TöVHİD – allahin qullari üZƏRİNDƏ olan haqqi



Yüklə 5,45 Kb.
Pdf görüntüsü
səhifə1/172
tarix16.11.2017
ölçüsü5,45 Kb.
#10519
  1   2   3   4   5   6   7   8   9   ...   172


 
 
 
 
 
Əhli Sünnə Vəl Cəmaat 
Sələfi Salihin  
Əqidəsi 
 
 
 
 
 
 
 
T
T
Ö
Ö
V
V
H
H
I
I
D
D
 
 
(Allahın Qulları Üzərində Olan Haqqı) 
 
 
 
 
 
 
 
 
Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət 
Komitəsinin 32 Dekabr 2010-cu İl Tarixli İcazəsi Əsasında Çap 
Edilmişdir №DK-171/  َQ 
 
 
Toplayan və Tərcümə Edən: K.Hüseyn 
Kitabın Bütün Haqları Qorunur 
 
 
 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      2 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ميحرلا نمحرلا الله مسب
RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ 
Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən 
sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) 
salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et,  
çünki Sən, doğurdan da, bəxşiş verənsən! (Ali İmran 8). 
Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma! 
Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! 
Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! 
Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. 
Kafirlərə qələbə çalmaqda bizə kömək et! (əl-Bəqərə 286). 
Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç 
kimsə üçün deyil, sadəcə Sənin rizan üçün olmasını diləyirəm. 
Allahım! Bu kitabı yazan, tərcümə edən, oxuyan, dinləyən, yayan və 
bu kitabın üzərində əziyyəti olan hər bir kəs  
üçün xeyirli et! Amin! 
 
 
 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      3 
 


 
TÖVHİD – Allahın Qulları Üzərində Olan Haqqı                                                                                                                      4 
ÖN SÖZ 
 
Xutbətul-Hacə 
Həmd  ancaq  Allahadır,  Ona  həmd  edir,  Ondan  yardım  və  məğfirət 
diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah 
kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç 
kəs  onu  hidayətə  yönəldə  bilməz.  Mən  şəhadət  edirəm  ki,  Allahdan  başqa 
ibadətə layiq haqq ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət 
edirəm ki, Muhəmməd Onun qulu və Elçisidir. 
“Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun.  Yalnız  müsəlman 
olduğunuz halda ölün”(Ali-İmran 102). 
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini 
(Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən 
qorxun.  (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin 
qohumluq  əlaqələrini  kəsməkdən  qorxun.  Şübhəsiz  ki,  Allah  sizin  üzərinizdə 
nəzarətçidir”. (ən-Nisa 1). 
“Ey  iman  gətirənlər!  Allahdan  qorxun  və  doğru  söz  söyləyin!  (Əgər  belə 
etsəniz)  Allah  əməllərinizi  islah  edər  və  günahlarınızı  bağışlayar.  Hər  kəs 
Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”.  (əl-
Əhzab 70-71).
1
 
Şübhəsiz  ki,  sözlərin  ən  doğrusu  Allahın  kəlamı,  yolların  ən  xeyirlisi 
Muhəmmədin    yoludur.  Əməllərin  ən  pisi  sonradan  uydurulanlardır. 
Sonradan  uydurulub  dinə  salınan  hər  bir  əməl  bidətdir,  hər  bir  bidət  isə 
zəlalətdir. Hər bir zəlalət isə oddadır.
2
 
“Ey  Rəbbim!  Köksümü açıb  genişlət,  işimi  yüngülləşdir,  dilimdəki düyünü 
aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28). 
Möhtərəm  müsəlman  bacı  və  qardaşlarımız!  İlk  öncə  hamınızı  Allahın 
salamı  ilə  salamlayıram.  Allahın  Kitabına  və  Allah  Elçisinin    yoluna  tabe 
olaraq  bu  əməli  “Bismilləh”  ilə  başlayıram.  Çünki,  Allah  Rəsulu    də  öz 
məktublarını  "Bismilləh"  ilə  başlamış  və  buyurmuşdur:  "Hər  mühüm  bir  işə 
"Bismilləh" ilə başlanılmazsa, o işin sonu kəsikdir"
3

                                                        
1
 Xutbətul-Hacə adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər  oxumuşdu. Səhabələrinə 
də  bunu  əmr  etmiş  və  özü  də  onları  öyrətmişdir.  Hədisin  ilk  hissəsini  bizə  Əhməd  1/392,  293,  432,  Əbu 
Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və başqaları rəvayət etmişlər.  
2
 Hədisin Ikinci Hissəsini: Muslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188, 189 və digərləri 
rəvayət  etmişlər.  Hədis  alimi  Muhəmməd  Nəsirəddin  əl-Albani  hədisin  bütün  rəvayətlərini  bir  yerə 
toplayaraq “Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani 
tərəfindən səhih hesab olunur.  
3
 Əbu Davud, əl-Albani “Zəif”.  


Yüklə 5,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə