Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


Daşıma zamanı vaqonlara, konteynerlərə və onlarda təhlükəli yüklərin yerləşdirilməsinə olan tələblər



Yüklə 0,55 Mb.
səhifə6/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Daşıma zamanı vaqonlara, konteynerlərə və onlarda təhlükəli yüklərin yerləşdirilməsinə olan tələblər
2.1.18. Təhlükəli yüklərin daşınması üçün dəmir yolu parkının örtülü vaqonlarından, yükgöndərənlərin (yükalanların) ixtisaslaşdırılmış vaqonlarından və ya dəmir yolu parkından xüsusi ayrılmış və yükgöndərənlər (yükalanlar) tərəfindən icarəyə götürülmüş ixtisaslandırılmış vaqonlardan istifadə edilə bilər.
Əlifba göstəricisində adları çəkilən bəzi təhlükəli yüklərin açıq hərəkət tərkibli (yarımvaqonlar və ya platformalar) və dəmir yolu parkının universal konteynerləri vasitəsilə daşınmasına yol verilir. Bu zaman bu Qaydaların 2. 2. 23-cü bəndinin tələbinə əməl olunmalıdır.
Təhlükəli yüklərin daşınması üçün yükgöndərənlər (yükalanlar) bu məhsul üçün standartlara və texniki təhlükəsizlik tələblərinə müvafiq olaraq nəzərdə tutulmuş xüsusi konteynerlərdən istifadə edə bilərlər.
Təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış vaqonların və konteynerlərin konstruksiyası və parametrləri standartların və texniki təhlükəsizlik şərtlərinin tələblərinə müvafiq olmalı və yükün mühafizəsini və daşınmanın təhlükəsizliyini təmin etməlidir.
3, 5, 6, 8-ci sinif təhlükəli maye yüklərin daşınması üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış konteyner-sisternlərdə (bundan sonra konteyner-sisternlər) aşağı boşaltma cihazı olmamalıdır və Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş konteyner-sisternin dövri olaraq müayinədən keçirilməsini və onda konkret təhlükəli yükün daşınmasının mümkünlüyünü təsdiq edən sertifikat olmalıdır.
Təhlükəli yüklərin daşınmasına icazə verilən vaqonların növü və konteynerlərin tipi əlifba göstəricisində göstərilmişdir.
2.1.19. Təhlükəli yüklərin daşınması üçün nəzərdə tutulmuş vaqon və konteynerlər Dövlət Dəmir Yolunun «Texniki istismar Qaydaları» ilə nəzərdə tutulmuş nişan və yazılardan başqa, yükün Əlifba göstəricisinə əsasən, təhlükə xarakterinə müvafiq olan təhlükə nişanına və daşınan yükün BMT-nin nömrəsinə malik olmalıdır.
Yükgöndərənlər təhlükə nişanlarını vaqonlara yüklərin vaqon göndərməsi zamanı vururlar.
Təhlükə nişanlarının və BMT nömrələrinin vaqon və konteynerlərə vurulması qaydası bu Qaydalara 6 nömrəli əlavədə göstərilmişdir.
2.1.20. Təhlükəli yüklərin yüklənməsi üçün verilmiş vaqon və konteynerlər əvvəl daşınmış yüklərdən təmizlənməli və saz vəziyyətdə olmalıdır.
Təhlükəli yüklərin daşınması zamanı istifadə olunan universal konteynerlər yalnız metaldan olmalıdır.
Bütün vaqon və konteynerlərin təhlükəli yüklərin daşınması üçün kommersiya cəhətdən yararlı olmasını yükgöndərənlər müəyyən edirlər. Fövqəladə Hallar Nazirliyi tərəfinden texniki müayinədən keçməmiş vaqon və konteynerləri təhlükəli yüklərlə yüklənməyə verilməsinə və bu yüklərin daşınması üçün yararlı hesab edilməsinə yol verilmir. Vaqonların və konteynerlərin müayinəsi boş vəziyyətdə yükləmə başlandığı gün həyata keçirilir. Müayinənin nəticəsi VU-14 formalı xüsusi jurnalda qeyd edilir və daşınması bu vaqonda və ya konteynerdə nəzərdə tutulmuş yükün adı göstərilir.9
Plan təmirinə 15 gündən az bir müddət qalmış vaqonların təhlükəli yüklərin yüklənməsi üçün ayrılmasına icazə verilmir.
Yükgöndərənə (yükalana) mənsub olan və ya onlar tərəfindən icarəyə götürülmüş hərəkət düzümünün, işlək hərəkət hissələrinin, təkər cütlərinin, buks qovşağının, vaqon ramasının, tormoz və zərbə dartı qurğularının texniki müayinəsi və yararlılığının müəyyən edilməsi dəmir yolunun vaqon təsərrüfatı işçiləri tərəfindən yükgöndərənin stansiya rəisinə yazılı şəkildə və ya qeydiyyatdan keçən telefonoqram vasitəsilə verdiyi sifarişi əsasında həyata keçirilir.
İxtisaslaşdırılmış vaqonların banlarının (kuzovlarının), konteynerlərin gövdəsinin, həmçinin onların armaturlarının və avadanlıqlarının texniki vəziyyətlərinin təhlükəli yüklərin daşınması üçün yararlı olması yükgöndərən tərəfindən müəyyən edilir.
Yükgöndərən ona mənsub olan və ya icarəyə götürdüyü vaqon və ya konteyner-sisternaya təhlükəli yükün hər dəfə yüklənməsi əməliyyatından əvvəl stansiyanın və vaqon deposunun işçilərinə vaqonun və ya konteyner-sisternin, onların armaturu və avadanlığı da daxil olmaqla, texniki vəziyyəti haqqında bu yükün daşınma təhlükəsizliyinə zəmanət verən şəhadətnamə təqdim etməlidir (9 nömrəli əlavə). Şəhadətnamənin nömrəsi vaqon təsərrüfatının işçiləri tərəfindən VU-14 formalı kitabda qeyd edilir, yükgöndərən isə qaimənin arxa tərəfindəki 4-cü sütunda — «Vaqon (konteyner-sistern), onun armaturu və avadanlığı saz vəziyyətdədir və müəyyən edilmiş tələblərə müvafiqdir» sözlərini qeyd etməlidir.
2.1.21. Vaqonlar vaqon baxıcısı olmayan dalan yollarına ikiqat əməliyyatlar edilməsi üçün verildikdə, həmçinin təhlükəli yüklər vaqon təsərrüfatının işçiləri olmayan stansiyalarda yüklənərkən vaqonların müayinə edilməsi və hazırlanması qaydaları, habelə hazırlanmış vaqonların yükləmə məntəqəsinə göndərilməsi qaydası "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri tərəfindən müəyyən edilir.
2.1.22. Yükgöndərənə (yükalana) mənsub olan ixtisaslaşdırılmış vaqonlar və ya yükgöndərən (yükalan) tərəfindən icarəyə götürülmüş dəmir yollarının vaqon parkından xüsusi ayrılmış vaqonlar daimi yükləmə (boşaltma) stansiyalarına təhkim edilməlidirlər. Həmin vaqonlarda yalnız onlarda daşınması nəzərdə tutulmuş təhlükəli yüklərin daşınmasına icazə verilir.
İxtisaslaşdırılmış və icarəyə götürülmüş vaqonlarla daşınan yüklər boşaldıldıqdan və qalıqlardan təmizləndikdən sonra həmin vaqonların boş qablarından yükalan tərəfindən bu təhlükəli yüklərin yükgöndərənin ünvanına bu Qaydaların 2. 1. 48-ci bəndində göstərilən şərtlərlə daşınması üçün istifadə edilə bilər.
Xüsusi və icarəyə götürülmüş vaqonların yüklənməsi və boşadılması dalan yollarında həyata keçirilir. Bu vaqonlarda yüklərin daşınmasına yalnız vaqon göndərmələrində icazə verilir.
2.1.23. Yükgöndərənə (yükalana) mənsub olan vaqonlar yüklərin bərkidilməsi üçün bütün mexanizmlərlə təchiz edilməli və belə vaqonların istismarı üzrə təlimata əsasən bütün vasitələrlə təmin edilməlidir.
2.1.24. İcarəyə götürülmüş vaqonlar yükgöndərənin (yükalanın) gücü və vəsaitləri ilə daşınması nəzərdə tutulmuş yüklərin daşınma şərtlərinə müvafiq olaraq təchiz edilir.
Əgər vaqonlar konkret yüklər və ya yüklər qrupu üçün icarəyə götürülübsə, bu halda yükgöndərən (yükalan) təhlükə nişanının üstündə yükün və ya yük qrupunun adını yazır (hərflərin hündürlüyü 15 sm. olmalıdır).
Təhlükə nişanının altında qapının bütün eni boyunca qara boya ilə «Başqa yüklər ilə yükləmək olmaz» və ya «Yalnız təhkim edilmə stansiyasında yüklənməlidir» sözləri yazılır (hərflərin hündürlüyü 10 sm. olmalıdır), qapıdan sol tərəfdə «İcarəyə götürülmüşdür (icarəçinin adı göstərilir), «Təcili (stansiyanın adı və təhkim edilmiş yol göstərilir) stansiyasına qaytarılmalıdır» sözləri qeyd edilir.
2.1.25. Dəmir yollarının ümumi parkının konteynerlərindən və vaqonlarından təhlükəli yüklər boşaldıldıqdan sonra yükalanlar konteynerləri və ya kuzovu müayinədən keçirməli, daşınan yüklərin və zibilin qalıqlarını texniki təhlükəsizlik tədbirlərinə əməl etməklə yığmalı və atmalı, zəruri hallarda isə onları yumalı, zərərsizləşdirməli, vaqon və konteynerlərdən təhlükə nişanlarını çıxarmalıdır.
2.1.26. Bu Qaydaların 2 nömrəli əlavəsinin 3-cü və 7-ci sütunlarında göstərilən zəhərli və aşındırıcı xassələrə malik olan maddələrin vaqon göndərmələrində yükalan insanların, heyvanların zəhərlənməsinin və yüklərin çirklənməsinin qarşısını almaq məqsədilə boşaltmadan sonra öz gücü və vəsaitləri ilə vaqonları daşınan yüklərin qalıqlarından təmizləməli, qaynar su ilə yumalı, zəruri hallarda isə onları ekoloji cəhətdən təhlükəsiz üsullar ilə zərərsizləşdirməlidir.
Zəhərli və aşındırıcı maddələrin boşaldılmasından sonra vaqonların yuyulması və zərərsizləşdirilməsi stansiya rəisinin, vaqonun yuyulmasına və zərərsizləşdirilməsinə cavabdeh olan yükalanın nümayəndəsinin iştirakı ilə dəmir yolu nəqliyyatında texniki təhlükəsizlik və dövlət sanitariya nəzarəti orqanlarının nümayəndələri tərəfindən yoxlanılır.
Vaqon yuyulduqdan və zərərsizləşdirildikdən sonra yükalanın vaqonun təmizlənməsi üçün məsul nümayəndəsi vaqonların zərərsizləşdirilməsi, yuyulması və onlardan insanların, heyvanların, yemin, ərzaq məhsullarının və digər yüklərin daşınmasının mümkün olması haqqında texniki və dövlət sanitariya nəzarəti orqanlarının nümayəndəsinin təsdiq etdiyi xüsusi arayışı stansiyaya təqdim etməlidir. Həmin arayış stansiyanın işlərində saxlanılır. Zərərsizləşdirmə və yuyulma haqqında arayış olmadıqda, vaqonlar stansiya tərəfindən qəbul edilmir.10
2.1.27. Yükləmə məntəqələrinə təhkim edilmiş ixtisaslaşdırılmış və icarəyə götürülmüş vaqonlar boşaltmadan və onlardan daşınan yüklərin qalığı təmizləndikdən sonra yükalan avadanlıqla birgə öz plombları ilə tam daşıma sənədləri üzrə onları təhkim edilmiş stansiyaya göndərməlidir.
Bütün belə vaqonların yüklənməsi, boşaldılması, zərərsizləşdirilməsi üzrə işlər yükgöndərənin (yükalanın) gücü və vəsaitləri ilə həyata keçirilir. Belə vaqonlar təmirə göndərilərkən yükgöndərənin (yükalanın) gücü və vəsaitləri ilə zərərsizləşdirilməli və yuyulmalıdır. Belə halda vaqonların zərərsizləşdirilməsinə nəzarət və arayışın verilməsi bu Qaydaların 2. 1. 26-cı bəndinə müvafiq olaraq həyata keçirilir.
İcarə müddəti başa çatdıqdan sonra icarəçi (yükgöndərən və ya yükalan) öz gücü və vəsaitləri ilə vaqonları zərərsizləşdirməli, təhlükə nişanlarını çıxartmalı, trafaretləri rəngləməlidir. Zərərsizləşdirmənin yoxlanılması və arayışın verilməsi bu Qaydaların 2. 1. 26-cı bəndinə müvafiq həyata keçirilir. Yalnız bundan sonra vaqonlar stansiya tərəfindən qəbul edilir və digər yüklərin daşınması üçün istifadə edilir.
2.1.28. Xüsusi konteynerlər yüklü, eləcə də boş vəziyyətdə daşınarkən onların üst səthində təhlükəli yüklərin izi və ya qalığı olmamalıdır.
2.1.29. Təhlükəli yüklər boşaldılmış xüsusi konteynerlər daşımaya verilərkən yükalan, yüklü konteynerdə olduğu kimi, qapıların möhkəm bağlanmasını, yüklərin və digər bağlayıcı qurğuların möhkəmliyini təmin etməlidir.
2.1.30. Bayır tərəfdən və daxildən təmizlənmiş, yuyulmuş xüsusi boş konteynerlər qaytarılarkən yükgöndərən, qaimənin «Yükün adı» sütununda «(daşınan yükün adı göstərilməklə) boşaldılmış boş konteyner təmizlənmişdir, yuyulmuşdur, təhlükəsizdir» sözlərini qeyd edir.
2.1.31. Qalıqların və ya daşınan yükün qalıqları olan boş xüsusi konteynerlərin qaytarılması həmin konteynerlərin daşınan yük üçün və ya məhsulun normativ - texniki sənədlərilə nəzərdə tutulmuş və bu Qaydalarla müəyyən edilmiş şərtlər əsasında həyata keçirilir.11
Qaimənin «Yükün adı» sütununda yükgöndərən «(daşınan yükün adı göstərilməklə) boşaldılmış konteyner» qeydini edir və daşınan yük üçün bu Qaydalarla nəzərdə tutulmuş təhlükə haqqında ştempel vurur, qəza kartoçkasını (QK) əlavə edir və ya onun nömrəsini göstərir.
2.1.32. Təhlükəli yüklərin örtülü vaqonlarda və konteynerlərdə, həmçinin təhlükəli yüklə yüklənmiş konteynerlərin açıq hərəkət tərkibində yerləşdirilməsi və bərkidilməsi «Yüklərin yüklənməsinin və bərkidilməsinin texniki şərtləri»nə və «Yüklərin daşınma qaydaları»na müvafiq şəkildə həyata keçirilir. Təhlükəli yüklərin xüsusi konteynerlərdə yerləşdirilməsi və bərkidilməsi üsulları yükgöndərən tərəfindən tərtib olunur və təsdiq edilir. Bu üsullar «Yüklərin yüklənməsinin və bərkidilməsinin texniki şərtləri»nin və «Yüklərin daşıma qaydaları»nın tələblərinə müvafiq olmalıdır.
Yüklərin vaqonlarda və konteynerlərdə bərkidilməsi üçün istifadə edilən materiallar daşınan təhlükəli yüklərə münasibətdə inersiyalı olmalıdır.
Bir sıra təhlükəli yüklərin yerləşdirilməsi və bərkidilməsi üzrə xüsusi tələblər bu Qaydaların 2. 2-ci bəndində göstərilmişdir.
2.1.33. Təhlükəli yüklərin bir neçə laylarla yığılması zamanı yük qalaqlarının dayanaqlığını təmin etmək və qabların zədələnməsinin qarşısını almaq məqsədilə laylar arasına qalınlığı 20 mm-dən az olmayan lövhələrdən hazırlanmış döşənəklər qoyulur.
2.1.34. Vaqonların (konteynerlərin) təhlükəli yüklərin daşınması üçün yanğından mühafizəyə münasib olaraq hazırlanması bu Qaydalarla nəzərdə tutulmuş hallarda, 7 nömrəli əlavəyə uyğun olaraq yerinə yetirilir.
2.1.35. Vaqonların (konteynerlərin) konkret təhlükəli yükün daşınması üçün partlayışdan və yanğından mühafizə cəhətdən seçilməsi və hazırlanması yükgöndərən tərəfindən həyata keçirilir. Bu zaman yükgöndərən vaqonun (konteynerin) bərkidilməsi üçün istifadə edilən materiallar ilə daşınan yükün uyğunlaşma tələblərinə müvafiq olmasını yoxlamalıdır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə