TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

kənd əhalisinin bir hissəsi ilə dağlarda çətin və keçilməz yerdə məskən saldılar. 
Onların bir qismi də qalanın içərisində yerləşdi. Elat və  kəndlərdən çoxlu atlı, 
piyada toplanıb döyüşə hazır dayandılar. Xülasə daşürəkli Ağa Məhəmməd xan 
otuz üç gün döyüşçüləri ilə Şuşa ətrafında dayandı. 
Ağa Məhəmməd xan İbrahim xanı  və Qarabağ  əhlini özünə tabe etmək 
məqsədilə  məktublaşma, səfirlərin və elçilərin mübadiləsi kimi vasitələrdən 
istifadə etdisə də, amma bunların heç biri nəticə vermədi. O cümlədən bir dəfə 
Ağa Məhəmməd xan demişdi: “Xəzinə dərəsi - qalanın yanındakı çox dərin bir 
dərədir. Mən bir saatda hücumçular dəstəsi ilə oranı doldurub Şuşa qalasını 
tutaram”. 
Bir gün Ağa Məhəmməd xan Şuşa hakimi İbrahim xanı qorxaq və namussuz 
adlandıraraq Ürfı Şirazinin aşağıdakı fərdini yazıb onun üçün Qalaya göndərdi: 
 
Fələkin məncəqindən fitnə daşı yağır, 
Sən axmaqcasına Şişə içərisinə sığınmısan. 
 
Məktub İbrahim xana yetişən kimi onun həmsöhbəti olan Molla Pənah Vaqif 
Ağa Məhəmməd xanın yazdığı məktubun arxasında aşağıdakı sözləri yazıb geri 
qaytardı: 
Əgər məni qoruyan, mənim bildiyimdir, 
(O), şişəni də daşın qoltuğunda mühafizə edər. 
 
Ağa Məhəmməd xan Vaqifın cavab məktubunun məzmunundan xəbərdar 
olan kimi acığından gözlərindən od çaxdı, ağlı-huşu başından uçdu, qəzəb odu 
sinəsində alovlandı. O saat əmr etdi ki, nağıllarda deyilən nişan vuran toplardan 
Şuşa qalasının üzərinə od səpsinlər, qumbaraları Şuşa əhlinin üzərinə leysan kimi 
töksünlər, dörd tərəfdən qalanın üstünə hücum etsinlər, şiddətli qırğına, qəzəbli 
vuruşmaya, hərbə və döyüşə başlasınlar... 
Ağa Məhəmməd xanın qoşununun çoxu Mazandaran tüfəngçilərindən ibarət 
idi, onlara Qaraçuxa deyərdilər, onların tüfəngləri maşalı, uzunçaxmaq idi. Bu 
döyüşdə maşanın başında fıtilyandıran var idi. Fitilin yanması ilə  də tüfəng 
atılırdı. O gün səhər saat altıdan axşam gün batana kimi vuruşmalar davam etdi. 
Hər iki tərəf vuruş- 
  
 34


maqdan, öldürməkdən, güllə atmaqdan, əzməkdən çəkinmirdi. Ölülərdən 
təpələr  əmələ  gəlmişdi, qan su yerinə axırdı, Qarabağ  əhli dəniz kimi 
dalğalanan qoşunun qabağında mərd-mərdanə dayandı. 
Rəşadət və igidlik meydanında can-başla vuruşurdular. O gün Şuşa 
qalasında top-tüfəng güllələrindən, qumbara qəlpələrindən çoxlu adam: 
arvad, kişi tələf oldu. 
Ağa Məhəmməd xanın qoşunundan ölənlərin sayı-hesabı  məlum 
deyildi. O gördü ki, nə qədər Həmrud odunu gücləndirirsə, İbrahim-xəlil 
xan Səməndər və ya İbrahimxəlil (peyğəmbər) kimi oddan qorxmur, top-
tüfəngin yandırıcı  qığılcımı  və parlaq şöləsini özünə  Xəlil bağı kimi 
rahatlıq məkanı hesab edir. Ağa Məhəmməd xan müharibədə  nə  qədər 
səy göstərib cidd-cəhd etdisə, qalibiyyət mələyi üzünə gülümsəmədi, 
onun qoşunu qarabağlıların mərdanə  və igidcəsinə  həmlələri qarşısında 
öz acizlik və  zəifliyini göstərdi, çoxları  qırıldı, qalanları da məğlub və 
şikəst olub qorxaqcasına aradan çıxdılar. 
Bir tərəfdən də Qarabağ  əhli Ağa Məhəmməd xanın qoşununun 
üzərinə tökülüb tələfata uğratmaq, qarət etməkdən əl saxlamırdı, onlarla 
vuruşub sursatlarını əllərindən alırdı. Ağa Məhəmməd xan gördü ki, əgər 
bir neçə gün bu cür keçsə, onun adamları  qırılıb, qoşunu dağılacaq və 
bundan da ona böyük zərər dəyəcək. Odur ki, qoşun başçıları və zabitləri 
ilə məsləhətləşib, geri çəkilmək əmrini verib dedi: 
- İşin axırını qabaqcadan görmək və zərərin yarısından qayıtmaq yaxşı 
cəhətdi,  əks təqdirdə bizim qoşunumuzdan bir nəfər də sağ qalıb öz 
canını xilas edə bilməyəcək. 
Belə bir vəziyyətdə İbrahim xandan üz çevirmiş  və  Ağa Məhəmməd 
xanla birləşmiş  gəncəli Cavad xan və çiləbördlü Məlik Məcnun Ağa 
Məhəmməd xana bildirdilər ki, Şuşa qalasını almaq sizə mümkün olmadı. 
Əgər buradan məqsədə çatmadan geri dönüb əliboş qayıtsanız,  İran əhli 
sizdən üz çevirib özbaşınalıq edər və siz bundan sonra şahlıq edə 
bilməzsiniz. Yaxşısı budur ki, buradan gedib Tiflisi qarət edib, əhalisini 
də  əsir edəsiniz. Beləliklə, qoşununuzu qarət ilə  həvəsləndirəsiniz ki, 
lazım olan vaxtda vuruşa bilsinlər. 
Ağa Məhəmməd xan bu məsləhəti bəyənib  əsas diqqətini Tiflis və 
Gürcüstan üzərinə hücum etməyə yönəltdi. 
 
  
 35


VALİ İRAKLİ XANLA DAVASI, 
GÜRCÜ QOŞUNUNUN MƏĞLUBİYYƏTİ, 
TİFLİS ŞƏHƏRİNİN QARƏT EDİLMƏSİ 
 
Ağa Məhəmməd xan 1210 (1795)-cu ildə Şuşa şəhərini istila etməkdən aciz 
qalıb, Tiflis şəhərinə hücum etməyi qərara aldı. 
İbrahim xan Məhəmməd xanın bu niyyətini təcili çapar vasitəsilə vali İrakli 
xana çatdırıb onu başa saldı,  İrakli xan Ağa Məhəmməd xanın Qarabağdan  əl 
çəkib, Tiflis tərəfə gəldiyini eşitdikdə Başıaçıq valisi olan nəvəsi Solomon xanı 
və Gürcüstan torpaqlarını öz aralarında bölüşdürmüş başqa övlad və  nəvələrini 
köməyə çağırdı. İrakli xan qoca və şikəst olmasına, yaşının yetmişi keçməsinə, 
ömrünün axırları olmağına baxmayaraq, yenə də düşməni dəf etmək üçün səbir 
və aramsızlıqla hazırlıq görülməsinə  və qoşun toplanmasına sərəncam verdi. 
Amma onun övladlarının arasında ədavət və düşmənçilik olduğundan heç birisi 
köməyinə gəlmədi, ancaq Solomon xan Başıaçıqdan dörd min nəfər İrakli xanın 
köməyinə göndərdi. 
Vali o birilərinə  nə  qədər təkid etdi, çapar və adam göndərdisə  də heç bir 
fayda vermədi və heç bir yerdən ona köməyə gələn olmadı, çünki hamısı kef və 
eyş-işrətlə məşğul idi. Nəhayət, naçar və çıxılmaz vəziyyətdə qalıb, öz qoşunu ilə 
düşmənin çoxlu qoşununun müqabilində durdu. Ağa Məhəmməd xanın 
Gürcüstana hücumunun qabağını almaq üçün öz adamlarından və Qazax elinin 
müsəlmanlarından bir qədər atlı toplayıb onun qarşısına göndərdi. Buna görə 
Qazax mahalındakı  İncəçayda dayanıb oğlanlarından köməyinə  gələn olub-
olmadığını gözlədi. Elə ki Ağa Məhəmməd xan Gəncəyə daxil oldu, vali 
İncəçaydan qayıtdı. Arvadı Deda Valonu ehtiyat üçün Tuşetə göndərdi. Özü isə 
həmin az qoşunu ilə Tiflisdə dayandı. 
Ağa Məhəmməd xan keçə-keçə Soğanlığa gəlib çatdı. Gecəni orada qaldı, 
sübh tezdən Tiflis üzərinə yürüş etdi. Vali İrakli xan öz adamları ilə orada olan 
top və silah anbarını indi Karantin adlanan yerə kimi gətirdi. Bunlar bir-birinə 
yaxınlaşandan sonra çarxçılar müharibə meydanına daxil oldular, aralarında 
şiddətli vuruşma başlandı. Topçular cəld, olduqca məharətlə  qızılbaş 
qoşunlarının qabağını  kəsib, onların irəli getməsinə mane oldular. Ağa 
Məhəmməd xan öz rəşadətli sərkərdələrindən biri olan böyük sərdar Mustafa xan 
Dəvəlini öz yanına çağırıb ona əmr etdi və dedi: “Tiflisi sizdən istə- 
 
  
 36


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə