TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə3/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   2   3   4   5   6   7   8   9   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      7 
qövmüm!  Allaha  ibadət  edin!  Sizin  Ondan  başqa  məbudunuz  yoxdur. 
Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi 
dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona 
bir  pislik  etməyin,  yoxsa  sizi  ağrılı-acılı  bir  əzab  yaxalayar”.  (əl-Əraf  73). 
“Mədyən  qövmünə  də  qardaşları  Şueybi  göndərdik.  O  dedi:  "Ey  qövmüm! 
Allaha  ibadət  edin.  Sizin  Ondan  başqa  məbudunuz  yoxdur.  Rəbbinizdən  sizə 
açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların 
əşyalarını  əksik  verməyin  və  yer  üzü  islah  olunduqdan  sonra  orada  fəsad 
törətməyin.  Əgər  möminsinizsə,  bu,  sizin  üçün  daha  xeyirlidir”.  (əl-Əraf  85). 
“Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: "Həqiqətən, mən sizin üçün açıq-
aydın xəbərdar edən bir elçiyəm. Allahdan başqasına ibadət etməyin! Mən sizi 
yaxalayacaq məşəqqət gününün əzabından qorxuram". (Hud 25-26).  
5) Bu, dəvətdə ən birinci olandır. “De: "Bu, mənim yolumdur. Mən və mənə 
tabe  olanlar,  mötəbər  dəlillərə  əsasən,  insanları  Allaha  tərəf  çağırırıq.  Allah 
pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm". (Yusuf 108). Peyğəmbər  
Muazı   Yəmənə göndərdiyi  zaman ona olan ilk  nəsihəti:  “İnsanları  Lə  İləhə 
İlləllah  –  kəliməsinə  dəvət  et!”-  deməsidir
6
.  Bu  başlıq  dəlildir  ki,  müsəlman 
Tövhidi  bildikdən  sonra  insanları  buna  dəvət  etməlidir.  Bu  zaman  iki  şeyə 
diqqət  etmək  lazımdır:  1)  Dəvət  etdikdə  Tövhidə  dəvət  etmək.  2)  Dəvəti  də 
yalnız Allah üçün İxlasla etmək. Səhl ibn Sad  rəvayət edir ki: "Allah Rəsulu 
  Xeybər  günü  belə  buyurdu:  "Sabah  bu  bayrağı  mütləq  Allahın  fəthi  ona 
nəsib  edəcəyi  bir  adama  verəcəyəm  ki,  o,  Allahı  və  Rəsulunu  sevir,  Allah  və 
Rəsulu  da  onu  sevir.  Səhər  açıldıqda  (səhabələr)  Allah  Rəsulunun    yanına 
getdilər.  Hər  biri  bayrağın  ona  verilməsini  arzulayırdı.  Peyğəmbər    belə 
buyurdu:  "Əbu  Talibin  oğlu  Əli  haradadır?"  Ona:  "Gözü  ağrıyır!"-  dedilər. 
Peyğəmbər    dedi:  "Xəbər  göndərin,  gəlsin".  O,  xəbər  göndərilib  gətirildi. 
Allah Rəsulu  mübarək tüpürcəyini onun gözlərinə sürtərək dua etdi. O, saat 
sağaldı. Sanki heç bir ağrısı yoxmuş kimi oldu. Daha sonra bayrağı ona verdi. 
Əli  dedi:  "Ya  Rəsulullah!  Xeybər  (Yəhudiləri)  ilə  onlar  da  bizim  kimi 
(müsəlman)  olana  qədər  vuruşacağam".  Peyğəmbər  :  "(Ey  Əli!)  Tələsmə! 
Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et 
və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, 
Allah  bir  nəfəri  sənin  səbəbinlə  hidayətə  yönəldərsə,  bu  sənin  üçün  qırmızı 
dəvələrdən də xeyirli olar!"- deyə buyurdu”.
7
  
6)  Bu  ən  son  anda  da  olandır.  “Rəbbi  ona:  "Təslim  ol!"–  dedikdə,  o: 
"Aləmlərin  Rəbbinə  təslim  oldum!"–  demişdi.  İbrahim  də,  Yaqub  da  bunu 
                                                        
6
 əl-Buxari 1395, Muslim 19.  
7
 əl-Buxari  "Fəth"  2942,  Muslim  2406,  ən-Nəsai  “Sunənul-Kubra”  8403,  8587,  İbn  Hibban  6932,  Əhməd 
"Müsnəd" 333.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      8 
oğullarına vəsiyyət etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün 
seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz! Yoxsa siz Yaquba ölüm 
gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra 
nəyə  ibadət  edəcəksiniz?"  Onlar  dedilər:  "Sənin  İlahına,  atalarının  – 
İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik. Biz yalnız 
Ona təslim olanlarıq!" (əl-Bəqərə 131-133). Peyğəmbər  buyurdu: “Kimin son 
sözü Lə İləhə İlləllah olarsa Cənnətə daxil olar”.  
7) İnsana dinə girmək üçün ən birinci və ölüm anında ən son əmrdir. Ona 
görə də Peyğəmbər  ölüm anında olan kimsələrə Lə İləhə İlləllah kəliməsini 
təlqin etməyi əmr edərdi. Əbu Səid əl-Xudri  rəvayət edir ki, Peyğəmbər  
buyurdu: "Ölüm anında olan yaxınlarınıza Lə İləhə İlləllahı təlqin edin".
8
 
8)  Tövhid  səni  Cəhənnəmdən  qurtaracaq  ən  böyük  səbəbdir  və  bütün 
xeyirlərin əsasıdır. Həmçinin - ən böyük və bağışlanılmaz günah olan Allaha 
şərik qoşmaq dünya və axirətdə olan bütün bəlaların başıdır. Həyatdakı bütün 
digər  pozuntular  zəncirvari  şəkildə  həyatın  əsası  olan  Tövhidin 
pozulmasından  törəyir.  Bu  mövzu  insan  həyatında  ən  mühüm  məsələdir. 
Ömər  deyir ki: “Biz Allahın İslam dini sayəsində gücləndirdiyi bir cəmaatıq. 
İslamdan başqasını seçəcək  olsaq, onda  Allah bizi zəlil  edər”
9
. İslam  ordusu 
Roma  imperiyasının  idarəsi  altında  olan  Kipri  fəth  edərkən  bütün 
müsəlmanlar  qələbə  sevincini  yaşadığı  halda  məşhur  səhabə  Əbu  Dərdə   
kədərlənərək ağlayırdı. Bunun səbəbini soruşduqda, o dedi: “Baxın onlar necə 
də  əzəmətli  bir  xalq  idi.  Hətta  onların  qüdrətli  rəhbərləri  də  var  idi.  Onlar 
Allahın buyuruqlarını tərk etdikləri üçün Allahın da onları necə alçaltdığına 
baxın. Qorxuram ki, bir vaxt bu ümmət də Allahı və Onun Rəsulunu tərk edər, 
Allah da onları bu cür alçaldar”
10
.  
Lakin  nədənsə  bu  məsələ  əhəmiyyət  baxımından  ondan  qat-qat  aşağı 
dərəcədə  olan  digər  məsələlərin  kölgəsində  qalmışdır.  Müsəlmanlar  Tövhid 
elminə  çox  diqqət  yetirməlidirlər.  Müsəlman:  “Yenə  də  Tövhid!”- 
deməməlidir.  Əsla!  Həmişə  Tövhid  olmalıdır.  Bu  bizim  dünya  və  axirətdə 
səadətimizin açarıdır. Hər bir müsəlman ailəsində Tövhid kitabı masaüstü bir 
kitab olmalıdır. Hər il oxunan, təkrarlanan bir kitab olmalıdır. Bu kitabı  tərk 
etmək  şərdir.  Bilsən  bu  kitabda  sənin  üçün  nə  qədər  xeyir  vardır!?  “Mən 
Tövhidi öyrənmişəm” deyən kimsə artıq xəta etmişdir. Tövhid Nəhv və Sarf 
elmi  deyil  ki,  bir  dəfə  öyrəndin  kifayət  etsin.  Tövhid  –  Allahın  sənə  verdiyi 
ömürlə  bərabər  davam  edən  bir  kitabdır.  Oxudun  bitirdin,  yenə  də  təkrarla, 
çünki şeytanın səndən ən çox istədiyi şey şirk etməyindir.  
                                                        
8
 Muslim 916. 
9
 Tərğib Vət-Tərhib 3/ 351, 4393.  
10
 “Hilyətul-Övliya” 1/ 216.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə