TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə4/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   2   3   4   5   6   7   8   9   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      9 
Ümmətdə  Şirkin  Zühur  Etməsinə  Başlıca  Səbəblər:  1)  Cahillik  –  düzgün 
əqidəni bilməmək və ya öyrənmək istəməmək, çox az diqqət etmək və ya heç 
diqqət  yetirməməkdir.  Nəsillər  yetişmişlər  ki,  bu  əqidəni  bilmirlər,  əqidəyə 
zidd  olan  məsələləri  bilmirlər.  Haqqı  yalan,  yalanı  isə  haqq  kimi  bilirlər.  İbn 
Qeyyim    deyir:  “Cahillik  öldürücü  xəstəlikdir.  Onun  müalicəsi  (şəfası)  iki 
şeydədir;  Quran  və  Sünnə.  Müalicə  edən  isə  Rəbbani  alimdir”.  Cahillik  elmə 
zidd  olandır.  Öldürücü  xəstəlikdir.  İnsanı  elə  tələf  edir  ki,  özü  də  hiss  etmir. 
Cahillik xəstəlikdir, insanı elə bir tərzdə kor edir ki, xilasının harada olduğunu 
bilmir.  Alimlər  diri,  cahillər  isə  ölüdürlər.  Bu  əqidə  Tövqifidir.  Yəni  sənin, 
mənim ağlım üzərində qurulmur. Bu əqidəni quran Allahdır - əqidədə ictihada 
yer yoxdur. Əqidənin mənbəyi iki əsasdır: Quran və Sünnə. Nə üçün? Çünki, 
Allahı Onun Özündən başqa heç kəs yaxşı tanıya bilməz. Allahdan sonra onu 
gözəl  tanıyan  Peyğəmbəri  Muhəmməddir  .  İlk  əvvəl  əqidədə  problem  yox 
idi.  İnsanlar  bir  əqidə,  bir  cəmaat  idilər.  Lakin  xeyirli  dövr,  xeyirli  əsr 
getdikdən  sonra  zəlalət  əhli  gəldi,  əqidələr  çoxaldı,  cəmaatların  sayı  isə  artı. 
Bütün bu cəmaatlar Quran və Sünnə ilə getdiklərini iddia edirlər. Lakin Quran 
və  Sünnə  onları  tanımır,  tanımaq  da  istəmir.  Əqidələri  fəlsəfə,  ağıl,  kiminsə 
ideyası,  qəzəbi  və  hissləri  üzərində  qurulmuş  camaatlar.  Lakin  biz  Quran  və 
Sünnəyə fəhm  (başa  düşmək)  qaydasını  da  əlavə  edirik.  Sizin  (zəlalət  əhlinin 
Quran  və  Sünnəni)  başa  düşmək  fəhmini  yox,  Quran  və  Sünnəni  ən  gözəl 
anlayan,  bununla  yaşayan səhabələrin fəhmini. Auf  ibn Məlik    rəvayət  edir 
ki,  Rəsulullah    buyurdu:  "Yəhudilər  yetmiş  bir  firqəyə  bölünəcəklər, 
onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar 
yetmiş  iki  firqəyə  bölünəcəklər,  onlardan  yalnız  biri  Cənnətə  qalanları  isə 
Cəhənnəmə  düşəcəkdir.  Qəlbim  əlində  olan  Allaha  and  olsun  ki,  mənim 
ümmətim  yetmiş  üç  firqəyə  bölünəcəkdir,  onlardan  yalnız  biri  Cənnətə, 
qalanları  isə  Cəhənnəmə  düşəcəkdir".
11
 İbn  Ömərin    rəvayətində  isə 
səhabələr  Cənnətə  düşən  firqə  haqqında  soruşdular.  Rəsulullah    buyurdu: 
"Onlar  mənim  və  səhabələrimin  yolu  ilə  gedənlərdir".
12
 Başqa  rəvayətdə: 
Rəsulullah  buyurdu: "O da camaatdır".
13
 Bu iki şəfanı öz yerinə qoyan, başa 
salan  lazımdır.  Hər  bilən  yox,  Rəbbani  bilən  lazımdır.  Çox  insanlar  müalicə 
etmək üçün özləri bu iki əsasa baş vururlar. Lakin onlar alim olmadıqları üçün 
ölüm  tapırlar.  Rəbbani  alim  bu  iki  əsası  sənə  doğru  başa  düşməyə  yardımçı 
olacaqdır.  Elm  dərmandır.  Lakin  insan  bədəninə  uyğun  olmayan  dərman 
qəbul etsə bu onu ya şikəst edər ya da ki həlak. Çünki, həkim olmadan qəbul 
etmiş  və  bunu  ona  lazım  olan  miqdarda  etməmişdir.  Məhz  buna  görə  də 
                                                        
11
 İbn Məcə. 
12
 Tirmizi, əl-Albani "Səhih Hədislər Silsiləsi" 1348. 
13
 Əhməd 4/ 102, əl-Albani "Ziləlul-Cənnə". 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      10 
Xəvariclər  həlak  olmuşlar.  Onlar  Quran  və  Sünnəni  götürdülər,  lakin  lazım 
olan  yerə  qoymadılar.  Elə  zənn  etdilər  ki,  böyük  günah  sahibi  əbədi 
Cəhənnəmlikdir.  Onlar  bunu  öz  ağıllarından  deyil,  bu  iki  mənbədən 
götürdülər. Digər  məzhəb  və  təriqətlərin  azmalarına səbəb  də  bir  başa  bu  iki 
əsasa  baş  vurmaları  idi.  Lakin  onların  başa  düşməkdə  həkimləri  səhabələr 
deyildilər.  Onlar  həkim  olaraq  alimləri  deyil,  ağıllarını  götürdülər.  Bu 
ümmətin  fərqi  elmin  miras  edilməsidir.  Yəni,  yeni  nə  isə  ortaya  çıxmır,  nə 
qalıbsa  Peyğəmbərdən    miras  olaraq  qalan  elmdir.  Alimlər  isə  varis  olaraq 
bunu götürüblər.  
2) Onların Fanatik olaraq, hətta səhf olduqları halda ata-babalarının yolu ilə 
getmək.  Kor-koranə olan  təqlid.  Əqidə  məsələlərində öz  imamına,  axunduna, 
xocaya  kor-koranə  təqlid  etmək  (səhf  və  düz  olmasına)  baxmayaraq.  Heç  bir 
dəlilə  əsaslanmadan  iman  gətirmək.  “Onlar  Allahı  qoyub  baş  keşişlərini  və 
rahiblərini,  bir  də  Məryəm  oğlu  İsanı  tanrılar  qəbul  etdilər.  Halbuki  onlara 
ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. 
O,  bunların  şərik  qoşduqları  şeylərdən  uzaqdır”.  (ət-Tövbə  31).  “Onlara: 
"Allahın nazil etdiyinə tabe olun!"– deyildikdə, onlar: "Xeyr, biz atalarımızın 
tutduğu yolu  tutacağıq!"– deyirlər.  Bəs ataları  bir  şey  anlamayıb  doğru yola 
yönəlməyiblərsə  necə?”  (əl-Bəqərə  170).  “Onlara:  "Allahın  nazil  etdiyinə  və 
göndərdiyi  Elçiyə  tərəf  gəlin"–  deyildikdə:  "Atalarımızın  tutduğu  yol  bizə 
bəsdir"–  deyirlər.  Əgər  ataları  bir  şey  bilməyib,  doğru  yola  yönəlməyiblərsə 
onda necə olsun?” (əl-Maidə 104). “Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq 
edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: "Biz 
atalarımızı  bu  yolda  gördük  və  biz  də  onların  yolunu  tutub  gedəcəyik!"– 
dedilər”.  (əz-Zuxruf 23).  “Üzləri  odda  o  yan-bu  yana  döndəriləcəyi  gün  onlar 
deyəcəklər:  "Kaş  biz  Allaha  ibadət  edəydik,  Onun  Elçisinə  müti  olaydıq!" 
Onlar  deyəcəklər:  "Ey  Rəbbimiz!  Biz  başçılarımıza  və  böyüklərimizə  itaət 
etdik,  onlar  da  bizi  haqq  yoldan  azdırdılar”.  (əl-Əhzab 66-67).  “Onlar  Allahı 
qoyub  baş  keşişlərini  və  rahiblərini,  bir  də  Məryəm  oğlu  İsanı  tanrılar  qəbul 
etdilər.  Halbuki  onlara  ancaq  tək  olan  İlaha  ibadət  etmək  əmr  olunmuşdu. 
Ondan  başqa  tanrı  yoxdur.  O,  bunların  şərik  qoşduqları  şeylərdən  uzaqdır”. 
(ət-Tövbə 31).  
3)  Ğuluv  –  İbadət  etməkdə,  əməldə,  tərifdə,  adətlərdə  həddi  aşmaq 
deməkdir. Ölmüş saleh kimsələri öz məqamlarından yuxarı qaldırmaq. Etiqad 
etmək ki, onlar da Allah kimi hansısa qüvvəyə sahibdirlər. Şirkin Yaranması – 
birdən-birə  baş  verməmişdir.  Şeytan  öz  işini  addım-addım  görür.  İlk  şirk  də 
salehləri  Ğuluv  etməkdən  sonra  baş  vermişdir.  Ğuluv  –  şişirtmək  deməkdir. 
Cəfa  -  ğuluvun  əksidir.  Adəm  övladlarının  dinlərini  tərk  etmələrinə  səbəb 
onların  salehlərlə  bağlı  olan  həddi  aşmalarıdır.  Saleh  –  saleh  əməllər  edən, 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə