The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   26   27   28   29   30   31   32   33   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
88 
 
- Biz onu dərində gizlədərik, - deyə Qorçatan israr elədi, - mən izləyiciləri 
saxlayaram. 
Bu zaman qoca uyğuyozan işə qarışdı: 
- Mən uyğu görmüşəm. Gördüm ki, quyudan od çıxır. Azı quyuya salsaq, odun 
köməyilə azad olacaq. Onu öldürmək lazımdır. 
Qorçatan inadından dönmədi: 
- Hər uyğu düz çıxmır. Mən də orada olanda uyğu gördüm. Gördüm ki, Torpaq 
tayfası ocaq başına yığışıb və məni közdə qızardır. Amma belə olmadı. Az məni 
qurtardı. Sınamaq lazımdır! - Qorçatan atasına tərəf getdi, - bəlkə Od tanrısı belə 
istəyib, - dedi. 
- Qorçatan müqəddəs sümükləri gətirib, deməli, seçilmişlərdəndir. Bu nəyəsə 
işarədir. Onun istəyinə əməl eləmək lazımdır, -deyə müqəddəs sümüklərin yeni 
qoruyucusu Gecəyatmaz dedi. 
Ərbilən onun sözlərində həqiqət olduğunu anladı, tayfadaşlarının üzünə baxdı. 
Onlar susurdular. Tayfa başçısı bir sağa, bir də sola göz gəzdirdi. Hamı onun nə 
deyəcəyini gözləyirdi. Sonra əllərini yuxarı qaldırdı və qəzəbli səslə: 
- Qoy, olsun! - dedi. Onu qaranlıq və dərin quyuya salın! 
Ərbilənin bu əmri Qorçatan üçün kifayət idi. O, Azı xilas eləmək üçün vaxt 
qazanmışdı... 
Tayfa müqəddəslərin ruhuna qovuşmuşdu, indi onlara heç bir şər ruh bata 
bilməzdi. Adət üzrə şadyanalıq başladı. Ay maralı ilə Gün ayısını tutub gətirdilər, 
ocaq çatdılar. Ocağın dövrəsində atılıb-düşdülər, uzun-uzadı mahnı oxudular. Üç 
gün, üç gecə şənləndilər. Müqəddəs heyvanların qapqara qanından içib, ağ 
tikələrindən daddılar, sümüklərini çalın-çarpaz edib mağaraya qoydular. Bu 
sümüklər əcdadlarının ruhuna dinclik, yuxularına sakitlik gətirəcəkdi. Növbə Azın 
idi. Onu öldürməmək haqqında buyruq olsa da, tayfanın ağzını pozanlar da az 
deyildi. Məqam gözləyirdilər. Azın işini bitirəndən sonra iş-işdən keçəcəkdi və 
tayfa başçısı onları bağışlayacaqdı, hələ bəlkə ürəyində sevinəcəkdi də. 
 
Qorçatan bunu bilirdi. Pisniyyətliləri önləmək lazımıydı...  
Şıdırğı yağış başlamışdı. Göylər bilicisi gecə yatanda ruhunu görmüşdü, ruhu ona 
danışmışdı ki, yerlə göy qübbəsinin birləşəcəyi an yaxınlaşır, ona hazır olmaq 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
89 
 
lazımdır. İndi o, üzünü göyə tutub səltənət sahibinə yalvarırdı ki, göy qübbəsilə yer 
arasındakı məsafəni kiçiltməsin, hər şey necə varsa, elə də qalsın... 
Azı dərin qaranlıq quyuya salmışdılar. İndi Qorçatanla onun yeri dəyişik 
düşmüşdü. Üç gecə yatıb durandan sonra Əroğlu Azı qaçırmaq qərarına gəldi. 
Amma bunu eləmək elə də asan deyildi. Quyunu Güngörməz qoruyurdu. Onun 
üçün qaranlıqla işığın fərqi yoxuydu, hər şeyi apaydın görürdü. Qorçatan onu 
yatdığı yerdə tutdu, ağzını bağlayıb, ağac lifindən hörülmüş kəndirlə quyuya saldı, 
Azı da həmin kəndirlə yuxarı dartdı.  
Müqəddəs sümükləri götürmək müşkül məsələydi, amma Əroğlu bunun da 
öhdəsindən gəldi. Kahanın arxasındakı oyuqdan içəri girdi və başı yeməyə 
qarışmış Gecəyatmazın yanından sümükləri oğurladı. Qorçatan Günəşdən səssiz, 
Aydan ayığıydı.  
Tayfaya səs yayılmamış, aradan çıxmaq lazımıydı. O, Azın əlindən tutub, 
Quruçaya tərəf qaçmağa başladı. Qaçaqlar iki dərə aşandan sonra qız dayandı, 
qorxa-qorxa ətrafa göz gəzdirdi, sonra ətrafı qoxulamağa, dinşəməyə başladı.  
- Qorxma, - Qorçatan dedi və qoynundakı sümükləri çıxarıb göstərdi, - bunlar bizi 
qoruyacaq! 
Ərbilən oğlunun və Azın yoxa çıxmasından ulduzlar sönəndən sonra xəbər tutdu və 
tayfa ərlərini yanına çağırdı: 
- Onun, - Qorçatan deməyə dili gəlmədi, - ölüsünü, ya da dirisini mənə gətirin! - 
hayqırdı. 
Bu sözlər tayfa başçısının ağzından çıxan kimi ərlərin hərəsi bir tərəfə üz qoydu. 
Qorçatan tayfadaşlarının onların arxasınca düşdüklərini bilirdi, iylərini çoxdan 
almışdı. Tərs kimi, Torpaq tayfası da qarşıdan gəlirdi.  
Qaçaqlar Quruçaya çıxdılar və onun ortasındakı adalığa qaçdılar. Qorçatan uşaq 
vaxtı buralarda çox oynamışdı, buradakı mağaranı yaxşı tanıyırdı. Yağış 
güclənmişdi, göylərdən sel tökülürdü, sanki göylər sahibi çayın qarşısını kəsmiş və 
bu yurda tərəf döndərmişdi.  
Qaçaqlar mağaraya girdilər. Amma Ər tayfasını aldatmaq çətin idi... Onlar 
Qorçatanla Azın yerini bildilər və kahaya soxulmağa cəhd elədilər. Qorçatan 
mağaradakı sal qayalardan birini qopardı və kahanın ağzına qoydu, özü isə 
müdafiəyə hazır dayandı. Aza isə tapşırdı ki, basılsa, qız mağaranın o biri başına 
qaçsın.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
90 
 
Birinci həmlə Tülkügüdənin qardaşı, Çaqqaltanıyandan gəldi. O, qardaşının 
qisasını almağa tələsirdi, duyurdu ki, Qorçatanı öldürməyə gedən Tülkügüdən 
qayıtmayıbsa, deməli, Əroğlunun toppuzunun qurbanı olub. Amma onun həmləsi 
uğursuz oldu, qaya parçasını itələyib içəri salmağa gücü çatmadı, Qorçatan da bir 
tərəfdən ona mane olurdu. Tayfadaşları Çaqqaltanıyanın köməyinə gəldilər, 
onlardan birinin nizəsi Qorçatanın böyrünü yaraladı, qan ətrafa sıçradı. Əroğlu 
necə qəzəbləndisə, nizəsini qaya parçasının böyründən onu vuranın qarnına soxdu. 
Çöldə qışqırtı qopdu və bu səs getdikcə uzaqlaşmağa başladı, bir azdan sonra 
tamam itdi.  
Bayırda sakitlik yaranmışdıı, sanki hamı nəyisə gözləyirdi. Az Qorçatanın yarasına 
palçıq qoydu ki, qan kəssin, sonra saçlarından yolub kəndir qayırdı və qorçatanın 
yarasını sarıdı. 
Bir neçə ulduz gecəsi keçdi. Eşq tanrıları Qorçatanla Aza bir sevda göndərdilər. Bu 
sevdadan Azın bətninə əkiz uşaqlar düşdü... 
Sakitlik uzun sürmədi. Mağaradan xeyli aralıda cəng qopmuşdu, Torpaq tayfasının 
adamları ilə Od tayfası vuruşurdu, bir-birini al-qana qərq edirdi...  
Mağaraya yavaş-yavaş su dolurdu. Dağlardakı buzlar ərimiş və hər tərəfi su 
basmışdı. 
Müqədəs sümüklərin oğurlandığını eşidən Ərbilən demişdi ki, onlar qayıtmasa, 
bizi fəlakət gözləyir. İndi həmin fəlakət başlamışdı... 
Su mağaradan içəri dolurdu. Qorçatan çox zəifləmişdi, mağaranın o biri başına 
qaçıb, aradan çıxmağa taqəti qalmamışdı. Ötən dəfəki yara da öz işini görmüşdü. 
O, Aza baxdı, baxışları ilə «sən qaç, canını qurtar» dedi.  
Çöldə Nuh peyğəmbər ona pənah gətirənləri gəmisinə doldururdu. Ora çatan 
yeganə bəni-adəm Az oldu. Daha nələr olduğunu Qorçatan bilmədi, çünki suyun 
altında qaldı, su buza döndü və əbədi sakitlik qazandı. 
İmranbəy dayandı. Nəfəsini dərdi. Köksünü ötürdü.  
- Bəs sonra? - soruşdum. 
- Sonrası yoxdu. Sonrasını biz tapmalıyıq. O, daha heç nə xatırlamır. Özü də 
narahatdır. Deyir, yaşını bilsəydi, nə vaxt öləcəyini də öyrənərdi. Amma onun yaşı 
yoxdur. Yəni vaxtını dəqiq bilmir. Elə hey ora dartınır... 
Bir anlıq pauza yarandı. İmranbəy sükutu pozdu: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə