TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi


TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə2/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
1   2   3   4   5   6   7   8   9   ...   172

 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      5 
Nə  üçün  Kitabut-Tövhid?  Kitab  –  Kətəbə  -  Yəktubu  -  Kitəbə  -  toplamaq, 
yığmaq  sözündə  əmələ  gəlib,  mənası  -  söz  və  hərflərin  toplanmasıdır. 
Müəyyən bir əşyanı özündə toplayandır. İbn Qeyyim  deyir ki: “Tövhid iki 
qismdir: 1) Tövhid fil-Mərifə vəl-İsbat – bilmək və təsdiq etmək. Rububiyyə və 
İsim və Sifətlər bura daxildir. 2) Tövhid əl-İləhiyyə vəl İbaədə - ilahlaşdırmaq, 
ibadət və ya Tövhid Fi ət-Talabi vəl-Qasd – tələb və qəsd. “De: "Ey kafirlər!” 
(əl-Kəfirun  1).  “De:  "Ey  Kitab  əhli!  Bizim  və  sizin  aranızda  olan  eyni  bir 
kəlməyə  gəlin  ki,  Allahdan  başqasına  ibadət  etməyək,  Ona  heç  bir  şeyi  şərik 
qoşmayaq  və  Allahı  qoyub  bir-birimizi  ilahiləşdirməyək".  Əgər  onlar  üz 
döndərsələr, deyin: "Şahid olun ki, biz müsəlmanlarıq!" (Ali İmran 64).
4
.  
Əqidə nədir? Əqidə - Aqd – bağlamaq, düyün vurmaq deməkdir. “Mənim 
əqidəm  belədir”  deyildiyi  zaman,  yəni  “mən  qəlbim  ilə  bu  inanclara 
bağlanmışam”  deməkdir.  Əqidə  qəlbin  etiqadıdır.  İslam  şəriəti  iki  hissəyə 
bölünür.  1)  Etiqadi  -  əməllə  bağlı  olmayan  inanclar.  Məs:  Allahın  Rəbliyinə 
etiqad, imanın altı dayağına iman və s. bunlar əsasdır. Onların üzərində digər 
şəriət əhkamları qurulur. 2) Əməli – şəri əməllərdir. Məs: Namazın qılınması, 
orucun tutulması və s. Bunlar isə əsasın üzərində qurulan budaqlardır. Əsas 
səhih  olmasa  bunların  heç  birinin  faydası  olmayacaqdır.  Etiqad  düz 
olmadıqda,  budaqların  heç  birinin  faydası  olmayacaqdır.  "Sənə  və  səndən 
əvvəlkilərə  belə  vəhy  olunmuşdur.  Allaha  şərik  qoşsan  bütün  əməllərin  puça 
çıxacaq  və  mütləq  ziyan  çəkənlərdən  olacaqsan".  (əz-Zumər  65).  Allah 
Peyğəmbərə  müraciət edərəkən buyurur: “Əgər sən də Allaha şərik qoşsan 
əməllərin puça çıxar və mütləq ziyan çəkənlərdən olarsan”. Ona görə də bütün 
Peyğəmbərlərin  ilk  dəvəti  Tövhid  olub,  insanları  şikrdən  çəkindirmək  idi. 
Allah Qurani  Kərimdə Nuh,  Saleh, Hud,  İbrahimin   adlarını çəkir.  Onların 
sözləri  insanlara:  “Allaha  ibadət  edin  və  Ona  heç  bir  şeyi  şərik  qoşmayın”- 
deməkdən  ibarət  idi.  Peyğəmbərimiz  Muhəmməd    on  üç  il  Məkkədə 
insanları bu əqidəyə dəvət etdi. Çünki, təməl nə qədər möhkəm olarsa onun 
üzərində  qurulan  da  möhkəm  olar.  Zəlalət  üzərində  qurulan  hər  bir  şey  isə 
zəlalətdir. Nə üçün Peyğəmbər  on üç il yalnız Tövhidə dəvət etdi?  
Bu Dəvətin Səbəblərdən Bəziləri: 1) Çünki, məxluqatın yaradılışının səbəbi 
Tövhiddir. Əgər bu səbəb tək olsaydı kifayət edərdi. “Mən cinləri və insanları 
ancaq Mənə ibadət etmək üçün yaratdım”. (əz-Zəriyət 5). Sələflər bu ayədə olan 
Liyabudun  –  Vahhidun  -  kimi  təfsir  emişlər.  Ləm  –  Ğayədir.  Bu  da  məqsədə 
(səbəbə)  dəlalət  edir.  Peyğəmbərlər  İbadət  Tövhidi  üçün  gəlmişlər.  Allah 
insanları  yalnız  bir  məqsəd  ilə  yaratmışdır  –  o  da  İbadətdir.  Yaratmağın 
hikməti  ibadətdir.  İbadət  nə  deməkdir?  Xudu  və  Zull  –  İtaət  və  Zəlillik.  Bu 
ibadətə Məhəbbət və Qiyədə (ardınca getmək) əlavə edilərsə bu da şəri ibadət 
                                                        
4
 İbn Qeyyim "Mədaricus-Salikin” 3/ 449-450.  


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      6 
olur.  Tariq  Muabbad  -  ərəblər hazır  olan  yola da  “zəlil olmuş  yol”  deyirlər. 
Alimlər İbadət kəliməsinə bir çox təriflər vermişdilər. Lakin ən gözəl tərif İbn 
Teymiyyənin  verdiyi tərifdir: “Bura Allahın sevdiyi və razı qaldığı zahiri və 
batini hər bir söz və əməl (namaz, oruc, dua, qurban, nəzir, məhəbbət, qorxu, 
niyyət və s.) daxildir”. İbadət üç şeylə olur: Dil - Qəlb - Əməl və bu ibadətlər 
üç şeyin üzərində qurulur: Məhəbbət - Ümid - Qorxu.  
2) Allah Tövhid olsun deyə Quranı nazil etdi. “Əlif Ləm Mim. Bu, qətiyyən 
şübhə  doğurmayan,  müttəqilərə  doğru  yol  göstərən  bir  Kitabdır.  O  kəslər  ki, 
qeybə  iman  gətirir,  namaz  qılır  və  Bizim  onlara  verdiyimiz  ruzidən  Allah 
yolunda  xərcləyirlər;  O  kəslər  ki,  sənə  nazil  olana  və  səndən  əvvəl  nazil 
olanlara  iman  gətirir,  axirətə  də  yəqinliklə  inanırlar.  Onlar  öz  Rəbbindən 
gələn  doğru  yoldadırlar  Məhz  onlar  nicat  tapanlardır”.  (əl-Bəqərə  1-5).  «Ey 
(libasına)  örtünüb  bürünmüş  Peyğəmbər!  Qalx  (qövmünü  Allahın  əzabı  ilə) 
qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən 
uzaqlaş. (Etdiyin yaxşılığı) çox bilib başa qalxma. Rabbinin rizasını qazanmaq 
üçün  səbr  et».  (əl-Muddəssir  1-7).  Allahın  «Qalx  və  qorxut»  buyurduğunun 
mənası,  şirkdən  qorxudub  çəkindirmək  və  tövhidə  dəvət  etmək  deməkdir. 
«Öz  Rəbbini  üca  tut»  tövhid  ilə  onu  təzim  et.  «Libasını  təmizlə»  yəni 
əməllərini şirkdən  təmizlə.  «Pis  şeylərdən  uzaqlaş»  yəni  bütlərdən  uzaq  dur. 
Onlardan  uzaq  durmaq  isə  bütləri  və  bütpərəstləri  tərk  edib,  onlardan  uzaq 
durmaq deməkdir. Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O, 
da qalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi.  
3)  İnsanlar  doğru  yolu  tapsınlar,  Allahdan  qeyrisinə  ibadət  etməsinlər. 
“Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan 
kişini  məsəl  çəkir.  Onlar  məsəlcə  eyni  ola  bilərmi?  Həmd  Allaha  məxsusdur, 
lakin onların əksəriyyəti bunu bilmir”. (əz-Zumər 29). İbn Qeyyim  deyir ki: 
“Allah bu ayədə müşrik  ilə Muvahhid bir  kimsəni ayıraraq misal  çəkmişdir. 
Müşrik  -  əxlaqı  pozulmuş,  bir-birinə  düşmən  olan,  ayrılığa  düşmüş  bir 
cəmaata sahib qul halında olub bir neçə ilaha ibadət edir. Bu ilahların istəkləri 
fərqli olduğu üçün  heç birini  də razı salmır.  Müvahhid  –  olan Allaha  ibadət 
etdiyi üçün halı – şirkdən uzaq olan, hədəf və məqsədini aparan yolu bilən və 
bütün ixtilaflardan uzaq olaraq hüzur içində olan bir kimsədir. Onun üzərində 
Rəbbinin rəhməti, ehsanı vardır. Bu iki qul heç bir olarmu?”.
5
 
4) Tövhid bütün Peyğəmbərlərin göndərilməsinə səbəbdir. "Biz hər ümmətə 
Allaha  ibadət  edin  və  tağutdan  çəkinin  deyə  peyğəmbər  göndərdik".  (ən-Nəhl 
36). “Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: "Ey qövmüm! Allaha 
ibadət  edin.  Sizin  Ondan  başqa  məbudunuz  yoxdur.  Yoxsa  qorxmursunuz?". 
(əl-Əraf  65).  “Səmud  qövmünə  də  qardaşları  Salehi  göndərdik.  O  dedi:  "Ey 
                                                        
5
 “İlamul-Muvakkin”  1/187.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə