Bu iş Qacar Qəhvəsi əhvalatına oxşayır



Yüklə 8,34 Kb.
Pdf görüntüsü
tarix18.06.2018
ölçüsü8,34 Kb.
#49480

background image
55

№ 3 (51), 2011 



Bu iş Qacar Qəhvəsi əhvalatına oxşayır

İran  şahənşahı  Məhəmməd  Qacar  ona  itaət  etmək  və 

onunla  yola  getmək  istəməyən,  gizlində  və  ya  zahirdə 

zülmünə  və  qəddarlığına  qarşı  çıxmağa  cürət  edən 

zadəgan və əyanları sarayına dəvət edər və müxtəlif üsul-

larla, əsasən də zəhərlənmiş qəhvəyə qonaq etməklə ara-

dan götürərdi.

Bu  şəxslər  ya  içdikləri  qəhvənin  zəhərlənmiş  oluğunu 

bilmir, ya da qəhvə içməkdən boyun qaçırdıqları təqdirdə 

daha  ağır  əziyyətlə  öldürüləcəklərindən  qorxaraq  zəhər 

içməyə məcbur olurdular.

Buna görə də müxtəlif bəhanələrlə kiməsə böyük zərə vurulanda və ya həmin 

şəxs həlak edildikdə “bu iş Qacar qəhvəsi əhvalatına oxşayır” deyirlər.

Pişik fərmanla gəliB

Bir nəfərin oğru pişiyi varmış. Onu nə qədər azdırırsa, pişik yenə də qayı-

dıb evə gəlirmiş. Axırda taxtadan bir qayıq qayıraraq pişiyi onun içinə qoyub 

çaya buraxır.

Təsadüfən çay kənarına seyrə çıxmış padşah qayığı kənara çıxarmağı 

əmr edir, azdırılan pişiyi görüb qəzəblənir və onu sahilə çıxartdırır. Padşah 

öz adından bir fərman yazdırıb pişiyi görən hər kəsin ona hörmət etməli oldu-

ğunu göstərir. Şahın fərmanını pişiyin boynundan asıb onu buraxırlar. Pişik 

yenə gəlib əvvəl yaşadığı evə çıxır.

Fərmanla tanış olan ev yiyəsi arvadına müraciətlə deyir:

Arvad,  gəl  qaçaq,  biz  heç  fərmansız  bu  pişiklə  bacara  bilmirdik,  indi 

üstümüzə fərmanla qayıdıb!

İşlədiyi  fırıldaq  nəticəsində  daha  mötəbər  və  hörmətli  adamların  himayəsinə 

girməyi bacaran əliəyri, nadürüst adamlar haqqında bu məsəldə istifadə olunur.



kamil Bir Palançı olsa da insan,

yaxşıdır yarımçıQ PaPaQçılıQdan

Bu misra böyük Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərində oğlu Məhəmmədə 

etdiyi nəsihətdən götürülmüşdür.

Nizami dövründə papaqçılıq ən incə, təmiz, alicənab sənətlərindən sayılırdı. Pa-

lan qayırmağı kamil bilməyi yarımçıq papaqçı olmaqdan üstün tutan böyük şairimiz 

hər kəsin sənəti nə olursa-olsun öz işini mükəmməl bilməsinin vacibliyini təlqin edir.

Bir  işi  öyrənmək  istədikdə  onu  dərindən,  hərtərəfli,  kamil  bilmək  lüzumunu 

göstərmək məqsədilə həmin məsəldən istifadə edilir. 



“Rəvayətli ifadələr”, Bakı, 1961

Nİyə belə deyİrİk?



Yüklə 8,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə