The Archeology of Azerbaijan a brief Discourse



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix15.10.2018
ölçüsü1,54 Mb.
#74303
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
82 
 
dayanıb dinşədilər. Torpaq tayfasının adamlarının səsi gəlirdi. Onlar çığırışa-
çığırışa irəliləyirdilər. İybilən ən qabaqda gedirdi, Yelötən də onu tələsdirirdi. Ən 
axırda Ayıbasan gəlirdi... 
Torpaq adamları Əyri qayanın yanına çatanda izi tamam itirdilər. Yağış qaçaqların 
izini yumuşdu. Amma Ayıbasan nəysə hiss elədi, kahaya girdi və bir az keçmiş 
nərildəməyə başladı. O, ocağı tapmışdı, amma köz yoxuydu. Torpaq tayfası odu 
əlindən buraxmışdı. Onlar qaçaqların dağı aşacağını güman eləmədiklərinə görə 
meşəyə girdilər və bataqlıq adamlarının sərhədində yox oldular. Bir azdan bataqlıq 
adamları ilə Torpaq tayfasının cəngi-cidası başladı, haray-qışqırıq aləmi başına 
götürdü. 
Qorçatangil dağı aşandan sonra səslər də yox oldu. Qaçaqlar dağdan düşüb yenidən 
meşəyə girdilər. Onların qarşısında hələ üç ulduz gecəsi yol vardı.  
Əroğlu elə yerlərlə gedirdi ki, iz qoymasınlar, həm də onların qoxusunu sevməyən 
vəhşilərə rast gəlməsinlər. 
Ətraf təhlükələrdən ibarət idi və çox çəkmədi ki, onlar ağacda yaşayan 
quşadamlara rast gəldilər.  
Onları birinci Az gördü və başı ilə göyə işarə elədi. Qorçatan addımlarını yavaşıtdı, 
başlarını aşağı əymiş yöndəmsiz, qaba ağaclara baxdı. Quş adamlar budaqdan-
budağa tullanır və cürbəcür səslər çıxarırdılar, təhlükənin olmasından xəbər 
verirdilər. Amma qorxulu deyildilər. Qorçatangilin pis niyyətdə olduğunu hiss 
eləsəydilər, bir göz qırpımında bu yadların dərisini soyardılar. Onlar yarasalar kimi 
qəfil hücum eləyir və ovlarını didişdirirdilər. 
Qorçatan Azın qolundan çəkdi. Burada ləngimələri onlara baha başa gələ bilərdi. 
Əroğlu anlayırdı ki, Torpaq tayfasının adamları onların izini itirib, qarşıda isə 
düşərgəyə aparan yollar və vəhşilərlə döyüş var. 
Qaçaqların ilk üzləşdikləri ac-yalvac qurdlar oldu. Onlar hər tərəfdən Qorçatanla 
Azı mühasirəyə aldılar. Qorçatan ayı balasından kiçik olanda canavarları 
görmüşdü. Yer tanrısı ilə ovda olarkən boz qurdların çöl atını dövrələmələrinin 
şahidi olmuşdu. Qorçatan bu mənzərəni lap yaxından seyr eləmişdi. Canavarlar 
yava-yavaş ata yaxınlaşmışdılar. Əroğlu o zaman atın gözlərində məyusluğu və 
məğlubiyyət əlamətlərini görmüşdü. At qorunmaq üçün bir neçə cəhd eləsə də
xeyri olmamışdı, çünki qalib gələcəyinə inamı yoxuydu. Ona görə də inamsız və 
hürkək halda boz qurdlara təpik atmış, könülsüz-könülsüz bir neçə dövrə vurmuş, 
axırda canını vəhşilərə təslim eləmişdi... 


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
83 
 
İndi həmin mənzərə yaranmışdı. Amma bu dəfə at yox, o özü tələyə düşmüşdü. 
Canavarlar Qorçatangilin həlqəsini getdikcə kiçildirdilər. Hücum eləsəydilər, 
onların qarşısını almaq olmayacaqdı. Əroğlu cəld ocaq çatdı. Qurdlar indiyə kimi 
bir neçə dəfə od görmüşdülər, onun necə yandırıcı və ağrıdıcı olduğunu bilirdilər. 
Buna baxmayaraq, ovlarından əl çəkmək istəmirdilər.  
Canavarlardan ən irisi birinci hücum elədi. Onun gözləri par-par yanırdı, zəhmi 
adamı basırdı. Qorçatan canavarın gözünün içinə baxdı, onu ovsunlayandan sonra 
odla onun üzünü qarsdı, canavar geri sıçradı, uzun-uzadı uladı. Bu, döyüş əmriydi. 
Boz qurdlar hər tərəfdən həmlə elədilər. Qorçatanla Az kürək-kürəyə 
dayanmışdılar, əllərindəki kösövlə onların üz-gözünü yandırırdılar, lap yaxına 
gələnin qarnını nizəylə deşirdilər. Ölüm-dirim savaşı xeyli davam elədi. Növbə iri 
boz qurda çatdı. O, adamlardan əl çəkmək fikrində deyildi, geri çəkilib Əroğlunun 
üstünə tullandı, köpək dişlərini onun boğazına keçirmək istədi. Qorçatanın bir 
zərbəsi dördayaqlı düşmənin başını dağıtdı. Canavarlar başçılarının qan içində 
çabaladığını görəndə dağılışdılar, ulaşa-ulaşa meşənin dərinliyinə tərəf qaçdılar...  
Qorçatan həmin gecəni böyürtkən kolluqları və cökə ağacları ilə dolu, amma susuz 
bir çöllükdə keçirmək qərarına gəldi. Belə olanda onlar təhlükəni tez hiss edə və 
qorunmağa imkan tapardılar. Bir az keçmiş Qorçatan gecə kərgədanının 
xorultusuna yuxudan ayıldı. Kərgədan düz onlara tərəf gəlirdi. Ötən dəfə 
Qorçatanla döyüşdən yayınan kərgədanın bu dəfə geri çəkilmək fikri yox idi, onun 
ərazisinə ikinci dəfə soxulmuş yabançı ilə döyüşə hazırlaşırdı. Səhərin 
alaqaranlığında onun qıpqırmızı gözləri alışıb-yanırdı, qabaq ayaqları torpağı 
eşirdi. 
Qorçatan döyüşə hazır vəziyyətdə durmuşdu. Az da bir tərəfdə dayanıb, dəmir 
ağacından olan şeşpərini hazır saxlamışdı. Kərgədan onun üstünə qəfil hücuma 
keçə bilərdi. Bu heyvanların necə hərəkət edəcəklərini öncədən bilmək çətindir.  
Vəhşi, Qorçatanın üstünə hücum elədi və buynuzu ilə düşməninin qarnını nişan 
aldı. Amma Qorçatan onun qarşısını kəsdi və Toppuzla kərgədanın buynuzunu 
parça-parça elədi. Ağrıdan qəzəblənən vəhşi daha coşqun bir şəkildə hücuma 
keçdi, Qorçatan bu həmlədən də qalib çıxdı, kənara sıçradı və nizəsini onun 
boynuna sancdı. Vəhşi buna da əhəmiyyət vermədi və yenidən Əroğlunun üstünə 
cumdu. Qorçatan bu dəfə toppuzla düz onun alnının ortasından vurdu, qırılan 
sümüyün xırçıltısını kənarda dayanmış Az da eşitdi. Kərgədan bir-iki addım 
gedəndən sonra yenidən geri dönüb Qorçatana tərəf qaçmaq istədi, amma ayağı 
burxuldu, müvazinətini saxlamadan yerə gəldi.  


www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
84 
 
Kərgədanın yeməyə yaxşı qara tikələri vardı və yolçuların toqqalarının altını 
bərkitmək üçün bir neçə günə çatardı. 
Qorçatan ocaq çatdı, əti bişirib yeyəndən sonra cökə ağacının dibini eşdi. Bir azdan 
çala su ilə doldu. Suyu növbə ilə və aram-aram içməyə başladılar. Növbəti dəfə 
çalaya əyiləndə Qorçatanın qulağına səslər gəlməyə başladı. Sanki hansısa bir 
dəstə onlara tərəf qaçırdı. O elə zənn elədi ki, yaxınlaşanlar Torpaq tayfasının 
adamlarıdır. Amma gələnlər bir sürü bizon idi, pələnglər onların arxasına düşüb 
qovurdu, vəhşilərin ayaqları altında qalmaq təklükəsi vardı. Qorçatan pişik 
cəldliyilə iri cökə ağacına dırmaşdı, Az da onun kimi hərəkət elədi. Heyvanlar yel 
kimi onların yanından ötüb keçdilər, böyürtkən kolluqları vəhşilərin ayaqlarının 
altında qalıb xurd-xəşil oldu. 
Ağacda bir az gözləyəndən sonra qaçaqlar yola düşdülər. Pələnglər, yəqin ki, 
istəklərinə çatmışdılar və ən zəif bizonu tutub parçalamışdılar.  
Qorçatangil çöllüyün qurtaracağında zolaqlıları gördülər. Onlar qanlı ağızlarını 
marçıldadır və bir tərəfdə uzanıb mürgüləyirdilər. Bizon sürüsü isə heç nə 
olmayıbmış kimi bir az aralıda otlayırdı.  
Onlar dərin və qaranlıq meşəni iki ulduz gecəsi ərzində keçdilər. Və yalnız bircə 
dəfə ağacda yatdılar. İri palıd ağacının gövdəsi onlara yatacaq üçün yer verdi. 
Yatıb dincələndən sonra meşəlikdən çıxdılar, Od tayfasının ərazisinə girdilər. 
Qorçatan qayalığın döşündəki tanış kahanı gördü. Xeyli əvvəl o, burada meşə şirilə 
dalaşmış və qalib gəlmişdi. Qorçatan kahanın içini yoxlayandan sonra Azı da içəri 
çağırdı. Və ona tapşırdı ki, gözdə-qulaqda olsun, özü isə mürgüləmək istəyir. O, 
Aza arxayın idi, bilirdi ki, geri qayıdıb onu satmaz. Hətta qayıtmaq istəsə də, yolu 
tapa bilməz. 
Qorçatan yatandan sonra Az kahadan çıxdı, sal qayaya dırmaşıb gözləməyə 
başladı. Bir azdan dağ kəlləri göründü. Onlar yaxınlıqdakı dərəyə enirdilər. Az 
başa düşdü ki, yaxınlıqda su var. Susuzlamışdı, həm də acmışdı. Öncə dağ 
kəllərindən birini vurmaq, onu yedikdən sonra su barədə fikirləşmək olardı.  
Dağ kəlinin axırıncısı Aza yaxın cığırdan keçəndə qız, nizəsini ona tuşladı. Bir 
azdan sonra dağ kəlinin imisti əti titrəyirdi və Az Qorçatanın oyanmasını 
gözləmədən ətdən qoparıb çiy-çiy yeyirdi. O, çiy ətə öyrəşsə də, Qorçatanın 
ocaqda bişirdiyinin yerini vermirdi, ağzının dadı tamam qaçmışdı, amma odun 
dilini bilmədiyinə görə əti belə yeməyə məcbur idi. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə