Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


Üzvi peroksidlər (5.2-ci yarımsinif)



Yüklə 0,55 Mb.
səhifə14/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Üzvi peroksidlər (5.2-ci yarımsinif)
2.2.37. 5.2-ci yarımsinifə aid olan maddələrin bir çoxu yanar maddələrdir, oksidləşdirici kimi təsir göstərirlər. Bundan başqa, tezalışan maddələr özbaşına partlaya bilərlər. Bu zaman zərbəyə və sürtünməyə həssas olan böyük miqdarda isti və qaz ayrıla bilər. Peroksid birləşmələri, xüsusən maye və pasta şəklində olduğu halda gözə düşdükdə, güclü, müalicəsi mümkün olmayan zəhərlənmələrə, dəriyə düşdükdə isə yanığa səbəb olur.
2.2.38. Temperaturunun tənzimlənməsi tələb edilən, üzvi peroksidlər (təsnifat şifrləri — 5211, 5212, 5221, 5222) hava klapanları olan xüsüsi qablara qablaşdırılır.
5.2-ci yarımsinifdən olan başqa yüklər hermetik qabda daşınmalıdır;
2.2.39. Göz üçün aşındırıcı olan üzvi peroksidlərin (təsnifat şifrləri 5251, 5252, 5271) qablarına əlavə olaraq «Gözün yanmasından qorun» sözləri yazılmalıdır.
2.2.40. Üzvi, peroksidlərin bütün təhlükəli və təhlükəsiz yüklərlə birgə daşınmasına yol verilmir.
Temperaturun tənzimlənməsini tələb edən üzvi peroksidlər (təsnifat şifrləri 5211, 522, 5221, 5222) yükgöndərənin və ya yükalanın ixtisaslaşdırılmış izotermik vaqonlarında daşınmalıdır.
5.2-ci yarımsinifdən olan başqa yüklər, həmçinin onların boşaldıldığı boş qablar yükgöndərənin (yükalanın) mülkiyyətində olan vaqonlarda və ya onlar tərəfindən icarəyə götürülmüş vaqonlarda daşınır. Belə yüklərin daşınması üçün nəzərdə tutulmuş vaqonlar yükgöndərən tərəfindən boz rəngə boyanmalıdır.
Üzvi peroksidlərin daşınması üçün nəzərdə tutulmuş vaqonlar, həm boş, həm də yüklü vəziyyətdə yükgöndərənin (yükalanın) mütəxəssislər briqadası tərəfindən müşayiət edilməlidir.
Zəhərli və yoluxdurucu maddələr (6-cı sinif)
2.2.41. Bu sinfə aid olan maddələr orqanizmə düşdükdə, dəriyə dəydikdə və ya onlarla nəfəs alındıqda zəhərlənmə və ya xəstəlik doğura bilər.
6-cı sinifdən olan təhlükəli yüklər iki yarımsinifə bölünürlər:

    • 6.1-ci yarımsinifə zəhərli maddələr;

    • 6.2-ci yarımsinifə yoluxdurucu maddələr daxildir.

    • 6.2-ci yarımsinifə aid olan yüklərə bu Qaydalar şamil edilmir.


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə