The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
79 
 
Azıxdan çıxmışıq, ilkin məskənimiz oradır və hamımız Azıxantropun nəslindənik. 
Onu da fikirləşdim ki, nə əcəb indiyə kimi Azıxa mahnı qoşulmayıb?..  
Demək olar ki, uça-uça Qaraçuxur tərəfə yollandım. Yolda Xumar Qədimovanın, 
ya Kərimovanın mahnısını zümzümə elədim. «Uça-uça gələcəyəm, gəl desən! 
Gülə-gülə öləcəyəm, öl desən!» Əcəb misralardır... Eşqin gücünə bax e! 
Ekzellənt... 
Öncədən danışdığımız kimi, şər qarışandan sonra İmranbəyin yanına gəldim. 
Zirzəminin qapısı açıq idi, İmranbəy otaqda var-gəl edirdi. Məni görən kimi 
sevindi, sanki axtardığı bütün sualların cavabı məndəydi. Diqqətlə üzümə baxdı.  
- Hə, indi mən deyənsən? Kökümüz birdi, biz hamımız ona oxşayırıq. Sənin 
baxışların da, gözlərin də onunkuna oxşayır.  
- Doğrudan!? - deyə sevincimi gizlətmədim! - Mən külbaşsa tərəddüd edirdim! 
İmranbəy gülümsündü. Bu qiyafədə və sifətdə gülüş ona çox yaraşırdı. Dostum 
gümrah səslə və özündənrazı halda: 
- Onu gətirdim, - deyə pərdənin arxasına işarə elədi, -Bəşəri deyirəm, özü istədi, 
neft iyindən xoşu gəlmir, qurumuş neft quyusundaydı axı. Həm də o, burada 
olmayanda yaxşı fikirləşə və rahat ola bilmirəm.  
- Gözün aydın! Həmişə evdə-eşikdə, - dedim. 
- Aydınlığa çıxasan… Tamam qaralmışdı, his-pasın içindəydi. Nə qədər 
çalışdımsa, çimizdirə bilmədim. Sudan yaman qorxur. İndi yağış yağmağını 
gözləmək lazımdı. Bu-gün sabah yağar, yəqin. 
- Yağar, - dedim, - əlbəttə, yağar. Göy üzündə qara buludlar toplaşır. 
- Əslində, onlar qara buludlar deyil, -İmranbəy səsini yavaşıtdı, - bizi izləyən 
mikrodalğalardır.  
- Hmmm. 
Pərdənin arxasına fikir verdim. Orda nəsə qaralırdı. Ona baxmaq istəyimi içimdə 
boğmağa məcbur oldum. Bəlkə də oradakı İmranbəyin təsvir elədiyi məxluq 
deyildi. Belə bir şey yox idi. Tərəddüdlər məndən, mən də maraqlı əhvalatdan əl 
çəkmək istəmirdim. Hövsələm daralırdı. 
- Bəlkə başlayaq, - təklif elədim. 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
80 
 
- Başlayaq, - deyə İmranbəy başı ilə təsdiqlədi və həmişəki yerində oturdu, mən də 
onunla üzbəüz əyləşdim. 
- Qorçatan müqəddəs sümükləri götürdükdən sonra Azla birgə qalın meşəyə girdi 
və yad yerdən, özgələrdən uzaqlaşmağa başladı. O, yel kimi qaçırdı, Az da ondan 
geri qalmırdı. Çalışdıqca tez yüyürmək lazımıydı ki, güdükçülər yad adamın 
itməsindən duyuq düşənə qədər xeyli uzaqlaşsınlar və izi itirsinlər. Amma belə 
olmadı; yad adamın yoxa çıxmasını birinci Ayıbasan başa düşdü. O, Azı izləyirdi. 
Qızın yoxa çıxması, quyunun başında görünməməsi onun canına şübhə toxumları 
səpdi. Ayıbasan yerindən durdu, quyuya tərəf qaçdı, ancaq ora çatanda yad qoxunu 
duymadı və başını sallayıb qaranlıq çalaya baxanda heç kimi görmədi. Yad adam 
burda olsaydı, gözləri qığılcım saçardı. Amma aşağıda heç kim yox idi, oradan 
kiminsə nəfəsi və qoxusu gəlmirdi. 
Ayıbasan palıd ağacının başına çıxıb nərildəməyə başladı. Onun nəriltisini 
eşidənlər başa düşdülər ki, tayfaya ya bədbəxtçilik üz verib, ya da təhlükə 
gözlənilir. 
Ayıbasanın səsini birinci tayfa başçısı Yertapan eşitdi, Böyük Kahanın qarşısına 
çıxıb tayfadaşının səsinə səs verdi. Onun bədheybət səsini buradan uzaqlaşmaqda 
olan Qorçatanla Az da eşitdi və addımlarını daha da yeyinlətdilər. 
Yağış yağmasaydı, qaçaqların işi çətinə düşəcəkdi. Onların iyini yalnız yağış yuya 
və buralardan itirə bilərdi. Qorçatan müqəddəs sümükləri elə yerə qoymalıydı ki, 
onların ruhu, qoxusu və yaddaşı çölə çıxmasın, şər ruhlara qarışmasın. Ona görə də 
bərk-bərk dəriyə bükmüş və qoynunda gizlətmişdi. Sümüklərə yağış dəysəydi, 
müqəddəslik yoxa çıxardı. Bu isə böyük fəlakət idi. 
Qorçatan bilirdi ki, qarşıda onları təhlükələr gözləyir və buna hazır olmaq lazımdır. 
Yolda ləngimək qaranlıq dünyaya göndərilməyin başlanğıcıydı.  
 
Qaçaqlar durmadan yüyürürdülər. İki ulduz gecəsi yol gedəndən sonra Tülkü 
dağının ətəyinə çatdılar. Bu dağı keçmək üçün dincəlmək lazımıydı. Onu 
dövrələmə getmək vaxt aparardı. Yağış da kəsmək bilmirdi, sel-su dağı-dərəni 
basmışdı, onun tezliklə kəsəcəyinə ümüd azıydı. Aclıq və susuzluq qaçaqları əldən 
salmışdı. Onlar dağa dırmaşdılar və Əyri qaya deyilən yerə çatdılar. Qorçatan 
qayanın altındakı mağaraya girdi, Azı çöldə qoydu ki, mümkün təhlükədən onu 
xəbərdar eləsin. O, qayanın künc-bücağını yoxladı. Mağarada ayı nişanələri var idi. 
Amma bu, boz ayı yox, qonur ayıydı və ondan qorxmağa dəyməzdi. Qorçatan onu 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
81 
 
bir yumruğa yerə yıxardı. Ayı harasa getmişdi, yəqin ova çıxmışdı və istənilən an 
qayıda bilərdi. 
Qorçatan çölə çıxıb Azı içəri çağırdı, özü isə meşəyə ov dalınca getdi. O, 
qayıdanda Az yatmışdı. Yorğunluq onu elə əldən salmışdı ki, Əroğlunun 
qayıtmasından xəbəri olmadı. Qorçatan iki qırqovul və bir qaban ovlaya bilmişdi. 
O, Azın oyanmasını gözləmədi, bir küncdə ocaq çatdı, quşların lələklərini yoldu, 
qabanın qarnını yardı, iri, qara tikələrindən kəsib ocağın üstünə tulladı. Yadına 
düşdü ki, ilk dəfə ov ətinin dadını əfsanəvi qoca Yerdəyatmaz hiss edib. Daim 
ağaclarda gecələyən, elə oradaca ov edən Yerdəyatmaz bir dəfə meşənin necə 
alışdığını, ağacların necə közə döndüyünü görüb və közün üstündə qıvrılan 
qabanın yağlı tikələrinə tamah salıb, onlardan dadıb, uzun kösövlərdən bir neçəsini 
tayfaya gətirib, ocaq çatıb, uzun əzab-əziyyətlərdən sonra odun qorxulu 
olmamasına inandıra bilib. Ovladığı dağ kəlinin tikələrini hamının gözü qarşısında 
bişirib, tayfa başçısına verib, o da öz növbəsində əti iyləyib və onun bu dadlı 
qoxusunun qabağında tab gətirə bilməyib, ondan dadıb və yalnız bundan sonra 
tayfadaşları bişmiş ətin ləzzətli olmasına inanıb. Bu, əlbəttə, çoxdan olmuşdu. O 
zaman tayfa başçısı Ərbilən hələ işıqlı dünyaya gəlməmişdi, tayfadaşları isə odu 
necə qorumağın, onu əldə etməyin yollarını bilmirdilər... 
Az bişmiş ət iyinə oyandı. Bərk acmışdı, oddan qorxub eləmədən ona tərəf cumdu
közün üstündəki ala-çiy tikələri acgözlüklə yeməyə başladı. Qorçatan Azın bu 
hərəkətinə acıqlandı, onu kənara itələdi və tikələri közün üstündə o tərəf-bu tərəfə 
çevirməyə başladı, bir az keçəndən sonra iri, qaba əllərini közün içinə soxub 
tikələri çıxardı və bir küncə qısılmış Aza tulladı. Az tikələri aldı və acgözlüklə 
gözünə təpməyə başladı. 
Onlar doyar-doymaz, yerlərindən qalxdılar və Ər tayfasının torpaqlarına tərəf üz 
qoydular. Ləngimək olmazdı. Getməzdən öncə Qorçatan ocağı söndürdü. Közün 
qalmadığına əmin olmaq üçün bir müddət ocağın başında dayandı, sonra kösövləri 
bir-bir dilinə vurdu. Onlarda od qalmamışdı. Qorçatan Azın diqqətlə ona baxdığını 
görüb narahat oldu. Az özgəydi və odun dilini öyrənəndən sonra öz tayfadaşlarının 
yanına qaçıb gedə bilərdi.  
Qorçatan meşədən gətiridyi qollu-budaqlı dəmir ağacına dəyməmişdi. Onun yekə 
budaqlarından birinin ucunu daş çapacaqla yonub Aza verdi. Bu, gələcəkdə işə 
yarıya bilərdi, Azı əliyalın qoymaq olmazdı. Dağlarda mağara şirlərinə, boz ayılara 
rast gəlmək olardı.  
Onlar dağa dırmaşdılar. Ər tayfasının torpağı bu dağlardan o yanaydı, qarşıda bir 
neçə dağ daha vardı. Qorçatan onları yadında saxlamışdı. Bir az gedəndən sonra 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə