TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə9/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   5   6   7   8   9   10   11   12   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      19 
Güvəndiyim  Allahdır,  işlərimi  Ona  həvalə  edirəm  və  Ona  arxalanıram. 
Həmd  və  nemət  yalnız  Onadır.  Müvəffəqiyyət  bəxş  edən  və  xətalardan 
qoruyan  da  Odur.  "Məni  yaradan  və  məni  doğru  yola  yönəldən  Odur!  Məni 
yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. 
Məni  öldürəcək,  sonra  dirildəcək  də  Odur  və  Qiyamət  günü  xətamı 
bağışlayacağına  ümid  etdiyim  də  Odur!  Ey  Rəbbim!  Mənə  hikmət  bəxş  et  və 
məni  salehlərə  qovuşdur!  Sonra  gələnlər  arasında  mənə  yaxşı  ad  qismət  et! 
Məni Nəim Cənnətlərinin varislərindən et". (əş-Şuəra 78-85). 
Allahın  salavat  və  salamı  onun  Peyğəmbəri  Muhəmmədə  ,  onun  ailə 
üzvlərinə,  səhabələrinə  və  Qiyamətə  qədər  onun  yolu  ilə  gedən  saleh 
möminlərin üzərinə olsun!  
 
BitirdimMiladi 2010-cu il 07 Noyabr 
Hicri: 1431-ci il Zül Hiccə 1 
Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10) 
Peyğəmbər 

 buyurdu: “Yatağa girdiyin zaman (Kəfirun Surəsini) oxu: “Qul Yə 
Əyyuhəl Kəfirun – Həqiqətən o, şirkdən uzaq (qoruyan) edəndir”.
30
 
 
                                                        
30
 Tirmizi 3403, əl-Albani səhih demişdir.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      20 
 

 
 
ŞƏHADƏT 
 
 
 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      21 
ŞƏHADƏT 
 
Şəhadət  –  bir  şey  haqqında  bilərək  (bildiyi  halda  onun  haqqında)  xəbər 
vermək,  onun  doğru  və  dəyişməz  olduğuna  inanmaq  deməkdir.  Şəhadət 
kəlməsi öz-özlüyündə onu söyləyən hər bir kəsin yalnız elmi, yəqinliyi, ixlası 
və səmimiyyəti əsnasında bu kəlməni söylədiyini açıqlayır. Bu xüsusiyyətlərin 
olmaması  şəhadət  kəlməsini  etibarsız  edir.  Şəhadət  elm  üzərində  olan  bir 
kəlimədir. Dünyəvi məsələlərdə insan bir şeyə şahidlik etdikdə bildiyi bir şeyə 
şahidlik edər. Bilmədiyi bir şeyə şəhadət edərsə bu –  yalançı şəhadət adlanır. 
Bu şəhadəti insanlar da qəbul etməzlər. Şəhadəti deyən insan Allaha söz verir 
ki, mən Səndən başqa heç kimə ibadət etməyəcəyəm. Əgər o, bu sözünə əməl 
etməzsə:  "Ya  filankəsin  cəddi!",  "Ya  filankəs!"  deyərsə  onda  bu  söz  pozular. 
İqrar  və  itaət,  qəlb  və  dil  bir-birinə  müvafiq  olmadıqca  şəhadət  mötəbər 
sayılmaz.  Çünki,  Allah  münafiqlərin  söylədiklərini:  “(Ya  Peyğəmbər) 
Münafiqlər  sənin  yanına  gəldikləri  zaman:  “Biz  sənin  doğrudan  da  Allahın 
Peyğəmbəri  olduğuna  şəhadət  veririk!”-  deyirlər”.  (əl-Münafiqun  1).  Onlar  bu 
kəliməni yalnız dilləri ilə söylədikləri üçün Allah onları yalançı adlandırmışdı. 
"Allah  da  sənin  onun  həqiqi  Peyğəmbəri  olduğunu  bilir.  Allah  həm  də 
münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir". (əl-Münafiqun 1).
31
 
Şəhadət Kəliməsi Özündə Üç Şeyi Birləşdirir; 
1)  Şəhadət  edən  kimsə  şəhadət  etiyini  etiqad  etməli,  yəni  buna  iman 
gətirməlidir. Qəlbi ilə etiqad etməlidir ki, Allahdan başqa ibadətə layiq heç bir 
haqq  ilah  yoxdur.  Bu  da  Elm  və  Yəqinliklə  olur.  Etiqad,  əgər  orada  elm  və 
yəqinlik olmazsa etiqad sayılmaz. 
2) Bu kəliməni söyləməkdir: "Allah Özündən başqa heç bir ilah olmadığına 
şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət 
və  hikmət  sahibindən  başqa  ibadətə  layiq  heç  bir  ilah  olmadığına  şəhadət 
verdilər". (Ali-İmran 18).  Bunu  elan  etmək  və  söyləməkdir.  Özünə  müsəlman 
deyən  bir  kimsə  Lə  İləhə  İlləllah  kəliməsini  dili  ilə  söyləməlidir.  Dili  ilə 
söyləməyən  şəhadət  edən  sayılmaz.  Bu  ona  bənzəyir  ki:  Peyğəmbər   
buyurdu:  “Həcc  Ərafadır”.  Bu  o,  demək  deyil  ki,  sən  Ərafada  dayanmaqla 
həcci yerinə yetirmiş oldun. Sözsüz ki, həccin rükunları və vacibləri vardır. Lə 
İləhə  İlləllah  –  kəliməsinin  də  öz  rükunları  və  vacibləri  vardır.  Problem  Lə 
İləhə  İlləllah  kəliməsində  deyildir,  problem  Lə  İləhə  İlləllah  deyən 
kimsədədir. Buna görə də kimisinin tərəzisi ağır gəlir, kimisinin də yüngül. 
3)  Şəhadət  barəsində  digərinə  xəbər  verməkdir.  Bu  haqda  xəbər  verməsə, 
yəni  bildirməsə  şəhadət  sayılmaz.  Yəni  mən  etiqad  edirəm,  söyləyirəm  və 
xəbər verirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur. Bu üçü də bir 
                                                        
31
 "əl-Əqidətul-Vasitiyyə" İbn Teymiyyə. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      22 
yerdə vəhdət təşkil edir. Bu da Tövhid Kəliməsidir. İman da belədir: Dil - Qəlb 
- Əməl.  
Şəhadət Kəliməsinin fayda verməsi üçün insan iki şeyi bilməlidir:  
1. Şəhadət Verilən – Allahı tanımaq. Bu da öz-özlüyündə iki şeyi əhatə edir. 
1) Ümumi tanımaq. 2) Təfsilatı ilə tanımaq.  
Əşhədu – elmlə deyilən bir sözdür. Bu da bəsirət, göz və xəbərlə əldə edilən 
bir  elmdir.  Osman    rəvayət  edir  ki,  Rəsulullah    buyurdu:  "Hər  kim 
Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığını  bilərək  ölərsə  Cənnətə 
girər".
32
 O, dediyi sözün düzgün olması üçün Allahı tanımaq lazımdır. Allahın 
tək  olduğunu,  bənzəri  olmadığını,  oxşarının,  şərikinin  olmadığını  bilməlidir. 
Allah Saməddir  ehtiyacsız, möhtac deyildir. Allah yeməyə, içməyə, rahatlığa 
ehtiyacı  yoxdur.  Bütün  məxluqat  Allaha  möhtacdır.  Allaha  zəiflik,  xəstəlik, 
yuxu, ölüm və s. bu kimi naqisliklər üz vermir. Allah doğmayıb, doğulmayıb, 
yoldaşı da yoxdur. Allah aləmlərin Rəbbidir. Bütün mülk onun əlindədir. Əmr 
etmək də, yaratmaq da ona aiddir. İbn Teymiyyə  bu kəlməni belə izah edir: 
"Ilah – ibadət və itaət olunandır. İlahlaşdırılan da yalnız ibadətə layiq olandır. 
Çünki  o,  elə  bir  xüsusiyyətlərə  malikdir  ki,  istər-istəməz  Onu  yüksək 
məhəbbətlə  sevmək,  Ona  itaət  və  ibadət  etmək  qaçılmazdır.  Ilah  –  sevilən, 
ibadət  edilən  və  qəlblərin  (ürəklərin)  ona  olan  məhəbbətindən  ilahlaşdırılan 
deməkdir. Ona itaət edirlər və Onun qarşısında alçalırlar. Ondan qorxurlar və 
Onu arzulayırlar (istəyirlər). Bəlada Ona yönəlir, mühüm məqamlarda duaları 
ona  yönəldirlər.  Ruzi  intizarında  Ona  təvəkkül  edilir  və  Ondan  sığınacaq 
istənilir.  Onun  adı  zikr  olunanda  sakitləşirlər  və  Ona  olan  məhəbbətdən 
rahatlıq tapırlar. Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur". Artıq 
insan bunu bilərsə o, şəhadət dedikdə kimə şəhadət etdiyini bilər. Az da olsa o, 
Allahı başqa ibadət olunan ilahlardan ayıra bilməlidir. (Görürsən ki, insan  Lə 
İləhə  İlləllah  deyir,  lakin  Allahdan  qeyrisindən  kömək  diləyir,  qurban  kəsir, 
nəzir  deyir  və  s.  Deməli  bu  insan  hələ  də  Lə  İləhə  İlləllah  kəliməsini  başa 
düşməyib).  Az  bir  bilik  ilə  onunla  əqidəsi  düzgün  olar,  əməli  qəbul  olar.  Bu 
kəlmə də ondan qəbul olunar. İnsan bu ümumi elm ilə İslam dininə daxil olur. 
Lakin  insan  bu  elm  ilə  kifayətlənməməlidir.  Mütləq  o,  elmini  artırmalı  və 
Allahı  daha  dəqiq  tanımalıdır.  İmanını  artırmaq  üçün  Allahın  İsim  və 
Sifətlərini bilməlidir.  
2.  Şəhadət  Kəliməsinin  mənasını  və  səndən  nəyi  tələb  etdiyini  bilməlisən: 
"Allah  Özündən  başqa  heç  bir  ilah  olmadığına  şahiddir.  Mələklər  və  elm 
sahibləri  də  haqqa-ədalətə  boyun  qoyaraq  o  qüvvət  və  hikmət  sahibindən 
başqa  ibadətə  layiq  heç  bir  ilah  olmadığına  şəhadət  verdilər". (Ali-İmran 18). 
Bu  ayədən  göründüyü  kimi  bu  şahidlik  ən  böyük  şəhadətdir.  Belə  ki,  Allah 
                                                        
32
 Muslim. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə