TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə10/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   6   7   8   9   10   11   12   13   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      23 
Özü  haqqında,  mələklər  və  elm  sahibləri  Allahdan  başqa  heç  bir  haqq  ilah 
olmadığına  şahidlik  edirlər.  Çünki,  şəhadət  kəlməsi  sayəsində  hər  bir  kəsin 
malı  və  qanı  qorunmuş,  himayə altına  alınmış olur.  İbn  Ömər    rəvayət  edir 
ki, Rəsulullah  buyurdu: "Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına 
və  Muhəmmədin  Allahın  Rəsulu  olduğuna  şəhadət  edincə,  namaz  qılınca, 
zəkat  verincəyə  qədər insanlarla  vuruşmağa  əmr  olundum.  Bunu  etdikdə, öz 
qanlarını  və  mallarını  məndən  qorumuş  olurlar.  İslamın  haqqı  ilə  olması 
müstəsna. Haqq-hesablarını çəkmək isə Allaha aiddir".
33
  
Şəhadət  kəliməsi  sayəsində  Allah  bizə  əmr  etdiyi  əməlləri  qəbul  edir, 
onunla  Cənnətə  girmək  və  Cəhənnəmdən  xilas  olmaq  mümkündür. 
"Ayələrimizi  yalan  hesab  edənlərə  və  onlara  təkəbbürlə  yanaşanlara  göyün 
qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə 
daxil ola bilməzlər". (əl-Əraf 40). Nə qədər günahlar böyük olursa olsun onun 
səbəbi ilə bağışlanılır.  
İlkindən  sonuncusuna  qədər  bütün  Peyğəmbərlərin  dəvət  etdikləri,  hətta 
dəvətlərinin  özəyi  və  işlərinin  başı  da  bu  olmuşdu.  Son  Peyğəmbərimiz 
Muhəmməd    də  Məkkədə  on  üç  il  yalnız  bu  kəliməyə  dəvət  etmiş  və 
insanlara  onun  nə  qədər  mühüm  olduğunu  açıqlamağa  çalışmışdı.  "(Ya 
Muhəmməd!)  Söylə  ki,  Ey  kitab  əhli,  sizinlə  bizim  aramızda  eyni  olan  bir 
kəliməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq 
və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də 
üz  döndərərlərsə,  o  zaman  (onlara)  deyin:  “İndi  şahid  olun  ki,  biz  həqiqətən 
müsəlmanlarıq (Allaha təslim olanlarıq)". (Ali-İmran-64). 
 
LƏ İLƏHƏ İLLƏLLAH 
Allahdan Başqa İbadətə Layiq Haqq İlah Yoxdur 
 
Ümumən  Allah 

  kitabları  –  Lə  İləhə  İlləllaha  –  görə  nazil  edib, 
Peyğəmbərləri – Lə İləhə İlləllaha – görə göndərib, bizim yaradılışımızda – Lə 
İləhə İlləllaha – görədir, cihadı da - Lə İləhə İlləllaha – görə fərz edib. Əsas da 
elə budur. Bu kəliməni bilmək və səndən tələb etdiyi şeyləri yerinə yetirmək. 
Əgər  əsas  möhkəm  və  düz  olarsa  onun  üzərində  qurulan  hər  bir  şey  də 
möhkəm və düz olar.
34
  
Lə  Iləhə  İlləllah    "Allahda  başqa  ibadət  edilməyə  layiq  heç  bir  haqq  ilah 
yoxdur"  deməkdir.  "Bil  ki,  Allahdan  başqa  ilah  yoxdur".  (Muhəmməd  19). 
"Allahdan başqa heç bir ilah yoxdur". (Ali-İmran 2). Bütün bu ayələrin mənası 
ibadət  edilməyə  haqq  edən  yalnız  və  yalnız  Allahdır.  Bu  ifadə  ilə  Allahdan 
                                                        
33
 əl-Buxari, Muslim. 
34
 Şeyx əl-Albani  deyir ki: "Xəta üzərində bina edilən hər bir şey xətadır". 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      24 
başqa  ibadət  olunan  hər  hansı  bir  ilah  rədd  edilmuş  olur.  Allahdan  başqa 
ifadəsi ibadətin yalnız Allaha edilməsi, mülkündə heç bir ortağı olmadığı kimi, 
ibadətdə də onun hər hansı bir ortağı (şəriki) olmadığıdır.  
Lə İləhə İlləllah - Tövhidə giriş üçün açardır. Çünki birinci bunu öyrənmək 
lazımdır. Bunu öyrənib sonra Tövhidə keçmək lazımdır. Lə İləhə İlləllah – iki 
əsas  rükndən  (hissə)  ibarətdir:  İnkar.  Lə  İləhə  (ilah  yoxdur)  -  inkar  edilir, 
Allahdan  qeyri  kimisə  ibadətə  layiq  bilmək.  Bu  rükn  şirki  məhv  edir.  Bizə 
Allahdan  qeyri  ibadət  olunanı  inkar  etməyi  məcbur  edir.  İlləllah  (Allahdan 
başqa)  – isbat  edirsən  ki,  yalnız Allah ibadətə layiqdir.  Qullara Allaha ibadət 
etməyi  vacib  edir  və  buna  uyğun olaraq  da əməl  etməyi  vacib  edir.  “Hər kəs 
Tağutu  (Şeytanı və ya bütləri)  inkar  edib  Allaha  iman  gətirsə,  o,  artıq  (qırılmaq 
bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu 
kimi) Eşidəndir, Biləndir!”  (əl-Bəqərə 256). "Biz hər ümmətə Allaha ibadət edin 
və tağutdan çəkinin deyə peyğəmbər göndərdik". (ən-Nəhl 36). Yəni, “Abdullah 
durub”  dedikdə,  mən  Abdullahın  durduğunu isbat  etmiş oluram.  Lakin  mən 
bu  sözümlə  tək  Abdullahın  durduğunu  isbat  etmiş  olmuram.  Ehtimal 
başqalarının  da  durmuş  olduğunu  söyləmiş  oluram.  Bəli,  bu  an  Abdullah 
durub,  lakin  onunla  bərabər  başqaları  da  dura  bilər.  Və  ya  “Abdullah 
durmayıb”  desəm,  bu  dəfə  mən  Abdullahın  durmadığını  ortaya  qoyaraq 
durduğunu  inkar  etmiş  oluram.  Amma  “Abdullahdan  başqa  heç  kəs 
durmayıb”  dedikdə,  mən  Abdullahdan  başqa  heç  kəsin  durmadığını,  yalnız 
Abdullahın  durduğunu  isbat  etmiş  oluram.  Lə  İləhə  İlləllah  –  demək  də 
belədir.  Allahdan  başqa  ibadət  ediləcək  İlah  yoxdur  dedikdə,  Allahdan  qeyri 
ibadət  olunan  varlıqlar  rədd  edilir  və  yalnız  İlah  olaraq  Allah  qəbul  edilir  – 
deməkdir. Tövhid yalnız İnkar və İsbatla həyata keçir.  
Lakin günümüzdə bir çox müsəlmanlar hələ də Lə İləhə İlləllahın mənasını 
bilmirlər.  Seyyid  Qutub  –  Lə  İləhə  İlləllah  kəliməsinin  mənasını  bilmir,  Lə 
İləhə İlləllah – “Allahdan başqa Hakim yoxdur” kimi tərcümə edirdi, bəziləri 
Lə İləhə İlləllah – “Allahdan başqa Allah yoxdur”  və s. kimi tərcümə edirlər. 
Əbu Sufyan  müşrik ola-ola bu kəlimənin mənasını daha yaxşı başa düşür və 
bilirdi.  Rum  imperatoru  ilə  görüşür.  Hədisdə  deyilir:  “Rum  imperatoru 
məndən:  "O,  sizə  nə  etməyi  əmr  edir?”-  deyə  soruşduqda,  mən:  "O,  bizə  tək 
Allaha  ibadət  etməyi  və  Ona  heç  bir  şeyi  şərik  qoşmamağı,  bir  də  ata-
babalarımızın  dediyi  şeylərdən  çəkinməyimizi  əmr  edir.  Sonra  bizə  namaz 
qılmağı,  düz  söz  danışmağı  (yalan  danışmamağı),  yaxşılıq  etməyi  və 
qohumluq əlaqələrini möhkəmləndirməyi (kəsməməyi) əmr edir!"- deyə cavab 
verdim”.
35
 Lə  İləhə  İlləllah  -  Lə  Məbuda  Bil  Həqqi  İlləllah  –  Allahdan  başqa 
ibadətə  layiq  haqq  məbud  yoxdur”  deməkdir.  Özlərini  İslama  aid  edən 
                                                        
35
 əl-Buxari 7, Muslim 1773.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə