  tərəfindən 
hazırlanan  mühüm  beynəlxalq  hüquqi  sənədlər  kimi  1964-cü  il 
“Əmtəələrin  beynəlxalq  alqı-satqı  müqavilələrinin  bağlanması  ilə 
bağlı  vahid  qanun  haqqında”  Konvensiyanı,  1970-ci  il  “Turist 
kontraktları  haqqında”  beynəlxalq  Konvensiyanı,  1983-cü  il 
“Əmtəələrin  beynəlxalq  alqı-satqısında  nümayəndəlik  haqqında” 
Cenevrə  Konvensiyasını,  1988-ci  il  “Beynəlxalq  maliyyə  lizinqi 
haqqında”,  1988-ci  il  “Beynəlxalq  faktorinq  haqqında"  Ottava 
Konvensiyalarını və s. göstərmək olar. 
BMT-nin Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyası 
1966-cı  ildə  yaradılmışdır.  Komissiyanın  əsas  məqsədi  beynəlxalq 
ticarət hüququnun mütərəqqi harmoniyası və unifıkasiyasına kömək 
göstənnəkdir. Bundan əlavə komissiya beynəlxalq ticarət adətlərinin 
məcəllələşdirilməsini  və  bu  sahədə  informasiyaların  yayılmasını 
dəstəkləyir.  Komissiyanın  fəaliyyətinin  nəticəsi  olaraq  aşağıdakı 
konvensiyalar  qəbul  edilmişdir;  1980-ci  il  “Beynəlxalq  alqı-satqı 
müqavilələri  haqqında”  BMT  Konvensiyası  (Vyana),  1974-cü  il 
“Əmtəələrin  beynəlxalq  alqı-satqısında  iddİa  müddəti  haqqında” 
Nyu-York  Konvensiyası  (1980-ci  İl  redaksiyasında),  1978-ci  il 
“Yüklərin  dəniz  daşımaları  haqqında"  Hamburq  Konvensiyası, 
1958-ci il “Xarici arbitraj məhkəməsinin qətnaməsinin tanınması və 
icra  edilməsi  barədə”  Nyu-York  Konvensiyası  və  s.  Komissiya 
tərəfindən 1985-ci ildə YUNSİTRAL qanunu qəbul edilmişdir. Onun 
əsasında bir sıra ölkələrdə müvafiq qanunlar qəbul edilmişdir. 
Beynəlxalq 
xüsusi 
hüquq 
normalarının 
unifıkasiyası 
istiqamətində Ticarət və İnkişaf üzrə BMT Konfransı (YUNKTAD), 
Beynəlxalq  Dəniz  Təşkilatı  (İMO),  Beynəlxalq  Mülki  Aviasiya 
Təşkilatı  (İKAO),  Ümumdünya  İntellektual  Mülkiyyət  Təşkilatı 
çərçivəsində də mühüm işlər görülmüşdür. 
39 


Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə