The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
98 
 
 
* * * 
 
Rəngi və markası yadımda qalmayan maşınla yola düşdük... Nə qədər vaxt 
keçdiyini bilmirəm, bir də onda ayıldım ki, meşənin içiylə gedirik. Maşın-zad 
yoxdu. Piyadayıq. Əlimizdə kəllələr tutmuşuq. 
Kəllələr bizi istiqamətləndirirdi. Ətrafda qarmaqarışıq səslər vardı, sanki kabuslar 
hər tərəfdən adamın üstünə gəlirdi. Biz ayın işığında, üz-gözümüzü kol-kos dalaya-
dalaya irəliləyirdik. «Mən bura necə düşmüşəm? Bəs ermənilər hanı? Buraları 
ermənilər işğal eləmişdilər axı?» Heç nəyi anlaya bilmədim... 
Səhərə yaxın mağaraya çatdıq. Dan sökülürdü. Tam səssizlik adamı şübhəyə 
salırdı, sanki kimlərsə bizi güdürdü və indicə üstümüzə atılacaqdı. İçəri girmədik. 
Onun qarşısını kol-kos basmışdı, hörümçək torları o qədər qalın və dolaşıq idi ki, 
balıqçı torlarını xatırladırdı.  
- Mən yarasalardan iyrənirəm, - dedim, - işıq mağaraya düşməyincə içəri 
girməyək.  
- Yarasalar, onsuz da içəridədirlər, amma qorxularından tavana yapışıblar. Özü də 
bizi tanıyırlar. Köhnə dostlarıyıq, axı. Onlar hominidin iyindən qorxurlar. Köhnə 
sahib öz sarayına qayıdıb.  
İmranbəy «köhnə sahib» sözünü xüsusi pafos və qürurla dedi. 
- Hə, qayıdıb, - dedim, - özü də necə! Ay can, can!!!  
Sevincimdən atılıb-düşdüm.  
Mağaranın girəcəyini təmizlədik və içəri girdik. Nəmişlik iyi burnumuza vurdu. 
Fənərləri yandırdıq. Bir az irəlidə tavandan su damcılayırdı və sakitlikdə qəribə 
aura yaradırdı. Mən onun mahiyyətini sonradan dərk elədim: bu, qorxuyla marağın 
ortasında olan anlaşılmaz hiss idi. 
Biz divardan tuta-tuta irəliləyirdik. O, qabaqda gedirdi. Sanki buraları beş barmağı 
kimi tanıyırdı. İçimdə bir arxayınçılıq yaranmışdı. Birdən ayağım büdrədi, özümü 
yıxılmaqdan güclə saxladım. Fənərlə ayağımın altını işıqlandırdım, ayağıma ilişən 
çöl tısbağasıydı. Bu havasızlıqda necə yaşamağı təəccüblüydü. Yəqin öyrəşmişdi. 
Birdən o, başını qınından çıxarıb uzatdı. Mən onu üzünün çillərindən tanıdım. 
Uşaqlıq dostum idi... Vay-vay, gör nə günə qalıb!  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
99 
 
Çox düşünmək imkanım yoxuydu, İmranbəy xeyli aralanmışdı. O, ətrafı, divarları 
iyləyirdi. Birdən aşağı əyilib əlilə yeri qurdalamağa, sığallamağa başladı, sonra 
tozu-torpağı iylədi. Başını yuxarı qaldırmadan: 
- O, burda olub, - dedi və dizin-dizin süründü, - lap dəqiq burda olub, bəlkə də 
burdadır, amma qoxusu çəkilmək üzrədir. Yəqin onu qorxuzublar, hominidlər 
qorxanda qoxularını itirirlər. 
Bir az gedəndən sonra ayağa qalxdı və divarı sığalladı. Nəsə tapıbmış kimi 
dayandı. 
- Bura bax, - deyə fənəri divara saldı, - görürsən? 
- Heç nə görmürəm, - dedim. 
O, mənim cavabıma fikir vermədi: 
- Bunları heç kim oxuya bilməyib. Bilirsən niyə? - Qaranlıqda başımı buladım. - 
Çünki qədim adamların dilindən xəbərsiz olublar. Bu, azların dilidir, - deyə o, 
darmacal məqamda izah eləməyə başladı, - yəni bizim dilimizdir. «Az» hecalı 
sözlərin hamısı bizimkidir. Aşel dövrü də bizim adımızdan götürülüb. Aş el, yəni 
az eli, azların eli. Bu sözləri işıqda görmək olmaz. Fənərləri söndür.  
Onun dediklərinə əməl elədim. O isə yazıları oxumağa başladı. Amma mən heç nə 
görmürdüm.  
İmranbəy: 
- Burda yazılıb ki, «bir zamanlar bizi azman bir adam azad edəcək və bundan azlar 
xoşbəxtlik tapacaq». Həmin adam mənəm. - O, əminliklə dedi və sinəsinə döydü, - 
sənsə bütün bunlara şahidsən! Mənəm, mən! İmam övladı İmranbəy!!! 
- Bəs mən!? - deyə təəccübləndim. 
- Tələsmə, sənə də nəsə çatar. İnan mənə! 
Başımla təsdiqləməkdən başqa əlacım qalmamışdı. Onsuz da qaranlıqda məni 
görmürdü, çünki arxası mənə tərəf idi. Ürəyimdə isə qələmin mənim əlimdə 
olduğunu düşünürdüm. Nə istəsəm, yaza bilərdim, hətta İmranbəyi ideyalarımı 
oğurlamaq üstündə şərə də salardım. 
İmranbəy: 
- Bəlkə də mənə inanmırsan, amma mən onları görürəm. Hər tərəf ruhlarla doludur. 
Bilirsən nə deyirlər?! - deyə üzünü mənə çevirdi və fənəri gözlərimə tuşladı, 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
100 
 
deyəsən, axtardığı bəşəriyyətin mənim bəbəklərimdə gizləndiyini düşünürdü,- 
deyirlər ki, biz onları unutmusuq. Bu, bizə bədbəxtlik gətirəcək. İşlərimiz ona görə 
indi yaxşıdır ki, onlar belə istəyirlər. Bizi qoruyurlar. Gəlmişik, axı. Onları xilas 
eləməyə gəlmişik! 
Mən bir pritçanı xatırladım: Biri öləndən sonra Tanrının dərgahına gedir, Tanrı ona 
keçdiyi yolu və ayaqlarının izlərini göstərir. «Bəs mənim arxamca gələn izlər 
kiminkidir?» - deyə adam soruşur. «O, mənim ayaq izlərimdir, həmişə arxanca 
gedib səni qorumuşam. Ona görə də işlərin yaxşı gedib». «Deməli, çətin 
günlərimdə məni tək qoymusan, çünki sonrakı həyatımda cəmi ikicə ayaq izi var» - 
adam deyir. «Ay axmaq,» - Tanrı cavab verir, - «o izlər sənin yox mənimkidir, 
çünki çətin günlərində mən səni qucağımda aparırdım». 
İmranbəy deyirdi: 
- Bir azdan çox pis olacaq. Onların ruhlarını güllələyiblər. Düşmənlər hər tərəfi 
gülləbaran edib. Ruhlar güllələnəndə adamlara inamlarını itirirlər. 
Deməli, bizim çətin günlərimiz hələ qabaqdaydı və ona hazırlaşmaq lazımıydı. 
Mən bu düşüncələrdəydim ki, İmranbəy dayandı, aşağı əyildi, nəyəsə toxundu, 
sonra fənəri ayağının altına saldı, mən də fənərimi həmin istiqamətə döndərdim. 
Yerdə süxurlaşmış sümüklər vardı. Onları, yenicə qazıb çıxarmışdılar.  
-Sümükləri kimsə aparıb, yalnız bir neçə hissəsi qalıb, - bütün bədbəxtliklər onların 
başındadır. Qorçatan onları bura gətirəndə tayfadaşlarının icazəsini almadı. Götür 
onları, - deyə mənə əmr elədi.  
Mən aşağı əyilib, kəllə parçalarından birini götürdüm. 
Bu zaman o: 
- Onlar burdadılar, - deyə səksəkə içində ətrafa boylandı. - Qaçmaq lazımdır. Bu 
qəniməti bizdən almaq istəyirlər,-İmranbəy sümüklərə işarəylə dedi... 
Mağaranın çıxışına doğru qaçmağa başladıq. Biz dolanbaclarla yüyürürdük. 
Qaranlıq tunel qurtarmaq bilmirdi. Onlar isə bizə yaxınlaşırdı, hənirtilərini 
qulağımın dibində hiss edirdim. Ürəyim atılıb-düşürdü, nəfəsim kəsilirdi. Birdən 
tunelin sonunda işıq gördüm, daha doğrusu gün qəfil gözümə düşdü. 
 
* * * 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə