Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında



Yüklə 0,55 Mb.
səhifə4/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

1.4. Sənədlərin tərtib edilməsi
1.4.1. Yükgöndərən göndərmə stansiyasına təhlükəli yükün hər göndərişi üçün «Yüklərin daşınma Qaydaları»na müvafiq tərtib edilmiş qaimə təqdim etməlidir.
1.4.2. Qaimənin «Yükün adı» sütununda yükgöndərən (hüquqi, fiziki şəxslər) əlifba göstəricisinə uyğun olaraq təhlükəli yükün dəqiq adını və qəza kartoçkasının (QK) nömrəsini, lisenziyanın qeydiyyat nömrəsini, tarixini qeyd edib, imzası və möhürlə təsdiqləməklə dəqiq göstərməlidir. Əgər təhlükəli yükün əlifba göstəricisi adı ümumi xarakter daşıyırsa, məsələn: «tərkibində tezalışan maye olan yapışqan», yükgöndərən qaimədə yükün adını Beynəlxalq standarta və ya texniki şərtlərə uyğun göstərməlidir, (məsələn: «Tərkibində tezalışan maye olan yapışqan AK 32 (quttaperça yapışqanı)».8
Əlifba göstəricisinin 2-ci sütununda qəza kartoçkasının nömrəsi göstərilməmişdirsə, bu zaman qəza kartoçkası yükgöndərən tərəfindən qaiməyə əlavə edilməlidir. Qaimədə «Yükün adı» sütununda yükgöndərən «QK əlavə edilmişdir» qeydini etməlidir, məsələn: «Alkilfenol-QK əlavə edilmişdir».
1.4.3. Daşınmasına inqibirləşdirilmiş, fleqmalaşdırılmış, nəmləndirilmiş halda və əsas maddəsi müəyyən qatılıqda olan vəziyyətdə icazə verilmiş yüklər təqdim edilərkən yükgöndərən qaimədə yükün adından sonra onun vəziyyətini göstərməlidir, məsələn: «Sirkonium, nəmləndirilmiş toz».
1.4.4. Qaimənin yuxarı hissəsində yükgöndərən tərəfindən bu yük üçün nəzərdə tutulmuş qırmızı rəngdə ştempel vurulur. Əlifba göstəricisində adı çəkilən yüklər üçün qaimədə əlifba göstəricisinin 7-ci sütununda bu yük üçün nəzərdə tutulmuş ştempel vurulur. Vaqon vərəqində göndərmə stansiyası tərəfindən analoji ştempel vurulur.
1.5. Təhlükəli yüklərin müşayiət edilməsi
1.5.1. Əlifba göstəricisində «**» nişanı ilə nişanlanmış təhlükəli yüklər yükgöndərənin (yükalanın) bələdçiləri və ya yükgöndərənin (yükalanın) mütəxəssislər briqadası tərəfindən bu Qaydaların və «Yüklərin daşıma Qaydaları»nın tələblərinə riayət olunmaqla müşayiət edilir. Müşayiət olunması göstərilməyən belə yüklü vaqonlar göndərmə stansiyası tərəfindən daşınmaya qəbul edilmir.
1.5.2. Təhlükəli yükləri müşayiət edən bələdçilər bu Qaydalarda nəzərdə tutulmuş öhdəliklərdən başqa, həmin yükün müşayiət edilməsi haqqında yükgöndərən tərəfindən tərtib olunmuş və təsdiq edilmiş xidməti təlimatı, yükün təhlükəli xüsusiyyətlərini, təhlükəsizlik üzrə tələbləri, qəza hallarında ilk yardım göstərilməsi tədbirlərini bilməli və yolda bu yük üçün müəyyən edilmiş təhlükəsizlik şərtlərinin və tədbirlərinin yerinə yetirilməsinə əməl etməlidirlər.
1.5.3. Yükgöndərən yükü müşayiət edənləri və mühafizə dəstəsinin şəxsi heyətini lazımi fərdi mühafizə vasitələri və xüsusi geyim, dərman qutuları, alət dəsti, deqazasiya, ilk yanğınsöndürmə vasitələri ilə, həmçinin lazımi köməkçi vasitələrlə təmin etməlidir.
1.5.4. Əgər yolda vaqonun təyinatı üzrə getməsinə yol verməyən nasazlıq aşkar edilərsə, bu vaqon qatardan açılır, xüsusi ayrılmış yola verilir və müşayiət edən tərəfindən qorunur.
Vaqonlar qrupunu ancaq bir şəxs müşayiət etdiyi halda qatardan bütün qrup açılır. Nasazlığın aradan qaldırılması müşahidə edənin nəzarəti altında Dəmir Yolunun rəhbərliyi tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
1.5.5. Bu Qaydalara əsasən yükgöndərən və ya yükalan tərəfindən yolda müşayiət edilməsi tələb olunan, lakin müşayiət edilməyən təhlükəli yüklə yüklənmiş vaqonlar aşkar edilərsə, bu zaman həmin vaqonlar yükgöndərənin (yükalanın) nümayəndəsi gələnədək stansiyada saxlanılır. Göstərilən vaqonlar stansiyanın xüsusi ayrılmış yollarında və ya stansiyanın texniki-sərəncam aktı (TSA) ilə müəyyən edilmiş digər təhlükəsiz yerdə saxlanılır.
Vaqon saxlanılmış stansiyanın rəisi vaqonun saxlanılması haqqında, yükgöndərənə (yükalana), Fövqəladə Hallar Nazirliyinin müvafiq nəzarət müfəttişliyinə göndərmə (təyinat) stansiyasının rəisi vasitəsilə məlumat verməli, yükgöndərən (yükalan) isə dərhal öz nümayəndələrini dayanma məntəqəsinə ezam etməlidir.
1.5.6. Təhlükəli yükləri müşayiət edən mütəxəssislər, dəstələr və hərbi keşikçilər texniki təhlükəsizlik üzrə normativlərin, gömrük, vergi, dəmir yolu və Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələblərinə tabedirlər.
Dəmir yolunun hərbiləşdirilmiş mühafizə dəstələri təhlükəli yükləri ölkənin sərhədləri hüdudunda müşayiət edir.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə