TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə5/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   2   3   4   5   6   7   8   9   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      11 
fitnə-fəsad daşımayan kimsədir. Saleh – Allahın və qulların haqqını  verəndir. 
Sabiquna Bil-Xayrat – xeyirdə irəli keçən, mübah olan əməlləri edən kimsədir. 
Salehlərlə  bağlı  hədd  haradadır?  Allah  üçün  onları  sevmək,  hörmət  etmək, 
qorumaq,  əgər  Peyğəmbərdirsə  şəriətinə  əməl  etmək.  Bu  da  dinin  salehlərə 
qarşı qoyduğu həddir. Həddi aşmaq isə - onlara Allahın layiq olduğu sifətləri 
vermək,  Lövhi-Məhfuzda  olanları  bilməsi,  şəriətin  qoyduğu  çərçivədən 
çıxmaqdır. Tərif etdikləri zaman Allah səviyyəsində tərif etmək (İtra - o, tərif 
ki,  onda  yalan  da  vardır).  Sevgidə  həddi  aşmaları  onların  salehləri 
ucaltmalarına, onlardan kömək istəmələrinə gətirib çıxartdı. Peyğəmbər  həcc 
vaxtı daş atmaq üçün səhabələrdən daş gətirmələrini əmr etdi. İbn Abbas  da 
xırda  daşlar  yığıb  gətirdi.  “Peyğəmbər    buyurdu:  "Ey  insanlar!  Dində  çox 
şişirtməkdən  çəkinin.  Sizdən  əvvəlkiləri  dində  çox  şişirtmək  həlak  etdi  (əgər 
insan torpaq atsa Cəfa, yox əgər alma boyda daş atsa artıq Ğuluv etmişdir)"
14

Peyğəmbər   buyurdu:  "İfrata  varanlar  həlak  oldular  və  bunu  üç  dəfə  təkrar 
etdi"
15
.  Xristianlar  İsanı    sevgidə  şişirtdikləri  üçün  ona  İlahi  keyfiyyətləri 
verdilər.  Yəhudilər  isə  İsa   üçün  “zinadan  doğulan”  deməklə  cəfa  etdilər. 
Vasat (orta) ümmət isə bu iki əməlin ortasında orta yolu tutanlardır. Ömər  
rəvayət edir ki, Peyğəmbər  buyurdu: "Məni Xristianların Məryəm oğlu İsanı 
 tərif etdikləri kimi tərif etməyin. Mən sadəcə bir qulam, deyin Allahın qulu 
və  rəsulu.  Məni  tərif  etməkdə  həddi  aşmayın.  Məni  Allahın  layiq  bildiyi 
dərəcədən  artıq  yüksəltməyin.  Rəbbim  məni  necə  vəsf  edibsə,  elə  də  vəsf 
edin"
16
. Şirk isə on əsr və ya on nəsildən sonra Nuhun  qövmündə salehləri 
ğuluv etməklə ortaya çıxdı. "İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni 
bir dində idilər).  Sonra  (aralarında ixtilaf düşdüyü üçün)  ayrıldılar".  (Yunus 19)". 
"İnsanlar  tək  bir  ümmət  idilər".  (əl-Bəqərə 213). İbn  Abbas   deyir  ki:  "Adəm 
ilə  Nuh    arasında  altı  əsr  (Başqa  rəvayətdə:  on  əsr)  vardır.  Bu  dövrdə 
yaşayan insanların hamısı da Allahın şəriəti üzrə idilər. Onların hamısı İslam 
dini  üzrə  idilər.  Daha  sonra  ixtilafa,  rəsulların  şəriətlərinə  uymağı  tərk 
etdikləri  üçün  şirkə  düşdülər.  Allah  da  müjdələyən  və  qorxudan  Rəsullar 
göndərdi.  Göndərilən  ilk  Rəsul  isə  Nuh    idi"
17
.  İstənilən  bir  günah  da 
belədir. Qadınların geyimi heç vaxt bu günkü kimi qısa olmayıb. İstənilən bir 
dövlətin adət ən-ənəsi olan geyimlərinə, milli geyimlərinə nəzər salsaq görərik 
ki,  paltarı  uzun  və  baş  örtüyü  də  var.  Lakin  vaxt  keçdikcə  şeytan  müəyyən 
bəhanə və hiylə ilə onların geyimlərini gördüyümüz hala gətirmişdir. Artıq pis 
bir əməl gözəl, gözəl bir əməl isə pis göstərilmişdir. Nuhun  qövmü ilə baş 
verən  də  şeytanın  addım-addım  gəlməsi  idi.  "Və  (öz  tabeçiliyində  olanlara) 
                                                        
14
 Əhməd 1/ 215, ən-Nəsai 5/ 268, 4063, İbn Məcə 3029, əl-Həkim 1711, əl-Albani “Səhihul-Cəmi” 2680.  
15
 Muslim 2670, Əbu Davud 4608, Əhməd 1/ 386, Əbu Yəla 5004.  
16
 əl-Buxari 3445, Əhməd 23,24, əd-Darimi 2784, İbn Hibban 6239, Əbu Yəla 153.  
17
 İbn Kəsir 1/ 250, Məcmuul-Fətava 20/ 106.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      12 
dedilər:  "Öz  tanrılarınızı  tərk  etməyin,  (xüsusi  ilə)  Vəddi,  Suvanı,  Yəğusu, 
Yəuqu və Nəsri atmayın". (Nuh 23). İbn Abbas  rəvayət edir ki, bunlar Nuhun 
 qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların 
yaşadığı  qövmün  insanlarına  vəsvəsə  edir  ki,  onların  toplandıqları  yerlərdə 
heykəllərini  ucaltsınlar  və  onların  adlarını  həmin  heykəllərə  versinlər.  Onlar 
da deyilən kimi  etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara 
ibadət  olunmadı.  (Uzun  müddət  keçdikdən  sonra)  elm  unudulduqda  o, 
heykəllərə  ibadət  etməyə  başladılar
18
.  Abd  ibn  Humeyd,  Əbu  Mutahhardan 
rəvayət edir ki, Əbu Cəfər (Bəkri) yanında Yezid ibn Muhəlləbdən bəhs edildi. 
Əbu Cəfər dedi: "O, Allahdan başqa ilk ibadət edilən yerdə öldürüldü”. Sonra 
Vədd  haqqında  danışdı.  Vədd  müsəlman  bir  kimsə  idi  və  qövmü  tərəfindən 
sevilirdi. O, ölüncə Babil torpaqlarında qəbrinin ətrafında toplandılar və onun 
ölümünə  üzüldülər.  İblis  onların  Vəddə  üzüldüklərini  gördükdə  dedi:  "Sizin 
buna  çox  üzüldüyünüzü  görürəm.  Sizin  üçün  onun  bir  surətini  çəkməmi 
istəyirsinizmi?  Beləcə  o,  sizin  toplandığınız  yerdə  olacaq  və  onun  sayəsində 
Vəddi xatırlayacaqsınız". Onlar da: “Bəli, çək!”- dedilər. İblis onlara Vəddin bir 
surətini  çəkdi.  Onlar  da  onun  surətini  toplandıqları  yerə  qoydular  və  onu 
xatırlamağa başladılar. Onların Vəddi xatırladıqlarını gördükdə bu dəfə dedi: 
"Sizin hər birinizin evində belə bir heykəl düzəltməyimə nə deyirsiniz? Beləcə 
bundan  sizin  hər  birinizin  evində  olacaq  və  onu  xatırlayacaqsınız".  Onlar: 
"Bəli,  olar"-  dedilər.  (Şeytan)  hər  ev  əhlinə  onun  kimi  bir  heykəl  düzəltdi. 
Onlar  da  bu  heykələ  yönəldilər.  Heykəl  vasitəsilə  Vəddi  xatırlamağa 
başladılar.  Onların  uşaqları  böyüdü.  Atalarının  bu  heykəllə  nə  cür 
davrandıqlarını gördülər. Nəsillər çoxaldı. Onu xatırlamaq məsələsi unudulub 
getdi. Sonda isə onu Allahdan başqa İlah halına gətirdilər. Allahdan başqa yer 
üzündə  ilk  ibadət  edilən  şey  Vəddin  adı  verilən  Vədd  bütüdür"
19
.  Onlar  bu 
heykəlləri düzəltdikləri zaman onlara ibadət etmirdilər. Çünki bunun qadağan 
olunduğunu  bilirdilər.  Onların  alimləri  bu  heykəllərin  qoyulmasına  icazə 
verdikləri zaman böyük bir qəbahətə yol verdilər. Şeytan onlara vəsvəsə etdi: 
“Heykəlləri  düzəldin  ki,  olara  baxdıqda  ibadət  yadınıza  düşsün”.  Çünki 
insanlar  onlar  üçün  darıxırdılar.  Bu  bidətdir.  Uzun  illər  keçsədə  belə  Nuhun 
 qövmünün bidəti onları şirkə gətirib çıxartdı. Buradan da İmam Əhmədin 
  bu  sözləri  yada  düşür.  Allah  buyurur:  "Onun  əmrinə  qarşı  çıxanları 
başlarına  gələcək  bir  bəladan,  yaxud  da  düçar  olacaqları  bir  əzabdan 
qorxsunlar".  (ən-Nur  63).  "Bu  bəlanın  nə  olduğunu  bilirsiniz?  Bəla  –  şirkdir. 
Çünki,  bir  kimsə  Peyğəmbərin    sözlərindən  bəzilərini  rədd  edəcək  olursa, 
                                                        
18
 əl-Buxari 4920. 
19
 Durrul-Mənsur 6/ 269, İbn Urvə Hənbəli "Kəvakibud-Dərari" 6/ 112/ 2. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə