Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 0,55 Mb.
səhifə2/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

1.2. Təhlükəli yüklərin təsnifatı
1.2.1. Təhlükəli yüklərə xas olan xüsusiyyətlər daşınma prosesində, yükləmə-boşaltma işlərinin həyata keçirilməsində və saxlanmasında ətraf mühitə zərər vura bilən, partlayışa, yanğına və ya nəqliyyat vasitələrinin, qurğuların, binaların və tikililərin zədələnməsinə, həmçinin, insanların, heyvan və quşların zəhərlənməsinə, xəstələnməsinə, zədə almasına və ölümünə səbəb ola bilən maddələrə, materiallara, məmulatlara, məhsullara və təhlükə potensiallı tullantılara aiddir.
1.2.2. Təhlükəli yüklər BMT-nin Beynəlxalq Sazişlərinə, konvensiyalarına, məcəllələrinə və Dövlət standartlarına müvafiq olaraq aşağıdakı siniflərə bölünürlər:

    • 1-ci sinif — partlayıcı materiallar (PM);

    • 2-ci sinif — təzyiq altında sıxılmış, mayeləşdirilmiş və həll edilmiş qazlar;

    • 3-cü sinif — tezalışan mayelər (TAM);

    • 4-cü sinif — tezalışan bərk maddələr (TBM); öz-özünə alışan maddələr (ÖM); su ilə əlaqəyə girdikdə alovlanan qazlar ayrılan maddələr;

    • 5-ci sinif — oksidləşdirici maddələr (OM) və üzvü peroksidlər (ÜP);

    • 6-cı sinif — zəhərli maddələr (ZM) və yoluxucu maddələr (YM);

    • 7-ci sinif — radioaktiv materiallar (RM);

    • 8-ci sinif — aşındırıcı və (və ya) korroziyaedici maddələr (AKM);

    • 9-cu sinif — alışan maddə və materiallar, müəyyən şəraitdə zəhərləyici və korroziyaedici xarakterli, zəif zəhərli təzyiq altında olan maddələr.

Ayrı-ayrı sinifdən olan təhlükəli yüklər onlara xas olan fiziki-kimyəvi xüsusiyyətlərinə, növlərinə və daşınma zamanı təhlükə dərəcəsinə görə bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən yarımsiniflərə, kateqoriyalara və qruplara bölünür.
1.2.3. Təhlükəli yüklərin müəyyən bir sinifə, yarımsinifə, dərəcəyə və qrupa aid edilməsi, Beynəlxalq və Dövlət standartına müvafiq olaraq həyata keçirilir (bax. 1 nömrəli əlavəyə). Birdən çox təhlükə növünə xas olan təhlükəli yükün sinifi (yarımsinifi) təhlükə növlərinin birincilik cədvəlinə (Dövlət standartına) müvafiq qaydada müəyyən edilir. Belə yüklər üçün həm birincilik təhlükə sinifləri, həm də əlavə təhlükə sinifləri üçün müəyyən edilmiş tələblərə əməl edilməlidir.
Təhlükəli yüklərin daşınması, göndərilməsi və alınması ilə məşğul olan hüquqi, vəzifəli və fiziki şəxslər Respublikanın müvafiq qanunvericilik aktlarının, lisenziya şərtlərinin və texniki təhlükəsizlik üzrə normativlərin tələblərinə əməl etməyə borcludurlar.6

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə