Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


Tezalışan bərk maddələr, öz-özünə alışan maddələr və su ilə əlaqəyə girdikdə tezalışan qazlar ayrılan maddələr (4-cü sinif)



Yüklə 0,55 Mb.
səhifə11/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Tezalışan bərk maddələr, öz-özünə alışan maddələr və su ilə əlaqəyə girdikdə tezalışan qazlar ayrılan maddələr (4-cü sinif)
2.2.18. Bu sinifdən olan maddələr və materiallar su ilə və ya havanın rütubəti ilə əlaqəyə girdikdə, xarici alışma mənbələrindən, öz-özünə baş verən kimyəvi reaksiyalardan, həmçinin daşınma zamanı qızdıqda tez alışırlar.
4-cü sinifdən olan maddələr üç yarımsinifə bölünürlər:
4.1. — tezalışan bərk maddələr;
4.2. — öz-özünə alışan maddələr;
4.3. — su ilə əlaqəyə girdikdə alovlanan qazlar ayrılan maddələr.
Hər bir yarımsinif üçün özünə məxsus təhlükə nişanları müəyyən edilmişdir.
Tezalışan bərk maddələr (4.1-ci yarımsinif)
2.2.19. 4.1-ci yarımsinifə aşağıdakılar aiddir:
a) aşağı enerjidə alışma mənbələrinin (şam alovu, qığılcım, közərən siqaret və s.) qısa müddətli (30 saniyəyə qədər) təsirindən alışma qabiliyyətli tezalışan bərk maddələr və materiallar;
b) hava temperaturu daxil olmadan ekzotermik parçalanmaya meyilli olan və parçalanmanın temperaturu 65 °C-dən çox olmayan maddələr;
c) sürtünmə nəticəsində alovlanan bərk maddələr və məmulatlar.
2.2.20. Partlayıcı tezalışan bərk maddələr (təsnifat şifrləri 4152, 4153, 4172) daşınmaya ancaq hermetik qabda təqdim edilir.
2.2.21. Kinofilmlər, kino lentləri və fotoqrafiya lentləri dəmir yolu nəqliyyatı ilə daşınma zamanı ancaq aşağıda göstərilən üsulla qablaşdırılmalıdırlar:
a) hər bir lent rulonu ağ rəngli tənəkədən hazırlanmış qapağı möhkəm bağlanan qutulara qoyulmalıdır;
b) qutular qapaqlı dəmir yeşiklərə sıx yerləşdirilir və yeşiklər yükgöndərən tərəfindən plomblanır.
Tezalışmayan (asetat və triasetat) lentlər və ensiz lentli kinofilmlər daşınarkən, bu barədə yükgöndərən qaimədə qeyd etməlidir. Qabların üzərinə «Kino lenti» və ya «Fotoqrafiya lenti», «Tezalışmayandır» sözləri dəqiq yazılmalıdır.
Köhnə, istifadə edilmiş lentlər dəmir yeşiklərdə və ya metal çəlləklərdə daşınırlar.
2.2.22. Sellüloiddən hazırlanmış məmulatlar universal konteynerlərdə istehlakçı qabında daşına bilər.
Təhlükəsiz kibritlərin ancaq faner yeşiklərdə paketləşdirilmiş şəkildə kiçik göndərmələrlə daşınmasına yol verilir.
2.2.23. Universal konteynerlərdə və örtülü vaqonlarda kükürd bu Qaydaların 7 nömrəli əlavəsinin tələblərinə müvafiq olaraq nəqliyyat qabında daşınır.
2.2.24. Təsnifat şifri 4113 olan tezalışan materiallar — pambıq mahlıc, pambıq lif, nutlif, daranmış kətan, quru lif, daranmış iplik, iplik, daranmış kəndir, saman, sıxılmış saman, sıxılmış quru ot — bu Qaydaların 7 nömrəli əlavəsində göstərilən qaydalara əməl etməklə daşınır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə