Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə68/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   73

XVII
 FƏSIL
 
MƏNƏVI HƏYATIN 
SOSİOLOGİYASI 
L Təhsilin sosiologiyası 
Təhsilin sosiologiyası sosioloji biliyin bir sahəsi olnb, sosial institnt olan təhsil sistemini, onnn fəaliyyət 
və inkişaf qanunauyğunluqlarını, cəmiyyətlə qarşılıqlı təsirini öyrənir. 
Bu istiqamətin meydana gəlməsi XX əsrin 20-ci illərinə təsadüf edir, başlıca olaraq, sosial stratifikasiya, əmək 
bölgüsü, ictimai proses olan təhsil və tərbiyə konsepsiyalan ilə sıx əlaqədə təşəkkül tapmışdır. 
Təhsilin sosiologiyasının problematikası kifayət qədər genişdir. Buraya əsasən aşağıdakıları aid etmək olar: 
-
 
təhsil sistemlərinin, xüsusən müasir təhsil sistemlərinin meydana gəlməsi, fəaliyyəti və inkişafı; 
-
 
elmi-texniki tərəqqi və qloballaşma şəraitində təhsilə verilən istehsal-texniki və sosial tələblər; 
-
 
təhsil sahəsində sosial bərabərlik və bərabərsizlik problemi
-
 
tədris müəssisəsi sosial sistem kimi; 
-
 
təhsil sisteminin siyasi institutlarla, cəmiyyətin sosial strukturu ilə, milli münasibətlərlə, insanların mənəvi 
dünyası ilə qarşılıqlı əlaqə və təsiri; 
-
 
fərdin sosiallaşmasmda və inkişafında təhsil sisteminin, onun müxtəlif altsistemlərinin rolu. 
Sosioloji biliyin bu sahəsinin əhəmiyyətini ondan görmək olar ki. Beynəlxalq Sosiologiya Assosiasiyasında 
artıq 1970-ci ildən «Təhsilin sosiologiyası» adlı tədqiqat komitəsi fəaliyyət göstərir. 
İnkişaf etmiş ölkələrdə təhsilin sosiologiyasına maraq ikinci dünya müharibəsindən sonra, xüsusən 60-70-ci 
illərdə [297 - 298] əhəmiyyətli dərəcədə artmışdır. Bu, iki mühüm səbəblə bağlı idi: 
a)
 
təşəkkül tapmış təhsil sistemi elmi-texniki tərəqqinin yeni tələblərindən geri qalırdı; 
b)
 
tələbələrin, əhalinin müxtəlif qruplarının ali və orta təhsilin demokratikləşməsi uğrunda kütləvi çıxışları 
genişlənmişdi. 
Ayn-ayn ölkələrdə təhsilin böhranlı vəziyyətinə dair müxtəlif istiqamətli müzakirələr onunla nəticələndi ki, bu 
sahədə tədqiqatlar, elmi axtarışlar xeyli intensivləşdi. Təhsilin müxtəlif pillələrinin əhaliyə müyəssərliyi, təhsil alan 
gənclərin  həyat  tərzi,  pedaqoji  heyətlə  qarşılıqlı  münasibətləri,  ictimai  münasibətlər,  maraqlar  və  gözləmələr 
sistemində  vəziyyət  və  s.  məsələlər  əhatəli  tədqiqat  obyektinə  çevrildilər.  Bu  halda  elmi  axtanşlann  istiqamətləri 
tədricən genişlənir, diqqətdən kənarda qalan, yaxud az diqqət yetirilən problemlərə dair tədqiqatlar meydana gəlirdi. 
Məsələn, «şansların bərabərləşməsində», sosial mobillikdə təhsil amili; fasiləsiz təhsilin sosial problemləri; işçilərin 
yenidən  hazırlanmasının  və  ixtisasının  artınimasınm  müxtəlifliyi;  məzunların  əmək  bazarında  vəziyyəti;  ah 
məktəblərin  onların  sosial-mədəni  mühiti  ilə  qarşılıqlı  əlaqə  və  təsiri;  cəmiyyətin  təhsil  sisteminə  təsir  hüdudları; 
həmin  sistemə  iqtisadi  kon5mkturanm,  siyasi  rejimlərin  dəyişilməsinin,  ideoloji  amillərin  nəticələrini 
neytrallaşdırmaq  imkanlannm  axtaniması,  o  cümlədən  təhsil  müəssisələrinin  muxtariyyətinin  genişləndirilməsi; 
müxtəlif cəmiyyətlərdə təhsil sistemlərinin meydana gəlməsi, tarixi təkamülü, fəaliyyəti və inkişafı xüsusiyyətlərinin 
öyrənilməsi;  orta  və  ali  təhsilin  sosial-selektiv  rolu;  təhsildə  ayn-seçkilik  və  bərabərsizlik  hallannın  aradan 
qaldırılması;  bir  sıra  kompensasiyaedici  proqramların  işlənib  hazırlanması  və  həyata  keçirilməsi; təhsil  sisteminin 
liberallaşdıniması və demokratikləşdirilməsi; təhsil alan şəxslərin maraqlarının nəzərə alınması və s. bu qəbildəndir. 
Qeyd edilməlidir ki, təhsil sistemindəki yeniləşməyə və [298 - 299] demokratikləşməyə münasibət birmənalı 
deyildir.  Belə  ki,  bəziləri  bu  prosesləri  təqdir  edir,  bəziləri  isə  yox.  Məsələn,  təhsilin  sosiologiyasında  yeni 
mühafizəkar istiqamətin nümayəndələri təhsilin selektiv, elitar modelini müdafiə edir, təhsil alan gənclərin kütləvi 
çıxışlarına, həmin çıxışlarda irəli sürülən yeniləşmə, demokratikləşmə tələblərinə öz qəti etirazlarını bildirirlər. 
Təhsil institutu öz sosial fünksiyalanna görə nisbi müstəqilliyə malikdir; o, təhsilin tarixən keçici sistemlərinin 
varisliyini təmin edir, cəmiyyətin fəaliyyətinə və inkişafına aktiv təsir göstərir. Bu sistemin vəziyyəti və funksiyaları 
sosial-iqtisadi münasibətlərlə, sosial əlaqələrin strukturu, siyasi və ideoloji proseslərin xüsusiyyətləri ilə sıx bağlıdır. 
Təhsilin  funksiyaları  həm  də  sosial  təkraristehsalda  və  insanlann  topladıqları  biliklərin,  vərdişlərin  nəsildən-nəslə 
ötürülməsində  ümumbəşəri  tələbatlarla,  yeni  nəsillərin  daha  5diksək  təhsil,  elm  və  mədəniyyət  səviyyəsinə 
5diksəlməsi meylləri ilə müəyyən olunur. Hərçənd faktlar tarixdə bunun əksi olan vəziyyətlərin də olduğunu göstərir. 
Buna baxmayaraq, əhalinin təhsil səviyyəsinin 5mksəlməsini cəmiyyətin qanuna-uyğunluqlanndan biri hesab etmək 
olar. 
Təhsil sistemi gənc nəslin intellektual, mənəvi və fiziki inkişafi prosesinə sosial nəzarət fünksiyasmı uğurla 
həyata keçirməkdə müəyyən nailiyyətlər qazanmışdır. Peşə təhsili isə bundan əlavə, əmək prosesinə qədəm qoyan 
118 


nəslin cəmiyyətin sosial strukturunun müxtəlif ünsürləri üzrə bölüşdürülməsinə nəzarətdə mühüm rol oynayır. Məhz bu 
məqsədlərin  reallaşdırılması  üçün  təhsil  sisteminin  müxtəlif  pillələri  müəyyən  səlahiyyətlərə  malikdir  (məsələn, 
təhsilin sonrakı pilləsini keçmək, müvafiq təhsilə uyğun vəzifə tutmaq, konkret əmək növü ilə məşğul olmaq). 
Qeyd  etmək  lazımdır  ki,  təhsilin  sosial  effektivliyi  təkcə  adamlarm  aldığı  biliklərin  həcmindən  və 
keyfiyyətindən deyil, həm də onlarm tətbiqi dərəcəsindən, insanların əmək  və ictimai fəaliyyətində praktik surətdə 
reallaşmasından [299 - 300] asılıdır. Hazırda məhz bu sahədə öz həllini gözləyən kifayət qədər problem vardır. Ali 
təhsilli  mütəxəssislərin,  5üiksək  ixtisaslı  fəhlələrin  xeyli  qismi  təhsil  sayəsində  qazandıqlan  bilik  və  bacanqlanm 
praktikada tətbiq etmək imkanına malik deyildir. Bu, işçinin öz əməyinə marağını azaldır, onun peşə 5dıksəlişinə mane 
olur. Faktlar göstərir ki, təhsilin sosial effektivliyi kifayət qədər yüksək deyildir. Təhsilin formal səviyyəsi ilə faktik 
səviyyəsi  arasında  aynlıq  mövcuddur.  Gənclərin  ümumtəhsil  və  peşə  hazırlığı  arasında,  cəmiyyətin  tələbatlan  ilə 
məzunlann həyat planlan arasında da müəyyən aynlıq müşahidə olunur. 
Təhsil sisteminin səmərəliliyini 5üiksəltmək asan məsələ deyildir. Bu, bir sıra ziddiyyətlərin həlli ilə bağlı olan 
mürəkkəb prosesdir. Həmin ziddiyyətlərin ən mühüm olanlan bunlardır: a) cəmiyyətin inkişaf tələbatı ilə onun mövcud 
olan  diferensiasiyası  arasındakı  ziddiyyət.  Bu  diferensiasiya  əhəmiyyətli  dərəcədə  alman  təhsilin  səviyyəsi  və 
keyfiyyəti ilə şərtlənir;  b)  qərarlaşmaqda olan bazar stmkturlannm irəli sürdüyü tələbatlarla gənclərin sosial  - peşə 
yönümü arasındakı ziddiyyət; c) şəxsiyyətin inkişafının zəmri səviyyəsi ilə təhsil müəssisələri məzunlannm ümumi 
inkişafının real səviyyəsi arasındakı ziddiyyət. 
Respublikamız təhsil sahəsində ümumən etiraf olunan uğurlar qazanmışdır. 2007-ci ildə 15 və 5mxan yaşda 
əhalinin  hər  1000  nəfərinə  765  nəfər  ali  və  tam  orta  təhsilli  şəxs  düşürdü.  Halbuki  1999-cu  ildə  əhalinin  siyahıya 
alınmasının məlumatlarına əsasən bu göstərici 758 nəfər olmuşdur. Həmin ildə 1760 məktəbəqədər müəssisə, 4516 
ümumtəhsil məktəbi, 56 dövlət, 4 qeyri-dövlət orta ixtisas məktəbi, 28 dövlət və 14 qeyri-dövlət ali məktəbi fəaliyyət 
göstərmişdir.  Respublika  Dövlət  Statistika  Komitəsinin  apardığı  araşdırmalar  göstərir  ki,  təhsil  sistemində  nəzərə 
çarpacaq dərəcədə müsbət dəyişikliklər baş verməkdədir. Bu dəyişikliklər tədris proqramlarına və metodlarına, fənlərin 
məzmununa, dərsliklərə və s. təsir göstərmiş, təhsil proseslərinin [300 - 301] səmərəliliyi xeyli yüksəlmişdir. Lakin 
təhsil sistemində həllini gözləyən problemlər də az deyildir. Həmin problemlər (məsələn, kənd məktəblərinin pedaqoji 
kadrlarla təminatı, təhsil müəssisələrinin maddi-texniki bazası və s.) diqqətlə öyrənilir və onların həlli istiqamətində 
müəyyən addımlar atılır. 
2. Elmin sosiologiyası 
Elmin sosiologiyası elmin dinamikasını və cəmiyyətlə qarşılıqlı münasibətlərini öyrənən sosioloji bilik 
sahəsidir.  Bu sahə XX əsrin 30-cu illərində elmi fəaliyyətə dair tədqiqatların xüsusi istiqaməti kimi formalaşmağa 
başlamış,  60-cı  illərdə  xüsusi  sosioloji  fənnə  çevrilmişdir.  Onun  inkişafı  fəlsəfə  və  elmin  metodologiyası,  idrak 
sosiologiyası, elmin təhlilinə informasiya və sosial yanaşmalarla sıx bağlı olmuşdur. Daha dəqiq desək, bir-birinə yaxın 
bilik sahələrinin qarşılıqlı təsiri sayəsində elmin sosiologiyası nisbi müstəqil istiqamət kimi təşəkkül tapmış və inkişaf 
etmişdir. 
Əvvəlcə  elmin  sosiologiyası  idrak  sosiologiyasının  tərkib  hissəsi  və  köməkçi  sferası  kimi  nəzərdən 
keçirilmişdir. Bunun başlıca səbəbi ondan ibarətdir ki, ənənəvi olaraq elm fəlsəfi cəhətdən yalnız biliyin xüsusi tipi 
kimi, idrak nəzəriyyəsinin predmeti kimi başa düşülmüşdür. E. Dürkheymin, M. Veberin, M. Şelerin, K. Mannheymin 
ideya irsində həm təbii, həm də «formal» elmlərin məzmun tərəfinin sosioloji metodlarla tədqiqinin mümkün olmadığı 
göstərilmişdir.  Lakin  artıq  keçən  əsrin  30-cu  illərində  elmə  sosioloji  yanaşmalar  C.  Bemalın,  U.  Oqbomun,  P. 
Sorokinin,  T.  Parsonsun  əsərlərində  işlənib  hazırlanmışdır.  Onların  tədqiqatlarının  əhəmiyyətini  kiçiltmədən  qeyd 
etmək lazımdır ki, elmin sosiologiyasının sonrakı inkişafına ən böyük təsiri R. Merton göstərmişdir. O, «XVII əsrdə 
İngiltərədə elm, texnika və cəmiyyət» əsərində (1933) Yeni dövrün elminin təşəkkülündə [301 - 302] puritan dininin və 
əxlaqının rolunu ön plana çəkir. Sonralar o, elmin sosioloji konsepsiyasını işləyib hazırlamışdır. Bu konsepsiya ötən 
əsrin 60-cı illərində üstün paradiqma olmuşdur. Konsepsiyanın fəlsəfi əsasmı pozitivist ideyalar təşkil edir. Həmin 
ideyalar  elmi  biliyin  sosial  neytrallığını  əsas  tutur.  Elmi  biliyin  artmasının  kumulyativ  xarakteri  qeyd  olunur.  R. 
Mertonun işləyib hazırladığı konsepsiyanın ümumsosioloji əsasını isə struktur fimksionalizm təşkil edir. 
Mertonun  fikrincə,  sosiologiya  elmi  sosial  institut  kimi  öyrənir;  Bu  cür  institut  olmaq  sayəsində  elm  öz 
muxtariyyətini  mühafizə  edir,  yeni  və  etibarlı  bilik  əldə  olunmasına  yönəlmiş  fəaliyyəti  stimullaşdınr.  Elmi  kəşf 
mükafat  tələb  edən  nailiyyətdir.  Alimin  töhfəsi  etiraf  olunmalıdır;  bu,  onun  nüfuzunu,  statusunu  və  karyerasını 
müəyyən edən amildir. Elmin fəaliyyəti məcburi normalar və dəyərlər məcmusu ilə tənzim olunur. Bu normalar və 
dəyərlər elmin etosunu təşkil edir. Etosa aşağıdakılar daxildir: 
-
 
universalizm - bu, elmin müddəalarının obyektivliyinə və subyektdən asılı olmamasına inamı ifadə edir; 
-
 
ən ümumilik - bu, biliyin ümumun malı olmasını ifadə edir; 
119 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə