TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə15/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   ...   11   12   13   14   15   16   17   18   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      33 
sizdən  əvvəlki  ümmətləri  çoxlu  sual  vermələri  və  Peyğəmbərlərinə  müxalif 
olmaları məhv etdi".
53
  
Ona itaətin Allaha itaət etmək olduğuna, ona üsyan etməyin Allaha üsyan 
etmək  olduğunu  bilmək  deməkdir:  "Peyğəmbərə  itaət  edən  şəxs  Allaha  itaət 
etmiş  olur.  Kim  üz  döndərsə,  bil  ki,  biz  səni  onların  üzərində  gözətçi 
göndərmədik". (ən-Nisa 80). 
Çünki,  Allahın  risalətini  bizə  təbliğ  edən  odur.  Allah  onun  əli  ilə  dini 
tamamladı,  dinin  təbliğini  bitirmədən  onun  ruhunu  almadı.  O,  ümmətini 
gecəsi  gündüzü  kimi  aydın  olan  bir  yolun  üzərində  buraxıb  getdi.  Ondan 
sonra  bu  yoldan  həlak  olandan  başqası  azmaz:  "Onun  əmrinə  qarşı  çıxanlar 
başlarına  gələcək  bir  bəladan,  yaxud  da  düçar  olacaqları  bir  əzabdan 
qorxsunlar".  (ən-Nur  63).  İmam  Əhməd    deyir:  "Bu  bəlanın  nə  olduğunu 
bilirsinizmi?  Bəla  –  şirkdir.  Çünki,  bir  kimsə  Peyğəmbərin    sözlərindən 
bəzilərini  rədd  edərsə,  qəlbinə  bir  miqdar  azmaq  düşər  və  sonda  da  məhv 
olar".
54
  
O,  Allahın  quludur,  ona  ibadət  olunmaz.  Muhəmmədin  Rububiyyətdə, 
kainatın  idarə  edilməsində,  ya  da  ibadətdə  haqq  sahibi  olduğuna  heç  bir 
şəkildə inanmamalıyıq. Əksinə o, quldur, ona ibadət edilməz, o bir  elçidir. O, 
Allahın istədiyindən artıq nə özünə, nə də hər hansı bir kimsəyə nə fayda, nə 
də  zərər  vermək  gücünə  malik  deyil:  “De  ki:  "Mən  sizə  demirəm  ki,  mənim 
yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm 
ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram". De ki: "Kor görənlə bir 
olurmu?  Məgər  düşünmürsünüz!"  (əl-Ənam  50).  "Peyğəmbərləri  onlara  cavab 
olaraq  demişdilər:  "Biz  də  sizin  kimi  adi  bir  insanıq.  Lakin  Allah  öz 
bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir 
dəlil  gətirə  bilmərik".  (İbrahim  11).  "De  ki:  "Mən  də  sizin  kimi  ancaq  bir 
insanam.  Mənə  vəhy  olunur  ki,  sizin  tanrınız  yalnız  tək  olan  Allahdır.  Kim 
Rəbbi  ilə  qarşılaşacağına  ümid  bəsləyirsə  yaxşı  iş  görsün  və  Rəbbinə  etdiyi 
ibadətdə heç kəsi şərik qoşmasın". (əl-Kəhf 110).  
Ona Allah tərəfindən əmr edilən şeylərə tabe olan bir əmirdir: “De ki: "Mən 
sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!" De ki: "Məni 
Allahdan heç kəs qurtara bilməz və mən Ondan başqa heç bir sığınacaq tapa 
bilmərəm!" (əl-Cinn 21-22). “De: "Mən Allahın istədiyindən başqa özümə nə bir 
fayda, nə də bir  zərər  yetirməyə qadir  deyiləm. Əgər  qeybi  bilsəydim,  əlbəttə, 
özüm  üçün  xeyir  artırardım  və  mənə  pislik  toxunmazdı.  Mən  sadəcə,  iman 
gətirən bir qövm üçün qorxudan və müjdələyənəm"
.
 (əl-Əraf 188). Rəvayət edilir 
ki,  Ömər    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitmişəm: 
                                                        
53
 əl-Buxari, Muslim. 
54
 Şeyx Useymin "Üç əsas" şərhi. 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      34 
“Xristianlar  Məryəm  oğlunu  şişirtdikləri  kimi,  siz  də  məni  şişirtməyin!  Mən 
sadəcə  Allahın  quluyam.  Elə  isə  (mənə):  “Allahın  qulu  və  rəsulu!”-  deyin”.
55
 
Cündəb  ibn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    ölümündən  beş  gün 
qabaq  buyurdu:  "Nə  badə  məndən  sonra  əvvəlkilər  kimi  Peyğəmbərlərinin 
qəbirlərini  ibadətgaha  çevirdikləri  kimi  edəsiniz.  Mən  bunu  sizə  qadağan 
edirəm”.
56
 Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  "Allahım! 
Qəbrimi  ibadət  olunan  büt  (Vasan)  etmə!  Peyğəmbərlərinin  qəbirlərini 
məscidlərə (ibadət olunan yerə) çevirən bir qövmə Allahın şiddətli əzabı düçar 
olar”.
57
 Peyğəmbər  buyurdu: "Allah Peyğəmbərlərinin qəbirlərini ibadətgaha 
çevirən  Yəhudilərə  və  Xristianlara  lənət  etsin".
58
 Beləliklə,  bizə  aydın  oldu  ki, 
nə Allahın  Rəsulu,  nə  də ondan  daha  aşağı  mərtəbədə olan yaradılmışlardan 
heç birisi ibadətə layiq deyildir. İbadət ancaq bir və tək olan Allaha edilir.  
O, bütün yaradılmışların ən xeyirlisidir. Ən fəzilətli və Allah dərgahında ən 
dəyərli insandır. Dərəcə etibarı ilə ən yüksək və Allaha ən yaxın olandır. "Biz 
səni  aləmlərə  ancaq  bir  rəhmət  olaraq  göndərdik".  (əl-Ənbiya  107).  Yalnız 
azmışlar Allahın rəhmindən üz döndərərlər. Peyğəmbər  buyurdu: "Qiyamət 
günü insanların seyyidi mənəm, qəbri açılacaq ilk kişi mənəm. İlk şəfaət edən 
və şəfaəti qəbul olunacaq ilk kişi də mən olacağam".
59
  
Allah ona kitab vermiş, dinin əmini etmiş, risalətini təbliğ etməkdə və onu 
səhf  etməkdən,  xəta  etməkdən  qorumuşdur:  "O,  kefi  istəyəni  danışmır.  Bu 
ancaq nazil olan bir vəhydir". (ən-Nəcm 3-4).  
Onun  risalətinə iman  etmədikcə,  Peyğəmbərliyini  qəbul  etmədikcə heç  bir 
kimsənin  imanı  düzgün  sayılmaz.  Ona  iman  edən  Cənnətə,  ona  üsyan  edən 
Cəhənnəmə  girər:  "Allaha  and  olsun  ki,  onlar  öz  aralarında  baş  verən 
mübahisələrdə  səni  hakim  təyin  etmədikcə  və  verdiyin  hökmlərə  görə  öz 
nəfslərində  sıxıntı  duymadıqca  və  sənə  tam  şəkildə  itaət  etmədikcə  iman 
sahibi olmazlar". (ən-Nisa 65). "Hər kəs özünə doğru yol aşkar olduqdan sonra 
Peyğəmbərlərdən  üz  döndərib,  möminlərdən  qeyrisinin  yoluna  uyarsa  onu 
istədiyi yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir". (ən-
Nisa 115).  
Əvvəlki  Peyğəmbərlər  öz  qövümlərinə,  Muhəmməd  Peyğəmbər    isə 
bütün  bəşəriyyətə  Peyğəmbər  olaraq  göndərilmişdir:  "Biz  səni  bütün 
insanlara müjdə verən, qorxudan bir Peyğəmbər göndərdik". (Səba 28). Cabir  
                                                        
55
 əl-Buxari 3445, Əhməd 23,24, əd-Darimi 2784, İbn Hibban 6239, Əbu Yəla 153.  
56
 Muslim. 
57
 İmam Məlik 1/ 172, Əhməd 2/ 246, Əbu Yala 6681, əl-Albani “Səhih”.  
58
 əl-Buxari, Muslim. 
59
 Muslim, Əbu Davud 4673, Musnəd 2/ 540. 


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə