TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə6/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   2   3   4   5   6   7   8   9   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      13 
qəlbinə  bir  miqdar  azmaq  düşər  və sonda  da  məhv olar"
20
.  Onların  niyyətləri 
gözəl  idi.  Heykəlləri  qoyduqda  niyyətləri,  onlara  çox  ibadət  etmələrini 
xatırlamaq  idi.  Onlar  şirk  qoşmaq  haqda  heç  düşünmürdülər.  Ona  görə  də 
gözəl  niyyət  haramı  halal  etmir.  Saleh  kimsələr  öldükdən  sonra,  elm  yaddan 
çıxandan  sonra  şeytan  öz  vəsvəsəsini  etdi.  Ümmətdə  alimlərin  yeri  onda 
bilinir.  Ona  görə  də  günümüzdə  İbn  Bazzı,  əl-Albanini,  Useymini   
pisləyənlər  bilsinlər  ki,  dolayı  yolla  şirkin  yayılmasını  istəyirlər.  Bu  hadisədə 
alimlərin  insanlar  arasında  olan  yeri  bilinir.  Onların  getməsi  dəhşətli 
hadisələrin  baş  verməsidir.  Şeytan  alimlərin  vaxtında  ibadət  etməyi  əmr 
etmədi, lakin alimlər ölən kimi, elm yox olan kimi dəvətinə başladı.  
Artıq onlarda  belə  bir  etiqad yaranmışdır  ki: Mən  bu  qəbrin  ətrafına  gəlib 
burada Allaha dua etsəm, qurban kəssəm, nəzir desəm daha tez qəbul olunar, 
nəinki  evimdə  oturub  dua  etsəm.  Vaxt  keçdikcə  artıq  bu  heykəllərdən 
istəməyə  başladılar.  Ey  filankəsin  cəddi  Allaha  dua  et  ki,  bizə  şəfa  versin. 
Şeytan bir başa onlara şirki göstərərək demədi ki: “Gəlin Allaha şərik qoşun”. 
Çünki  bilirdi  ki,  bunu  bir  başa  etsə  heç  kəs  qəbul  etməz.  Mərhələ-mərhələ, 
addım-addım gəldi. Halbuki, Adəm ilə Nuh  arasında on əsr var idi. Bütün 
insanlar  da  bir  din  üzərində  idilər.  Xatırlama  -  İblis  Adəm   necə  vəsvəsə 
etdi? Allah Adəmə  əmr etdi ki – “Bu ağacdan yemə! Qalan nə istəyirsənsə 
et!”  Lakin  şeytan  ona  vəsvəsə  edərək  dedi  ki:  “Bilirsənmi  ki,  Allah  sənə  bu 
ağacdan yeməyi nə üçün qadağan edib?” Adəm dedi: “Xeyr”. Şeytan: “Çünki, 
sən  bu  ağacdan  yesən  sənə  əbədi  həyat  və  tükənməz  bir  mülk  veriləcəkdir”. 
“Şeytan  ona  vəsvəsə  edib  dedi:  "Ey  Adəm!  Sənə  əbədiyyət  ağacını  və 
tükənməyəcək  bir  mülkü  göstərimmi?"  (Ta  ha  120).  Bir  başa  demədi:  “Get,  o 
ağacdan  ye!”  İblis  Adəmi  -  əleyhissəlam  -  aldatdı,  onun  nəslini  isə  yaxşı 
niyyətlərlə  aldadır.  Salehləri  unutmayın,  onları  ziyarət  edin,  xatırlayın  ki,  siz 
də  salehlərdən olasınız.  Sonra  bir  müddət  keçdikdən  sonra  salehləri  Allah ilə 
aralarında vasitəçi edir, bir müddətdən sonra isə bir başa onlara ibadət etməyə 
təşviq edir və Tövhid əhlinə qarşı çıxaraq belə deyir: “Siz yeni din gətirmisiniz, 
biz  ata-babalarımızdan  belə  görmüşük,  öz  əslinizə  hörmət  etmirsiniz”  və  s. 
Allah Nuhun  qövmünü suya qərq etdi, Tövhid əhlindən başqa hamı məhv 
oldu.  İllər,  əsrlər  ötdü,  yeni  nəsillər  gəldi.  Onlar  da  ata-babalarının  başına 
gələni  unutdular.  Şeytan  yenidən  öz  addımlarını  atmağa  başladı.  Allah  yeni 
Peyğəmbər,  yeni  kitablar  nazil  etdi.  Rəvayət  edildiyinə  görə  yüz  iyirmi  dörd 
min  Peyğəmbər  gəlib-getdi  və  beləcə  Muhəmməd    qədər  davam  etdi. 
“Şübhəsiz  ki,  şeytan  sizin  düşməninizdir,  siz  də  onu  düşmən  sayın.  O  öz 
tərəfdarlarını  Od  sakini  olmağa  çağırır”.  (Fatir  6).  Ey  mənim  qardaşım! 
İnsanların  qınağından,  sözlərindən  qorxma!  Bir  şeyi  unutma  ki,  Haqq  daima 
                                                        
20
 Şeyx Useymin "Üç əsas" şərhi. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      14 
yardıma məzhər olur, lakin bununla birlikdə sıxıntı, çətinliklərlə sınanır. Buna 
heyrət etmə, çünki bu Rahmənin sünnətidir. “Beləliklə, Biz hər bir peyğəmbər 
üçün  insanlar  və  cinlərdən  olan  şeytanlarından düşmənlər  müəyyən  etdik…”. 
(əl-Ənam 112). O halda bizim ümüdsüzliyə qapılmağımız caiz deyildir. Çünki 
gözəl  aqibət  təqva  əhlinindir.  Məgər  Nuha    qarşı  çıxmadılar,  və  ya  digər 
Peyğəmbərləri  incitmədilər?  Onlara  da:  “Siz  ata-babalarınıza  hörmət 
etmirsiniz,  əcdadlarınıza  qarşı  çıxırsınız”-  deyirdilər.  Elə  zənn  edirdilər  ki, 
bunu  etməklə  öz  əcdadlarına  hörmət  edir  və  haqlarını  qoruyurlar.  Salehləri 
şişirtməyin nəticəsi bax budur.  
4)  Şirkin  yaranmasının  səbəblərindən  biri  də  insanların  Peyğəmbərlərin, 
salehlərin  gəzdikləri,  oturduqları  yerləri  əhatəyə  alaraq  oraları  üstün 
saymalarıdır.  Şirkin  qarşısını  almaq  üçün  –  Peyğəmbər    və  Səhabələr  şirkə 
aparan kiçik bir şey olsa belə onun qarşısını dərhal alardılar. Ölüm anında olan 
Peyğəmbərin  düşündüyü Tövhid, şirkin qarşısını almaq idi. Bu, məslənin nə 
dərəcədə  mühüm  olduğunu  göstərir.  Çünki  salehlərin  qəbirlərini  şişirtmək 
sonda  onlara  ibadətə  gətirir  ki,  insanlar  da  bunun  dindən  olduğunu  zənn 
edirlər.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Allahım! 
Qəbrimi  ibadət  olunan  büt  (vasan)  etmə!  Öz  Peyğəmbərlərinin  qəbirlərini 
məscidlərə (ibadət olunan yerə) çevirən bir qövmə Allahın şiddətli əzabı düçar 
olar”
21
.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Evlərinizi 
qəbir  yerinə,  qəbrimi  də  bayram  yerinə  çevirməyin.  Mənim  üçün  Allahdan 
xeyir-dua istəyin (salavat). Harda olsanız sizin xeyir-duanız (salavatınız) mənə 
çatar".
22
 Həmiçinin  –  Peyğəmbər    Lat,  Uzza,  Manat  adlanan  bütlərin 
dağıdılmasını  əmr edir. Yunus  ibn Bukeyr, Əbu Xalidə Xalidi ibn Dinar, Əbu 
Aliyəyə  dedi:  "Tustəri  fəth  etdiyimiz  zaman  Hurmuzun  mal  saxladığı  evin 
başında  yazı  olan  ölü  bir  bədənin  uzanmış  olduğu  bir  çarpayı  tapdıq.  Onu 
Ömər ibn Xattabın  yanına gətirdik. Kəbi çağırdı və o yazını ərəbcəyə çevirdi. 
Mən ərəblərdən o, yazını oxuyan ilk insanam. Bu Daniel  deyilən birisi idi. 
O  nə  zaman  ölmüşdür?  dedim.  Üç  yüz  ildir.  Ondan  dəyişən  nədir.  Başında 
bəzi  saçlarından  başqa  heç  bir  şey  dəyişilməmişdi.  Belədir,  çünki 
Peyğəmbərlərin ətlərini torpaq çürütməz. İnsanlar ondan nə diləyərdilər? Göy 
üzü tutulduğu zaman onun cəsədini çıxararaq yağmur gözləyərdilər”. Dedim: 
“Siz  nə  etdiniz?”  Gündüz  vaxtı  bir-birindən  ayrı  on  üç  qəbir  qazdıq,  gecə 
olduqda isə onu birində dəfn etdik və qəbiri yerlə düz etdik ki, insanlar başa 
düşməyib  sonradan  gəlib  qazmasınlar".  Səhabələrin  hərəkətinə  nəzər  salın. 
Ömər:  “Oranı  əhatəyə  alın,  təmiz  saxlayın,  gələcək  nəsillər  üçün  qoruyun”- 
                                                        
21
 Məlik 1/ 172, Əhməd 2/246, Əbu Yala 6681, əl-Albani “Səhih”.  
22
 Əbu  Davud  2042,  Əhməd  2/  367,  İsmayıl  əl-Qazi  "Fadl  əs-Salət  alən  Nəbi"  səh.  20,  əl-Albani  səhih 
demişdir.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə