Vilayət bağçası yeddİncİ cİld


İncisənət, inqilab şeiri və yumşaq müharibə25



Yüklə 0,79 Mb.
səhifə15/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   11   12   13   14   15   16   17   18   ...   21

İncisənət, inqilab şeiri və yumşaq müharibə25

Bismillahir-Rəhmanir-Rəhim.


Bütün əziz qardaş və bacılara – möhtərəm şairlərə xoşgəldin deyirik. Sizin aranızda yaşlı insanlar və müəllimlər var. Allaha şükür olsun ki, gənclər və yeni qönçələr də var. Hər birinizin bir gözəlliyi və hər gülün bir ətri var. Bizim təəssüfümüz yalnız buna görədir ki, bu güllərin hamısından istifadə edə bilmirik. Bölgünü dostlar aparıblar və bəzi şəxslərdən xahiş ediblər ki, gəlib oxusunlar. Biz də gözləyirik ki, istifadə edək və dinləyək. İnşallah, hamınız müvəffəq olasınız. Cənab Qəzvə, buyurun.
Şairlərin çıxışından sonrakı nitq
İnqilab şeirinin inkişafı

Yenidən xoşgəldin deyib əziz qardaş və bacılara, xüsusən də öz şeirləri ilə bizi bəhrələndirən bu dostlara təşəkkür edirik. Mən ötən ildə olduğu kimi, bu il də diqqət yetirdim ki, inqilab şeirinin və bu nəslin şeirinin səviyyəsini ölçüm. Zənnimcə, ötən il dedim, bu il də təkid edirəm ki, mən səviyyənin yüksəlişini aydın şəkildə müşahidə edirəm. Yəni inqilab şairlərinin şeiri həqiqətən, bu gün on il, on beş il öncəyə nisbətən təqdirəlayiq şəkildə inkişaf etmişdir. Mən həm dünən inqilab gəncləri sayılan, bu gün isə Allahın lütfü ilə orta yaşa çatmış və eləcə bu yolda irəliləyən şəxsləri, həm də bu işə yeni daxil olmuş gəncləri - mən bunların şeirini yeni eşidirəm; bəlkə də neçə ildir başlayıblar, lakin mətbuatda və kitablarda mənimə əlimə çatacaq həddə olmayıb - həqiqətən, yüksək qiymətləndirirəm. Bu gecə oxunan şeirlərin əksəriyyəti yaxşı şeirlər idi; sözün həqiqi mənasında yaxşı idi; yəni sözü, mənası, ahəngi və nəğməsi yaxşı idi, yaxşı sözlər seçilmişdi. Bu şeirlərdə - xüsusən də gənclərin şeirlərində insan təxəyyül genişliyini müşahidə edir. Bunlar çox mühümdür. Bunların hamısı bizim ölkəmizdə şeirin inkişafını göstərir.

Bir məsələ budur ki, inqilab dövrünün - yəni son otuz ilin şeiri yaxşı imtahan verir. Bizim yaxşı şairlərimizin heç bir tənəzzülü və durğunluğu yoxdur. İnsan bunu hiss edir. Əvvəllər və inqilabdan öncəki dövrlərdə bəzən elə məşhur şairlər gördük ki, ömürlərinin bir dövründə zirvəyə ucaldılar, lakin sonra endilər, yaxud dayandılar və ya süqut etdilər. Sonrakı şeirlərinin heç bir gözəlliyi olmadı. Mən baxıb görürəm ki, indiyədək bizim şairlərimiz arasında beləsi olmamışdır. İndi fərz edin, bu məclisdə cənab Fərid, cənab Əmiri və cənab Mir Şəkkak - əvvəldən yaxşı şeir deyən bu dostlar, xüsusən cənab Fərid və mənim yaxşı yadımda qalmayan bu şəxslər yaxşı şeirin meyarlarına malik olan daha yaxşı şeirə doğru hərəkəti davam etdiriblər. Yəni dayanmayıblar və təbii ki, tənəzzül də etməyiblər. Bu, mühüm məsələdir.
İnqilab şeirinin cücərtiləri

Bundan əlavə yeni cücərtilərimiz də var. Bu gənclər həqiqətən, məni heyrətləndirir. Bəzi rayonlardan buraya gəlib şeir oxuyan gənc şairləri mən həmin rayonun öz gənclik dövrümdəki şairləri ilə müqayisə edib görürəm ki, onlardan yaxşıdırlar. Onlar məşhur və adlı-sanlı şairlər idilər, lakin bunlar daha yaxşı şeir deyirlər. İndi ad çəkmək istəmirəm, ancaq bizim bu məclisimizdə də bir şəhərdən şeir oxundu. Mən o şəhərin qabaqkı şairlərini tanıyırdım, orada ədəbi birliyə getmişdim və məşhur şeir simalarını tanıyırdım. Bu gecə burada şeir oxuyan bu cənabın şeiri mənim tanıdığım o şairlərin hamısının şeirindən yaxşıdır. Buna əsasən, bu, inqilab şeiri üçün bir sınaqdır. İnqilab şeiri irəliyə doğru gedən və zirvəyə malik bir hərəkət olmuşdur.


İnqilab şeiri inqilab məfhumlarının xidmətində

Burada başqa bir məqam budur ki, inqilab şeiri inqilab məfhumlarının xidmətində durmalıdır. Sizin aranızda dini şeir deyən şəxslər var. Dini məzmunlu və imamlara aid şeirlərə indi dini şeir demək adət olub. Həqiqətən, yaxşı şeirlər deyilir. Bəziləri də müqəddəs müdafiə dövrü, yaxud şəhidlər və ya müharibə əlilləri barədə şeirlər deyirlər. Bunlar çox yaxşıdır. Lakin mən ötən il də dedim ki, inqilabın məqsəd və amalları yalnız bunlar deyil. İnqilab bizim başımız üzərinə parlaq amal ulduzlarının bir toplusunu tutmuş və bizi bu işıqlı nöqtələrə sarı hərəkətə, uçuşa və sıçrayışa dəvət etmişdir. Biz də sınayıb gördük ki, uça bilirik. Əlbəttə, müqəddəs müdafiə dövründə bariz nümunələri göründü və gördük ki, bu xalq bu amallara sarı qanad çaldıqda yaxşı hərəkət edə bilir. Amma bu amalların çoxu hələ bizim başımız üzərindədir. Biz hərəkət edib ədalətə, əxlaqa, həqiqi müstəqilliyə - hamısından dərin və çətin olan mədəni müstəqilliyə, özümüzün İslam-İran kimliyinə doğru getməliyik.

Seçkilər ərəfəsində, seçkilərdən sonra və öncə baş verən hadisələr tipindən olan imtahanlarda gördük ki, bu sahələrdə zəifliyimiz və problemlərimiz var. Bu hadisələr zəif cəhətlərimizi bilməkdən ötrü bizim üçün böyük nemətdir. Bunlar silahlı qüvvələrin təlimlərinə bənzəyir. Təlim ondan ötrüdür ki, bir hərbi bölmə, hərbi təşkilat zəif cəhətlərini tapsın. Bir hədəfi göstərib ona sarı hərəkət əmri verilir. Sonra peşəkar hərbçilər - bütün təlimlərdə belədir - dayanıb yuxarıdan baxırlar. Görürlər ki, bəli, hansısa nöqtədə zəiflik var. Bəzən ardıcıl bacarıqsızlıqlar müşahidə olunur. Bu, bizim üçün bir təlim oldu. Düzdür, bizim istəyimizlə baş vermədi; biz buna məcburən getdik, lakin yaxşı oldu, zəif cəhətlərimizi anladıq. Buna əsasən, bu amallar bizim başımız üzərindədir və onlara sarı hərəkət etməliyik. O zaman bu zəif cəhətlər aradan qalxacaq. Bu da bir məsələ.

Yaxşı, burada şairin rolu nədir? Mədəniyyət və incəsənət xadiminin bu səhnədə vəzifəsi nədir? Mənim fikrimcə, vəzifə çox ağırdır, çox böyükdür. Ən mühüm vəzifə də təbliğat aparmaq və maarifləndirmədir: “O kəslər ki, Allahın risalətini təbliğ edər, Ondan qorxar və Allahdan başqa heç kəsdən qorxmazlar”26. Bu, bir meyardır. Dərk etdiyiniz həqiqəti izah edin. Heç kim gözləmir ki, anladığınızın əksinə danışasınız. Xeyr, anladığınızı deyin. Əlbəttə, anladığınızın düzgün olmasına çalışmalısınız. Çünki fitnə zamanı vəziyyəti dəyərləndirmək, hadisəni dərindən öyrənmək, hücum edəni və müdafiə olunanı, zalımı və məzlumu, düşməni və dostu tanımaq çətin olur. Şairin də digərləri kimi aldanıb avamlıq etməsi bir mədəniyyət xadiminə yaraşmaz. Deməli, həqiqəti anlamaq, sonra isə təbliğ etmək lazımdır.

Mədəniyyət dünyasında siyasi üsullarla, siyasətçilərin üsulları ilə hərəkət etmək olmaz. Bu, mədəniyyətə yaraşmaz. Mədəniyyət dünyasında düyünü açmaq, həqiqəti aşkara çıxarmaq, zehinləri aydınlatmaq lazımdır. Bu izah - yəni peyğəmbərlərin gördüyü iş lazımlı işdir. Sözdə fəsahət və bəlağətin lazım olduğunu demişlərsə, bəlağətin mənası budur. Uyğun kitablarda bəlağəti vəziyyətin tələbinə uyğunluq kimi izah edirlər. Lakin bu, bəlağətin xüsusi mənasıdır. Bəlağətin ilkin və açıq mənası bu deyil. Bəlağət - çatdırmaqdır. Məsələn, deyirlər ki, Hafiz bu şeiri fəsahətli və bəlağətli demişdir. Bəlağətli nə deməkdir? Yəni vəziyyətin tələbinə uyğun demişdir? Biz nə bilirik ki, bu şeirin deyildiyi vaxt vəziyyətin tələbinə uyğun olub, ya olmayıb. Biz indi baxırıq; burada vəziyyətin tələbindən söhbət getmir. Bu o deməkdir ki, başadüşüləndir, səlisdir. Səlis deyin, aydın deyin, lakin anladığınızı deyin. Əsla gözlənilmir və bu gözlənti düzgün də deyil ki, kimsə anladığının əksinə danışsın. Amma çalışın anladığınız düzgün olsun.
Böyük inqilab hərəkəti və yumşaq müharibə

Mən sizə demək istəyirəm ki, İslam inqilabının bu əzəmətli hərəkəti bitmiş hərəkət deyil. Onun qoşununun bir tərəfi guya ədəbiyyat, mədəniyyət və sair sahələrin adamı sayılan mən və sizlərik: “Göylərdə və Yerdə olan qoşunlar Allaha məxsusdur”.27 Onun qoşunu yer-göy tanımır: “Allah yenilməz qüvvət sahibi (Əziz), hikmət sahibidir”28. Allah Əzizdir - məğlubedilməz qalibdir; yəni heç nəyə ehtiyacı olmayan. Mən və siz indi işin bir küncündən tutmuşuq. İslam inqilabı ilə başlayan bu əzəmətli hərəkət əsla bitməyib, davam edir. İndi çıxışlarda, televiziyada, mediada, məhkəmədə “yumşaq müharibə” sözü hamının dilinə düşüb. Bu, doğru sözdür, həqiqətdir. Yəni indi müharibə gedir. Əlbəttə, bu sözü mən bu gün demirəm. Müharibədən sonra - 88-ci ildən həmişə dəfələrlə demişəm. Səbəb budur ki, mən səhnəni görürəm. Kimsə görmürsə, mən nə edim?! Mən səhnəni, təchizatı, düşərgəni, nifrət və qəzəblə açılan ağızları, inqilabın, imamın, bütün bu amalların və bu hərəkətə könül verən bütün şəxslərin əleyhinə qeyzlə sıxılmış dişləri görürəm. İnsan bunları görür, nə etsin?! Bu bitməyib və bitmədiyinə görə hamının üzərinə vəzifə düşür. Mədəniyyət, ədəbiyyat və incəsənət adamlarının vəzifəsi də bəllidir: maarifləndirmək, açıqlamaq; deyin, danışın. Mən həmişə bunun üzərində dayanıram: formanı yaxşı seçməlisiniz, incəsənəti tam xalis şəkildə ortaya qoymalısınız, zəif olmamalı və öz təsirini buraxmalıdır.


Təbliğat və maarifləndirmədə incəsənətin rolu

Görürsünüz ki, digərləri bəzən incəsənət işləri ilə batili təbliğ edirlər. Maraqlıdır ki, biz də həmin sözləri qəbul edirik. İndi televiziyada yayımlanan və hamının izlədiyi Koreya serialı tarix düzəltmək cəhdi və batil əfsanədir. Əgər insan Şahnaməni axtarsa, 10-15 belə dastan tapar. Lakin o, incəsənət işlətmişdir. Bir şəxs incəsənət işlətdikdə mükafatı budur ki, həmin tarixə və mədəniyyətə heç bir marağı olmayan siz də oturub maraqla dinləyir və istəsəniz də, istəməsəniz də, o mədəniyyətdən təsirlənirsiniz. Bu, yaxşı sənətin xüsusiyyətidir.

Yaxşı sənət lazımdır. Sizin incəsənət sahəsindəki işiniz şeir işidir. Qədim şair və ustadların əsərlərini bacardıqca daha yaxşı və daha çox oxuyun, amma onlarda dayanmayın. Onların yaxşı cəhətlərindən də əsla imtina etməyin və indiyə qədər əldə etdiklərinizlə qane olmayın. Əvvəldə etdiyimiz təriflərin hamısı düzdür, lakin bu o demək deyil ki, bizim şeir oxuyan və bizi həqiqətən, feyziyab edən yaxşı və əziz gənclərimizin şeirləri nöqsansızdır. İndi elə müzakirə məclisi deyil ki, adam oturub tənqid etsin və şeirin dəyərini müəyyənləşdirsin. Əgər belə olsa, bəzi iradlar bildirilər. Siz özünüz bu eyibləri tapmalısınız. Əgər bu iş üçün xüsusi məclisləriniz varsa, bu, çox yaxşıdır, həmin məclislərdə şeiri tənqid edin. Qədimdə Məşhəddə bizim belə birliklərimiz vardı. Tehranda da eşitmişdim ki, az-çox var, lakin Məşhəddəki kimi güclü deyildi. Düzdür, mən Tehrandakı məclislərdə iştirak etməmişdim, lakin Məşhədin məclisləri çox yaxşı idi, şeiri diqqətlə incələyirdilər. Əgər belə məclisiniz yoxdursa, özünüz baxın, diqqət yetirin, fikirləşin, öz şeirinizə tənqid gözü ilə baxın və təkmilləşdirin. Mənim fikrimcə, bu, mümkündür. Ustadların şeiri lə ünsiyyət insanın öz şeirinin bəzi eyiblərini daha yaxşı anlamasına səbəb olur. Ümidvarıq Allah sizə uğur nəsib etsin! İndi bilmirəm ki, bir də nə vaxt və neçə ildən sonra belə faydalı bir gecədə, bu cəmdə və şairlərlə bir yerdə oturmaq bizə nəsib olacaq. Sonuncu dəfə olması da mümkündür, növbəti məclislərin keçirilməsi də. Allah müvəffəq etsin! Ümidvarıq xeyirli və məsləhətli olan baş tutsun! Allah hamınızı müvəffəq etsin və sizə kömək olsun!

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə