The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
94 
 
- Onu oğurlayıblar! - dedi və ağladı, - Bəşəri oğurlayıblar! Bilirsən, bu nə 
deməkdir?! 
Mən heyrətləndim: 
- Necə yəni oğurlayıblar?! 
- Oğurlayıblar da! Oğurlayıblar! 
- Ay dədə!!! 
- Allahım, böylə işmi olar?! - Bu dəfə İmranbəy Türkiyə ləhcəsinə keçdi. 
- Yox, olmaz! - dedim. Olamaz! - deyə səhvimi düzəltdim. 
- Allah, Allah!!! 
Bundan o tərəfi yoxuydu. Tamam dilxor oldum, İmranbəylə birgə mənim də 
bəşəriyyətə böyük töhfə vermək istəyim puç olmuşdu, hələ bəlkə ölmüşdü, dərin 
neft quyularına gömülmüşdü. Neyləmək lazım olduğunu bilmirdim. Ona görə də 
İmranbəyə təsəlli vermək istədim: 
- Bəlkə oğurlamayıblar, hardasa gizlənib, səninlə məzələnir.  
O isə acıqlı-acıqlı: 
- Nə məzələnmək, canım, onu oğurlayıblar! Mən dəqiq bilirəm. O helikopterlər, 
qara buludlar başımızın üstündə elə-belə hərlənmirdilər ki! 
- Hə, hərlənirdilər, - deyə mızıldandım. 
- Hamısı səndən oldu! - dedi, -yəqin ağzından nəsə qaçırmısan! 
- Mən sükutdan da lalam, - dedim, - arxayın ola bilərsən, heç kimə bir söz 
deməmişəm. Mən də sənin kimi Azıxadam haqqında sensassiya yaratmaq 
xülyasındaydım. Hətta məqalələrin bəziləri də hazırdır, çap eləmək üçün məqam 
gözləyirəm. 
Bir müddət susduq. Sanki ölü aparmağa hazırlaşırdıq. İmranbəy əzizini itirmiş 
adam kimi davranırdı, əslində elə beləydi də. O, nəinki ən yaxın əzizini, hətta 
deyərdim ki, həyatının mənasını da itirmişdi. İmranbəy için-için ağlayırdı, 
burnunun suyunu silib üstünə yaxırdı. Dəsmalımı çıxarıb vermək istədim, amma 
qıymadım, sonra yadıma düşdü ki, onsuz da ondan dəsmal olmaz, bayaq daşın 
üstünə sərdiyimə görə toz-torpağın içindədir, həm də dəsmalı İmranbəyə verməklə 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
95 
 
onun könlünü ala bilərdim. O, dəsmalı aldı, gözünün və burnunun suyunu sildi, nə 
barədəsə uzun-uzadı fikirləşdi, handan-hana:  
- Onlar mənə ağlasığmaz təkliflər edirdilər. 
- Kim? - deyə dərhal xəbər aldım. 
- Yankilər, bir də onların quyruq bulayanları. 
- Nə təklif edirdilər ki? 
- Desəm də inanmayacaqsan. 
- Düzünü desən inanaram. 
- Onlar istəyirlər ki, mən öz qəhrəmanlarımızın da hüceyrələrini dirildim və onları 
klonlaşdırım. Mən hüceyrələri diriltmək yollarını onlara demədim. 
- Bu, mümkündür ki? - deyə soruşdum. 
- Mümkündür, amma istəmirəm. Bu geriyə qayıdış demək olardı... Dünya gör hara 
gedib, biz harda qalmışıq... 
- Sən özün deyirdin ki, amerikalılar dünya üzərinə qlobal hücuma hazırlaşırlar. 
Bizim də qəhrəmanlarımız dirilsə, müasir dövrə uyğunlaşarlar, bizi düşmənlərin 
cəngindən qurtararlar, Təbriz, Qarabağ, Dərbənd, Göyçə məsələmiz də həll olunar. 
Hələ yazıq uyğurlar da bizə umuddular! 
- Onlar qəhrəmanlarımızın hüceyrələrini aparıb özləriçün diriltmək, sonra da 
istifadə eləmək istəyirlər, özü də təkcə bizim yox, bütün dünya qəhrəmanlarının... 
- Hətta ingilis Robin Qudu da!? 
- Nəinki onu, ispan Rodrigesi də, fransız Napelonu da, alman Hitleri də... 
- İştaha bax e! - deyə mən qeyzləndim. - Xeyir ola, neftimizi apardılar, dinmədik, 
torpaqlarımızı pay-puş elədilər, səsimiz çıxmadı, indi də dirilmək imkanı olan 
qəhrəmanlarımıza göz dikiblər!? Buna yol vermək olmaz! Qəti! 
İmranbəy, deyəsən, məni eşitmirdi, fikri başqa yerdəydi, yəqin ki, Azıxadamın 
yanında. 
Bir müddət susduq. Sonra o qəfildən: 
- Tapdım, - dedi və qışqıraraq ayağa qalxdı. 
Mən də ürəkləndim: 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
96 
 
- Nəyi?! - deyə sevinclə xəbər aldım. 
- Mən onu tapdım. Bilirəm Bəşər hardadır. Ordadır, - deyə naməlum istiqaməti 
göstərdi, - bəşəriyyətin başlandığı yerdə!!! 
Mən gözümü döydüm, təəccübdən ağzım açıla qalmışdı. 
- O Azıxdadır. Gen yaddaşı onu mağaraya aparmağa məcbur edib. Mən də ora 
getməliyəm. 
- Ora indi düşmənlərin əlindədir, - dedim, - səni ora buraxmazlar.  
- Gecə gedərəm. 
- Ora bələdçiliyin də yoxdur. Gör aradan nə qədər vaxt keçib. Hər şey dəyişib. İndi 
itlər də yiyələrin tanımır. 
 
-Mən həmin yerləri uşaqlıqdan yaxşı tanıyıram. Bəlkə sən unutmusan, mənsə yox! 
Elə bilirsən, papağı günə yandırmışam!? Azıxın indiki vəziyyətini, oraların necə 
qorunduğunu əzbər bilirəm, xəritəsi də məndədir. 
O, stolun üstünə sərdiyi süfrəni qaldırdı və Azıx yerləşən ərazini mənə göstərdiyi. 
Erməni əsgərlərinin postu qırmızı rənglə həlqəyə alınmışdı.  
- Səni tutarlar, ya da öldürərlər, - dedim. 
- Mən belə şeylərdən qorxmuram. Ora gecə gedəcəm. Azıxadam kimi düşünməyi, 
yeriməyi və qaçmağı öyrənmişəm. Dalğavari impulslar beynimdə və qanımdadır. 
Mən gecələr yarasadan da, bayquşdan da iti görürəm, - dedi və sevindiyindən 
ağlamsındı, - onu tək qoya bilmərəm. Onu oğurlaya bilərlər. Mən Bəşəri öz 
övladım kimi istəyirəm. Babam mənim! Balam mənim!!! - Arvad kimi şivən 
qopardı... 
Mən nə qədər çalışdımsa, keçmiş sinif yoldaşımı və qonşumu fikrindən döndərə 
bilmədim. Onu yoldan saxlamaqla bağlı arqumentlərim İmranbəyin tərsliyini 
üstələyə bilmədi. 
İmran bəy: 
- Yaxşısı budur, sən get, tək qalmaq və fikirləşmək istəyirəm. Mənə hazırlaşmaq 
lazımdır, - dedi. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
97 
 
Bu sözləri deyəndən sonra o, heç bir ədəb-ərkan gözləmədən məni qapıya doğru 
itələdi. Və mən onun bu dirəşkənliyinin qarşısında aciz qaldım. Düzü, onun bu 
qəhrəmanlığı təkbaşına görməsini də istəmədim, ona şərik çıxmağa çalışdım. 
Qısqanırdım. Axı, mən indi onun yarısıydım, sirlərini bilirdim, deməli, biz 
bütövləşmişdik. Amma dözmək lazımıydı. Səbr ən böyük sirlərin açarıydı... 
 
* * * 
 
Evə gəldim. Arvadım uşaqlarla birgə aşağı mərtəbədə yaşayan anasıgildəydi... 
Yəqin ki, əsnəyə-əsnəyə məni gözləyirdi. Mənim onu çağırmaq həvəsim yoxuydu. 
İşığı yandırmadım. Acqarına yerimə girib yatdım... Qəribə yuxu gördüm. 
Azıxantrop harasa qaçırdı, hərdən də «urrey» deyə qıyya çəkirdi. İmranbəylə mən 
də ona qoşulmuşduq. Əvvəlcə onu arxadan görürdüm, sonra üzünü də gördüm. Bu, 
mən idim və hansısa hökumət binasının (deyəsən, parlamentin) üstündə dalğalanan 
bayrağa tərəf can atırdım. Ora çatıb dayandım və gözlərimə inanmadım. Binanın 
girişi eynən Azıx mağarasında olduğu kim idi: qaranlıq və vahiməli... Qorxumdan 
bağırdım... 
Bəyim hey!!! 
 
* * * 
 
Mən içəri girəndə İmranbəy özü-özüylə danışırdı, daha doğrusu, dalaşırdı. Sanki 
kiminsə yaxasından tutub, silkələyir, hansısa suala cavab istəyirdi. Məni görən 
kimi özünü ələ aldı, heç nə demədən süfrənin altındakı xəritəni çıxarıb stolun 
üstünə sərdi və azıxadamın getdiyi marşrutu yəqinləşdirdi. Onun ehtimalına görə, 
Azıxantrop meşə zolaqları ilə hərəkət eləməli, gecə Quruçay vadisinə çıxmalı və 
mağaraya girməliydi. 
- Mənimlə getməyə hazırsan? - deyə soruşdu. 
Mən başımla təsdiqlədim. Bu fürsəti əldən vermək olmazdı. Bəşəriyyətin xilası 
naminə Bəşər tapılmalıydı... 
Bəyim, hey!!! 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə