Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


Kiçik qablarda təhlükəli yüklərin daşınması



Yüklə 0,55 Mb.
səhifə8/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Kiçik qablarda təhlükəli yüklərin daşınması
2.1.43. Kiçik, yəni netto çəkisi 1 kq-dan və həcmi 1 litrdən artıq olmayan qablarda olan, adları əlifba göstəricisində «+» işarəsi ilə nişanlanmış (2 nömrəli əlavə) təhlükəli yüklərin kiçik göndərmələrlə və universal konteynerlərdə təhlükəsiz yüklər kimi ümumi əsaslarla daşınmasına icazə verilir. Belə hallarda qaimədə təhlükə və qoruyucu haqqında heç bir qeydiyyat edilmir.
Vaqon göndərmələrilə daşınması nəzərdə tutulan yüklərdən başqa (bax. 2. 2 bəndi) qalan xırda çəkili təhlükəli yüklərin kiçik göndərmələrlə və universal konteynerlərlə daşınmasına bu Qaydalarla müəyyən edilmiş şərtlərlə yol verilir.
2.1.44. Müxtəlif adlardan olan təhlükəli yüklərin, həmçinin təhlükəli yüklərin kiçik qablardakı təhlükəsiz yüklərlə birgə bir yük yerində qablaşdırılması bu Qaydaların 2.1.7-ci bəndində göstərilən tələblərə əməl edilməklə həyata keçirilə bilər.
2.1.45. Kiçik qablardakı təhlükəli yüklər bu Qaydaların 2.1-ci bəndinin tələblərinə əməl edilməklə qablaşdırıla bilər.
2.1.46. Qabın xaricində və qaimədə yükün adından sonra yükgöndərən «Kiçik qablarda» sözlərini qeyd edir.
Boş qabın qaytarılması
2.1.47. Bu Qaydaların 2.1.48-ci bəndində göstərilənlərdən başqa təhlükəli yüklərin boş tarası xaricdən və daxildən təmizləndikdən və zərərsizləşdirildikdən, həmçinin təhlükə nişanları ləğv edildikdən sonra onların təhlükəsiz yüklər kimi ümumi əsaslarla daşınmasına yol verilir. Bu zaman yükgöndərən qaimənin «Yükün adı» sütununda — «Qayıdan qab (daşınan yükün adını göstərməklə) təmizlənmişdir, təhlükəsizdir» sözlərini qeyd edir.
2.1.48. İxtisaslaşdırılmış və icarəyə götürülmüş vaqonlarda daşınan təhlükəli yüklərin boş qabları, yükalan tərəfindən boşaldıqdan sonra həmin yük üçün nəzərdə tutulmuş vaqonlarda daşınır. Belə qabın digər vaqonlarda daşınmasına yol verilmir. Boş qab xaricdən təmizlənmiş, kip tıxaclarla bağlanmış halda daşınan yük üçün müəyyən edilmiş şərtlərlə daşınır.
Yükgöndərən qaimənin «Yükün adı» sütununda (daşınan yükün adı göstərilir) «boş qab» qeydini etməlidir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə