Vilayət bağçası yeddİncİ cİld


İqtidar, iman və gənclər30



Yüklə 0,79 Mb.
səhifə17/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
1   ...   13   14   15   16   17   18   19   20   21

İqtidar, iman və gənclər30

Bismillahir-Rəhmanir-Rəhim.


Tələbəlik dövrünü bitirib məzun olan və bu gündən etibarən rəsmən İslam Respublikasının şərəfli ordusuna qatılan əziz gənc zabitləri, həmçinin poqon alıb İran İslam Respublikası ordusunun hərbi universitetlərində təhsilə başlayan əziz gəncləri təbrik edirəm.
Silahlı qüvvələr və təhlükəsizliyin qorunması

Silahlı qüvvələr və bu şəkildə vəzifələrini yerinə yetirən, öz ölkə və xalqlarına xidmət göstərən şəxslər üçün tanıdığım əhəmiyyət əvvəla, ona görədir ki, silahlı qüvvələr ölkənin təhlükəsizliyini qoruyan ən mühüm amildir. Silahlı qüvvələr, Möminlər əmirinin sözünə əsasən, xalqın qalası, hasarı, möhkəm divarıdırlar və təhlükəsizliyi təmin edirlər. Təhlükəsizliyin dəyəri başqa heç bir şeylə müqayisəolunası deyil. Əgər təhlükəsizlik olsa, cəmiyyətdə elm, inkişaf, ədalət, başucalığı, dünya və axirət mümkün olar; təhlükəsizlik olmasa, bəşəri nailiyyətlər əlçatmaz olar. Bu, insanın silahlı qüvvələrə qarşı öz qəlbində və rəftarında göstərdiyi hörmət və diqqət üçün birinci dəlildir.


Silahlı qüvvələrin qədir-qiyməti

İkinci dəlil budur ki, silahlı qüvvələr bu vəzifələrini yerinə yetirmək üçün başqa heç bir şeylə müqayisə olunmayan bir bədəli ödəməyə hazır olmuşlar; silahlı qüvvələr öz canlarını bu meydana gətirmişlər. Ölkənin təhlükəsizliyini müdafiə edən hərbçi təhlükəsizliyi qorumaq üçün öz canını meydana gətirmişdir. Bu, böyük bir şeydir. Bizim əziz şəhidlərimizin heç zaman xalqımızın yadından çıxmamasının səbəbi budur ki, onlar bu sərvəti fəda etmişlər. Dünya adamları nəinki canlarından, heç dəyərsiz istəklərindən də keçmirlər. Haqq adamları, qəhrəmanlar, mənəvi dəyərlərin müdafiəçiləri isə öz canlarını verməyə hazırdırlar.


Başucalığına layiq xalq

Mənim əzizlərim! Siz bu ölkənin möhkəm sütunlarından sayılırsınız. Hər bir xalqın öz iqtidarı üçün çalışmağa haqqı var və bu onun borcudur. Əgər xalqlar qüdrət əldə etməsələr, dünya dartışmalarında və güc istəklərində tapdanarlar. Zəifliyə adət edən, zəifliyi özünə böyük eyib saymayan bir xalq başucalığına layiq deyil. Hakimlər, dünyanın çəkməliləri, müstəbid və diktator olan beynəlxalq süngüçülər belə bir xalqa rəhm etməzlər. Xalqlar özlərini qüdrətli etməyə borcludurlar.


Həqiqi iqtidar

Əlbəttə, bir xalqın iqtidarı yalnız silahlı qüvvələrdə deyil. Xalqın iqtidarı çoxcəhətli bir məsələdir. Silahlı qüvvələr fəaliyyətin ön xətti və xalqların iqtidar əlamətidirlər. Lakin bir xalq elm, əxlaq, iman, əzmkarlıq və iradə baxımından da inkişaf etməlidirlər ki, öz iqtidarını qoruya bilsin. Biz iqtidarın mənəvi amilləri üzərində dayanırıq. Mənəvi iqtidarın ən əsas amili imandır; Allaha iman, Allaha təvəkkül, Allaha nikbinlik. Qəlbi ağır işlərə hazırlayan, çətin yolları keçmək üçün addımları möhkəmlədən, problemləri kiçik göstərən, insana böyük məqsədlər bəxş edən budur: Allaha iman. İman olmasa, insan yalnız maddi bir şey olar. Allaha imanı olmayan toplumlarda ürəklər Allaha, mənəviyyata və fəzilətə eşqlə döyünmür və həqiqi iqtidar da əldə olunmur.

İqtidar yalnız mütərəqqi silahlara, pula, siyasət və təbliğat gücünə malik olmaq da deyil. Əgər pul, mütərəqqi silah və dağıdıcı texnikalar bir ölkə üçün həqiqi iqtidar gətirə bilsəydi, sionizm rejimi 33 günlük müharibədə Livanın mömin gəncləri qarşısında və 22 günlük müharibədə Qəzzənin fədakar insanları qarşısında elə rüsvay olmazdı. Əgər həqiqi iqtidar üçün maddi güc amilləri kifayət etsəydi, ABŞ dövləti Əfqanıstanın məhrum və müdafiəsiz xalqı ilə müharibədə və İraqın işğalında uğursuzluğa düçar olmazdı. Bunlar bizim gözlərimiz önündədir. Bunlar bizim eşitdiyimiz, gördüyümüz və bildiyimiz həqiqətlərin çox mühüm və dəyərli sınaqlarıdır.
Əzmkarlığa və iradəyə lazım olan iman və işıqlı qəlblər

Xalqların qəlbi imanla və aydın məqsədlərlə işıqlandıqda lazımi əzmkarlıq və iradə əldə edir, insanlara təcavüz etmir, soyğunçuluqla məşğul olmur. İqtidar insanın qonşusuna, məzlum və müdafiəsiz xalqa hücum etməsi, dünyanın o tərəfindən qalxıb hərbi, iqtisadi və siyasi məqsədlərindən ötrü və bir xalqı əzmək məqsədilə öz ordusunu minlərlə kilometr bu tərəfə daşıması deyil. Bunlar iqtidar deyil. Belə təməllərə söykənən, onlarla böyüyən və özünün ağır çəkisini siyasət və iqtisadiyyat dünyasında digərlərinin üzərinə salan maddi güclər bu yamanlarının cəzasını çəkəcək və süqut edəcəklər. Məzlum olsalar da, mömin xalqlar çalışdıqda, əzmkarlıqla, polad iradə ilə, pak niyyətlə və düzgün məqsədlərlə bir yola qədəm qoyduqda dünyanın gələcəyini ələ alacaqlar; elə bir gələcək ki, onda təcavüz, qarət, dəhşət, silah yarışması yoxdur və ədalətə əsaslanır. Mənim əzizlərim! Siz belə bir dünyaya sarı hərəkətin öncüllərisiniz. Silahlı qüvvələrdə çalışan sizlər bu ölkənin müxtəlif sahələrində çalışan əziz gənclərimizlə birgə bu hərəkətin öncüllərisiniz. İran İslam Respublikası bugünkü və sabahkı dünyaya bu yeni və aydın sözü daşıyır, sülh və səadət mesajını verir.

Bu gün İran İslam Respublikasında silahlı qüvvələrin misilsiz imtiyazları vardır. Bu imtiyazları günbəgün artırın, tədqiqata, elmə və təhsilə ciddi yanaşın, Allah-Taalanın bəxş etdiyi müxtəlif istedadların aşkarlanması üçün gənclik dövrünü qənimət sayın, bu ölkəyə və bu xalqa belə uca və aydın məqsədlərlə xidmət imkanının qədrini bilin. Müdafiənin ön sırasında olub belə bir ölkəyə, belə bir xalqa, belə bir quruluşa xidmət göstərmək böyük fəxrdir. Bu fəxr bu gün bizim önümüzdə, İslam inqilabında baş qaldırmış ardıcıl nəsillərin önündədir. Bunu dəyərləndirin.
Elmi iqtidar və zirvələrə doğru inkişaf

Bu gün müsəlman İranın iqtidarını hətta düşmənlər də inkar edə bilmirlər, etiraf edirlər. Əlbəttə, düşmən İrandan qorxutmaq layihəsini icra etmək niyyəti ilə bu ölkənin milli qüdrətinə dair fəryad qoparır. Onun bu işinin bir hissəsi düzgün, bir hissəsi isə yanlış və yalandır. İslam Respublikası quruluşunun qüdrətini göstərən və söyləyən hissə doğrudur. Biz İslam Respublikasının otuzillik dövründə sıfırdan başladıq və çox inkişaf etmiş yerlərə çatdıq. Lakin bununla qane olmuruq. Nail olduğumuz isə öncə qərarlaşdığımız nöqtə ilə müqayisəolunası deyil. Mən ilk gündən silahlı qüvvələrdə olmuşam, ordunu, Müdafiə nazirliyini, Korpusu, polisi bütün imkanları ilə yaxından görmüşəm. Bu gün siz əziz gənclər elə zirvədəsiniz ki, o zaman bunu hətta təsəvvür də etmək olmazdı, heç kəs inanmazdı. Elmi iqtidar, silah gücü, özünəinam, birlik, müxtəlif sahələrdə inkişaf. Düşmənin sözünün bu hissəsi doğrudur.


İranın iqtidarının qonşular üçün fürsət olması

Lakin bu sözün yalan hissəsi onun İrandan qorxutmaq layihəsi üçün irəli sürdüyü sözdür. İslam Respublikasının bu möhtəşəm milli iqtidarı heç kəs üçün təhdid deyil. Bu, qonşular üçün təhdid deyil, fürsətdir. Bəli, dünya hegemonları üçün təhdiddir; dünyanın istismarçıları və xalqların işinə müdaxilə edənlər üçün təhdiddir; bir zaman bu xalqın zəngin təbii və insani mənbələrindən ən çox sui-istifadəni edib onun heysiyyətinə təpik atan və hələ də o qayıtmaz günlərin arzusunda olanlar üçün təhdiddir, lakin xalqlar üçün təhdid deyil. Bizim hərbi manevrlərimiz, raketlərimiz təhdid deyil. Biz hərbi təyyarə, hərbi gəmi istehsal edirik, sizin kimi qəhrəman gəncləri nümayiş etdiririk. Bunların heç biri təhdid deyil. Bu, özünə inananda, öz Allahına təvəkkül edəndə və qəlbi imanla dolanda bir xalqın inkişaf edə bildiyini göstərir və digər xalqları həvəsləndirir. Digər xalqlar bilsinlər və görsünlər ki, ucalıq istəyirlərsə, o, ABŞ-ın yanında, supergüclərə bağlılıqda, dünyanın silah istehsalçılarına pul verməkdə və onlardan silah dilənməkdə deyil, daxildən çağlamaqda, milli özünəinamda, Allaha təvəkküldə və bu kimi sahələrdə inkişafdadır.


Gələcəyə hazırlıq

Mənim əziz gənclərim! Mərd övladlar! Bu təhsil çağının, bu gəncliyin, İran xalqının bu başucalığının və ad-sanının, bu quruluşun siyasi əzəmətinin qədrini bilin və özünüzü daha yaxşı sabahlara, daha böyük zəfərlərə hazırlayın. Sabah sizinkidir və gələcək sizə məxsusdur.

Özü bir ailə olan silahlı qüvvələr barədə mənim təkidli tövsiyəm Allahın lütfü ilə bu gün mövcud olan mehribanlıq, həmrəylik və birlikdir. Ordu, Korpus, Bəsic, polis - hamınız bu ailənin övladları və bir-birinizin qardaşlarısınız. Bu gün digər universitetlərdən olan siz gənclər və bizim hamımız bu universitetdə Hərbi Dəniz Qüvvələrinin qonaqlarıyıq. Xüsusən xatırladıram ki, bu gün Hərbi Dəniz Qüvvələri dünyanın bir çox nöqtələrində və bizim ölkəmizdə strateji bir qüvvədir; ona strateji qüvvə gözü ilə baxılmalıdır. İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələrinin ixtiyarında olan Cənub-Şərq sahilləri çox mühüm bölgədir və çox yaxşı inkişaf potensialına malikdir. Oralara diqqət yetirin və əhəmiyyətli yanaşın. Bu gün Allahın lütfü ilə inkişaf etmiş gəmiçiliyi gücləndirin, sualtı fəaliyyətlərə əhəmiyyətli yanaşın. Hər yerdə, xüsusən də cənub sularında suüstü gəmilərin müdafiə təchizatını diqqətdə saxlayın. Hərbi Dəniz Qüvvələrinin bu gün Allahın lütfü ilə yaxşı imkanları və yaxşı komandanlığı var. Bu gün sizin səyiniz çoxlu səmərələr verə, sizə, Hərbi Dəniz Qüvvələrinə, İran İslam Respublikasının bütün ordusuna və İslam Respublikasının silahlı qüvvələrinə böyük nailiyyətlər gətirə bilər. Bunu Allahdan istəyirik, Ona könül veririk və əminik ki, Onun iradə etdiyinə nail olacağıq.

Allahın salamı və rəhməti olsun sizə!





Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə