TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə8/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   4   5   6   7   8   9   10   11   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      17 
Tövhidin Faydaları Və Səmərələri - 1. Tövhidi həyata keçirən, haqqını verən 
bir  qul  hesaba  çəkilmədən,  əzaba  uğramadan  Cənnətə  girəcəkdir.  2.  Tövhidi 
gerçəkləşdirmək günahların bağışlanması və kəffarəsidir. 3. Dünya və axirətin 
sıxıntısı, qəmi, kədəri və əzabından qurtulub hüzura və rahatlığa çıxmağın ən 
böyük vəsiləsi və səbəbidir. 4. Tövhid qəlbdə xardal dənəsi ağırlığından daha 
az  miqdarda  olduğu  zaman  Cəhənnəmdə  əbədi  qalmaqdan  qurtulmaqdır.  5. 
Sahibinə  hidayəti,  kamilliyə çatmağı,  dünya  və  axirətdə  əmin-amanlığı  təmin 
etməkdir.  6.  Tövhid,  Allahın  razılığına  və  savabına  nail  olmağın  yeganə 
səbəbidir.  7. Zahiri və batini bütün əməllərin və sözlərin qəbulu, kamilliyə və 
savaba  çatmaq  tövhidə  bağlıdır.  8.  Tövhid  qulun  yaxşılıq  edib,  pislikdən 
çəkinməsini  asanlaşdırır.  Onu  müsibətlərə  qarşı  səbrli  edir.  9.  Tövhid  qəlbdə 
tam  olduğu  zaman  Allah  onun  sahibinə  imanı  sevdirir.  Qəlbində  onu  gözəl 
göstərir.  Küfrü,  üsyanı  və  günahı  isə  ona  çirkin  göstərir.  10.  Tövhid  qulu 
yaradılmışlara  qul  olmaqdan,  onlara  bağlanmaqdan  qurtarır.  Həqiqi  və  ən 
yüksək izzət və şərəf də elə budur. 11. Tövhid qəlbdə tam və kamil olduğu və 
tam  bir  ixlasla  yerləşdiyi  zaman  əməlin  azı  çox  olur,  əməllərin  və  sözlərin 
mükafatı  sayılmayacaq  miqdarda  qat-qat  artır.  Qulun  tərəzisində  onun  ixlası 
göylər  və  yerin  qarşılamayacağı  qədər  ağır  gəlir.  12.  Allah  tövhid  əhli  olan 
quluna  dünyada  və  axirətdə  izzət  və  şərəfi,  hidayəti,  asanlığı,  xeyirli  söz  və 
əməllərində  isabətli  olmağı  zəmanət  verir.  13.  Allah  iman  əhli  Muvahhidləri 
dünya və axirətin pisliklərindən qoruyur və onlara təmiz, gözəl bir həyat bəxş 
edir. 
Tövhid  ilə  yanaşı  Muvahhid  bir  kimsədə  şirkə  düşmək  qorxusu  (ondan 
qorunmaq)  da  olmalıdır.  Çox  az  bir  kimsə  öz  Tövhidinə  görə  qorxur.  Bu 
Tövhidi  istəyən,  həris  olan  bir  kimsə  mütləq  şirkdən  qorxmalı  və  ondan 
qaçmalıdır.  O  qorxu  daima  Muvahhidin  qəlbində  olmalıdır,  qəlbi  daima 
Allahdan qorxan kimsə isə daima Allaha itaətdə olacaq, Allahdan bağışlanma 
diləyəcək və şirkdən qaçacaqdır. Şirkə düşməmək üçün də insan şirkin bütün 
növlərini  bilməlidir.  Şeytanın  ən  başlıca  məqsədi  insanları  şirkə  salmaqdır. 
Çünki,  bunu  Allaha  vəd  vermişdir:  “İblis  dedi:  "Onların  dirildiləcəyi  günə 
qədər  mənə  möhlət  ver".  Allah  dedi:  "Şübhəsiz  ki,  sən  möhlət  verilənlərdən-
sən". İblis dedi: "Sən məni yoldan çıxartdığına görə mən də Sənin düz yolunun 
üstündə  oturub  insanları  tovlayacağam.  Sonra  onların  yanına  önləridən  və 
arxalarından,  sağlarından  və  sollarından  gələcəyəm  və  Sən  onların 
əksəriyyətini  şükür  edən  görməyəcəksən".  Allah buyurdu:  "Oradan  mənfur və 
qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi 
sizin hamınızla dolduracağam”. (əl-Əraf 14-18). İbrahim  dua edərək onu və 
ailəsi  üçün  Allahdan  istəyir  ki:  "…Məni  və  övladlarımı  bütlərə  tapınmaqdan 
uzaq elə!" (İbrahim 35). Əgər möminlərin imamı və Allahın dostu, öz qövmünə 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      18 
qarşı  mübarizə  aparan,  bütləri  sındıran  kimsə  şirkə  düşməkdən  qorxurdusa, 
deməli  bütün  müsəlmanlar  Allaha  şərik  qoşmaq təhlükəsinə görə  qorxu  hissi 
keçirməlidirlər. Bundan sonra kim əmin ola bilər? O zaman bu kitabı öyrən! Bu 
kitabı öyrənmə ki, insanları şirk və küfürdə ittiham edəsən, öyrən ki, özünü və 
ailəni  müşrik  olmaqdan,  şirkə  düşməkdən  qoruyasan.  Çox  təəssüf  ki,  bir  çox 
müsəlmanlar öz yaxınları şirkdə boğulduqları halda, bu kitabı yalnız insanları 
ittiham etmək üçün öyrənirlər. 
Bu  gün  insanları  Tövhidə  çağıran,  onlara  şirkdən  qaçmağı  və  şirkə 
düşməməyi öyrədən  - insanların  ən  xeyirlisi  və ən gözəl  bir şeyə çağıranıdır. 
Günümüzdə  insanları  Tövhidə  dəvət  edənləri  görürsən  ki,  incidir,  təhqir 
edirlər, “sən düz danışmırsan”, “biz ata-babalarımızı belə görmüşük” və s. Bu 
kimi sözlər deyirlər. Sələflər deyirlər ki: “Əgər onlar nəyə dəvət olunduqlarını, 
Tövhidin  mahiyyətini  bilsəydilər,  mən  onlar  üçün  atalarından,  analarından 
belə əziz olardım”. Lakin siz anlamayan bir qövmsünüz. Bunu Allahın haqqını 
bilən kimsə bilə bilər.  
Şükürlər  olsun  aləmləri  Rəbbi  olan  Allaha!  Şükürlər  olsun  ki,  verdiyi 
nemətlər sayəsində bu kitabı tərcümə edib toplaya bildik. Allaha nə qədər şükr 
etsək  də  layiqincə  onun  verdiyi  nemətlərin  əvəzini  verə  bilmərik.  Çünki 
Allahın  bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, bunun da 
şükrə ehtiyacı vardır. Necə ki, Davud  buyurur: "Ey Rəbbim! Sənə necə şükr 
edim  ki,  neməti  verən,  onunla  ruziləndirən,  sonra  da  nemət  üstünə  nemət 
verərək  artıran  Sənsən.  Nemət  də  Səndən,  şükr  də  Sənədən.  (şükrüm  belə 
Sənin  bir  nemətindir)  Necə  bunlara  şükr  edim".  Allah:  "İndi  Məni  tanıdın  və 
Mənə  şükr  etdin,  ey  Davud!  Çünki,  şükr  etməyin  də  Mənim  bir  nemətim 
olduğunu bildin". (Başqa rəvayətdə: "Ey Rəbbim! Vücudumdakı tüklərdən hər 
birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə, 
yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram"
29
.  
İlk  növbədə  Allahdan  bu  işimin  dolğun,  düzgün  şəkildə  toplayıb  başa 
çatdırılmasını  diləyirəm.  Allahdan  əməlimi  onun  üçün  ixlaslı  olmasını, 
məndən  qəbul  edib  onunla  müsəlmanları  faydalandırmasını  diləyirəm.  Əgər 
haradasa  xəta  etmişəmsə  bu  nəfsimdən  və  şeytandandır.  Şeytandan  və 
çarəsizlikdən  Allaha  sığınıram.  Burada  düzəldilməsi  mühüm  olan  yerləri 
tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətalarımı mənə 
bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırsın! Mən ona 
əvvəlcədən öz təşəkkürümü bildirirəm.  
Ayrıca  bu  kitabı  toplamaqda  mənə  kömək  edən,  bu  kitabda  zəhməti  olan, 
öyüd  vermək  və  ya  dua  etmək  məqsədilə  mənə yardım  edən  hər  bir  kəsə  də 
təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırsın!  
                                                        
29
 İmam Əhməd "Kitəbuz-Zuhd" 361, 362.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə