TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə7/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   2   3   4   5   6   7   8   9   10   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      15 
demədi. Əksinə şirkin qarşısını dərhal alaraq belə yerləri yerlə bir edərdilər ki, 
insanlar  axtarıb  tapmasınlar.  Şirkin  qarşısını  almaq  Tövhidi  qorumaqdır. 
Həmçinin - Ömərə  beyət ağacının kəsliməsini əmr etdi. Çünki, insanlar artıq 
oranı  ibadətgah  etmişdilər.  Ağaca  iplər,  cürbəcür  əskilər  bağlayıb,  ətrafında 
təvaf  edir,  bərəkət  diləyirdilər.  Ömər    təhlükəni  görüb  ağacın  kəsilməsini 
əmr  etdi.  Qureyşdə  şirk  necə  başladı?  Nuhun    qövmündən  qalan  bütlər 
torpağın altından çıxdılar. Allahu Əkbər! Alaq otlar olur ki, təmizləyirsən yenə 
də  çıxır.  Şirk  də  belədir,  qarşısını  alırsan  başqa  yerdən  çıxır.  Abdullah  ibn 
Ömər    rəvayət  edir  ki,  Peyğəmbər   ilə  birlikdə  Səmud  qövmünün  ərazisi 
olan Hicr ərazisinə gəldik. Oranın quyularından su aldıq və xəmir yoğurduq. 
Peyğəmbər  aldığımız suları boşaltmağımızı və yoğurduğumuz xəmirləri isə 
dəvələrə  yedirtməyimizi  əmr  etdi.  Peyğəmbər  :  "Ağlayanlar  müstəsna 
olmaqla  (ağlamayanlar)  nəbadə  əzaba  uğramış  olan  bu  qövmün  yurduna 
girsin.  Əgər  ağlamasanız  onlara  toxunan  əzabın  bir  bənzəri  sizlərə  də 
toxunmasından  qorunmaq  üçün  onların  yurdlarına  girməyin.  Sonra 
Peyğəmbər    vaxtı  ilə  Salehin    dişi  dəvəsinin  su  içdiyi  quyudan  su 
almalarını  onlara  əmr  etdi"
23
.  Subhənəllah!  Peyğəmbər    Allahın  qəzəbinə 
uğramış  qövmlərin  ərazisindən  keçdikdə  qorxaraq,  ağlayaraq  keçərdilər. 
Bunlar  isə  Allahın  qəzəbinə  gəlmiş,  Allahın  lənətinə  düçar  olmuş  yerləri 
ziyarətgah  edirlər.  İbn  Teymiyyə    Hira  mağarası  haqqında  deyir  ki: 
"Peygəmbər  peygəmbərlikdən öncə orada ibadətə çəkilərdi. İlk olarak vəhy 
orada  ona  nazil  oldu,  lakin  ona  vəhyin  ilk  enməsindən  sonra  bir  daha  o, 
mağaraya çıxmadı, ona nə özü, nə səhabələri yaxınlaşmadı. Peygəmbərlikdən 
sonra Məkkədə on  il qaldı.  O  mağaranı  ziyarət  etmədi, oraya qalxmadı.  Eyni 
şəkildə  Məkkədə  onunla  birlikdə  olan  möminlər  də  oraya  çıxmadılar. 
Peyğəmbər   hicrətdən  sonra  Hudeybiyyə ümrəsinə  və  Məkkənin fəthi  vaxtı 
Məkkəyə gəldi və orada iyirmi gün qaldı. Lakin Hira mağarasına getmədi və 
oranı da ziyarət etmədi”.
24
 
5) Müsəlmanlar evlərində doğru əqidəni övladlarına öyrətməkdən məhrum 
olublar. Valideyin dindən başqa övladına hər bir şeyi öyrədir, evlənməyi, pul 
qazanmağın  yollarını  və  s.  Qəzet  və  jurnallar  insanlara  yalnız  əyləncəni 
öyrədir.  İmam  Malik    deyir  ki:  "Bu  ümmətin  başı  nə  ilə  islah  olunmuşsa 
(düzəlmişsə, nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla 
islah  olunur.  O  gün  din  olmayan  heç  bir  şey,  bu  gün  də  din  olmaz"
25
.  İbn 
                                                        
23
 Muslim 2980 – Hicr – Mədinə ilə Şam arasında bir vadinin adıdır. Bura Salehin  qövmü olan Səmudun 
mərkəzi  idi.  Allah  bu  qövmü  Peyğəmbərinə  itaət  etmədiklərinə  görə  məhv  etmişdir.  Tarixçilər  Səmudu 
Nuhun   nəslindən  sayırlar.  Səmud  ibn Cabir ibn  İram  ibn Şam  ibn  Nuh. Saleh  İbrahimdən   əvvəl 
yaşamışdır. Quran surələrinin adlarından da biri əl-Hicr surəsidir. Maraqlananlar bu surəyə baxa bilərlər. 
24
 Məcmuul-Fətava 27/ 251.  
25
 Qadi İyad "əş-Şifa" 2/ 88.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      16 
Abbas   rəvayət  edir  ki,  bir gün  (minikdə) Peyğəmbərin   tərkində  idim.  O, 
buyurdu:  "Ey  oğul!  Mən  sənə  bir  neçə  kəlmə  öyrədəcəyəm.  Allahı  qoru  ki, 
Allah  da  səni  qorusun.  Allahı  qoru  ki,  Onu  öz  qarşında  tapasan.  Bir  şey 
dilədikdə,  Allahdan  dilə!  Kömək  istədikdə  Allahdan  kömək  istə!  Bil  ki,  əğər 
bütün  insanlar  sənə  xeyir  vermək  üçün  bir  yerə  toplansalar,  sənə  Allahın 
yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər 
vermək  üçün  bir  yerə  toplansalar,  sənə  Allahın  yazdığından  artıq  zərər  verə 
bilməzlər. 
(Çünkü) 
qələmlər 
qaldırılmış, 
səhifələrin 
(mürəkkəbi) 
qurumuşdur"
26
.  Başqa  bir  rəvayətdə:  (Peyğəmbər ):  "Allahı  qoru  ki,  Onu öz 
önündə  tapasan.  Yaxşı  günündə  Allahı  yada  sal  ki,  Allah  da  səni  çətin  (pis) 
günündə  yada  salsın.  Bil  ki,  səndən  yan  keçən  bəla  sənə  toxunmamalı  idi. 
Başına  gələn  bəla  isə  səndən  yan  keçməməli  idi.  Bunu  da  bil  ki,  (Allahın) 
yardımı, zəfəri - səbrlə birlikdədir. Qurtuluş – kədər və sıxıntı ilə bərabərdir və 
şübhəsiz ki, hər bir çətinliklə birlikdə - asanlıq vardır"
27
.  
6)  İnsanların  Quran  və  Sünnədən  uzaqlaşaraq  dünyaya  bağlanmaları, 
Allahı  unutmaları.  Dünya  nemətlıri,  var-dövlət  çoxaltmaq,  vəzifə  dalınca 
qaçmaq  və  s.  işlər  insanı  Rəbbindən  uzaq  etmişdir.  "…Dünya  malı  axirət 
yanında yalnız cüzi bir şeydir". (ət-Tövbə 38). Zeyd ibn Sabit  rəvayət edir ki, 
Allah  Elçisi    buyurmuşdur:  “Kimin  niyyəti  dünya  malı  əldə  etmək  olarsa, 
Allah  onun  işlərini  puç  edər,  yoxsulluğu  onun  gözləri  arasına  qoyar,  dünya 
malından da ona yalnız qədərinə yazılmış şeylər nəsib olar. Kimin də niyyəti 
Axirəti  qazanmaq  olarsa,  Allah  onun  işlərini  yoluna  qoyar,  onun  qəlbini 
zəngin  edər,  dünya  malı  isə  ona  ram  edilmiş  halda  gələr”.
28
 Ərəblərdə 
günahlar  elə  bir həddə  çatmışdı  ki,  heç  bir  qövm  və  tayfada  belə  bir azğınlıq 
olmamışdı.  İçki  evlərdə  çəlləklər  halında  saxlanılır,  qız  uşaqları  diri-diri 
basdırılır,  10  nəfər  bir  qadınla  yaxınlıq  etdikdən  sonra  qadın  uşağı  xoşuna 
gələn kişiyə isnad edirdi. Riba o qədər çox idi ki, Kəbəni tikəndə söz verdilər 
ki, yalnız  halal puldan  tiksinlər.  Bu  qədər günahlar ola-ola  Peyğəmbər    heç 
birindən  başlamadı.  Dəvətini  yalnız  Tövhiddən  başladı.  Çünki,  bütün  bu 
sadaladıqlarımız  günahlar  bağışlanandır.  Bu  gün  müsəlmanlar  şirkdən  başqa 
hər  şeydən  danışırlar,  xilafət  qurmaq,  təkfir  etmək  və  s.  Allahın  haqqı 
tapdalanır,  danışan  isə  yoxdur.  İnsanların  haqqı  tapdalanan  kimi  danışırlar. 
Şirk  qulun  Cəhənnəmdə  əbədi  qalmasına,  əməllərinin  puç  olmasına,  illərlə 
etdiyi  əməllərin  itməsinə,  yox  olmasına  səbəbdir.  Allah  müşrikə  Cənnəti 
haram etmişdir. Günahlar isə belə deyildir.  
                                                        
26
 Tirmizi 2516. əl-Albani "Səhihul-Cəmi" 7834. 
27
 əl-Albaninin tədqiqi ilə "Riyadus-Salihin" 63. 
28
 İbn Macə 4105, 4244. əl-Albani səhih olduğunu bildirmişdir. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə