Suleyman-m teze qxd



Yüklə 10,78 Kb.
Pdf görüntüsü
səhifə22/70
tarix17.04.2018
ölçüsü10,78 Kb.
#38770
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

lərdir.  Burada  şöhrət,  layiqsiz  ad-san  xatirinə  fikir  şüurlu  surətdə 
pozulur, qəbul əlumnuş prinsiplər, nitq əlaqələri təhrifə məruz qalır. 
Belə  nitqdə  aldatma,  böhtan,  xəbərçilik,  ləvğalıq  kimi  qeyri-etik 
nərmalara  rast  gəlirik.  Əlbəttə,  bu  zaman  danışanın  mədəni  və  ya 
qeyri-mədəni,  savadlı  və  ya  savadsız  nitqini  onun  düzgünlüyü, 
səlisliyi və məntiqiliyi ilə müəyyənləşdirmək də mümkündür. 
Savadlı  adamlann  nitqini  fərma  və  məzmununa  görə  iki  qrupa 
bölürlər; 1) gözəl fərması və məzmununa görə adamlara müsbət təsir 
göstərən nitq. Bu nitq forma və mündəricəsinə görə yüksək səviyyədə 
əlub,  fikrin  aydın  və  səlis  ifadəsi  ilə  seçilir:  2)  forma  və  məzmun 
cəhətdən  zəif,  təsir  dərəcəsi  aşağı  əlan  nitq.  Bu  nitqdə  ardıcıllıq, 
rəvanhq axarhq dinləyiciləri qane etmir. Bu, çox vaxt savadsızlıqdan 
deyil, insanın daxili aləmi ilə bağlı natiqlik bacarığı ilə şərtləşir. 
Natiq  nitqini  ümumxalq  danışıq  dili  əsasında  qurarkən  məntiqli 
danışır,  buna  görə  də  dinləyicilərin  rəğbətini  qazanır,  alqışlarla 
qarşılanır, xoş sözlərlə də yola salınır. İ.Nəsiminin, Aşıq Qurbaninin, 
M.P.Vaqifin  (Hər  əxuyan  Məlla  Pənah  əlmaz),  A.Ələsgərin, 
C.Məmmədquluzadənin,  Ü.Hacıbəyəvun,  S.Vur-  ğunun,  Əlağa 
Vahidin,  müasir  dövrümüzdə  Xəlil  Rza  Ulutür-  kün.  Zəlimxan 
Yaqubun,  zəmanəmizin  böyük  siyasətçisi,  Azərbaycan  xalqının 
ümummilli lideri Heydər Əliyevin, prezident İlham Əliyevin çıxışları 
səlis, elmi, qrammatik və məntiqi baxımdan savadlı, təsirli olduğuna 
görə örnək kimi nəsildən-nəslə ötürülür. Xalq hər bir şəxsə öz əməli 
işinə və nitq qabiliyyətinə görə qiymət verir. Yaxşı, gözəl söz, kəlam, 
dil nitq şəklində insanın qiymətini yüksəklərə qaldmr. 
Mədəni  nitq  qeyri-mədəni  nitqdən  istifadə  əlunan  zəngin  söz 
ehtiyatı, dilin daxili qrammatik quruluşunun bütün incəliklərinə qədər 
gözlənilməsi  ilə,  intənasiyaya,  xəş  avaza,  ritmə  uyğun  fərması  ilə 
seçilir.  Belə  nitq  bir  növ,  yaradıcılıq  işidir,  gözəl  bədii  əsər 
səviyyəsində yazılışdır, muğamlanmız kimi hamının ürəyincədir. 
69 


Dil normaları üçün ölçü olan yüksək mədəni nitq böyük istedad 
və mütəmadi vərdiş hesabına yaranır, məntiqli, səlis, aydın danışığa 
istiqamət  verir.  Mədəni  nitqin  əsası  ailədə,  bağçada,  daha  sonra 
məktəbdə  qoyulur.  Uşaqlann  mədəni  nitqi  anadan,  bağça 
tərbiyəçisi-müəllimdən,  məktəb  illərində  oxu  kitablann-  dan, 
ədəbiyyat  dərsliklərindən,  əlavə  bədii  əxu  vəsaitlərindən,  hər 
məktəbin dil-ədəbiyyat müəllimlərinin verdikləri biliklərdən, zəngin 
dil  nümunələri  ilə  dəlu  radiə-televiziya  verilişlərindən  qaynaqlanır, 
onların  gərgin  zəhməti  hesabına  formalaşıb  yaranır.  Məhz  bütün 
bunlann sayəsində uşaqlann söz ehtiyatı artır, düzgün dil vərdişləri, 
mədəni  danışıq  adəti  fərmalaşır.  Şəxsi  ünsiyyət,  təfəkkür  tərzi, 
dünyagörüş,  elmi  təsəvvürlər  də  bu  işdə  əvəzsiz  rol  oynayır. 
Orfoqrafik  və  ərfəepik  normalara  yiyələnməklə  sinifdə  müəllim  və 
yəldaşlan qarşısında ifadəli oxu, ayrı-ayrı fənn mövzulanm səliqəli və 
rəvan  danışma  uşaqların  mədəni  nitqinin  inkişafını  gündən-günə, 
aydan-aya, 
ildən-ilə  stimullaşdırır,  müəllimlərinin  və  sinif 
yoldaşlarının  gözəl  danışığını  yamsılamaq  hesabına  onların  düzgün 
tələffüz vərdişləri də, mədəni danışığı da, yazı mədəniyyəti də (inşa 
yazılarda) təfəkkürlə bağlı olaraq yüksək səviyyəyə çatır. 
Qrammatika təlimi dili, dil qanunlannm tətbiqini öyrədir. İfadəli 
oxu, şeirlərin əzbər söylənilməsi prosesində şagirdlərin nitqi daha da 
püxtələşir,  səlisləşir,  həm  də  onların  elmi  və  bədii  düşüncəsinin 
formalaşmasına öz təsirini göstərir. Bu vaxt ana dili müəlliminin nitqi, 
pedaqoji ustalığı, rəvan oxusu, gözəl danışığı, şeirlər söyləməsi, nəcib 
hərəkətləri,  geyimi,  mimika  və  jestləri  şagirdlərin  nitqinin 
mədəniləşməsinə  kömək  olur,  canlı  nümunə  kimi  onların  bədii  və 
estetik  zövqünün  formalaşmasında  mühüm  rol  oynayır.  Beləliklə, 
ailədən,  bağçadan,  məktəbdən  formalaşmağa  başlanan  nitq  ədəbi 
əsərlərin,  ifadəli  oxu  və  rabitəli  yazının,  müəllimlərin  mətbuatın, 
radio-televiziya verilişlərinin kompleks köməyi ilə səlisləşir. Deməli, 
valideynlərin,  müəllimlərin,  diktorların,  aparıcıların  gündəlik  və 
saatlarla  danışıq  üsulu  şagirdləri  gözəl  danışığa  ruhlandırır. 
Məktəblilər fikrin dəqiq ifa- 
ro 


dəsi  üçün  sözləri  düzgün  seçməyə,  hər  sözün,  ifadənin  məna 
tutumunu bilməyə, onlan öz yerində işlətməyə çalışırlar. 
Mövzuya,  mətnə  uyğun  lazımi  sözləri  seçib  işlətmək,  fonetik 
normaları gözləməklə nitqin təbiiliyinə, axarlığma, gözəlliyinə xələl 
gətirən  kitab  tələffüzündən  qaçmaq,  cümlələri  qrammatik  və  üslubi 
cəhətdən  düzgün  qurmaq,  hər  sözün,  ifadənin  ahənginə,  vurğusuna 
fikir vermək mədəni nitq üçün əsas şərtlərdir. 
Gözəl  şifahi  nitq  qabiliyyətinə  yiyələnmək  üçün  aşağıdakı 
qaydaları öyrənib mənimsəmək olduqca vacibdir: 
1.
 
Nəqli keçmiş zamanın düzəldilməsində iştirak edən 
-
 
mış^ şəkilçisi II şəxsin təkində - mı‘' kimi tələffüz olunmalıdır, yəni 
ş samiti tələffüzdən düşməlidir: Məsələn: oxumuşsan [o- xumusan], 
yazmışsan - [yazmısan], gəlmişsən - [gəlmisən] və s. 
2.
 
II  şəxsin  cəmində  şəxs  (xəbərlik)  şəkilçisi  orfoqrafiya 
qaydalarına görə - sınız“' yazılır, lakin orfoepiya normalanna görə - 
sız' şəklində tələffüz olunmalıdır: oynayırsınız [oynayırsız], gəlirsiniz 
- [gəlirsiz], futbolçusunuz - [futbolçusuz], tələbəsiniz 
-
 
[tələbəsiz] və s. 
3.
 
Xəbərlik kateqoriyasının III şəxs tək və cəmində - dır', 
-
 
dırlar“*  orfoepiya  normalanna  görə  -  dı“*,  -  ddar“*  şəklində 
tələffüz  olunur,  yəni  r  samiti  deyilmir:  oyunçudur  -  [oyunçudu], 
tələbədirlər  -  [tələbədilər],  məşqçidir  -  [məşqçidi],  uşaqlardır  -  [u- 
şaqlardı] və s. 
4.
 
nb samit səs birləşməsi bir çox sözdə tələffüz zamanı mb səs 
birləşməsi kimi tələffüz olunur: şənbə [şəmbə], sünbül 
-
 
[sümbül], zənbil - [zəmbil] və s. 
Şifahi nitqi gözəlləşdirən amillərlə yanaşı onu pozan səbəblər də 
vardır. Bu səbəbləri belə qruplaşdırmaq olar: 
a)
 
Dialekt  tələffüzü:  hansı  [ha:sı],  daha-  [da:],  mənim  [mə:m], 
sahibini - [sa:bmı] sabah - [saba], şəhər - [şə:r] və s. 
b)
 
fonetik  hadisələrlə  bağlı  tələffüz: tapmaq  -  [tappağ], qazlar  - 
[qazdar],  doğru  -  [dorğu],  bunun  [munun],  bu  gün  [bu  gün-  nəri], 
bunlar - [bular], nə edək - [nağayrağ], sevindi - [söyündü], dalısınca - 
[dahynan], öyrənmək [örgənməy], sonra - [so:ra], on 
71 


Yüklə 10,78 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə