Əsas anlayişlar, TƏrifləR



Yüklə 25,58 Kb.
tarix02.01.2018
ölçüsü25,58 Kb.
#19606
növüMühazirə

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

MÜHƏNDİSLİK fakültəsi

ELEKTRİK MÜHƏNDİSLİYİ kafedrası


Mühazirəçi: T.E.N., PROF. İ.M.Əliyev


FƏNN: AVTOMATİKANIN ƏSASLARI


Mühazirə 2
MÖVZU: AVTOMATİK İDARƏETMƏ NƏZƏRİYYƏSİNDƏ ƏSAS

ANLAYIŞLAR VƏ TƏRİFLƏR


P L A N


  1. Əsas anlayışlar.

  2. Elementin şərti işarəsi.

  3. Əsas təriflər.

  4. Avtomatik tənzimləmə sisteminin prinsipial və funksional sxemləri.



ƏDƏBİYYAT


  1. A.Ə.Əfəndizadə Avtomatik idarəetmə nəzəriyyəsi. Bakı 1981.

  2. İ.M.Əliyev, Q.İ.Abbasov. Avtomatikanın əsasları. Gəncə 2008.

  3. Г.И.Головинский. Основы автоматики М.2001.



GƏNCƏ 2011

ƏSAS ANLAYIŞLAR, TƏRİFLƏR


Avtomatikanın istənilən sadə və mürəkkəb qurğuları bir-birilə əlaqədar olan ayrı-ayrı elementlərdən ibarətdir.

Avtomatik sistemin, fiziki kəmiyyətin keyfiyyət yaxud miqdarca çevrilməsi baş verən hissəsinə avtomatikanın elementi deyilir.

Ayrı-ayrı qurğuların elementləri öz aralarında qarşılıqlı əlaqəyə malikdir. Odur ki, avtomatikanın elementlərinin ikinci vəzifəsi çevrilmiş təsiri əvvəlki bənddən sonrakına ötürməkdir.





x– kəmiyyəti elementin giriş;

y – kəmiyyəti isə elementin çıxış siqnalı adlanır.

Bəzi elementlərdə x kəmiyyəti giriş kəmiyətindən alınmış enerji hesabına y kəmiyyəti çevrilir.

Digər elementlərdə bu çevrilmə üçün z əlavə enerji mənbəyi lazım gəlir. Avtomatikanın bütün elementləri enerji çeviriciləridir. Onların girişinə x kəmiyyəti verilir, çıxışında isə y kəmiyyəti alınır.

Tənzim olunan parametrin verilmiş qiymətindən meyl etməsini (fərqlənməsini) hiss edən elementə ölçü elementi deyilir.

Tənzim olunan parametrin meyl etməsi nəticəsində siqnal alan və tənzimləmə obyektinə təsir göstərən elementə tənzimləyici element deyilir.

Tənzimləmə obyektinə təsir etməklə onda keçid prosesi əmələ gətirən xarici təsirə həyəcanlandırıcı təsir deyilir.

Tənzim olunan parametrin verilmiş qiymətini avtomatik sabit saxlayan yaxud verilmiş qanun üzrə dəyişdirən qurğuya tənzimləyici (requlyator) deyilir.

Bir-birilə qarşılıqlı təsirə malik olan və verilmiş tənzimləmə qanununun yerinə yetirilməsini təmin edən tənzimləmə obyekti ilə avtomatik tənzimləyicinin məz­mununa avtomatik tənzimləmə sistemi (ATS) deyilir.

Aşağıdakı şəkildə istilik mühərrikinin valının fırlanma sürətinin avtomatik tənzimləmə sistemi göstərilmişdir.
1 – yüklər;

2 – şaquli val;

3- mufta;

4 – cəftə;

5 – istilik mühərriki.
Şək.1. Yanmış buxar maşınının mərkəzdənqaçma tənzimçisinin (requlyatorun) sxemi

Texniki prosesi həyata keçirən vasitələrin məzmununa idarəolunan obyekt deyilir.

Hər hansı quruluşdakı yaxud sistemdəki texniki prosesi düzgün yerinə yetirmək üçün lazım olan qaydaların (qanunların) məzmununa işləmə alqoritmi deyilir.

Verilmiş işləmə alqoritmini yerinə yetirmək məqsədilə idarə olunan obyektə xaricdən edilən təsirin xarakterini təyin edən qaydaların (qanunların) məzmununa idarə alqoritmi deyilir.

İdarə alqoritminə (verilmiş qanuna) müvafiq olaraq idarə olunan obyektə təsir göstərən quruluşa avtomatik idarəedici quruluş deyilir.

Avtomatik sistemin bilavasitə xarici təsirə verilən hissəsinə giriş, işləmə alqoritminə müvafiq olaraq bilavasitə idarəetmə prosesini həyata keçirən hissəsinə çıxış deyilir.

Alqoritm, ilk verilənləri axtarılan nəticəyə çevirən əməliyyatların məzmun və ardıcıllığını təyin edən qaydalardır. Alqoritm sözü orta əsr özbək riyaziyyatçısı Əl-Xərəzmin adından əmələ gəlmişdir. Bir-birilə qarşılıqlı təsirə malik olan və verilmiş idarəetmə qanununun yerinə yetirilməsini təmin edən idarə olunan obyektlə avtomatik idarəedici quruluşun məzmununa avtomatik idarəetmə sistemi (AİS) deyilir.


Temperaturun avtomatik tənzimləmə sistemi
Avtomatikanın istənilən sadə və mürəkkəb qurğuları bir-birilə əlaqədar olan ayrı-ayrı elementlərdən ibarətdir.

Avtomatik sistemin, fiziki kəmiyyətin keyfiyyət yaxud miqdarca çevrilməsi baş verən hissəsinə avtomatikanın elementi deyilir.

Ayrı-ayrı qurğuların elementləri öz aralarında qarşılıqlı əlaqəyə malikdir. Odur ki, avtomatikanın elementlərinin ikinci vəzifəsi çevrilmiş təsiri əvvəlki bənddən sonrakı bəndə ötürməkdir.

Avtomatik tənzimləmə sisteminin ümumi element sxemi şək.1.-də göstərilmişdir.

Daxilində işçi prosesi tənzim olunan obyektə tənzimləmə obyekti deyilir.

Qiyməti qabaqcadan müəyyən edilmiş səviyyədə sabit saxlanılan və yaxud verilmiş proqram üzrə dəyişən kəmiyyətə tənzim olunana parametr deyilir.

Fiziki kəmiyyətlərin sabitliyi təmin olunursa, ona tənzimləmə deyilir.

Tənzim olunan parametrin verilmiş qiymətindən meyl etməsini hiss edən elementə ölçü elementi deyilir.



Şəkil 2. Avtomatik tənzimləmə sisteminin ümumi element sxemi.


XHT-xarici həyacanlandırıcı təsir; TO-tənzimləmə obyekti; OE-ölçü elementi; MO-müqayisə orqanı; TQ-tmşırıcı qurğu; Ç-çevirici; G-gücləndirici; İE-icra elementi; AT-avtomatik tənzimləyici; ATS- avtomatik tənzimləmə sistemi.

Tənzim olunan parametrin meyl etməsi nəticəsində siqnal alan və tənzimləmə obyektinə təsir göstərən elementə tənzimləyici element deyilir.

Giriş və çıxış kəmiyyətləri fiziki kəmiyyətcə eyni olub, giriş siqnalını gücləndirən elementə gücləndirici deyilir.

Nəzarət yaxud idarə olunan kəmiyyəti ötürmək və gələcəkdə emal etmək üçün əlverişli siqnala çevirən quruluşa çevirici deyilir.

İdarə olunan kəmiyyətin tələb olunan dəyişmə qanununu müəyyən edən qurğuya tapşırıcı element deyilir.

Tənzimləmə obyektinə təsir etməklə onda keçid prosesi əmələ gətirən xarici təsirə həyəcanlandırıcı təsir deyilir.

İdarə siqnalına müvafiq olaraq obyektin tənzimləyici elementinin yerini dəyişdirən quruluşa icar elementi deyilir.

Obyektə daxil olan enerjinin, yaxud materialın axınını dəyişmək yolu ilə idarəetmə obyektinə tənzimləyici orqanının köməyilə göstərən qurğuya icra mexanizmi deyilir.

Yənzim olunan parametrin verilmiş qiymətini avtomatik sabit saxlayan, yaxud verilmiş qanun üzrə dəyişdirən qurğuya tənzimləyici ( requlyator) deyilir.

Bir-birilə qarşılıqlı təsirə malik olan və verilmiş tənzimləmə qanununun yerinə yetirilməsini təmin edən tənzimləmə obyekti ilə tənzimləyiçinin məcmuuna avtomatik tənzimləmə sistemi (ATS) deyilir.



Şəkil 3. Sobada temperaturun avtomatik tənzimləmə sistemi.


QF-avtomat; KM-maqnit işə buraxıcısının dolağı; KV-aralıq relesi; BK-kontakt termometri; EK-elektrici qızdırıcı soba; 1-hərəktedən kontakt; 2-qayka; 3-yiv; 4-maqnit başlığı.
Yüklə 25,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə