Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


Təhlükəli yüklərin daşınmaya qəbulu və verilməsi



Yüklə 0,55 Mb.
səhifə7/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Təhlükəli yüklərin daşınmaya qəbulu və verilməsi
2.1.36. Təhlükəli yüklər daşınmaya qeyri-ümumi istifadə yerlərində təqdim edilir. Təhlükəli yüklərin bu qayda ilə qəbulu həm ümumi, həm də qeyri-ümumi istifadə yerlərində həyata keçirilən kiçik və konteyner göndərmələrinə aid edilmir.
2.1.37. Ümumi istifadə yerlərində təhlükəli yüklərin qəbulu və verilməsi bir qayda olaraq «avtomobil-vaqon», «vaqon-avtomobil» variantı üzrə stansiyanın və yükgöndərənin bilavasitə nəzarəti altında həyata keçirilir.
2.1.38. Təhlükəli yük (kiçik qablarda olan yüklərdən başqa) əlifba göstəricisində göstərilən konkret göndərmə növləri ilə daşınmaya təqdim edilə bilər.
2.1.39. Təhlükəli yükün kiçik göndərmələrlə qəbulu zamanı əgər bir yerdə belə qabların və ya markalanmanın bu Qaydalara müvafiq olmaması, qablaşmanın zədələnməsi, yükgöndərən tərəfindən yükün çəkisinin səhv göstərilməsi aşkar edilərsə, bu göndərmə daşınmaya qəbul edilmir və bu barədə ümumi formalı akt tərtib edilir.
Yükgöndərən qəbul edilməyən yükü dərhal stansiyadan çıxarmalıdır.
2.1.40. Təhlükəli yüklə yüklənmiş vaqonlar gəldikdə, onlar yükalanlar və limanlar tərəfindən öz dalan yollarına qəbul edilməlidirlər.
Yükalan təhlükəli kiçik yüklü göndərmələrin və konteynerlərin gəlməsi haqqında bildiriş alındığı andan 24 saat ərzində onları stansiyadan çıxarmalıdır.
Yükalan onun ünvanına gəlmiş təhlükəli yükün qəbulundan imtina edə bilməz.
Təhlükəli yüklərin birgə daşınması
2.1.41. Müxtəlif təsnifatlı, həmçinin bəzi eyni təsnifat şifrli, lakin bu Qaydaların 4 nömrəli əlavəsinə əsasən birgə daşınmasına icazə verilməyən təhlükəli yüklərin bir vaqon və ya konteynerə yüklənməsinə yol verilmir.
Təhlükəli yüklərlə təhlükəsiz yüklərin bir vaqonda və ya konteynerdə birgə daşınması bu Qaydaların 5 nömrəli əlavəsinə müvafiq olaraq həyata keçirilir.
2.1.42. Müstəsna hal kimi 3-cü sinifdən olan tezalışan maddələrin və tibb, veterinar, laboratoriya əmlakının komplektinə daxil olan 8. 1-ci yarımsinif turşuların vaqon-göndərmələri ilə birgə daşınmasına icazə verilir.
Tezalışan mayelər kip bağlanan qablara qablaşdırılmalı (şüşə qabın tutumu 1 litrdən artıq olmamalıdır) və yuvacıqları qutunun hündürlüyü boyda olan möhkəm taxta qutulara yerləşdirilməlidir. Zəruri hallarda qutularda horizontal sıra qatları və amortizatorlar olmalıdır. Yuvacıqlardakı və qutunun qapağının altındakı boşluq yanmayan ara qatı materialı ilə doldurulur.
Turşu doldurulmuş şüşə qab qoruyucu qapaqlarla bərkidilmiş şüşə tıxaclarla kip bağlanmalı və yuvacıqlı möhkəm taxta qutulara yerləşdirilməlidir. Yeşiklərin yuvacıqları yumşaq, yanmayan materiallar (şlak-pambıq, kizelqur və s.) ilə döşənməlidir. Turşuların qablaşdırılması zamanı kağızdan, taxta qırıntılarından, samandan və başqa tezalışan və yanan maddələrdən istifadə edilməsinə yol verilmir. Yeşiyin brutto çəkisi 50 kq-dan artıq olmamalıdır.
Turşu ilə olan yük vaqonlara yükləmə zamanı tezalışan və yanan materiallar olan qutuların əks tərəfində yerləşdirilir. Bütün yerlər bir-birinə sıx qoyulmalı və möhkəm bərkidilməlidir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə