The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
91 
 
- Yaxşı ki, adını dəyişib, Bəşər qoydum, Qorçatan kimi saxlasaydım, çoxdan ölüb 
getmişdi. İndi bir az rahatdır. Hərdən mahnı da oxuyur... 
- Mahnı oxuyur? 
- Hə, oxuyur, bülbül kimi ötür, amma heç nə başa düşmürəm... 
Azıxantropun hekayəti burda bitmişdi və mən ürəyimdə sevinirdim, sevinirdim ki, 
indi üzüağ, alnıaçıq millətin qabağına çıxa bilərəm. Silsilə məqalələr, demək olar 
ki, hazır idi, onu ictimaiyyətə çatdırmağa tələsmək lazımdı. İmranbəy demiş, 
sonradan gec olardı. Öncə adamları bu sensasion açıqlamalara hazırlamaq gərək 
idi. Hər şeyi bir dəfəyə açıq demək olmazdı. Təxminən «Azərsell»in reklamları 
kimi: Məsələn, «Ruhunuz bizimlə birgə qayıdır», «O, artıq sizin yanınızdadır» və 
s. Sonrası isə daha asanıydı, sovet dövrünün məqalə başlıqlarına bənzər: 
«Azıxantropun iziylə...», «Bizim ulu babamız...», «Qürur duymağa haqqımız 
var»... Nə isə, uzundərə adlar o qədəriydi ki... 
İmranbəy, sanki, ürəyimdən keçənləri duydu və qürurla dedi: 
- Bu, bizim babamızın nağılıdır, onu gələcək nəsillərə ötürmək lazımdır! Mütləq 
lazımdır! Absalyutli!!! 
- Absalyutli! - deyə təkrar elədim, amma sualımdan da qalmadım. - Bəs niyə Azıx? 
Mağarının adını deyirəm. 
- Çünki mağaranı Qorçatan Aza bağışlamışdı. «Ix» qədim adamların dilində saray 
deməkdir, yəni Azın sarayı. Azıx! «Azər» sözü də ordandır, Ər tayfasından olan 
Az. Azərlər. Az xilas olanda Nuh peyğəmbərə özü belə deyib...  
Mən dinmədim. Niyə də dinəydim ki. Eləcə fikirləşdim. Doğrudan da qürur 
duymağa dəyərdi. Gör, bizim kökümüz hardan gəlir e!? İndi, görüm, bizim 
qabağımıza kim çıxacaq! Hansı özündən deyən millət! Öz fikirlərimdən özüm də 
qorxdum. Gözüm dəyə bilərdi. Tərs kimi, İmranbəygildə duz da yoxuydu ki, 
başımıza hərləyəm. Birdən gözüm divardan asılmış göz muncuğuna sataşdı. O, 
əvvəllər burda yox idi. 
- Bu hardandır belə? - xəbər aldım. 
İmranbəy bayquşgözlü muncuğa baxdı. 
- Hə, onu deyirsən? Təzəlikcə almışam, daha doğrusu tapmışam. Allah özü yetirib. 
Özü hələ görmüyüb. Yuxudan duran kimi boynundan asacam. - Səsini yavaşıtdı, - 
qorxuram, göz dəyə... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
92 
 
- Mənnən çox yaşıyassan, - dedim, - indicə mənim də ağlımdan keçdi. 
- Doğrudan!? İşə bax e! 
İkimiz də susduq və ürəyimiizdə bu mistikaya heyrətləndik. Bir az keçəndən sonra: 
- İndi ona baxa bilərəm? - deyə soruşdum. 
- Sabah, sabah mütləq sənə göstərərəm. Əvvəlcə özündən soruşmalıyam. O qorxa 
bilər. Biz onu qorumalıyıq. O, bizə Vətən və Qarabağ naminə lazımdır! 
- Vətən və Qarabağ naminə! - deyə yumruğumu göyə qaldırdım. 
İmranbəy: 
- Türk dünyamızın xətrinə! 
Mən: 
- O taylı, bu taylı Azərbaycanın xətrinə! 
Bu şüarları ürəkdən söyləyirdim. Keçmişdə xalq cəbhəsinin üzvü olmağım karıma 
gəlirdi. 
İmranbəy mənim bu hayqırtılarımdan əməlli-başlı qorxdu, susmaq işarəsi verdi və 
bir anlıq sükutdan sonra: 
- İndi isə get! - deyə əmr elədi. 
İndi o, komandirə, mənsə vətənə sədaqətli əsgərə bənzəyirdim. 
- Sabaha qədər, - dedim və hipnoz halda bayıra çıxdım. 
Külək üzümə vurub məni ayıltdı, dostcasına vurulmuş şapalaq kimi...  
Ax, Bakı küləyi! Kəsmək bilmir ki!.. 
 
* * * 
 
Bazar günü olduğundan uşaqlar dərsə getməmişdi. Onların suallarına cavab 
verməyə hövsələm çatmırdı. Suallar yorucu və bezdiriciydi. Onları daha çox 
Avroviziyada kimin yer tutacağı maraqlandırırdı, ara-sıra maaşımın azlığının 
səbəbləri barədə soruşurdular, gələcəkdə dolanışığımızın yaxşı, yoxsa pis olacağı 
barədə suallar verirdilər, hərdən yolların bərbad vəziyyətdə olmasından, tikinti və 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
93 
 
dağıntılardan şikayətlənirdilər. Bütün bunlar mənim vecimə deyildi. Mən başqa 
şeylər haqqında fikirləşirdim. Onlar hardan biləydilər ki, mən indi dünyanın ən son 
kəşfini çözməklə məşğulam. Yazıq körpələr!  
İmranbəyin yanına tələsdim, sevinirdim ki, böyük bir işi yekunlaşdırmaq üzrəyəm 
və mənim qeydlərim ölkədə böyük bir sensasiya yaradacaq. Heç nədən qorxum-
hürküm yox idi.  
Sevincim İmranbəyin qapısının ağzında qırıldı, qapı bağlıydı. Nə qədər döydümsə, 
açan olmadı, qulağımı qapıya söykəyib dinşədim, içəridə lal sükut hökm sürürdü, 
səssizlik at oynadırdı. «Bu hara gedə bilər?» - deyə pillələrlə yuxarı qalxa-qalxa 
öz-özümə suallar verməyə başladım, amma fərli nəticə çıxara bilmədim. O, qeyb 
olmuşdu. Ağlıma dəli bir fikir də gəldi: «Bəlkə, o əvvəldən yoxuymuş? Mən 
qarabasmalar içində yaşamışam, rəngbərəng yuxu görmüşəm?» Bu, şizofreniya 
əlamətiydi! Allahım! Yox, hər şey gerçək idi. İmranbəy də, eşitdiklərim də. Mən 
onları günəşli gün kimi xatırlayıram. Yanıla bilməzdim. Sadəcə, Azıxantrop 
əhvalatına elə aludə olmuşam ki, darıxıram, bir yerdə qərar tuta bilmirəm... 
Hövsələli olmaq lazımıydı. Gözləməkdən başqa çarəm yoxuydu.  
Kimsəsiz tikilinin qarşısında bir az var-gəl edəndən sonra zamanın çoxdan 
unutduğu daşın üstündə oturdum. Oturmazdan əvvəl dəsmalımı çıxarıb üstünə 
sərdim ki, şalvarımın dalı toz olmasın. Yaxşı ki, gün çıxmamışdı, adamı 
yandırmırdı, suçlu adamlar kimi buludların arxasında gizlənmişdi, hərdən qorxaq-
qorxaq mənə tərəf boylanırdı. Bəlkə o da nəsə bilir? Kiminsə tapşırığı ilə bizi 
izliyir?! Bu sarsaq fikirlər hardan məni tapır, görən?  
Aradan bir müddət keçdi. Mən aralıdan şütüyən maşınların səsinə qulaq asırdım, 
hansısa bir maşının köhnə neft buruqlarına tərəf burulacağını gözləyirdim. Amma 
maşın əvəzinə, İmranbəyi gördüm. O, sanki asfaltın ortasından çıxdı və mazut iyi 
verən torpaq yolla öz yuvasına tərəf qaçmağa başladı. Sevincdən ürəyim uçundu, 
yerimdən atılıb onu qucaqlamaq istədim. İmranbəy yel kimi gəlirdi, elə bil, məni 
görmürdü. Dostum heç nə demədən məni itələdi, yana sürüşsəm də, yıxılmadım.  
O, daşı qaldırıb altında gizlətdiyi açarı çıxardı, bir söz demədən pillələrlə aşağı 
düşdü, qıfılı açıb, qapını itələdi. Mən ayağa durub matdım-matdım ona baxırdım, 
heç nə anlamırdım.  
İmranbəy otağa keçdi, amma məni içəri dəvət eləmədi. Mən otağa girəndə o, 
kətilin üstündə oturub, əllərilə başını qamarlamışdı. Handan-hana dilləndi, daha 
doğrusu uşaq kimi hönkürdü: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə