Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


Daşınmaya buraxılmış təhlükəli yüklər



Yüklə 0,55 Mb.
səhifə3/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

1.3. Daşınmaya buraxılmış təhlükəli yüklər
1.3.1. Əlifba göstəricisində (2 nömrəli əlavə) və 1-ci sinif təhlükəli yüklərin siyahısında (10 nömrəli əlavə) adları çəkilən təhlükəli yüklərin dəmir yolu ilə daşınmasına icazə verilir.
1.3.2. Əlifba göstəricisində adları çəkilməyən, lakin öz kimyəvi xüsusiyyətlərinə görə həmin göstəricidəki yüklərlə oxşar təhlükə xarakterinə uyğun olan təhlükəli yüklər (1. 3. 3-cü bənddə göstərilənlərdən başqa) yükgöndərənin aldığı lisenziyada və qaimədə göstərilmiş şərtlərlə daşınırlar. Bu zaman yükgöndərən qaimənin «Yükün adı» sütununda standart və ya texniki şərtlərə müvafiq olaraq daşınan yükün adını göstərməli, onun altında «Yük ______________________ şərtlərlə daşınır» (Əlifba göstəricisinə uyğun olaraq bu yükün bərabər tutulduğu yükün adı göstərilir) «QK (qəza kartoçkası) əlavə edilmişdir» qeydini etməlidir və daşınan yükün qəza kartoçkasını əlavə etməli, həmçinin ştempel vurmalıdır.
1.3.3. Əlifba göstəricisində adları çəkilən yüklərə bərabər tutula bilməyən xüsusi və ya icarə edilmiş vaqon və konteynerlərdə bu Qaydalarda nəzərdə tutulmamış şərtlərlə daşınması tələb olunan təhlükəli yüklər yalnız dəmir yolu rəhbərliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq nəzarət müfəttişliyinin icazəsi ilə yükgöndərən hüquqi və fiziki şəxsin özünün vəsatəti ilə və aldığı lisenziya əsasında daşına bilər. Göstərilən vəsatətlər dəmir yolu rəhbərliyinə daşınmanın başlanmasına 6 aydan gec olmayan bir müddətdə göndərilir.7
Vəsatətə, bu Qaydalara 3 nömrəli əlavədə və dəmir yolu nəqliyyatı ilə təhlükəli yüklər daşınarkən təhlükəsizliyin təmin edilməsi və yaranmış qəza vəziyyətlərinin ləğv edilməsi üzrə Qaydalara uyğun olaraq, yükgöndərən hüquqi şəxs və müəssisənin rəhbəri tərəfindən bu Qaydaların 4 nömrəli əlavəsində göstərilmiş formada tərtib edilmiş, imzalanmış və möhürü ilə təsdiq olunmuş 2 nüsxədən ibarət yükün xarakteristikası, qəza kartoçkası və lisenziyanın surəti əlavə edilir.
Zəruri hallarda dəmir yolu rəhbərliyinin tələbi ilə texniki şərtlər və digər əlavə sənədlər təqdim edilməlidir.
1.3.4. Təhlükəli yüklərə aid olan kimyəvi reaktivlər və tibb preparatları dəmir yolu nəqliyyatı ilə, bu Qaydalarla müəyyən olunmuş şərtlər əsasında daşınır.
1.3.5. Birbaşa qarışıq dəmir yolu — dəniz nəqliyyatı ilə təhlükəli yüklər yalnız yükgöndərən tərəfindən göndərmə stansiyasına dəniz nəqliyyatının belə daşımaya razılıq verməsi haqqında sənəd təqdim edildikdən sonra daşınır.
Yükgöndərənlər birbaşa qarışıq dəmir yolu-dəniz nəqliyyatında yüklərin daşınma sifarişlərində və daşınma planlarında bu və ya digər təhlükəli yüklərin daşınma xüsusiyyətlərini göstərməlidirlər.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə