Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


Təhlükəli yüklərin xüsusi daşınma şərtləri (1-ci, 7-ci siniflərdən və 6.2-ci yarımsinif yüklərdən başqa)



Yüklə 0,55 Mb.
səhifə9/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

2.2. Təhlükəli yüklərin xüsusi daşınma şərtləri (1-ci, 7-ci siniflərdən və 6.2-ci yarımsinif yüklərdən başqa)
Bu Qaydaların 2.1-ci bəndində göstərilən ümumi tələblərdən başqa, xüsusiyyətlərindən və təhlükə xarakterindən asılı olaraq təhlükəli yüklərin daşınması zamanı Azərbaycan Respublikasının «Texniki təhlükəsizlik haqqında», «Əhalinin radiasiya təhlükəsizliyi haqqında», «Ekoloji təhlükəsizlik haqqında» Qanunlarının və digər qanunvericilik aktlarının tələblərinə və aşağıda göstərilən xüsusi şərtlərə əməl edilməlidir.
Təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həll edilmiş qazlar (2-ci sinif)
2.2.1. Bu sinifdən olan maddələrə təzyiq altında sıxılmış, mayeləşdirilmiş və ya həll edilmiş şəkildə daşınan, həmişə təzyiq altında olan, möhkəm və kip bağlanan xüsusi qablara doldurulması tələb olunan qazlar aiddir.
Bu sinifdən olan maddələrin ümumi təhlükə xüsusiyyəti temperatur yüksəldikcə təzyiqin tez artmasıdır ki, bu da qabların zədələnməsi nəticəsində qaz olan qabın partlamasına gətirib çıxara bilər.
2.2.2. Təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həll edilmiş qazlar bu məhsul üçün standartlarda və ya texniki şərtlərdə nəzərdə tutulmuş, təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydalarının tələblərinə, cavab verən balonlarda, qablarda və ya xüsusi konteynerlərdə daşınır.
2.2.3. Yükgöndərən daşımaya təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həll edilmiş qazları yalnız ventilləri və özü tamamilə saz vəziyyətdə olan balonlarda verməlidir. Həmin balonlar müvafiq rəngdə olmalı və onların üzərində aşağıdakılar göstərilməlidir:
1) Dövlət standartı üzrə P19,6 MPA (200 kq s/sm2) olan qazlar üçün kiçik və orta həcmli polad balonlar. Texniki şərtlərə uyğun olaraq hər bir qaz növü üçün müəyyən edilmiş rəngli zolaqlar və yazılar;
2) yükgöndərənin və ya balonları dolduran zavodun plombları ilə plomblanmış qoruyucu qapaqlar;
3) qalınlığı 25 mm-dən az olmayan iki ədəd qoruyucu rezin halqalar;
4) təhlükə nişanları;
5) doldurma təlimatlarına əsasən balonların ventillərində boğucu qapaqlar.
2.2.4. Yükgöndərən balonları, qabları və xüsusi konteynerləri həmin məhsul üçün standartlarla və ya texniki şərtlərlə müəyyən edilmiş normadan artıq qazla doldurmamalıdır.
2.2.5. Zəhərli qazlar (2.2-ci yarımsinif), zəhərli tezalışan qazlar (2.4-cü yarımsinif) olan balon və qablar, həmçinin həmin qazlardan boşaldılmış balonlar yalnız vaqon göndərmələri ilə və ya konteynerlərdə daşınır.
2.2.6. Qaz olan balonlar üfüqi vəziyyətdə, qapaqları bir istiqamətdə yüklənir.
Vaqon göndərmələrində müstəsna hal kimi, qoruyucu qapaqları olmayan balonların yüklənməsinə yol verilir. Belə hallarda hər bir balon sıralarının arasına balonlar üçün yuvacıqlı taxta lövhə aralıqlar qoyulmalıdır. Balonlar (qablar) arasında aralıq kimi samandan, quru otdan və digər tezalışan və yanar materiallardan istifadə edilməsinə yol verilmir.
Balonlar şaquli vəziyyətdə o zaman yüklənə bilər ki, onların qoruyucu halqaları olsun və balonların yerindən tərpənməməsi və yıxılmaması üçün sıx yüklənsin. Yükün qapıya təzyiqinin istisna edilməsi üçün qapı yerləri qalınlığı 40 mm-dən az olmayan lövhələrlə mühafizə edilməlidir.
Tezalışan qazlar (2.3-cü yarımsinif), zəhərli tezalışan qazlar (2.4-cü yarımsinif) olan balonlar elə yerləşdirilməli və bərkidilməlidir ki, balonların bir-birlərinə və vaqonun metal hissələrinə toxunması mümkün olmasın.
2.2.7. Oksidləşdirici qazlar (təsnifat şifrləri 2121, 2125, 2221, 2223, 2243) olan balonların, mineral və bitki yağlarının izi olan vaqonlara yüklənməsinə yol verilmir.
2.2.8. Boşaldılmış balonlar (qablar, xüsusi konteynerlər) təhlükəli yük kimi, mayeləşdirilmiş və sıxılmış qazlar üçün müəyyən edilmiş şərtlərlə daşınmalıdır.
Yükgöndərən boş balonları (qabları, xüsusi konteynerləri) daşınmaya təqdim edərkən qaimənin «Yükün adı» sütununda » _________________________ (qazın adını göstərməklə) boşaldılmış balonlar» sözlərini qeyd etməlidir.
Balonlardakı (qablardakı, xüsusi konteyrnerlərdəki) qalan təzyiq, təzyiq altında işləyən qabların quruluşu və təhlükəsiz istismarı qaydaları ilə müəyyən edilmiş normalara müvafiq olmalıdır.
Boş balonlar (qablar, xüsusi konteynerlər) ventilləri bərk bağlı vəziyyətdə, qapaqları isə taxılmış şəkildə daşınır, kiçik göndərmələrlə daşınma zamanı onların üzərində «Boşdur» yazısı olmalıdır.
2.2.9. Fosgen və sabitləşdirilmiş xlorsian, həmçinin bu yüklərdən boşaldılmış qab yalnız ixtisaslaşdırılmış vaqonlarda daşına bilər və vaqonlar yükgöndərənin (yükalanın) mütəxəssislər briqadası ilə müşayiət edilməlidir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə