The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
76 
 
Kahanın qabağına tərəf getdi. Tayfa qoruyucusu burdaydı, onu aradan 
götürməsəydi, istədiyinə çata bilməzdi. Az da bunu bilirdi, ona görə də bir söz 
demədən Qorçatanın arxasınca düşdü.  
Kaha qoruyucusu həmişəki kimi yatmamışdı, ulduzlara baxırdı, əlçatmaz sirli 
ocaqları seyr eləyirdi. Həmin sirli ocaqlardan düşən çınqılar tayfaya fəlakətlə birgə 
od da gətirirdi. Oddan istifadə edirdilər, amma onu saxlaya bilmirdilər. Çoxdandır 
ki, tayfa üzvləri oda həsrət qalmışdılar. Bu yerlərdə nə şimşək çaxırdı, nə də 
ildırım düşürdü. İndi od daşıyan, odun dilini bilən tapılmışdı, onu yaxşı-yaxşı 
qorumaq gərək idi...  
Qorçatan qoruyucunun arxasına keçdi və onun başına toppuzla güclü zərbə endirdi. 
Qoruyucu səsini belə çıxara bilmədi və yerə yıxıldı. 
Əroğlu qarşıdakı dağa tərəf götürüldü. Az onun qolundan tutdu, təlaşla və 
Qorçatan anlayacaq jestlərlə onu belə başa salmaq istədi: 
- Biz burdan qaçmalıyıq, səni öldürə bilərlər, - dedi və Qorçatanı düşərgənin 
kənarına tərəf çəkdi. 
Qorçatan yerindən tərpənmədi:  
- Mən müqəddəs sümükləri aparmalıyam. Onları burda gizlədiblər. Mən bunu hiss 
eləyirəm, - deyə dirəşdi və havanı iyləməyə başladı.  
Müqəddəs sümüklərin ruhu onu çağırırdı. Əroğlu istiqaməti düz seçmişdi. 
Sümüklər dağın döşündəki kahada gizlədilmişdi. Bura Torpaq tayfasının gizlinləri 
saxlanılan yer idi, bir növ, onların xəzinəsiydi. Həmin xəzinədə müqəddəs ruhlar, 
kölgələr, sümüklər, odu sönmüş kösövlər saxlanılırdı.  
Az Qorçatanla dabanbasma gedirdi. Əroğlu kahaya çatdı. Güdükçülər kahanı 
unudub bir müddətə şeytana qonaq getmişdilər, indi bizon sümüyü üstündə 
dalaşırdılar. Qorçatan oğrun-oğrun kahaya girdi, bura zil qaranlığıydı, amma 
Qorçatanın gözündəki qığılcımlar hər tərəfi işıqlandırırdı, sümüklər hardasa, 
kahanın küncündə olmalıydı. Bir az gedəndən sonra Əroğlu sümükləri gördü. 
Sümüklər iki kəllədən ibarət idi. Bu, öncənin (qadının) və axırın (kişinin) 
qalıqlarıydı. Onlardan işıq süzülürdü. Qorçatan kəllələri götürüb qoynunda gizlətdi 
və xəlvətcə kahadan çıxdı... 
Az bir dəqiqə də olsa Əroğlunu tək buraxmamışdı, onun hər addımını izləyirdi.  
Qorçatan gəldiyi yollarla geri qayıtmaq istədi, amma buralara yaxşı bələd olan Az 
sağdakı meşəni göstərdi. Ora təhlükəsiz idi.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
77 
 
Azın burada qalması ölümə bərabər idi. Tayfanı satdığına görə cəzalandırılacaqdı. 
Ona görə də Qorçatanla getməyə qərar verdi... 
 
* * * 
 
İmranbəy söhbəti burada kəsdi, narahat-narahat ətrafa baxdı və: 
- Hiss eləyirəm ki, nəsə qaydasında deyil, - dedi, gözləri yol çəkdi, - mən ona baş 
çəkməliyəm. 
- O hardadır ki? - deyə xəbər aldım. 
- Köhnə neft quyularının birində. Ürəyinə quyuya düşmək keçirdi, mən də mane 
olmadım. Deyir ki, neft quyularında tədqiqat aparmaq istəyir. Bilmək istəyir ki, 
əcnəbilər neftimizin hamısını sümürüblər, yoxsa, yerində nəsə qalıb...Çox 
qeyrətlidir, təpərlidir... - Sonra nə fikirləşdisə: - Görən, ordan qaçmaz ki? - deyə 
suallı nəzərlərini üzümə zillədi. 
- Sənin yetirməndir, mən hardan bilim? - deyə onu sancdım. 
- Son zamanlar yaman sayıqlayırdı, Azdan və onun taleyindən narahat olduğunu 
deyirdi. O, hələ də anlamır ki, onu mən diriltmişəm və Az deyilən bir adam yer 
üzündə mövcud deyil.  
- Azı diriltsəydin, ondan yaxşı olardı. Hər halda, ilk insanı qadın doğub. 
- Yox, səhvin var, insanı, özü də ilkini Allah yaradıb, onun qabırğasından isə 
qadını, deməli, mən qadını yox, kişini diriltməliydim.  
Bu sözlərdən sonra İmranbəy ayağa qalxdı. Mən də yerimdən durdum. Getməyin 
vaxtıydı. Yorulmuşdum. 
- Mən gedim, - dedim, - sabah gələrəm. 
- Hə, sən get, - deyə İmranbəy fikirli-fikirli dedi. Onun xəyalları Azıxantropun 
yanındaydı. 
- Ona hələ ad qoymamısan? - deyə qəfil ağlıma gələn sualı verdim. 
- Adı Bəşərdi, - dedi, - Bəşər, - təkrar elədi. - Bəşəriyyətin ilk övladı olduğuna görə 
belə ad vermişəm. Amma sən heç kimə demə! Bilsələr, tovlayıb yoldan çıxara 
bilərlər, vibrodalğalar vasitəsilə çağırarlar... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
78 
 
- Yaxşı addır, - dedim və cavab gözləmədən çıxdım... 
Bəşər! Nə gözəl demiş, bəyim, nə gözəl!!! 
 
* * * 
 
Külək başlamışdı, İmranbəyin damının üstündə eşələnirdi. Mənə elə gəldi ki, bu 
saat şifer və çadırlar göyə uçacaq. Maraq üçün dayanıb küləyin oyununa baxdım. 
Onun rəngini təsəvvür eləmək istədim, amma bir şey alınmadı. Küləyin rəngi yox 
idi. Burda ağ yel də, qara yel də bir rəngdəydi. Xəzri də, gilavar da bir bezin 
qırağıydı. Daltoniklər üçün yaxşı təsəllidir.  
Şəhərə gəldim. Paytaxt gah sökülür, gah tikilirdi. Memarlar xam dərzilərə 
bənzəyirdilər. Don əvəzinə şalvar tikirdilər, sonra şalvardan don dikməyə 
çalışırdılar. Yeniləşmə adı altında köhnə binalar sökülür, xatirələr məhv edilir, 
yerində isə heç kimin tanımadığı, yaddaşına dəxli olmayan əyri-üyrü binalar 
ucaldılırdı. Bütün bunlar hamıya təsir eləyirdi. Bu yeniləşmədə bir pis aura vardı. 
Adamlar yuxularını qarışdırırdılar. Ağıllarına cürbəcür fikirlər gəlirdi.  
Bütün bu dəyişmələr içində sabit qalan İmranbəylə mən idim. Biz ruhən 
yenilməziydik. Bizi heç kim yolumuzdan döndərə bilməzdi. Mən buna tam əmin 
idim. Özümə özüm kimi inanırdım. Bəndənizi və onun sinif yoldaşını tamam başqa 
məsələlər düşündürürdü. Yuxularımız da bu istiqamətdə inkişaf edirdi. Əhsən bizə! 
İmranbəy demiş, «ekzellənt!» 
Hər şey yadımnan çıxmışdı: iş, ailə, sərsəm ideallar. Yata da bilmirdim. Hərdən 
beynimə şəhərimizin bərbad küçələri, uşaqlarımın ac qarnı, ayaqqabı, kitab dərdi 
düşsə də, onları zorla özümdən uzaqlaşdırırdım. Bu cür xırda məsələlər mənlik, 
daha doğrusu, bizlik deyildi. 
Səhərə kimi yatmadım, yalnız səhər uşaqlar dərsə gedəndən sonra yuxuladım və 
günortaüstü qara-qura vaqiyələrdən canımı qurtardım. Arvadağa da evdə yox idi. 
Yəqin ki, uşaqları məktəbdən gətirməyə getmişdi.  
Hamama keçib yuyunmaq istədim. Suyumuz gəlmirdi. İncəvardan vedrədə ehtiyat 
su vardı. Üzümə su vuranda güzgüyə baxdım, gördüm ki, oradan mənə üzütüklü 
meymunabənzər bir adam baxır. Bu, şəksiz mən idim, çünki əksolunma haqqında 
fizikadan dərs keçmişəm. Güzgüyə mən baxıramsa, deməli, ordakı da özüməm. 
Sevindim və tamam inandım ki, İmranbəy haqlıdır, biz hamımız ordan, yəni 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə