Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 0,55 Mb.
səhifə10/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Tezalışan mayelər (3-cü sinif)
2.2.10. Bu sinifdən olan maddələrin əsas təhlükəsi alışma mənbəyinin (açıq alov, qığılcım, elektrik boşalması) qısamüddətli təsirindən alışan və hava ilə birgə partlayış təhlükəsi yaradan buxar ayırmasıdır. Bu mayelərin buxarları narkotik təsirə malik ola bilər. Bir çox mayelər və onların buxarı yüksək zəhərləyici maddələrdir.
2.2.11. Yüksək zəhərləyici və korroziyaedici, tezalışan mayelər (təsnifat şifrləri — 3121, 3122, 3221, 3222, 3141, 3241, 3231, 3241, 3242, 3131, 3323, 3333, 3343) yalnız vaqon göndərmələri ilə daşınır.
2.2.12. Akrilonitril, sulfid-karbon, etilmerkaptan, izopropilnitrat, samin, həmçinin bu yüklərdən boşaldılmış qab yalnız ixtisaslaşdırılmış və ya yükgöndərənlər (yükalanlar) tərəfindən icarəyə götürülmüş vaqonlarda daşınır. Bu yüklər üçün nəzərdə tutulmuş vaqonlar yükgöndərən tərəfindən sarı rənglə rənglənməlidir.
Yuxarıda göstərilən yüklər daşınmaya standart çəlləklərdə kip və plomblanmış vəziyyətdə təqdim edilməlidir. Çəlləklər vaqonlara yalnız bir lay, tıxacları yuxarı vəziyyətdə yüklənir.
İzopropilnitrit və saminin daşınması üçün vaqonlar həm yüklü, həm də boş vəziyyətdə yükgöndərənin (yükalanın) mütəxəssislər briqadasının müşayiəti ilə hərəkət edə bilər.
2.2.13. Örtülü vaqonlarda yalnız kimyəvi cəhətdən təmiz metanol şüşə qablarda və bu məhsul üçün standartlarla və texniki şərtlərlə nəzərdə tutulmuş qablarda daşına bilər.
Metanol ixtisaslaşdırılmış və ya yükgöndərənin (yükalanın) icarəyə götürdüyü vaqonlarda daşınır, qapının mərkəzi hissəsində təhlükə nişanının üstündə «Metanol» sözü yazılmalıdır. Yükün iki yarusla daşınması üçün vaqon yükgöndərən tərəfindən daimi döşənək ilə təchiz edilməli və sarı rənglə boyanmalıdır. Qab təsadüfən zədələnərkən yükün vaqondan sızmasının qarşısını almaq məqsədi ilə vaqonun döşəməsinə yükləməyə qədər 100 mm-dən az olmayan hündürlükdə quru qum səpilməlidir. Qumun çölə tökülməməsi üçün kuzanın bütün perimetri boyu, o cümlədən qapıarası məsafə üzrə vaqonun döşəməsinə 150 mm hündürlükdə planka vurulmalı və ya digər üsulla möhkəm bərkidilməlidir.
Qablaşdırılmış metanol mütləq dəmir yolunun hərbiləşdirilmiş mühafizəsinin müşayiəti ilə daşınmalıdır.
2.2.14. Qablarda benzin daşınarkən yükgöndərən qaimənin «Yükün adı» sütununda «Etilləşdirilməmiş motor benzini» və ya «Etilləşdirilmiş benzin» sözlərini qeyd etməlidir. Etilləşdirilmiş benzinin qabda daşınmasına yalnız səlahiyyətli texniki nəzarət və dövlət sanitariya nəzarəti orqanının icazəsi olduqda və bu icazədə göstərilən şərtlərə əməl olunduqda yol verilir.12
2.2.15. Lyuminal A, heptil, T-185 məhsulu, diran A, həmçinin bu yüklərin boş qabları yalnız yükgöndərənin (yükalanın) ixtisaslaşdırılmış vaqonlarında daşına bilər.
Bu yüklərin daşınması üçün nəzərdə tutulmuş həm boş, həm də yüklü vaqonlar yükgöndərənin (yükalanın) mütəxəssislər briqadasının müşayiəti ilə hərəkət etməlidir.
Göstərilən yüklər yükgöndərənin (yükalanın) xüsusi qablarında daşınırlar.
2.2.16. Plastifikator və sintin yalnız yükgöndərənin (yükalanın) ixtisaslaşdırılmış vaqonlarında və onlar tərəfindən icarəyə götürülmüş vaqonlarda daşınır.
2.2.17. 3-cü təhlükə sinfinə aid edilmiş pestisidlər bu Qaydaların 2.2.47-ci bəndində müəyyən edilmiş şərtlərlə daşınır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə