Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


II hissə. Təhlükəli yüklərin örtülü vaqonlarda və konteynerlərdə daşınması qaydaları



Yüklə 0,55 Mb.
səhifə5/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

II hissə. Təhlükəli yüklərin örtülü vaqonlarda və konteynerlərdə daşınması qaydaları
2.1. Təhlükəli yüklərin örtülü vaqonlarda və konteynerlərdə ümumi daşınma şərtləri
Qablar, bağlamalar və markalanma
2.1.1. Təhlükəli yüklər daşınmaya yükgöndərən tərəfindən bu məhsul üçün müəyyən edilmiş standartlarla, texniki şərtlərlə və ya «Təhlükəli yüklər, Qablar» üzrə Dövlət standartları ilə nəzərdə tutulmuş qablarda və bağlamalarda verilir.
Qab və bağlamalar möhkəm və saz olmalıdır, yükün sızması və səpələnməsi tam istisna edilməlidir, daşımanın təhlükəsizliyi və mühafizəsi təmin olunmalıdır. Qab və bağlamaların hazırlandığı material daxilində olan məhsula qarşı inersiyalı olmalıdır.
2.1.2. Tezalışan zəhərli, aşındırıcı, korroziyaedici qazlar və ya buxarlar ayıran, quruduqda partlayıcı və ya hava və su nəmliklə reaksiyaya girdikdə təhlükəli ola bilən yüklər, həmçinin, oksidləşdirici xüsusiyyətlərə malik olan maddələr hava ilə reaksiyaya girməməsi üçün hermetik qablara qablaşdırılmalıdır.
2.1.3. Şüşə qablardakı təhlükəli yüklər möhkəm (taxta, polimer, metal) yeşiklərdə qablaşdırılmalı, yeşiklərdəki boş yerlər isə yanmayan müvafiq aralıq və hopdurucu materiallar ilə doldurulmalıdır. Kiçik ölçülərdə bükülmüş və bu Qaydaların 2. 1. 43-cü bəndinə əsasən təhlükəsiz yüklər kimi daşınan məmulatların büzmələnmiş kartondan hazırlanmış yeşiklərdə qablaşdırılmasına icazə verilir. Yeşiklərin içlikləri, ara qatları, şəbəkələri, arakəsmələri, amortizatorları olmalıdır.
Yeşiklerin divarları ağzı bağlı butulkalardan və bankalardan 5 sm hündür olmalıdır. Şüşə qablarda təhlükəli yüklər kiçik partiyalarla göndərilərkən möhkəm bağlanmış taxta yeşiklərdə qablaşdırılmalıdır.
2.1.4. Metal və ya polimer bankalarda, bidonlarda və kanisterlərdə olan təhlükəli yüklər əlavə taxta yeşiklərə və ya şəbəkələrə qablaşdırılmalıdır.
2.1.5. Əgər standartlarla və məhsulun texniki şərtləri ilə kisələrə və büzmələnmiş kartondan olan yeşiklərə qablaşdırılması yol verilirsə, bu təhlükəli yüklər vaqon göndərmələri ilə daşınmalıdır.
Kiçik partiyalı göndərmələrlə daşınma zamanı kisələrdəki təhlükəli yüklər bərk nəqliyyat qabına (metal və ya faner barabanlara, çəlləklərə, taxta və ya metal qutulara) qablaşdırılmalıdır.
2.1.6. Maye şəklində olan təhlükəli yüklər daşınmaya verilərkən qab bu məhsul üçün standartlarla və ya texniki şərtlərlə müəyyən edilmiş normada doldurulmalıdır.
2.1.7. Bu Qaydaların 4 və 5 nömrəli əlavələrinə əsasən bir vaqonda birgə daşınmasına icazə verilən təhlükəli yüklər bir yük yerində birgə qablaşdırıla bilər. Bu zaman hər maddə onun üçün müəyyən olunmuş standartlara və ya texniki şərtlərə müvafiq şəkildə ayrı qablaşdırılır. Qablaşdırılmış maddələr özəkli möhkəm taxta qutularda yerləşdirilirlər. Qutunun dibi özəklər arasındakı, həmçinin qapağın altındakı boş yerlər, müvafiq yanmayan yumşaq qablaşma materialı ilə doldurulur. Qutu qapaq ilə möhkəm bağlanılır. Belə yerin brutto çəkisi 50 kq-dan artıq olmamalıdır.
Birgə qablaşdırılmış bütün maddələr qaimədə hər birinin çəkisi göstərilməklə adbaad qeyd edilməlidir.
2.1.8. Konteynerlərdə daşınmasına icazə verilən təhlükəli yüklər örtülü vaqonlarda daşınma zamanı olduğu kimi qablaşdırılır.
2.1.9. Vaqon göndərmələri ilə təhlükəli maye yüklər daşınarkən yükgöndərən ayrı-ayrı yük yerlərinin zədələnə bilməsi halını nəzərə alaraq vaqonlara yük yerinin 1%-dən az yer tutan boş yeşiklər qoymalıdır.
2.1.10. Təhlükəli yüklərin yük yerlərinə yüklərin daşınması qaydalarına və yüklərin markalanması üzrə Dövlət standartlarına müvafiq olaraq nəqliyyat markalanması vurulmalıdır.
2.1.11. Yükgöndərən hər bir yük yerinə bu Qaydaların 2. 1. 10-cu bəndində nəzərdə tutulan markalanmadan başqa yükün növünü, təhlükə dərəcəsini və aşağıda göstərilənləri özündə əks etdirən markalanma vurmalıdır:
a) əlifba göstəricisinə müvafiq olaraq Beynəlxalq və Dövlət standartları üzrə təhlükə nişanları (forması və təsviri bu Qaydaların 6 nömrəli əlavəsində göstərilmişdir);
b) əlifba göstəricisinə müvafiq olaraq yükün adı (bir yük yerində bir neçə təhlükəli yük birgə qablaşdırıldıqda hər yükün adı göstərilir);
c) təsnifat şifri;
ç) BMT-nin nömrəsi.
2.1.12. Təhlükə nişanları qutuların, qabların və nəqliyyat bağlamalarının hər üç səthinə (yan, tin və üst); çəlləklərin görünən dibinə və silindr hissəsinə, bağlamaların və topların tin və yan səthlərinə, qabın başqa növlərinə (balonlara və s.) — vaqonda yerləşdirilərkən görünən ən münasib yerlərə vurulur.
2.1.13. Kağızdan və kartondan düzəldilmiş təhlükə nişanları qaba yapışqanla yapışdırılır. Parçadan hazırlanmış təhlükə nişanları tikilir, fanerdən, metaldan, plasmassdan hazırlanmış nişanlar boltlar, şuruplar və mıxlar vasitəsi ilə, əgər digər bərkidilmə üsulu mümkün deyilsə, yük (balonlarla və s.) məftil vasitəsi ilə bərkidilir.
2.1.14. Qaba və bağlamalara nişanlar, bilavasitə trafaretlər boya ilə vurulur. Nişanın rəngi qabın və ya bağlamanın rəngi ilə eyni olarsa, nişan kontrast fona vurulur.
2.1.15. Təhlükə nişanları aşağıda göstərilənlərə bölünürlər:
a) təhlükə növünü xarakterizə edən əsas və yükün aid edildiyi sinifə (yarımsinifə) müvafiq təhlükə nişanları;
b) əlavə təhlükə növünü xarakterizə edən əlavə təhlükə nişanları.
Əgər yük bir neçə təhlükə növünə malikdirsə, yükgöndərən qabın üzərinə bu təhlükə növlərinə müvafiq bütün nişanları vurmalıdır.
2.1.16. Müxtəlif siniflərdən olan təhlükəli yüklər birgə qablaşdırılıbsa, yük yerinə hər bir yükə müvafiq təhlükə nişanları vurulmalıdır.
2.1.17. Təhlükəli yüklər nəqliyyat bağlamalarında daşınarsa və paketə vurulan nişanlar görünmürsə, təhlükə nişanları həm bağlamaya, həm də paketə vurulur.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə