Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə



Yüklə 28,34 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü28,34 Kb.
#39379


Meşə təsərrüfatına dair bəzi normativ-hüquqi aktlar barədə 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

“Azərbaycan Respublikasının 1997-

ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin t

ətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-

ci il30 mart tarixli 693 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Na

zirlər Kabineti qərara alır: 

1.   “Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriya

dan başqa qoruyucu kateqoriyaya keçirilməsi Qaydası”, 

“Meşəqırma Qaydaları”, 

“Meşə fondunun dövlət uçotugöstəricilərinin Siyahısı” və meşə fondunun dövlət uçotu sənə

dlərinin formaları təsdiq edilsin (əlavə olunur). 

2.   “Meşələrin eroziya əleyhinə, xüsusi qiymətli meşə massivlərinə və digər qoruyucu ka

teqoriyalara aid edilməsi qaydası barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1979-

cu il 8 fevral tarixli 58 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin. 

3.   Bu Qərar imzalandığı gündən qüvvəyə minir. 



  

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 

Bakı şəhəri, 26 aprel 1999-cu il 

№ 70 

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR.

 

Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu 

kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi 

QAYDASI 

1.   Meşələrin  daşıdığı torpaqqoruyucu,  susaxlayıcı,  iqlimtənzimləyici,  kurort  və sair 

funksiyalar  nəzərə alınmaqla  meşə fondunun  qoruyucu  kateqoriyalara  aid  edilməsi, 

meşələrin  bir  qoruyucu  kateqoriyadan  başqa  qoruyucu  kateqoriyaya  keçirilməsi  bu  Qayda 

ilə tənzimlənir. 

2.   Azərbaycan 

Respublikasının 

meşə fondu 

dağ və düzən 

meşələrindən 

ibarətdir. İqtisadi  və ekoloji əhəmiyyətinə,  yerləşməsinə və yerinə yetirdiyi  funksiyalara 

görə respublikanın  meşə fondu  birinci  qrup  meşələrə aid  olub  aşağıdakı qoruyucu 

kateqoriyalara bölünür: 

qoruq meşələri; 

kurort meşələri; 

xüsusi qiymətli meşə massivləri

şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri; 

yabanı meyvə meşələri; 

dövlət qoruyucu meşə zolaqları; 

sair meşələr. 

Qoruq  meşələri —  meşə fondunun  tərkib  hissəsi  olmaqla  xüsusi  qorunma  və təsərrüfat 

aparılma  rejiminə malik,  nadir  bitki  və heyvanat  aləminin  və digər  təbii  komplekslərin 




saxlanılmasını,  artırılmasını və qorunmasını təmin  edən,  eyni  zamanda  bu  amillərin 

elmi əsaslarla dinamikasının öyrənilməsi məqsədilə yaradılan meşə sahələridir. 

Kurort meşələri — sağlamlıq ocaqlarının və istirahət yerlərinin ətrafındakı təbii amillərin 

qorunmasını və yaxşılaşdırılmasını təmin 

edən, ətraf 

mühitin çirklənməsinin 

və vaxtından əvvəl 

sıradançıxmasının 

qarşısını alan, əhalinin 

müalicəsi üçün əlverişli 

mikroiqlim şəraiti yaradan meşə sahələridir. 

Xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan 

nadir  meşələr,  yüksək  məhsuldarlığı və genetik  keyfiyyəti  ilə fərqlənən,  habelə estetik 

cəhətdən  nadir  mənzərəli  və xüsusi  torpaqqoruyucu,  susaxlayıcı,  sutənzimləyici  və digər 

qoruyucu əhəmiyyətli meşə sahələridir. 

Yabanı meyvə meşələri —  buraya  meşə fondu ərazisində təbii  bitən,  yaxud  süni  yolla 

yaradılmış,  tərkibində qiymətli  meyvə,  giləmeyvə və qərzəkli  ağac  və kol  cinsləri  olan 

meşələr,  meşə-bağlar,  bağlar  və həmin  cinslərdən  salınmış plantasiyalar  daxildir.  Bu 

meşə sahələrindən meşə toxumçuluğunda və yeyinti sənayesində də istifadə olunur. 

Dövlət  qoruyucu  meşə zolaqları —  xətti  qaydada  süni  salınmış iqlimtənzimləyici, 

torpaqqoruyucu  və susaxlayıcı funksiyaları yerinə yetirən  meşələr  bu  kateqoriyaya  aiddir. 

Qoruyucu  meşə sahələri  kənd  təsərrüfatı bitkilərini  külək  və su  eroziyasından  qoruyur, 

məhsuldarlığın artırılmasına imkan yaradır. 

Sair  meşələr —  bu  meşələrə yuxarıda  göstərilən  kateqoriyalara  aid  olmayan 

meşə sahələri  daxildir.  Bu  meşə sahələrində meşəbərpa  tədbirləri,  plantasiya  salınması, 

xidməti və sanitariya qırmalarıaparılması və sair meşə təsərrüfatı tədbirləri aparılır. 

3.   Meşə fondunun 

qoruyucu 

kateqoriyalara 

aid 


edilməsi, 

onların 


hüdudları meşə təsərrüfatı müəssisələrinin ərazilərində aparılan 

meşəquruluşu 

işləri, 

meşə monitorinqi 

müşahidələri 

və elmi-tədqiqat 

işləri əsasında 

və meşə ekosistemində gedən  dəyişiklikləri  nəzərə almaqla  Azərbaycan  Respublikasının 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  müəyyənləşdirilir  və müvafiq  qaydada 

Azərbaycan  Respublikasının  Elmlər  Akademiyası ilə,  habelə digər  aidiyyəti  təşkilatlarla 

razılaşdırılır  və təsdiq üçün  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə təqdim 

edilir. 


[1]

 

4.   Zəruri 



hallarda 

müvafiq 


qaydada 

qoruyucu 

kateqoriyalara 

aid 


edilmiş meşələrdə xüsusi  qoruyucu  meşə sahələri  (eroziyadan  mühafizə meşələri, çayların, 

göllərin  və digər  su  obyektlərinin  sahillərində olan  meşə sahələri,  dəmir  yollarının 

və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi 

və mədəni-tarixi əhəmiyyət  kəsb  edən  meşələr,  meşə-parklar,  seyrək  arid  meşələri,  ziyarət 

edilən yerlərin meşələri və s.) müəyyən edilə bilər. 

Xüsusi  qoruyucu  meşə sahələrinin  göstəriciləri  meşə quruluşu  işləri  və ya  xüsusi 

müşahidə materiallarına əsasən  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 

təsdiq edilir. 

5.   Meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi elmi-

tədqiqat,  meşə-quruluşu  təşkilatları və meşə təsərrüfatı müəssisələrinin  mütəxəssisləri 

tərəfindənəsaslandırılmış təkliflər əsasında  aparılır.  Təklifləri  hazırlamaq  və əsaslandırmaq 

məqsədilə müxtəlif 

qoruyucu 

kateqoriyalara 

aid 

edilmiş meşə sahələrinin 



tipik 

yerlərində nümunə sahələri  salınır.  Nümunəsahələrində ayrı-ayrı fəsillərdə uzunmüddətli 

(2—3  il ərzində)  meşə monitorinqi  müşahidələri  və hesablamaları aparılır.  Müşahidələr 

və hesablamalar aparılarkən aşağıdakı əsas müddəalar nəzərəalınmalıdır: 

meşələrdə antropogen təsirləri yaradan amillər

meşələrin cins tərkibinin dəyişməsi; 




meşələrdə kütləvi quruma hallarının, xəstəlik və ziyanvericilərin artması; 

yeraltı suların səviyyəsinin dəyişməsi; 

meşəquruluşu işlərinin aparılması; 

meşə altında yeniyetmələrin inkişaf dərəcəsi; 

meşələrin məhsuldarlığının aşağı düşməsi səbəbləri

digər amillər. 

Göstərilənlər  və meşə ekosistemində gedən  dəyişikliklər  nəzərə alınmaqla  Azərbaycan 

Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  meşələrin  bir  qoruyucu 

kateqoriyadan  başqa  qoruyucu  kateqoriyaya  keçirilməsi  barədə təkliflər  hazırlayır, 

onları müvafiq qaydada Azərbaycan Respublikasının Elmlər Akademiyası ilə digər aidiyyəti 

təşkilatlarla  və yerli  icra  hakimiyyəti  orqanları ilərazılaşdırır  və təsdiq üçün  Azərbaycan 

Respublikasının Nazirlər Kabinetinə təqdim edir. 

[2]

 

6.   Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qaydadan irəli 



gələn işlərin yerinə yetirilməsi məqsədilə müvafiq müşahidə və hesablama sənədlərini tərtib 

edir, onların istifadəsi üzrə təlimatlar hazırlayıb təsdiq edir. 

[3]

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR



 

 

Yüklə 28,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə